19
Şagirdlərin maraq və tələblərini, hazırlıq səviyyələrini, bacarağını, mənimsəniləcək
materialın fərdi-tipoloji xüsusiyyətlərininəzərə almaqla, tədris-tərbiyə prosesini
fərdiləşdirir;
Şagirdlərin təfəkkür fəaliyyətlərini daha çox müstəqil axtarıcılıq istiqamətində
dəyişdirir;
Şagirdləri özlərini təkmilləşdirərək, müstəqil bilik əldə etmələri üçün stimul verir;
Təlimdə fənlərarası əlaqəni gücləndirməklə, hadisə və proseslərin kompleks
öyrənilməsini təmin edir;
Tədris prosesinin mobilliyini, möhkəmliyini yüksəltməklə, dinamik yeniləşməsini
təmin edir;
Təhsil sisteminin informasiyalaşdırılmasının əsas məqsədi müasir informasiya
cəmiyyətinə laiq olan şəxslər yetişdirmək, ölkədə vahid təhsil və informasiya mühitini
yaratmaqdır. Bunun üçün yeni informasiya texnologiyalarından istifadə etməklə
aşağıdakılar təmin edilməlidir:
Təhsilin keyfiyyətinin artırılması;
Müasir informasiya mədəniyyətinin formalaşdırılması;
Bütün yaş dövrlərində olan insanların təhsil alma hüquqlarının bərabərləşdirilməsi;
Milli təhsil sisteminin dünya informasiya, mədəniyyət və təhsil sisteminə
inteqrasiyasının təmin edilməsi.
Yuxarıda qeyd etdiyimiz məqsədlərə nail olmaq üçün aşağıdakı mühüm vəzifələr
kompleks şəkildə həll olunmalıdır:
Vahid təhsil-informasiya sistemi yaradılmalı və bu sistem bütün pillələrdə təhsil və
informasiya sistemlərini, həmçinin təhsilin idarəetmə, elmi-tədqiqat, metodiki-tədris
və texnoloji mərkəzlərini birləşdirməlidir;
nformasiya texnologiyalarının tədris prosesinə inteqrasiyasının təmin edilməsi
məqsədilə elektron dərsliklərin hazırlanması və onların tədris prosesində tətbiqi,
ə
nənəvi dərs vəsaitləri ilə uyğunlaşması,köməkçi vasitələrin hazırlanması. Təhsilin
20
keyfiyyətinin artırılmasını təmin edilmək üçün tədris məqsədli informasiya
texnologiyaları vasitələrinin standartlaşdırılması və sertifikasiyası;
Təhsil sistminin idarə edilməsi üzrə KT-yə əsaslanan təsirli və şəffaf monitorinq
sisteminin və resurs mərkəzinin yaradılması;
Təhsil müəssisələrində ən yeni informasiya texnologiyalarından istifadə etmək
bacarığını aşılamaq,tədris prosesinin bütün iştirakçıları üçün KT bacarıqlarına
yiyələnmək imkanının təmin edilməsi uzrə pedaqoji və KT kadrlarının hazırlanması
sisteminin yaradılması;
Təhsil müəssisələrinin KT avadanlığı və nternetlə təmin olunması;
KT üzrə vahid terminologiyanın hazırlanması və onun standart kimi tətbiq
olunması;
Təhsilin informasiyalaşdırılması prosesində yeni informasiya texnologiyalarına
ə
saslanan müasir təlim üsullarının hazırlanması;
Təhsil sahəsində dövlət səviyyəsində vahid informasiya infrastrukturunun
yaradılması;
nformasiya təhlükəsizliyinin təmin olunması məqsədi ilə kompleks tədbirlərin
həyata keçirilməsi və yalnız lisenziyali proqramlardan istifadəyə keçid.
1.2. KT-nin təhsildə tətbiqinin prioritet istiqamətləri
Təhsil sisteminin informasiyalaşdırılması prosesi əsasən aşağıdakı istiqamətlər üzrə
aparılır:
1.
Təhsilin informasiya infrastrukturunun və informasiyalaşmanın tədris-metodiki
bazasının yaradılması;
2.
KT-dən istifadə üçün təhsil sistemi kadrlarının hazırlanması və
təkmilləşdirilməsi;
3.
Təhsil müəssisələrinin KT avadanlığı ilə təminatı və servis infrastrukturunun
yaradılması;
21
4.
Təhsilin informasiyalaşdırılmasında təhlükəsizliyin təmin olunması və hüquqi
normativ bazanın yaradılması;
5.
Təhsilin informasiyalaşdırılmasının elmi və tədris-metodiki təminatı;
1.
Tə
hsilin informasiya infrastrukturunun və
informasiyalaş
manın tə
dris-metodiki
bazasının yaradılması
Bu infrastruktur öz daxilində monitorinq sisteminin və vahid məlumat bazasının
yaradılması, elektron avadanlıqlara, tədris vəsaitlərinə və kadrlara olan tələbatın
öyrənilməsi, təhsil müəssisələrində elektron sənəd dövriyyəsinin təmin olunması,
idarəetmə və maliyyə sistemlərinin avtomatlaşdırılması, məktəblərdə internetdən
səmərəli istifadə edilmənin təşkili,mövcud təhsil-informasiya resursları və
sistemlərinin qeydiyyatı, yoxlanması və modifikasiyası,məsafədən tədris sistemlərinin
mərhələli şəkildə yaradılması və istifadəyə verilməsi, idarəetmə, attestasiya və biliyin
qiymətləndirilməsi,informasiya-texnoloji mərkəzləri üzrə vahid dövlət informasiya
sistemlərini birləşdirməlidir;
Tə
hsilin informasiyalaş
dırılmasının tə
dris-metodiki bazasının yaradılması
dedikdə ilk
öncə elektron tədris materiallarının və metodiki vasitələrin yaradılması və onların
təhsil prosesi iştirakçılarının tələbatını ödəyəcək səviyyədə təşkil edilməsi nəzərdə
tutulur.Bu zaman yeni texnologiyalardan istifadə edilməsi, bazis planları və təhsil
səviyyələri nəzərə alınmalıdır.Təhsildə KT-nin tətbiqi üzrə beynəlxalq təcrübə
sistemli və müntəzəm olaraq öyrənilməli və tətbiq olunmaya görə dəyərləndirən
ekspertlər qrupu yaradılmalıdır.Elektron tədris resurslarının texniki və məzmun
istiqamətləri üzrə ekspertizanın qaydaları və onların keyfiyyətinin qiymətləndirilməsi
meyarları hazırlanmalıdır.Həmçinin elektron vəsaitlərin hazərlanmasına xüsusi diqqət
edilməli, yalnız təsdiq olunmuş vəsaitlərin çoxaldılmasına icazə verilməlidir.Məlumat-
sorğu yönümlü, biliyin qiymətləndirilməsinə, testləşdirilməyə yönələn elektron
vəsaitlərin, elektron xəritələrin, müxtəlif fənlər üzrə elektron əyani vəsaitlərin
istehsalına xüsusi diqqət yetirilməlidir.Məktəblilər arasında müntəzəm olaraq
informatika üzrə müsabiqə, yarış və olimpiadalar keçirilməlidir.Əlavə olaraq elektron
kitabxanalar və təhsil portalı yaradılmalı,elektron formada olan bütün dərsliklər,