AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI
FOLKLOR İNSTİTUTU
DƏDƏ QORQUD
DADA GORGUD
Elmi-ədəbi toplu
İldə 4 sayı buraxılır
III (56)
BAKI - 2015
Dədə Qorqud ● 2015/I I I 2
Toplu Azərbaycan Milli Elmlər Akademiyası
Folklor İnstitutunun Elmi Şurasının qərarı ilə çap olunur.
Baş redaktor: Tofiq HACIYEV
Redaksiya heyəti:
Kamal Abdulla, Anar, Şükrü Haluk Akalın (Türkiyə), Amanmırat
Baymıradov (Türkmənistan), Nizami Cəfərov, Paşa Əfəndiyev, Əfzələddin
Əsgərov, İsa Həbibbəyli, Muxtar İmanov, Kamran Əliyev, Hüseyn İsmayılov,
Tofiq Məlikov (Rusiya), Elxan Məmmədli, Törə Mirzəyev (Özbəkistan), Qara
Namazov, Oljas Süleymenov (Qazaxıstan), Osman Fikri Sərtqaya (Türkiyə),
Sadık Tural (Türkiyə), Fikrət Türkmən (Türkiyə)
Baş redaktorun müavini:
Seyfəddin Rzasoy
Məsul katib:
Tahir Orucov
İngiliscəsinə məsul:
Seyran Əliyev
Ruscasına məsul:
Aslan Məmmədli
Nəşrinə məsul:
Əziz ƏLƏKBƏRLİ
“Dədə Qorqud”. Elmi-ədəbi toplu, III. Bakı, “Nurlan” nəşriyyatı, 2015
ISSN 2309-7949
© Folklor İnstitutu, 2015
Dədə Qorqud ● 2015/I I I 3
Qorqudşünaslıq: axtarışlar, aşkarlamalar
Abbasəli ƏHMƏDOĞLU (İran)
Pəyame Nur Universiteti, İngilis dili departmanı
İngilis ədəbiyyatı müəllimi
e-mail: arazahmadoghlu@gmail.com
OĞUZLARDA “GÜN ORTA”
Xülasə
“Dədə Qorqud kitabı”ndakı sözlər və deyimlər epik düşüncənin mifik çağlardan bəri bizə gəti-
rib çatdırdığı mədəniyyət faktları olduğuna görə onlara çox ehtiyatlı və sayıqlıqla yanaşılmalıdır. Bu
sözlərdən biri də çox araşdırılmış “gün orta” sözüdür. Sözün araşdırılması eposun bir çox öyrənilmə-
miş tərəflərini dərk etməyə imkan verir.
Açar sözlər: Dədə Qorqud, Oğuz, Basat, Təpəgöz, Qıyan, mif, “gün ortac”, istiarə, kinayə
“GUN ORTA” İN OGUZ
Summary
Regarding the epic structure of the Book of Dada Qorqud and condensed meaning hidden in
their layers of meaning and centuries of experiences, the words and phrases in this Turkic masterpiece
should be studied very carefully and cautiously. One of the most frequently researched words is “gün
orta”, meaning “noon” in English. In this essay this expression will be approached as figurative lan-
guage term.
Key phrases: Dede Gorgud, Oguz, Basat, Tapagoz, Qiyan, myth, “gun ortac”, extended
metaphor, irony
«ГЮН ОРТА» У ОГУЗОВ
Резюме
Смысл и художественный опыт веков «Книги Деда Коркута» скрыты в поэтических
слоях эпоса. И поэтому слова и фразы в этом тюркском шедевре должны быть изучены очень
тщательно и осторожно. Один из наиболее часто исследуемых слов "гюн орта" буквально озна-
чает "полдень". Анализ данного слова позволяет выявить некоторые неизученные стороны
эпоса.
Ключевые слова: Деде Коркут, огузы, Басат, Tепегез, Гыян, миф, "Гюн ортадж", мета-
фора, ирония
Məsələnin qoyuluşu: Dünyada ən əski mədəniyyətləri qurmuş xalqların yaşa-
dığı təcrübələr, dünya görüşləri, fəlsəfi düşüncələri və varlığa olan bütün münasibət-
ləri hər xalqın yaratdığı mədəniyyət və onun göstəricisi olan dilin kökü, mifologiya-
da formalaşıb bu günə gəlib çatmışdır. O üzdən, mifik yaradıcılıqda olan hər bir söz
yaşadığı illər baxımından özünəməxsus bir mədəniyyətdir. Mifik ədəbiyyatda olan
sözlər zaman ötdükcə morfoloji və orfoepik dəyişiklərə məruz qalmasına baxmaya-
raq, təməl anlamını çeşidli deyimlər və qavramlar formasında qoruyub saxlamışdır.
