Microsoft Word bvkm-xopks docx



Yüklə 2,67 Mb.
Pdf görüntüsü
səhifə2/133
tarix14.09.2018
ölçüsü2,67 Mb.
#68617
1   2   3   4   5   6   7   8   9   ...   133

 

4

kreditorlar bazar, faiz, valyuta və siyasi risklər daxil olmaqla, eyni 

dərəcədə riskə məruz qalırlar.  

Beynəlxalq  maliyyə  inteqrasiyası  maliyyə  institutları  və 

digər  bazar  iştirakçılarının  qarşısına  yeni  problemlər  çıxarır. 

Birincisi,  investorlar  üçün  beynəlxalq  kapital  bazarlarında 

fəaliyyət ilə əlaqədar, ola bilsin, yararlı məlumat əldə etmək çətin 

olsun.  Məsələn,  faiz  svopları  kimi  bir  çox  maliyyə  əməliyyatları 

balans  maddələrinə  aid  edilir  və  adi  hesabat  üsulları  üzrə  dəqiq 

müəyyən olunmur. 

Digər problem ondan ibarətdir ki, maliyyə bazarlarının inteq-

rasiyası maliyyə resursunun tədavülü prosesinin sadələşdirilməsinə 

gətirib  çıxardı.  Nəhayət,  bazar  inteqrasiyası  maliyyə  bazarının 

zəifliyini  gücləndirə  və  onun  fəaliyyətinə  nəzarət  problemini  mü-

rəkkəbləşdirə bilər.  

Bütün bu deyilənlərdən aydın olur ki, maliyyə qloballaşması 

müəyyən müsbət nəticələr verə bilər. Bunlara, şübhəsiz, dünyanın 

müxtəlif  regionlarında  maliyyə  resursları  çatışmazlığının  azaldıl-

ması aid edilir.  Bundan  əlavə, qloballaşma milli maliyyə  bazarla-

rında  rəqabəti  gücləndirir,  bu  isə  maliyyə  xidmətlərinin  dəyərinin 

aşağı  düşməsi,  yəni,  artıq  qeyd  olunmuş  “dezintermediasiya” 

(vasitəçiliyin aradan qaldırılması) prosesi ilə müşayiət olunur.  

Amma qloballaşma müəyyən mənfi nəticələr ilə də müşayiət 

edilir.  Hər  şeydən  əvvəl,  bu,  milli  maliyyə  bazarlarının  qeyri-

stabilliyinin  artmasıdır.  Belə  ki,    liberallaşma  ilə  əlaqədar  onlar 

“qaynar  pullar”  üçün  daha  yararlı  olurlar;  digər  tərəfdən,  iri 

maliyyə mərkəzlərində yaranmış maliyyə böhranları başqa ölkə və 

regionlarda özünü daha güclü göstərməkdədir. 

Maliyyə  qloballaşmasının  verdiyi  digər  mənfi  nəticə  dünya 

iqtisadiyyatının  real  sektorunun  onun  pul,  maliyyə  kompo-

nentindən daha çox asılı olmasıdır.  nkişaf etməkdə olan ölkələrdə 

başlayan  bu  proses  digər  ölkə  və  regionlarda  fəal  şəkildə  yayıl-

maqdadır. Bu o deməkdir ki, milli iqtisadiyyatların vəziyyəti milli 

və dünya miqyaslı maliyyədən daha çox asılıdır. 




 

5

Sonuncu  vəziyyət  həm  də  onun  üçün  zəmin  yaradır  ki, 

qloballaşma  şəraitində  milli  maliyyə,  milli  maliyyə  bazarlarında 

daha  fəal  iştirak  edən  qeyri-rezidentlərin  davranışından  daha  çox 

asılı olur.  

Dünya  Valyuta  Sistemi  XIX  əsrdə  yaranmaqla  və  bir  neçə 

mərhələlərdən keçərək tədricən inkişaf etmişdir. DVS, qızılın ciddi 

şə

kildə  müəyyən  olunmuş  çəki  miqdarı  başqa-başqa  ölkələrin  pul 



vahidləri  kimi  istifadə  olunmuş  qızıl  pul  standartından  müasir 

fidutsiar  kağız  pullarına  qədər  inkişaf  yolu  keçmişdir;  bu  kağız 

pulların  kursu  valyuta  bazarları  tərəfindən,  emissiya  isə  müvafiq 

valyuta sistemlərinin mərkəzi bankları tərəfindən təyin olunur. 

Dünya  Valyuta  Sistemi  (DVS)  dövlətlərarası  və  beynəlxalq 

razılaşmalar  ilə  təsbit  edilmiş  və  dünya  təsərrüfatı  çərçivəsində 

valyuta  münasibətlərinin  təşkil  olunması  formasını  əks  etdirir. 

DVS-nin  məzmunu  dünya  iqtisadiyyatında  ödəniş-hesablaşma 

dövriyyəsinə şərait yaradan vasitələrin və dövlətlərarası orqanların 

məcmusundan ibarətdir.  

Dünya  maliyyə  bazarının  müxtəlif  seqmentləri  arasındakı 

sərhədlər  aradan  qaldırılmışdır,  buna  görə  də,  dünya  maliyyə 

resurslarının  hissələrinin  bir  seqmentdən  digərinə  ötürülməsi 

mümkündür.  Bu  səbəbdən  müxtəlif  dünya  ölkələrində  valyuta 

kursları, bank faizi və qiymətli kağızların kursu arasında qarşılıqlı 

asılılıq  müəyyən  olunur.  Bu  isə  dünya  maliyyə  resurslarının 

qloballaşmasına  aparır;  belə  ki,  1997-ci  ilin  yayında  Cənub-Şərqi 

Asiyada və 2008 ABŞ-da yaşanan maliyyə böhranı dünya maliyyə 

iqtisadiyyatının  sarsılmasına  gətirib  çıxardı.Beynəlxalq  valyuta-

kredit  münasibətlərinin  predmeti  özəl  şəxs,  şirkət  və  dövlət  qu-

rumlarının valyuta-kredit və maliyyə  əməliyyatlarını incələməkdir.  

Müasir  dövrdə  ölkələrin  ticarət  və  maliyyə  hərəkətləri 

getdikcə qloballaşmaqdadır. Qloballaşan dünyada bir ölkənin xarici 

iqtisadi  və  maliyyə  hərəkətlərinin  incələnməsi  şübhəsiz  əhəmiy-

yətlidir. 

Qloballaşan  dünyamızda  Beynəlxalq  valyuta  –  kredit 

münasibətləri  və  xarici  ölkələrinin  pul  kredit  sistemləri  mövzuları 



 

6

istər maliyyə investorlarını, istərsə də maliyyə resurslarına ehtiyacı 

olan fərd, özəl və dövlət qurumlarını  yaxından maraqlandırır. Qlo-

ballaşan dünyamızda dünya ticarətində yüksək paya sahib olan öl-

kələrin  milli  pul  vahidlərinin  dəyərindəki  dəyişikliklər  dərhal 

onunla iqtisadi əlaqədə olan ölkənin tədiyyə balansına, valyuta mə-

zənnəsinə,  faiz  dərəcəsinə  və  başqa  iqtisadi  göstəricilərinə  təsir 

edir və iqtisadi  parametrlərin dəyişikliyinə yol açar. Bu səbəbdən 

də  günümüzdə  beynəlxalq  valyuta-kredit  münasibətləri  möv-

zularını öyrənmək ən aktual və gərəkli məsələlərdən biridir. Ancaq 

beynəlxalq valyuta-kredit münasibətlərinin get-gedə qloballaşması 

günümüzün  ən  önəmli  bir  gerçəyidir.  Qloballaşan  bir  dünyada 

günlük  mal  və  xidmət  üzrə  ticarət  dövriyyəsi  30  milyard  dollar 

ikən,  sadəcə  valyuta  bazarlarında  valyutaların  alqı-satqısı  üzrə 

ə

məliyyatların  həcmi  2900  milyard  dollardır.  Buna  görə  də 



beynəlxalq  valyuta-kredit  münasibətləri  mövzuları  çox  geniş  bir 

kütləni  yaxından  maraqlandırır.  Yəni,  beynəlxalq  valyuta-kredit 

münasibətləri mövzuları istər istehsalçının, istərsə də istehlakçının 

daha geniş maraq dairəsinə daxil olur. Çünki Beynəlxalq valyuta-

kredit münasibətləri sahəsindəki dəyişikliklər ölkə iqtisadiyyatının 

bütün sektorlarına təsir edir. Məlumdur ki, valyuta məzənnəsindəki 

dəyişiklik hadisəsi yalnız valyuta ticarəti ilə məşğul olan qurumları 

deyil,  eyni  zamanda  ölkə  iqtisadiyyatının  bütün  sektorların 

maliyyə qərarlarına təsir edər. Bundan başqa, ölkənin xarici bazar 

payının  artması  da  bütün  ölkə  vətəndaşlarının  həyat  səviyyəsinə 

təsir  edir.  Ümumiyyətlə,  xarici  investorlar  üçün  müəyyən  zaman-

larda ölkədə aprılan bütün iqtisadi və maliiyə əməliyyatlarını izlə-

mək  vacibdir:  məsələn,  ölkə  ixracatının  idxalat  xərclərini  qarşıla-

ma nisbəti necə hesablanacaq, turizm və digər xidmətlərdən hansı 

səviyyədə gəlir gələcək, ölkəyə hansı ölçüdə qısa və ya uzun müd-

dətli maliyyə vəsaiti girəcək və ya çıxacaq, birbaşa xarici sərmayə 

investisiyalarındakı dəyişmələr hansı istiqamətdə hərərəkət edəcək. 

Bütün  bunları  investorlar  öncədən  təxmin  etməli,  yəni 

maliyyə  risklərini  əvvəlcədən  görməlidir.  Məsələn,  ticarət 

balansında  getdikcə  artan  kəsir  varsa  və  ölkəyə  konkret  sərmayə 




Yüklə 2,67 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə