Microsoft Word bvkm-xopks docx



Yüklə 2,67 Mb.
Pdf görüntüsü
səhifə6/133
tarix14.09.2018
ölçüsü2,67 Mb.
#68617
1   2   3   4   5   6   7   8   9   ...   133

 

17 

12  üzv  ölkənin  dövlət  və  ya  hökumət  başçıları  1991-ci  ilin 

sonlarında Hollandiyanın Maastrixt şəhərində toplanaraq siyasi və 

iqtisadi  birlik  haqqında  əhəmiyyətli  qərar  verdilər.  Sözü  gedən 

Saziş 7 fevral 1992-ci ildə imzalandı və üzv ölkələrinin hamısının 

təsdiq  etməsi  ilə  qüvvəyə  mindi.  Maastrixt  Sözləşməsi  Avropa 

Birliyinin  vahid  pul  vahidinə  keçməsini  nəzərdə  tutur.  Valyuta 

Birliyi Avropa Komissiyasının sədri Jak Delors tərəfindən 1989-cu 

ildə hazırlanan bir planda nəzərdə tutulan məqsədlər üç mərhələdə 

həyata keçəcəkdir. 

Birinci  mərhələ  1989-cu  ilin  iyun  ayında  başladı.  Üzv 

ölkələrin  maliyyə  və  kredit  siyasəti  sahəsində  əməkdaşlıq  və 

iqtisadi  inkişaflarının  bir-birinə  yaxınlaşdırılmasını  nəzərdə 

tuturdu. Bundan başqa birlik daxilindəki kapital hərəkətlərinə qarşı 

bütün məhdudiyyətlər aradan qaldırıldı. 

kinci  mərhələ  1994-cü  ilin  yanvar  ayında  Avropa  Valyuta 

nstitutunun qurulması ilə başlayır. Bu orqan gələcəkdə qurulacaq 

bir  Avropa  Mərkəzi  Bankının  avanqardı  olaraq  nəzərdə 

tutulmuşdur.  Avropa  Valyuta  nstitutu  üzv  ölkələrin  mərkəzi 

banklarının  sədrlərindən  ibarətdir.  Üzvlər  arasında  bütün  pul 

mövzularında  əməkdaşlığı  və  mərkəz  banklarının  monetar 

siyasətlərinin  uyğunlaşdırılmasını  təmin  etmək  qurumun  əsas 

vəzifələrindən biridir. 

Sonrakı  mərhələdə  isə  bu  qurumun  yerini  Avropa  Mərkəzi 

Bankı  alacaqdır.  Avropa  Mərkəzi  Bankı  üzv  ölkələrin  mərkəzi 

bankları ilə birlikdə Avropa Mərkəzi Bankları Sistemini meydana 

gətirəcəklər. Birliyin pul siyasətini hazırlamaq və idarə etmək üzv 

ölkələrin  valyuta  ehtiyatlarını  tutmaq  və  ödəmələr  sisteminin 

axsamadan işləməsini təmin etmək qurumun əsas vəzifələridir. 

Daha  sonra  üzvlər  makroiqtisadi  siyasətlərini  daha  yüksək 

səviyyədə  bir-biri  ilə  uyğunlaşdıracaq.  Uyğunlaşma  mövzusunda 

bəzi konkret göstəricilər var. Bunlar, məsələn inflyasiya hədlərinin 

bu  sahədə  ən  yaxşı  vəziyyətdə  olan  ilk  üç  ölkənin  ortalamasına 

görə  1,5%-dən  artıq  olmaması,  büdcə  kəsirinin  ümumi  daxili 




 

18

məhsulun  3%-ni,  dövlət  borclarının  isə  ÜDM-in  60%-ini 

aşmamasıdır. 

Avropa  Valyuta  Sistemi  Avropa  pul  vahidi  –  «Avro»-ya 

ə

saslanır.  Avropa  Birliyi  ölkələrinin  1995-ci  ilin  sonlarında 



Madriddə  təşkil  etdikləri  Zirvə  toplantısında  Ekyü-nün  adı  Avro 

olaraq dəyişdirildi.  

Üçüncü  mərhələyə  keçid  1997-ci  ildə  başladı.  Amma  bu 

mərhələ  1999-cu  ildə  tamamlandı.  Bu  son  dövrdə  üzv  ölkələrin 

milli valyutaları geri qayıtmayacaq şəkildə sabit kurslardan Ekyü-

yə  bağlandı  və  tətbiq  edildi.  Tək  valyuta  sisteminin 

formalaşdırılması,  valyuta  bazarına  müdaxilə  və  açıq  bazar 

ə

məliyyatları  kimi  vəzifələri  yerinə  yetirmək  üçün  Avropa 



Mərkəzi Bankı qurulmalı idi. Bu isə üzv ölkələrin pul təklifi, pul 

siyasəti kimi mövzularda müstəqillik haqqlarından imtina etmələri 

deməkdir.  Bundan  başqa  üzv  ölkələr  büdcə  siyasəti  sahəsində  də 

tam bir sərbəstliyə malik olmayacaqdılar. Ortaq mərkəzi bank üzv 

ölkələrin  mərkəz  bankları  üstündə  analoji  şəkildə  ABŞ-dakı 

Federal Rezerv Bank rolunu oynayacaq. 

Valyuta birliyi mövzusuna bütün üzv ölkələrin münasibətləri 

eyni deyil. Məsələn,  ngiltərə Avropa Birliyinin iqtisadi və valyuta 

birliyi  uğrundakı  təşəbbüslərini  müntəzəm  olaraq  əngəlləməyə 

cəhd  edib.  Bunun  müxtəlif  səbəbləri  var.  Əvvəla,  bu  ölkə  siyasi 

suverenlik haqlarından imtina etməyib. Bundan başqa,  ngiltərənin 

sterlinqin  milli  pul  olaraq  istifadəsindən  imtina  etməməsi  və 

Avropa  Birliyinin  iş  qaydalarına  tabe  olmaması  da  əsas  səbəblər-

dən biridir. 

Qeyd  etmək  lazımdır  ki,  üzv  ölkələr  arasındakı  dil, 

mədəniyyət və digər milli fərqlər valyuta birliyi sahəsində inkişafı 

ləngidir. 

Ş

übhəsiz,  son  zamanlar  maliyyə  bazarlarının  tam 



inteqrasiyası  üçün  əsas  cəhət  bir  sıra  Avropa  ölkələrinin  vahid 

bazar  yaratmağa  can  atmasıdır.  «Avropa  –  1992»  qanunlar 

paketinin  bir  hissəsinə  uyğun  olan  liberallaşdırma  tədbirlərinin 



 

19 

geniş dairəvi mal və xidmətlər ticarəti həcmini, o cümlədən kapital 

axınını artırmışdır.  

Bu qanunlar paketinin məqsədi – Avropa Birliyi üzv ölkələri 

arasında kapitalın dövriyyəsinə qoyulmuş məhdudiyyətləri ləğv et-

mək, o cümlədən bu birlik daxilində maliyyə fəaliyyəti sahəsində 

olan məhdudiyyətləri nəzərə çarpacaq dərəcədə azaltmaqdır. Lakin 

xüsusi  düzəliş  bu  üzv  ölkələrə  imkan  verir  ki,  onlar  maliyyə 

bazarlarında  və  ya  tədiyə  balanslarında  problemləri  yarananda 

kapital üzərində müvəqqəti nəzarət qoysunlar. 

Kapitalın  dövriyyəsinə,  o  cümlədən  depozitlər  və  qiymətli 

kağızlar ticarəti üzərindəki bütün məhdudiyyətlər 1990-cı ilin iyul 

ayına  qədər  artıq  ləğv  edilmişdir.  ndi  Avropa  Birliyi  üzvü 

ölkəsinin investoru istənilən ölkədə hesab aça və qiymətli kağızları 

alıb  və  ya  sata  bilər.  Avropa  Birliyinə  üzv  olan  ölkələrin 

banklarına  bu  birliyin  istənilən  ölkəsində  iş  aparılmasına  o  vaxt 

icazə veriləcək ki, onların öz ölkələrində fəaliyyət göstərməsi üçün 

lisenziyası  olsun.  Kommersiya  banklarına  da  həmçinin,  qiymətli 

kağızlarla əməliyyat aparmağa icazə veriləcək ki, bu da ABŞ üçün 

ə

nənəvi  olan  bank  investiyası  fəaliyyətinin  bir  növüdür.  Birlik 



üzvü  olmayan  ölkələrin  bankları  üçün  «Avropa  –  1992»  layihəsi 

aşağıdakı  qarşılıqlı  prinsipi  formalaşdırır:  birlik  üzvü  olmayan 

ölkələrin  banklarına  o  halda  birlik  bazarlarına  daxil  olmağa  icazə 

verilir  ki,  həmin  ölkələr  birlik  ölkələri  banklarına  yüksək 

ə

lverişlilik rejimi təqdim etsinlər. 



Bundan 

başqa, 


qiymətli 

kağızlarla 

ticarətin 

liberallaşdırılması  da  planlaşdırılır.  Məsələn  ondadır  ki,  birlik 

ölkələri  birjalarını  birləşdirmək  yolu  ilə  qiymətli  kağızların  birgə 

Avropa  bazarını  yaratmağa  çalışırlar.  Bu  məsələ  həll  olunduqdan 

sonra,  misal  üçün,  Paris  fond  birjasında  qeydiyyatdan  keçmiş 

ş

irkətlərin  hamısının  o  biri  birlik  ölkələri  birjalarında 



qiymətləndirmə aparmaq və ticarət etmək ixtiyarı var – Frankfurt, 

London,  Milan  və  s.  eyni  qayda  ilə  bir  ölkədə  lisenziya  almıq 

qarşılıqlı  fondlar  öz  fəaliyyətlərini  bütün  birlik  ölkəsi  üzrə  apara 

bilər. 



Yüklə 2,67 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə