42
biznes bölmələri səviyyəsində risklərin cəmləşməsi haqqmda ümumi şərh təqdim
etməlidir.Bank üzrə limitlərə aşağıdakılar daxil ola bilər:
1) Biznes bölmələri və bank xidmətləri üzrə Riskə məruz Dəyər limitləri (bazar
riski)
2) ri kredit təhlükələri
3) Yüksək səviyyəli kredit cəmləşməsi üzrə limitlər
Risklərin darə Edilməsi Departamenti müəyyən olunmuş risk limitlərinin
ölçülməsi vasitəsilə düzəliş tədbirlərini razılaşdırmaq üçün darə Heyətinin məsul
üzvünə müraciət etməlidir. Bank Risklərin darəedilməsi Departamenti vasitəsilə
yuxarıda qeyd olunan risk növləri ilə üzləşmə təhlükəsinə nəzarət etməlidir. Bunu
seçilmiş modelə uyğun olaraq bir neçə üsulla həyata keçirmək olar. Bundan başqa
bank faiz dərəcəsi, xarici valyuta məzənnəsi və kapital (bazar qiymətli kağızların)
qiymətlərindəki enib-qalxmaların nəticəsində yaranan risklərə birgə nəzarət edən
daha təkmilləşmiş yanaşma tətbiq etməlidir və onların hərəkətindəki qarşılıqlı
əlaqəni nəzərə almalıdır.
Bütün mövqelər Müşahidə Şurası tərəfındən təsdiq edilən prosedur və
qaydalardan istifadə etməklə ən azı gündəlik sərbəst olaraq və cari bazar şəraitinə
uyğun yenidən qiymətləndirilməlidir. Cari bazar şəraitində yenidənqiymətləndirmə,
mümkün olduqda, bazar yönəmli müstəqil treyderlərin qüvvələrdən istifadə edərək
hesablanmalıdır. Bu yenidənqiymətləndirmə həm bazar, həm də kredit riskini
hesablamaq üçün əsas şərtləri müəyyən edir.
Müəyyən qiymətləndirmə alqoritmləri bank portfelnin tərkibindən və bazar
haqqmda məlumatların mövcudluğundan asılıdır. Ayrı-ayrı mövqelərin və ümumi
portfelin cari bazar şəraitində yenidənqiymətləndirilməsi bütün risk ölçüləri üçün
əsasdır. Kredit risklərinin kəmiyyətinin təyin olunması sadəcə olaraq ayrı-ayrı
müştəri üçün kreditin ödənilməməsi ehtimalmm hesablanması deyildir. O,
həmçinin risklərin spesifık müştəriyə və ya sənayeyə doğru konsentrasiyasmı və
girovun dəyərindəki dəyişiklikləri əks etdirməlidir. Bu cür məlumatlar bütün kredit
43
portfeli və yaxud ayrı-ayrı kreditlər üzrə risklərin hesablanması məqsədi ilə təhlil
edilməlidır.
Gözlənilməyən halların planlaşdırılması darə Heyəti, fəaliyyətin
davamlılığı üzrə ətraflı planların yaradılmasını və normal biznes əməliyyatlarına
təsir göstərəcək hər hansı bir pozuntu halının aşkar edilməsi məqsədi ilə bu
planların yoxlanılmasını təmin etməlidir.
Risklərə nəzarət Banklar tərəfmdən təsdiq edilmiş bütün əməliyyatlar,
əməliyyatı təşəbbüsü ilə birləşən audit izi saxlanılmaqla, vaxtlı-vaxtında işlənilir.
Ödəmələrin hamısma yuxarı vəzifəli işçi tərəfmdən müvafıq surətdə icazə
verildikdən sonra ödəmələrə təşəbbüs edən biznes bölməsindən asılı olmayan işçi
tərəfmdən bu proses icra edilir.Eyni zamanda bankın sahib və məsul olduğu
aktivlərin qorunması və müştəri aktivlərinin müəyyən edilib bank aktivlərindən
ayrılmasım təmin etmək üçün nəzarət sistemi fəaliyyət göstərir. Bu zaman
idarəetmə orqanları nəzarət organlarına vaxtlı-vaxtında tələb olunan məlumatm
verilməsini təmin etmək üçün lazımi tədbirlər görməlidir. Idarə Heyəti, müvafiq
kapital tələblərinə davamlı və əyani şəkildə riayət edir.
44
II FƏS L. Müasir şəraitdə bank riskləri və onların idarə
olunmasının kompleks təhlili
2.1 Bazar iqtisadiyyatı şəraitində bank risklərinin və onların idarə
olunmasının təhlili
Hal-hazırda bank riskləri problemi xüsusən kəskindir, çünki onların idarə
olunmasına zərurət yaranır. Beynəlxalq təcrübə göstərir ki, banklarda korporativ
idarəetmənin düzgün qurulmaması, risklərin idarə olunması və daxili nəzarət
problemləri əksər hallarda ayrı-ayrı banklarda böhranın yaranmasına səbəb olur və
bank sektorunun maliyyə sabitliyini təhlükəyə məruz qoyur. Bank biznesinin
sürətlə inkişaf etdiyi müasir şəraitdə risklərin idarə olunması problemi, həmçinin
Azərbaycanın bank sisteminin vəziyyətinə də mənfi təsir göstərə bilən ciddi
amillərdən birinə çevrilir.