Bu sözləri araşdırmağa çalışan hər bir bilim adamı yalnız deyilən dilin yaratdığı mə-
dəni çevrə içində yaşayıb, o dilin dərinliklərinə vara bilən bir kimsə ola bilər.
Dədə Qorqud ● 2015/I I I 4
İşin məqsədi: Məqalədə əsas məqsəd “Kitabi-Dədə Qorqud”da işlənmiş “gün-
ortac” anlayışının epik-mifoloji semantikasını tədqiq etməkdir.
Türk-Oğuz mədəniyyətinin ən dəyərli abidəsi sayılan “Dədə Qorqud kitabı”n-
dakı işlənən sözlərlə deyimlər bu kitabın mifik çağlardan bəri işlənib, hərəsi özünə
görə bir abidə sayılan ifadələr öncə gətirdiyimiz səbəblərdən deyilən üsullardan qıra-
ğa qoyula bilməz. O üzdən hər bir araşdırıcı bu abidələrə yanaşmaq üçün sorumlulu-
ğunu başa düşməli və onlara ehtiyatla yanaşmalıdır. Örnək olaraq, arxeoloqlar əski
bir abidəni araşdıranda onun daşlarını, kərpiclərini bir-bir ayırıb araşdırmırlar, hər
abidəni bütövlükdə tədqiq edib, mahiyyətini və varlığını üzə çıxardırlar. Mifologiya
araşdırıcıları da bu işi görməlidirlər. Dilçilikdə belə bir deyim var: “Hər bir söz yal-
nız olduğu mətnə görə anlam daşıyır.” Buna görə də “Dədə Qorqud kitabı”ndakı söz-
lərin ən etibarlı anlamı onların mövcud olduğu mətnin anlamına görə yorumlanma-
lıdır. Belə sözlərdən biri mübahisə predmeti olan “gün ortac” ifadəsidir.
“Basatın Təpəgözü öldürdüyü boy”da Təpəgöz Basatdan soruşur:
Qalarda-qoparda yigit,
yerin nə yerdir?
Qarannu dün içində yol azsan,
umun nədir?
Qaba ələm götürən xanınız kim?
Qırış günü öndin?
Ağsaqqallı baban adı nədir?
Alp ərən ərdən adın
Yaşurmaq eyib olur,
Adın nədir, yigit, degil mana! (D 231)
Basat isə ona belə cavab verir:
Qalarda-qoparda yerim Günortac!
Qarannu dün içində yol azsam,
Umum Allah!
Qaba ələm götürən xanımız –
Bayındır xan!
Qiriş günü öndən dəpən alpımız
Salur oğlı Qazan!
Atam adın sorar olsan, - Qaba Ağac!
Anam adın dersən, Qağan Aslan!
Mənim adım sorarsan, -
Aruz oğlı Basatdır. (D 231); (7, 92)
Basatın burada işlətdiyi “gün ortac” sözünü bir çox tədqiqatçılar coğrafi termin
kimi başa düşüb, onu oğuzların yaşadığı Azərbaycan torpağında bir yer adı, bir topo-
nim kimi açıqlamağa çalışıblar. Onlarda yaranan bu fikir rus akademiki V.V.Bartold-
dan gələ bilər. O, bu sözü mürəkkəb ad kimi götürərək, rus dilinin orfoqrafiyasına uy-
ğun defislə və böyük hərflərlə vermişdir. Bu üzdən Bartolda görə, “Gün Ortac” yalnız
Basatın yox, bütün oğuzların yaşadığı bir toponimdir. Onun yazdıqlarından təsirlənən
azərbaycanlı alimlər də bu sözü bir toponim kimi açıqlamışlar. O cümlədən tanınmış
dilçi alim M.Cahangirov həmin sözü belə açıqlayır: “Aydındır ki, burada Günortac sö-
zü ümumi (bütün Daş Oğuz tayfası, yaxud Ümumoğuz eli ərazisini), ya da məhəlli (qə-
Dostları ilə paylaş: |