Microsoft Word bvkm-xopks docx


tələbin  sürətlə  artması  kimi  amillər  bankçılığın  bey- nəlmiləşməsində təsir edən başlıca amil olmuşdur.  Beyn



Yüklə 2,67 Mb.
Pdf görüntüsü
səhifə31/133
tarix14.09.2018
ölçüsü2,67 Mb.
#68617
1   ...   27   28   29   30   31   32   33   34   ...   133

 

96

tələbin  sürətlə  artması  kimi  amillər  bankçılığın  bey-

nəlmiləşməsində təsir edən başlıca amil olmuşdur. 

Beynəlxalq  ticarət  həcminin  inkişafı.  Bankçılığın 

beynəlmiləşməsində  təsir  edən  əsas  ünsür  ölkənin  xarici  ticarət 

həcmi və tərkibidir, yəni  müştərisini izləyərək xarici bazara girən 

bank  digər  müştəriləri  ilə  də  münasibətlərə  girmə  imkanı  əldə 

etdiyinə  görə  ticarət  inkişaf  etdikcə  beynəlxalq  bankçılığın  həcmi 

də buna paralel olaraq yüksəlmişdir. Bundan başqa ixracat həcmi-

nin  yüksəlməsi  və  buna  paralel  ixracatı  kreditləşdirmə 

mövzusunda 

ə

məliyyatların 



təkmilləşdirilməsi 

beynəlxalq 

bankçılığın inkişafına təkan vermişdir. 

nterbank pul bazarı.  nterbank pul bazarı əmanət sahibləri 

ilə kredit müştəriləri arasında vasitəçilik rolunu həyata keçirən bir 

sistemdir.  Özəlliklə  şöbə  bankçılığın  hakim  olduğu  yerlərdə  bir 

ş

öbədə  istifadə  edilməyən  sərmayə  eyni  bankın  başqa  bir 



ş

öbəsində  istifadə  edilə  bilər  və  ya  əgər  ehtiyacından  çox  əmanət 

toplaya  bilmişsə,  o  zaman  əlavə  vəsaitləri  daha  səmərəli  istifadə 

etmək məqsədi ilə kiçik faizlə də olsa digər banklarda əmanət he-

sabı açar. Beləliklə, müştərilərinin kredit tələbatını yetəri miqdarda 

ə

manət  toplamayan  banklar,  fond  ehtiyaclarını  banklarası 



ə

məliyyat  vasitəsi  ilə  qarşılama  imkanı  əldə  edəcəkdir.  nterbank 

bazar  eyni  mərkəzdəki  bankların  bir-biri  ilə  apardıqları 

ə

məliyyatlar  yanında  digər  ölkələrdəki  banklara  da  açıq  olması 



səbəbi  ilə  əsas  etibarı  ilə  beynəlxalq  xüsusiyyət  daşıyır.  Bir  çox 

beynəlxalq  əhəmiyyətli  banklar  başlıca  finans  mərkəzlərində 

ofislər  açaraq  bu  bazarlardan  pay  alırlar.  nterbank  bazarlarında 

pay almaq üçün əsas arqument bankların digər banklar qarşısında 

yüksək bir kredit dəyərliliyinə sahib olması, bundan başqa valyuta 

nəzarəti və inzibati amirlik kimi maneələr olmamasıdır. Bankların 

kredit dəyərliliyindəki fərqlilik isə kredit limitlərinin böyüklüyü və 

tətbiq  etdikləri  qiymətlərin  səviyyəsində  (yəni  faiz  dərəcələrində) 

özünü  göstərir.  Kredit  qabiliyyəti  yüksək  olan  banklar  rəqabətə 

daha dözümlüdürlər. 




 

97 

Avro  pul  və  sərmayə  bazarları. 

kinci 


dünya 

müharibəsindən  sonra  iq-tisadiyyatları    dağılmış  olan  Avropa 

ölkələrinə ABŞ-dan istər Marşall Proqramı, istərsə də digər müxtəlif 

hökumət proqramları çərçivəsində böyük miqdarda fond axını təmin 

edilmişdir.  Ancaq  bir  tərəfdən  bu  yardımlar  və  Koreya 

müharibəsinin  gətirdiyi  əlavə məsrəflər nəticəsində  ABŞ-ın tədiyə 

balansı  1960-cı  illərə  doğru  böyük  səviyyələrdə  kəsirlər  verməyə 

baş-lamışdır.  

Bu tədbirlərdən biri olan «Q regulation» ilə ABŞ banklarının 

müddətli  əmanətlərə  ödədikləri  maksimum  faiz  həddi  müəyyən 

edilmiş,  ancaq  ölkə  xaricindəki  şöbələr  bu  tənzimləmənin 

xaricində  qalmışlar.  Bunun  nəticəsində  ABŞ-dakı  banklardan,  o 

cümlədən onlardan daha çox faiz verən başda London olmaq şərti 

ilə xaricdəki şöbələrinə böyük miqdarda fond axını baş vermiş və 

Avrobazarlar  adlandırılan  Avropa  pul  və  sərmayə  bazarlarının  iş 

həcmi  əhəmiyyətli  ölçüdə  genişlənməyə  başlamışdır.  Digər 

tərəfdən, noyabr 1973-cü ildə başlayan birinci neft şoku ilə dünya 

xam neft qiymətlərinin inanılmaz rəqəmlərə çatması neft ixracatçı-

sı  ölkələrinin  əllərində  böyük  miqdarda  finans  vəsaitlərinin  yığıl-

masına səbəb olmuş və bu fondların önəmli hissəsi əmanət olaraq 

Avrobazarlara  axmışdır.  Bundan  başqa,  neft  qiymətlərindəki  ar-

tımlar xüsusilə inkişaf yolundakı ölkələri çətin vəziyyətə qoyarkən 

həmin ölkələrdə tədiyə balansının kəsirlərini finansləşdirmək üçün 

beynəlxalq banklardan kredit tələblərini artırmışlar. 

Avro  pul  fondları  əsas  etibarı  ilə  Avro  kreditlər  və  Avro 

istiqrazlardan ibarətdir. Avro kredit bazarlarında fəaliyyət göstərən 

Avro  banklar  əllərindəki  qısamüddətli  fondları  orta  və 

uzunmüddətli  olaraq  xarici  mənbə  tələb  edən  ölkə  və  qurumlara 

vermişlər. Bu kreditlərin mənbəyi Avro əmanətlərdir. Avro əmanət 

banklarının ölkə sərhədlərinin kənarında topladıqları əmanətdir ki, 

bunun bir hissəsini də banklararası əmanət təşkil edir. 

Off-Shore  bazarları.  Beynəlxalq  finans  sektoru,  Avro  pul 

bazarlarının inkişafına paralel olaraq 1960-cı illərin əvvəllərindən 

etibarən  Off-Shore  bazarlar  adlandırılan  yeni  pul  bazarlarının 



 

98

sürətlə  inkişafına  səbəb  olmuşdur.  Bu  illərdə  beynəlxalq 

bazarlarda söz sahibi olan və milli pul vahidləri dünya birjalarında 

qəbul  görən  başlıca  sənayeləşmiş  ölkələrdə  tətbiq  edilən  yüksək 

vergiləmə  siyasəti  və  sərt  finans  nəzarəti  səbəbi  ilə  bir  çox 

transnasional  şirkətlər  alternativ  investisya  sahələri  axtarmağa 

başladılar.  Bəzi  adalar  xarici  investorlara,  fəaliyyətlərində  gizlilik 

ə

sası ilə birlikdə çox səmərəli vergi tətbiq etməklə demək olar ki, 



vergi  sığınacağı  vəziyyətinə  gəliblər  və  «Off-Shore»  bankçılıq 

mərkəzlərini  qurublar.  Eyni  vaxtda  sürətlə  sənayeləşmə  prosesinə 

girən Sinqapup, Honkond, Cənubi Koreya kimi bir neçə Uzaq Şərq 

ölkələri bəzi dövlət investisiya proqramlarının finansləşdirilməsini 

təmin etmək məqsədilə  Avro pul bazarından pul alaraq beynəlxalq 

finans  mərkəzi  vəziyyətinə  gəlmək  üçün  «off  şor»  bankçılıq 

mərkəzini  yaradıb.  Bu  bazarlarda  fəaliyyət  göstərən  banklar 

bankçılıq  üzərindəki  hər  cür  nəzarətdən  uzaq  qalmaları  və  çox 

rahat çalışma şərtlərinin verilməsi səbəbi ilə beynəlxalq bankçılıq 

böyük bir rəqabət gücü qazanmışdır. 



Elektron  bankçılıq.  1960-cı  illərdən  sonra  xəbərləşmə  və 

kompüter  texnologiyası  sahələrində  sürətli  bir  inkişaf  baş 

vermişdir.  Elektron  bankçılığın  ən  önəmli  məhsullarından  olan 

«elektron  fond  transfer  sistemləri»nin  (Electronik  Fund  Transfer 

System – EFT) istifadəsinə keçməsiylə bankçılıq işləri böyük sürət 

qazanmışdır.  1970-ci  illərd  EFT  daxil  olmaq  şərti  ilə  müxtəlif 

finans  mövzularında  banklararası  xəbərləşmənin  təmin  edilməsi 

məqsədi  ilə  SWIFT  adı  altında  dünya  səviyyəsində  bir  qurum 

yaradılmışdır.  Ümumiyyətlə,  elektron  texnologiyasında  1960-cı 

illərdən  etibarən  yaşanmaqda  olan  bu  kimi  yeniliklər,  bankçılığın 

beynəlxalq  səviyyədə  təşkilatlanmasını  sürətləndirən  çox 

ə

həmiyyətli bir faktor olmuşdur. 



Konyuktura səbəbləri. Yuxarıda sayılan faktorların yanında 

bankçılığın beynəlxalq səviyyədə sürətlə inkişafına təsir edən digər 

başlıca  tendensiyalar  arasında  1970-ci  illərdən  sənayeləşmiş 

ölkələrdə izlənən resesyonun önəmli bir rolunu xüsusi qeyd etmək 

lazımdır.  Bu  dövrdə  banklar  ölkələrdəki  firmaların  fond 



Yüklə 2,67 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə