96
tələbin sürətlə artması kimi amillər bankçılığın bey-
nəlmiləşməsində təsir edən başlıca amil olmuşdur.
Beynəlxalq ticarət həcminin inkişafı. Bankçılığın
beynəlmiləşməsində təsir edən əsas ünsür ölkənin xarici ticarət
həcmi və tərkibidir, yəni müştərisini izləyərək xarici bazara girən
bank digər müştəriləri ilə də münasibətlərə girmə imkanı əldə
etdiyinə görə ticarət inkişaf etdikcə beynəlxalq bankçılığın həcmi
də buna paralel olaraq yüksəlmişdir. Bundan başqa ixracat həcmi-
nin yüksəlməsi və buna paralel ixracatı kreditləşdirmə
mövzusunda
ə
məliyyatların
təkmilləşdirilməsi
beynəlxalq
bankçılığın inkişafına təkan vermişdir.
nterbank pul bazarı. nterbank pul bazarı əmanət sahibləri
ilə kredit müştəriləri arasında vasitəçilik rolunu həyata keçirən bir
sistemdir. Özəlliklə şöbə bankçılığın hakim olduğu yerlərdə bir
ş
öbədə istifadə edilməyən sərmayə eyni bankın başqa bir
ş
öbəsində istifadə edilə bilər və ya əgər ehtiyacından çox əmanət
toplaya bilmişsə, o zaman əlavə vəsaitləri daha səmərəli istifadə
etmək məqsədi ilə kiçik faizlə də olsa digər banklarda əmanət he-
sabı açar. Beləliklə, müştərilərinin kredit tələbatını yetəri miqdarda
ə
manət toplamayan banklar, fond ehtiyaclarını banklarası
ə
məliyyat vasitəsi ilə qarşılama imkanı əldə edəcəkdir. nterbank
bazar eyni mərkəzdəki bankların bir-biri ilə apardıqları
ə
məliyyatlar yanında digər ölkələrdəki banklara da açıq olması
səbəbi ilə əsas etibarı ilə beynəlxalq xüsusiyyət daşıyır. Bir çox
beynəlxalq əhəmiyyətli banklar başlıca finans mərkəzlərində
ofislər açaraq bu bazarlardan pay alırlar. nterbank bazarlarında
pay almaq üçün əsas arqument bankların digər banklar qarşısında
yüksək bir kredit dəyərliliyinə sahib olması, bundan başqa valyuta
nəzarəti və inzibati amirlik kimi maneələr olmamasıdır. Bankların
kredit dəyərliliyindəki fərqlilik isə kredit limitlərinin böyüklüyü və
tətbiq etdikləri qiymətlərin səviyyəsində (yəni faiz dərəcələrində)
özünü göstərir. Kredit qabiliyyəti yüksək olan banklar rəqabətə
daha dözümlüdürlər.
97
Avro pul və sə rmayə bazarları.
kinci
dünya
müharibəsindən sonra iq-tisadiyyatları dağılmış olan Avropa
ölkələrinə ABŞ-dan istər Marşall Proqramı, istərsə də digər müxtəlif
hökumət proqramları çərçivəsində böyük miqdarda fond axını təmin
edilmişdir. Ancaq bir tərəfdən bu yardımlar və Koreya
müharibəsinin gətirdiyi əlavə məsrəflər nəticəsində ABŞ-ın tədiyə
balansı 1960-cı illərə doğru böyük səviyyələrdə kəsirlər verməyə
baş-lamışdır.
Bu tədbirlərdən biri olan «Q regulation» ilə ABŞ banklarının
müddətli əmanətlərə ödədikləri maksimum faiz həddi müəyyən
edilmiş, ancaq ölkə xaricindəki şöbələr bu tənzimləmənin
xaricində qalmışlar. Bunun nəticəsində ABŞ-dakı banklardan, o
cümlədən onlardan daha çox faiz verən başda London olmaq şərti
ilə xaricdəki şöbələrinə böyük miqdarda fond axını baş vermiş və
Avrobazarlar adlandırılan Avropa pul və sərmayə bazarlarının iş
həcmi əhəmiyyətli ölçüdə genişlənməyə başlamışdır. Digər
tərəfdən, noyabr 1973-cü ildə başlayan birinci neft şoku ilə dünya
xam neft qiymətlərinin inanılmaz rəqəmlərə çatması neft ixracatçı-
sı ölkələrinin əllərində böyük miqdarda finans vəsaitlərinin yığıl-
masına səbəb olmuş və bu fondların önəmli hissəsi əmanət olaraq
Avrobazarlara axmışdır. Bundan başqa, neft qiymətlərindəki ar-
tımlar xüsusilə inkişaf yolundakı ölkələri çətin vəziyyətə qoyarkən
həmin ölkələrdə tədiyə balansının kəsirlərini finansləşdirmək üçün
beynəlxalq banklardan kredit tələblərini artırmışlar.