Qeyd etmək lazımdır ki, müasir bank bazarını risklər olmadan təsəvvür
etmək mümkün deyil. Risk hər bir əməliyyatda mövcuddur. Bank risklərinin heç
bir növünü tam olaraq aradan qaldırmaq mümkün deyil. Kommersiya bankının öz
üzərinə götürdüyü riskin dərəcəsi nə qədər yüksək olarsa, onun potensial mənfəəti
də bir o qədər yüksək olmalıdır.
Təcrübi bank işində əsas məsələ riskin ümumiyyətlə istisna olunması deyil,
onun qabaqcadan ehtimal edilməsi, qiymətləndirilməsi və səviyyəsinin
azaldılmasıdır. Bütün hallarda risk müəyyən edilərək ölçülməlidir. Risklər düzgün
qiymətləndirilmədikdə, yaxud onlara qarşı təsirli tədbirlərin görülməsi mümkün
olmadıqda bank üçün mənfi nəticələr yarana bilər .
Bank fəaliyyətində risklərin idarə olunması risk menecmenti adlanır.
Bankların üzləşdiyi müxtəlif növ risklər arasında faiz riski, fond riski, valyuta riski,
kredit, risk bazarı , likvidlik riski və cari xərclərin dəyişilməsi riski daha böyük
əhəmiyyət kəsb edir . Buna görə də bankların əsas vəzifələri aşağıdakılardır:
1) Riskin yaranmasının mümkün hallarını müəyyən etmək;
45
2) Ehtimal olunan ziyanın miqyasını qiymətləndirmək;
3) tkilərin qarşısının alınması, yaxud əvəzinin ödənilməsi üçün yollar tapmaq.
Risklərin təhlili onun mənbələrinin və səbəblərinin aşkar edilməsindən
başlanır. Bu zaman hansı mənbələrin üstünlük təşkil etdiyini müəyyənləşdirmək
vacibdir.
Üzərində hesablama aparılmayan risk hər zaman ziyanlarla və itkilərlə
nəticələnir, halbuki analitik yanaşma nəticəsində həmin ziyanların və itkilərin
qarşısını almaq mümkündür. Eyni zamanda, riski qiymətləndirərkən intuisiyaya da
bel bağlamaq lazımdır. Riskin hesablanması üçün məlumat çatışmazlığı təqdirində
o, xüsusən vacibdir. Bu zaman intuisiya və hesablamalar bir-birini tamamlayır. Öz
fəaliyyəti prosesində banklar müxtəlif növ risklərin məcmusu ilə üzləşir və həmin
risklər yarandığı yerdən və vaxtdan, onların səviyyəsinə təsir göstərən xarici və
daxili amillərin məcmusundan və beləliklə də, təhlil üsulundan və təsvir edilməsi
yollarından asılı olaraq bir-birindən fərqlənir. Bundan əlavə, risklərin bütün növləri
bir-biri ilə qarşılıqlı əlaqədə olur və bankların fəaliyyətinə təsir göstərir. Qeyd
etmək lazımdır ki, bütün növ maliyyə və bank risklərinin təhlil olunması və idarə
edilməsi problemlərinə aid olan bir neçə müddəa mövcuddur.
Risklərin səviyyəsinin idarə olunması heç də həmişə risklərin əvəzinin
ödənilməsi anlamına gəlmir. Risklər nəzəriyyəsinin əsas müddəalarından birinə
əsasən, maliyyə təşkilatının rəhbərliyi minimal riskə deyil, onun optimal
səviyyəsinə səy göstərməlidir.
1) Riskin əvəzinin ödənilməsi hər zaman müəyyən xərclərlə bağlıdır.
2) Maliyyə təşkilatının planlı mənfəətininvə ya onun mövcudluğu üçün zəruri olan
mənfəətin həcmi bilavasitə risk strategiyasının və siyasətinin həyata keçirilməsi ilə
bağlı olmamalıdır. Maliyyə sektorunun subyektlərinin fəaliyyəti prosesində
yaranan risklərin təsnifatı sayəsində analitiklər təhlilin məqsədlərindən asılı olaraq
onları müəyyən əlamətlər üzrə bölüşdürmək və həmcins klasterlər (qruplar)
yaratmaq imkanı əldə edir, bu isə konkret təhlil və optimallaşdırma üsullarının
effektiv surətdə tətbiq olunmasına imkan yaradır.
Dostları ilə paylaş: |