Dədə Qorqud ● 2015/I I I 161
Əlimərdanın nağılı
Bir gün çobanın biri, qoyun otaran vaxtı, qoyunu otardığı yerdə görür ki, qo-
yunnar hürkdi qaşdı. Gedir görür ki, sən dimə, qoyunnar hürkən vaxtı, ilanın birin
əyağının altında əzib, ilan yıxılıbdı, qıvrılır yerdə.
Diyir:
– Neynim, neynim, yazığı gəlir, götürür bu ilanı sarıyır. Sarıyır ilanın yarasını
bərpa eliyir də, istəmir ki, ürəyi gəlmir öldürməyə. Bu ilanın da onnan sora buna rəh-
mi gəlir.
Diyir:
– Sən yaxşı kişisən, mənə yaxşılığ elədün. Mən də bunnan sora səə köməklik
edəcəm. Soruşur, səən adun nədi?
Diyir:
– Məəm adım Əlimərdandı!
Diyir:
– Hə, Əlimərdan, bunnan belə hər gün sən gələrsən mənim başıma yavaşcadan
bir dənə ağac vurarsan, mən ağzımdan bir dənə qızıl atacam sənə.
Bu minvalnan hər gün gəlirmiş kişi.
Diyir:
– Amma hər gələndə məniyçün bir kasa süd gətirərsən.
Kişi südü gətirirmiş qoyurmuş ilanın yuasının ağzına. İlan çıxırmış, süd içir-
miş. Kişi də yavaşca ağacnan vururmuş başına, ilanın ağzındakı ləl tüşürmüş yerə.
Götürürmüş bunu, gedirmiş. Kişinin bir gün işi çıxır. Diyir ki, oğlum, hər gün mən
pul gətirirəm. Bəs ilan da orda acdı, büyünnəri ona süd aparmağ lazımdı. Məəm işim
var. Sən gəl bu südü aparginan verginən ona, ilana. İlan çıxannan sora, yavaşcana vu-
rarsan başına, qoy ilanın ləli tüşsün. Oğlan gedir. Oğlan südü verir, fikirrəşir ki, bu
ilanın hər halda ağzında çoxlu qızıl var. Tamahı güc gəlir buna. Qoy ilanın başına
çoxlu-çoxlu vurum, ilanın ağzındakı pütün qızıllar tüşsün. Həmən vaxtı ilan gəlir,
südü içir. Bi dənə yavaşcana vurur, əvvəlcə yavaş, ilanın ağzındakı birinci qızıl tüşür.
İkincini elə möhkəm vurur ki, ilanın başı yarılır, amma ölmür. İlan girir içəri, yuvası-
na. Oğlanın tamahı gənə güc gəlir. Başdıyır ilanın yuasın qazmağa. Yuasın qazır.
İlan axırda gizdənirmiş, sən dimə, balaları da içərdə. Birinci balaların tapır ilanın, öl-
dürür hamsını, amma ilanın özü sağ qalır. Sora oğlan bir dənə qızılı götürür kor-peş-
man qayıdır ki, heç-zad olmadı da, ilan da küsdü getdi, bizə bi də heç ziyannığ ver-
məz. Qayıdır gəlir evinə. Evinə gələnnən sora, ana ilan da sağ qalıb axı, bu ana ilan
ordan çıxır tüşür oğlanın ardıycan gəlir buların evinə. Gəlir, o kişinin, çobanın ailəsin
də öldürür, oğlun da öldürür, ilan çıxır gedir. Onnan sora, kişi də qalır pulsuz.
Söylədi: Cəfərov Azər Cəbrayıl oğlu. 1990 təvəllüdlü, ali təhsilli. Neftçala
rayonu Xolqaraqaşlı kəndi
Dədə Qorqud ● 2015/I I I 162
Qardaş türk folkorundan
Qars türküləri – II
Əvvəlki sayımızda Qarsın ictimai-siyasi və tarixi-etnoqrafik mənzərəsinə qısa-
ca nəzər salmış, bölgədən toplanan Qars türkülərinin bir qismini təqdim etmişdik. Bu
sayımızda da təqdim etdiyimiz nümunələr Qarsda müxtəlif aşıqların dilindən toplan-
mış türkülərdir. Burada da əvvəlki sayımızda olduğu kimi aşıq havalarına yazılmış
sözlərlə yanaşı, Qars xalq mahnıları yer alır. Bu xalq mahnıları arasında “Ay sallanıb
gedən yar”, “Ay dağlar səndə gözüm var”, “Bayram gəlib elimə, elimizə” və s. kimi
Azərbaycan mahnıları da yer alır.
Qumru ŞƏHRİYAR
Baca Baca Barhana
1
Baca Baca Barhana (Dön Dön Döndüm Yâr)
Baca Baca Barhana (Güle İzin Al Gel Öldüm Yâr)
Bacada Gül Çalhana (Dön Dön Döndüm Yâr)
Bacada Gül Çalhana (Güle İzin Al Gel Öldüm Yâr).
Dökme Gülün Suyunu (Dön Dön Döndüm Yâr)
Dökme Gülün Suyunu (Güle İzin Al Gel Öldüm Yâr)
O Yâr Gele Yıhana (Dön Dön Döndüm Yâr)
O Yâr Gele Yıhana (Güle İzin Al Gel Öldüm Yâr).
Kara Kazan Koldadır (Dön Dön Döndüm Yâr)
Kara Kazan Koldadır (Güle İzin Al Gel Öldüm Yâr)
Bugün Yârim Yoldadır (Dön Dön Döndüm Yâr)
Bugün Yârim Yoldadır (Güle İzin Al Gel Öldüm Yâr).
Olam Boyun Gurbanı
2
Olam Boyun Gurbanı
Sensin Dağlar Ceylanı
Kara Kaşın Gözlerin
Budur Aşkın Fermanı.
1
Kars/Digor/Söğütlü Köyü-Gündüz Hatunoğlu-Şenel Önaldı
2
Kars-Saliha Aladağ-Nida Tüfekçi
Dədə Qorqud ● 2015/I I I 163
Hey
Öldürme Beni
Şevmişem Seni
Guş Diline Gurban
İnce Beline Hayran
Şeker Lebine Doymam
Vay Benim Maralım.
İncidir Dişin Senin
Hoştur Gülüşün Senin
Aşkından Ölürem Men
Yok Mu İnsafın Senin.
Hey
Öldürme Beni
Şevmişem Seni
Guş Diline Gurban
İnce Beline Hayran
Şeker Lebine Doymam
Vay Benim Maralım.
Kekliğin Gözü Ela
Başıma Açtı Bela
Yiğit Ona Demişem
Sevdiğini Tez Ala.
Hey
Öldürme Beni
Şevmişem Seni
Guş Diline Gurban
İnce Beline Hayran
Şeker Lebine Doymam
Vay Benim Maralım.
Ayrı Düşeli Senden
1
Ayrı Düşeli Senden (Hele Mamocan)
Yaralıyam Sinemden (Gülüm Mamocan)
Gece Gündüz Çıkmazsın (Hele Mamocan)
Hayalimden Rüyamdan (Gülüm Mamocan).
1
Kars/Sarıkamış-Kurbani Kılıç-Muzaffer Sarısözen
Dostları ilə paylaş: |