Avro pul fondları əsas etibarı ilə Avro kreditlər və Avro
istiqrazlardan ibarətdir. Avro kredit bazarlarında fəaliyyət göstərən
Avro banklar əllərindəki qısamüddətli fondları orta və
uzunmüddətli olaraq xarici mənbə tələb edən ölkə və qurumlara
vermişlər. Bu kreditlərin mənbəyi Avro əmanətlərdir. Avro əmanət
banklarının ölkə sərhədlərinin kənarında topladıqları əmanətdir ki,
bunun bir hissəsini də banklararası əmanət təşkil edir.
Off-Shore bazarları. Beynəlxalq finans sektoru, Avro pul
bazarlarının inkişafına paralel olaraq 1960-cı illərin əvvəllərindən
etibarən Off-Shore bazarlar adlandırılan yeni pul bazarlarının
98
sürətlə inkişafına səbəb olmuşdur. Bu illərdə beynəlxalq
bazarlarda söz sahibi olan və milli pul vahidləri dünya birjalarında
qəbul görən başlıca sənayeləşmiş ölkələrdə tətbiq edilən yüksək
vergiləmə siyasəti və sərt finans nəzarəti səbəbi ilə bir çox
transnasional şirkətlər alternativ investisya sahələri axtarmağa
başladılar. Bəzi adalar xarici investorlara, fəaliyyətlərində gizlilik
ə
sası ilə birlikdə çox səmərəli vergi tətbiq etməklə demək olar ki,
vergi sığınacağı vəziyyətinə gəliblər və «Off-Shore» bankçılıq
mərkəzlərini qurublar. Eyni vaxtda sürətlə sənayeləşmə prosesinə
girən Sinqapup, Honkond, Cənubi Koreya kimi bir neçə Uzaq Şərq
ölkələri bəzi dövlət investisiya proqramlarının finansləşdirilməsini
təmin etmək məqsədilə Avro pul bazarından pul alaraq beynəlxalq
finans mərkəzi vəziyyətinə gəlmək üçün «off şor» bankçılıq
mərkəzini yaradıb. Bu bazarlarda fəaliyyət göstərən banklar
bankçılıq üzərindəki hər cür nəzarətdən uzaq qalmaları və çox
rahat çalışma şərtlərinin verilməsi səbəbi ilə beynəlxalq bankçılıq
böyük bir rəqabət gücü qazanmışdır.
Elektron bankçılıq. 1960-cı illərdən sonra xəbərləşmə və
kompüter texnologiyası sahələrində sürətli bir inkişaf baş
vermişdir. Elektron bankçılığın ən önəmli məhsullarından olan
«elektron fond transfer sistemləri»nin (Electronik Fund Transfer
System – EFT) istifadəsinə keçməsiylə bankçılıq işləri böyük sürət
qazanmışdır. 1970-ci illərd EFT daxil olmaq şərti ilə müxtəlif
finans mövzularında banklararası xəbərləşmənin təmin edilməsi
məqsədi ilə SWIFT adı altında dünya səviyyəsində bir qurum
yaradılmışdır. Ümumiyyətlə, elektron texnologiyasında 1960-cı
illərdən etibarən yaşanmaqda olan bu kimi yeniliklər, bankçılığın
beynəlxalq səviyyədə təşkilatlanmasını sürətləndirən çox
ə
həmiyyətli bir faktor olmuşdur.
Konyuktura sə bə blə ri. Yuxarıda sayılan faktorların yanında
bankçılığın beynəlxalq səviyyədə sürətlə inkişafına təsir edən digər
başlıca tendensiyalar arasında 1970-ci illərdən sənayeləşmiş
ölkələrdə izlənən resesyonun önəmli bir rolunu xüsusi qeyd etmək
lazımdır. Bu dövrdə banklar ölkələrdəki firmaların fond
Dostları ilə paylaş: |