Microsoft Word bvkm-xopks docx



Yüklə 2,67 Mb.
Pdf görüntüsü
səhifə34/133
tarix14.09.2018
ölçüsü2,67 Mb.
#68617
1   ...   30   31   32   33   34   35   36   37   ...   133

 

105

institutları  maliyyələşdirmək  qabiliyyətini  qiymətləndirməyə 

imkan verir. 

3.  Əmanətçilərin  maraqlarının  müdafiəsi:  əmanətçilər  qarşı-

sında öz öhdəliklərini yerinə yetirə bilməyən bankların fəaliyyətinə 

müvafiq  orqanlarının    əmanətçilərə  münasibətdə  öz  öhdəliklərini 

yerinə yetirə bilməyən bankların  fəaliyyətinə nəzarəti gücləndiril-

məlidir. 

Ayrı-ayrı ölkələrdə bank nəzarətini həyata keçirən orqanların 

növləri  də  müxtəlifdir  ki,  bu  da  bir  sıra  institusional,  mədəni  və 

inzibati şərtlərlə, habelə iqtisadiyyatın inkişaf səviyyəsi və kapital 

bazarlarının həcmi ilə izah olunur. Bəzi ölkələrdə Mərkəzi Banka 

nəzarət  və  bu  bankların  tənzimlənməsi  vahid  orqan  tərəfindən 

həyata  keçirilir,  digər  ölkələrdə  bu  funksiyaları  öz  aralarında  sıx 

ə

məkdaşlıq  edən  xüsusi  nəzarət  orqanları  icra  edir,  çünki  pul-



kredit  siyasətinin  və  bank  nəzarətinin  işlənib  hazırlanması 

funksiyaları kəsişir. 

Elə  ölkələr  var  ki,  burada  nəzarət  funksiyası  tamamilə 

Mərkəzi  Bankın  əlindədir.  Bu  ölkələrə  məsələn,  Rusiyanı  aid 

etmək  olar.  Bəzi  ölkələrdə  Mərkəzi  Bank  özünün  nəzarət  və 

tənzimləyici  funksiyalarından  qismən  məhrum  olunub  (Fransa, 

Almaniya,  Avstraliya,  Kanada,  sveçrə,  Türkiyə  və  s.).  Nəhayət, 

elə  ölkələr  də  vardır  ki,  onlarda  mərkəzi  banka  və  ya  oxşar 

funksiyalara  malik  orqana  nəzarət  və  tənzimləyici  səlahiyyətlərin 

bir  hissəsi  verilir.  Belə  orqanın  tipik  nümunəsi  kimi  ABŞ-ın 

Federal Ehtiyatlar Sistemini göstərmək olar.

 

Beləliklə, 



nəzarət 

oqanları 

arasında 

funksiyaların 

bölünməsinin bir neçə modelini fərqləndirmək olar: 

Model  1.  Bank  fəaliyyətinin  tənzimlənməsi  və  ona  nəzarət 

sferasında  müstəsna  səlahiyyətlərin  qanunvericiliklə  Mərkəzi 

Banklara  həvalə  olunmasına  əsaslanır.  Bank  işi  sahəsində  nəzarət 

təcrübəsinin  yarandığı  vaxtdan  etibarən  məhz  bu  model,  yeganə 

olmasa  da,  tarixən  hakim  model  olub.  Bu  gün  bu  model  özünün 

hakim mövqelərini itirsə də, ona əvvəlki kimi həyati tələbat var.  



 

106

Model  2.  “Qarışıq”.  Nəzarət  və  yoxlama  funksiyaları 

ixtisaslaşdırılmış  orqanlar  tərəfindən  Mərkəzi  Bankın  və  maliyyə 

nazirliyinin  bilavasitə  iştirakı  ilə  yerinə  yetirilir.  Klassik  misal 

kimi  ABŞ-ı  göstərmək  olar.  Amerikanın  kommersiya  bankları  və 

maliyyə  institutları  üzərində  nəzarəti  Federal  Ehtiyatlar  Sistemin-

dən  başqa,  banklarda  və  digər  kredit  institutlarında  əmanətlərin 

sığortalanması  ilə  məşğul  olan  Əmanətlərin  Sığortalanması  Fede-

ral  Korporasiyası  və  Pul  Dövriyyəsinə  Nəzarət  darəsi  (Maliyyə 

Nazirliyinin  bürosu)  tərəfindən  də  həyata  keçirilir.  Hər  üç  orqan 

ikiqat  işin  istisna  olunması  haqqında  razılığa  gəliblər.  “Qarışıq” 

modelə Fransa,  taliya və Niderland aiddirlər. 

Model 3. Bank fəaliyyətinə nəzarət Maliyyə Nazirliyi ilə sıx 

ə

məkdaşlıq şəraitində, Mərkəzi Bankın iştirakı ilə müstəqil ixtisas-



laşdırılmış  orqanlar  tərəfindən  həyata  keçirilir.  Bu  model  Kana-

danın və qismən Avstriya və Almaniyanın bank sisteminə xasdır.  

Model  4.  Bu  model  maliyyə  xidmətləri  bazarında  meqatən-

zimləyicinin  yaradılması  haqqında  qanunverici  qərarlar  qəbul  etmiş 

ölkələri  birləşdirir.  Bu  ölkələrin  demək  olar  ki,  hamısında  nəzarət 

funksiyaları  Mərkəzi  Banklardan  ayrılıb.  Burada  yalnız  meqa-

tənzimləyici səlahiyyətlərinin Mərkəzi Banka aid olduğu Sinqapur və 

müəyyən dərəcədə  rlandiya (burada meqatənzimləyici yerli Mərkəzi 

Bankın  muxtar  bölməsinin  bazasında  yaradılıb)  istisna  təşkil  edir. 

Vahid maliyyə nəzarəti orqanları ilk dəfə 1986-cı ildə Norveç, 1988-

ci  ildə  isə  slandiya  və  Danimarkada  tətbiq  olunub.  Bu  gün  onlar 

Estoniyada,  Latviyada,  Macarıstanda,  Maltada,  Çində,  Yaponiyada, 

Qazaxıstanda, Cənubi Koreyada və bir sıra digər ölkələrdə fəaliyyət 

göstərir. 

Model 5. Beynəlxalq və ya millidən yüksəkdə nəzarət mode-

li. Bu modeli mənzil-qərargahı  sveçrədə yerləşən Beynəlxalq he-

sablaşmalar  Bankı  (BHB)  və  üzv  dövlətlərin  maliyyə  bazarlarına 

ə

həmiyyətli  təsir  göstərən  direktivlər  qəbul  edən  Avropa  ttifaqı 



(A ) həyata keçirir.  

Təsir  tədbirləri  həyata  keçirilərkən  nəzarət  orqanları 

tərəfindən  həll  edilən  başlıca  məsələ  bank  fəaliyyətini  qüvvədə 



 

107

olan bank qanunvericiliyinin norma və tələblərinə uyğunlaşdırmaq 

məqsədi ilə onun tənzimlənməsidir. 

nkişaf etmiş ölkələrdə  artıq 100 ildən artıqdır ki, bankların 

fəaliyyətinə  nəzarət  həyata  keçirilir.  Son  15-20  ildə  inkişaf 

etməkdə olan ölkələr etiraf etmişlər ki, belə bir nəzarət həm bank-

maliyyə  sahəsində,  həm  də  bütövlükdə  ölkə  iqtisadiyyatında 

mühüm rol oynayır. 

Bankların  fəaliyyətinin  tənzimlənməsi  iqtisadi  baxımdan 

inkişaf etmiş bütün ölkələrdə prioritet əhəmiyyət kəsb edir. Bir çox 

ölkələrdə  bankların  fəaliyyətinə  nəzarət  mərkəzi  bankların  ən 

mühüm  funksiyalarından  biri  hesab  ediür.  Bu  cür  tənzimləmə 

iqtisadiyyatı,  o  cümlədən  pul-kredit  bazarlarının  qeyri-sabit 

inkişafı  dövrlərində  xüsusi  əhəmiyyət  kəsb  edir.  Qeyd  edilən 

səbəblərdən  müxtəlif  ölkələrin  bankların  işinin  tənzimlənməsi  və 

beynəlxalq  bank  nəzarəti  sisteminin  yaradılması  üzrə  nəzarət 

orqanlarının  səylərinin  əlaqələndirilməsi  zərurəti  meydana  gəldi. 

Beynəlxalq  bank  nəzarəti  sistemi  bir  çox  ölkələrin  banklarının 

inteqrasiyası prosesində yaranırdı. 

Bank nəzarəti və onun tənzimlənməsi sahəsində ən tanmmış 

və  nüfuzlu  beynəlxalq  təşkilat  1974-cü  ildə  Beynəlxalq 

Hesablaşmalar  Bankı  (BHB)  nəzdində  yaradılmış  Bank  Nəzarəti 

üzrə Bazel Komitəsidir (BNBK). Komitənin adı mənzil-qərargahın 

yerləşdiyi Bazel ( sveçrə) şəhərinin adından götürülmüşdür. 

Qeyd  etmək  lazımdır  ki,  Bazel  Komitəsi  məşvərətçi 

orqandır. Ona görə də onun tövsiyələri hətta Komitənin üzvü olan 

ölkələr  üçün  də  məcburi  deyil.  Lakin  bu  orqanın  beynəlxalq 

nüfuzu  o  qədər  böyükdür  ki,  hətta  BNBK-nın  üzvü  olmayan 

ölkələr belə onun standartlarına rıayət etməyə çalışır. 

Bazel  Komitəsı  bir  neçə  prinsip  işləyib  hazırlamışdır.  Bu 

prinsiplərə əməl edilməsi bank sisteminın sabitliyinə yardım etmək 

vəzifəsi daşıyır. 

Bazel  Komitəsi  tərəfındən  nəzarətin  25  əsas  prinsipi  işlənib 

hazırlanmışdır.  Bu  prinsiplər  bankların  «həyat  silsiləsi»nin  bütün 

mərhələlərini və onların nəzarət orqanları ilə münasibətlərini əhatə 



Yüklə 2,67 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə