Microsoft Word bvkm-xopks docx



Yüklə 2,67 Mb.
Pdf görüntüsü
səhifə32/133
tarix14.09.2018
ölçüsü2,67 Mb.
#68617
1   ...   28   29   30   31   32   33   34   35   ...   133

 

99 

tələblərinin  azalması  nəticəsində  əllərindəki  likvidi  satmaq  üçün 

ölkə xaricindəki fəaliyyətlərinə üstünlük verməyə başladılar. Baş-

qa bir tərəfdən, xüsusi ilə neft qiymətlərindəki  artımlar səbəbi ilə 

iqtisadi  qıtlıqla  üzləşən  və  tədiyə  balansı  kəsirləri  böyük  ölçüdə 

artaq  inkişaf  etməkdə  olan  ölkələr  xarici  fond  təmin  etmək 

məqsədi  ilə  beynəlxalq  banklarla  daha  sıx  münasibətlər  qurdular. 

1980-ci  illərdə  inkişaf  etməkdə  olan  ölkələrin  cari  kəsirlərinin 

75%-i beynəlxalq banklar tərəfindən kreditləşirdi. 

Nəticə  olaraq  dünya  ticarət  həcmindəki  inkişaf  prosesləri, 

Avro  pul  bazarları  ilə  interbank  bazarlarındakı  fondların  böyük 

həcmlərə  çatması,  xəbərləşmə  və  kompüter  texnologiyasındakı 

inkişaf,  «off  şor»  finans  mərkəzlərinin  xarici  banklar  üçün  böyük 

cazibəliliyi  və  dünya  iqtisadi  konyukturasında  meydana  gələn 

dəyişmələr  bir-biriləri  ilə  sərt  rəqabət  içində  olan  bankların 

fəaliyyətlərini ölkə sərhədləri kənarına çıxmalarını bir məcburiyyət 

halına gətirmişdir. 

Digər  səbəblər.  Yuxarıda  saydığımız  faktorların  xaricində 

aşağıdakı  ünsürlər  də  bankçılığın  beynəlmiləşməsində    təsirli 

amillər  olmuşdur: 

1) Şirkətlərin transnasional hala gəlməsi bankçılığın da bey-

nəlxalqlaşmasına təsir etmişdir; 

2) Bankların beynəlxalqlaşmasını təşviq edən ən əhəmiyyətli 

ünsür beynəlxalqlaşma prosesinin verdiyi imkanlardır. Ölkə içində 

fəaliyyət göstərən bir bank (milli pulla fəaliyyət göstərdiyinə görə) 

iqtisadiyyatın  sistematik  riskinə  bağlı  olmaq  məcburiyyətindədir. 

Lakin,  beynəlxalq  sahədə  fəaliyyət  göstərən  banklar  özlərini 

sistematik  riskə  qarşı  qoruyur  və  topladıqları  əmanətləri  müxtəlif 

ölkələrin finans mərkəzlərində dəyərləndirə  bilərlər. 

3)  Gəlir  və  vergi  münasibətləri  bankın  beynəlxalqlaşmasına 

təsir  edən  faktorlardan  biridir.  Vergi  cənnəti  sayılan  Bahama, 

Lüksemburq və Tayman adaları kimi finans mərkəzlərində bir çox 

xarici  bankın  ölkələrdə  banklar  gəlirləri  maksimum  səviyyəyə 

çıxarmağa,  yüksək  vergi  tətbiq  edilən  ölkələrdə  isə  xərclərini 

minimum səviyyəyə endirməyə çalışırlar. 




 

100

6.2. BEYNƏLXALQ  BANKLARIN   NS T SUONAL 

X DMƏT  VAH DLƏR  

 

Beynəlxalq  iqtisadi  münasibətlərin  müharibədən  sonrakı 

dövrdə  sürətli  inkişafına  paralel  olaraq  beynəlxalq  finans 

xidmətlərinə  tələb  də  önəmli  ölçüdə  artmışdır.  Beynəlxalq 

səviyyədə  fəaliyyət  göstərən  bankların  təklif  etdikləri  əsas 

xidmətlərdən biri fərqli ölkələrdə yaşayan və ya səyahət edən şəxs-

lər arasında fond transferini təmin etməkdir. Beynəlxalq bankların 

önəmli  funksiyalarından  biri  də  vasitəçilik  etmək,  yəni  əmanət 

toplamaq  və  kredit  verməkdir.  Banklar  daima  minimum  xərclə 

ə

manət  qəbul  etmə  və  bu  fondları  nisbətən  aşağı  risklə 



müştərilərinə kredit olaraq vermə yoluna üstünlük verir. 

Beynəlxalq  bankların  verdiyi  əhəmiyyətli  xidmətlərdən  biri 

də valyuta ticarəti və valyuta ilə əlaqədar əməliyyatlardır. Bankın 

beynəlxalq  xidmətləri  təklif  edərkən  ilk  atdığı  addım,  beynəlxalq 

ə

məliyyatları  apara  bilmək  üçün  bankın  mərkəz  şöbəsində  öz 



departamentini  təşkil  etməkdir.  Xarici  əməliyyatlar  əhəmiyyətli 

həcmlərə  çatana  qədər,  əməliyyatların  çoxu  bankın  yerli  idarələri 

tərəfindən  aparılır.  Ancaq  iş  həcmi  müəyyən  bir  rəqəmi  aşdıqdan 

sonra  isə  departamenti  təşkil  etmək  və  onu  müəyyən  bölmələrə 

ayırmaq  lazımdır.  Beynəlxalq  fəaliyyətləri  genişləndirmək  üçün 

faydalana biləcək müəyyən qurumlar aşağıdakılardır: 



1.  Nümayəndəliklər:  bəzi  banklar  xarici  ölkədə  bir  şöbə 

açmamışdan  əvvəl  nümayəndəlik  açır.  Nümayəndəlik  ana  bankın 

müştərilərinə yerli firmalar və ölkə haqqında iqtisadi məlumat alır 

və  bunları  analiz  edərək  müştərilərinə  satır.  Ən  əhəmiyyətlisi  də 

ona  bankın  xidmətlərinə  ehtiyacın  olub-olmadığı  ilə  əlaqədar 

tədqiqat  aparır.  Bu  üstünlüklərinə  baxmayaraq,  nümayəndəliklər 

ə

manət  qəbulu,  kredit  vermə,  səyahət  çekləri  və  ya  kredit 



məktubları vermək imkanına sahib deyildir. 

2.  Müxbir  banklar:  beynəlxalq  fəaliyyətə  yönələn  bir  çox 

bank, xarici əməliyyatları apara bilmək məqsədi ilə müxbir banklar 

qovşağı təşkil etməyə üstünlük verir. Bir ölkə bankı xarici bir bank 



 

101

ilə öz ölkələrində bir-birlərinin qarşılıqlı agentləri olaraq fəaliyyət 

göstərmək  üçün  müqavilə  imzalaya  bilər.  Bu  banklar  əmanət 

hesablarını  bir-birinə  nəql  edə  və  qarşılıqlı  olaraq  işləri  bir-birinə 

həvalə  edə  bilərlər.  Xarici  ölkədə  dürüst  bir  müxbir  bank  söz-

ləşdiyi  bankın  nümayəndəliyindən  daha  az  bir  xərclə  finans 

ə

məliyyatları keçirə bilər. Çünki nümayəndəlik üçün məcburi bəzi 



xərclər  (investisiya  və  personal  xərcləri  kimi)  olduğu  halda, 

müxbir bank üçün belə bir problem yoxdur. Digər tərəfdən müxbir 

bank  fondları  və  sənədləri  toplayıb  ya  sövdələşdiyi  bank  və  ya 

müştərilər adına hissə sənədi təhvil alıb-sata bilər. 



3.  Şöbələr:  xarici  bir  şöbə  bu  şöbəni  açan  bankın  bir 

bankçılıq qurumudur və buna görə də müstəqil bir qurum deyildir. 

Bu  səbəbə  görə  xarici  şöbələrin  aktiv  və  passivləri  ilə  apardıqları 

siyasət ana banka aid olur. Xarici ölkələrdə açılan şöbələr üçün iki 

qrup  hüquqi  tənzimləmə  qarşı-şarşıyadır.  Bunlar  ev  sahibi  və  ana 

ölkənin hüquqi tənzimləmələridir. Xaricdə şöbə  açmaq, bir banka 

ixtisas  sahəsinə  girən  xidmətləri  vermək,  nümayəndəlik  və  ya 

müxbir  münasibətləri  istifadə  edilən  banklara  nəzərdə  daha 

səmərəlidir.  Şöbə  bankın  açdığı  kreditlər  ana  bankın  kapital 

həcmindən asılıdır. Əmanətlər isə şöbədən çox ana bankın təminatı 

altındadır. 

4.  Filial  və  ya  asılı  quruluşlar:  «asılı  quruluşlar»  termini 

xarici bir ölkədə olan və bütöv, ya da bir hissəsi ana banka aid olan 

xarici  bir  bankı  ifadə  edir.  Filial  vəziyyətində  olan  bank 

sərmayəsinin  50%-dən çoxu ana bankın əlində toplanır. 



5. Bank konsorsumları: Tərəf olaraq banklar konsorsiumda 

müəyyən  edilmiş  sərmayə  ilə  iştirak  edir  və  konsorsiumun  idarə 

heyətində  iştirak  payı  nisbətində  təmsil  haqqına  malik  olurlar. 

Konsorsium hərəkəti 1960-cı illərdə Avropada başlamışdır. Bu tip 

qrupun meydana gəlməsində üç faktor əhəmiyyətli rol oynamışdır. 

Birincisi,  Amerikada  xariclərin  ABŞ-ın  finans  bazarlarında  uzun 

müddətli  fond  təmininə  məhdudiyyət  qoyan  «sərmayə  nəzarət 

proqramı»dır.  kincisi, Avropa bazarlarına ABŞ banklarının şöbə-

ləri tərəfindən ortamüddətli kreditlərin açılması və bu kimi kreditə 



Yüklə 2,67 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə