Microsoft Word disser2015. doc



Yüklə 1,74 Mb.
Pdf görüntüsü
səhifə14/30
tarix14.09.2018
ölçüsü1,74 Mb.
#68498
1   ...   10   11   12   13   14   15   16   17   ...   30
    Bu səhifədəki naviqasiya:
  • Riskl

 
42 
biznes bölmələri səviyyəsində risklərin cəmləşməsi haqqmda ümumi şərh təqdim 
etməlidir.Bank üzrə limitlərə aşağıdakılar daxil ola bilər: 
  1) Biznes bölmələri və bank xidmətləri üzrə Riskə məruz Dəyər limitləri (bazar 
riski) 
  2)  ri kredit təhlükələri 
  3) Yüksək səviyyəli kredit cəmləşməsi üzrə limitlər 
Risklərin  darə Edilməsi Departamenti müəyyən olunmuş risk limitlərinin 
ölçülməsi vasitəsilə düzəliş tədbirlərini razılaşdırmaq üçün  darə Heyətinin məsul 
üzvünə müraciət etməlidir. Bank Risklərin  darəedilməsi Departamenti vasitəsilə 
yuxarıda qeyd olunan risk növləri ilə üzləşmə təhlükəsinə nəzarət etməlidir. Bunu 
seçilmiş modelə uyğun olaraq bir neçə üsulla həyata keçirmək olar. Bundan başqa 
bank faiz dərəcəsi, xarici valyuta məzənnəsi və kapital (bazar qiymətli kağızların) 
qiymətlərindəki enib-qalxmaların nəticəsində yaranan risklərə birgə nəzarət edən 
daha təkmilləşmiş yanaşma tətbiq etməlidir və onların hərəkətindəki qarşılıqlı 
əlaqəni nəzərə almalıdır. 
Bütün mövqelər Müşahidə Şurası tərəfındən təsdiq edilən prosedur və 
qaydalardan istifadə etməklə ən azı gündəlik sərbəst olaraq və cari bazar şəraitinə 
uyğun yenidən qiymətləndirilməlidir. Cari bazar şəraitində yenidənqiymətləndirmə, 
mümkün olduqda, bazar yönəmli müstəqil treyderlərin qüvvələrdən istifadə edərək 
hesablanmalıdır. Bu yenidənqiymətləndirmə həm bazar, həm də kredit riskini 
hesablamaq üçün əsas şərtləri müəyyən edir. 
Müəyyən qiymətləndirmə alqoritmləri bank portfelnin tərkibindən və bazar 
haqqmda məlumatların mövcudluğundan asılıdır. Ayrı-ayrı mövqelərin və ümumi 
portfelin cari bazar şəraitində yenidənqiymətləndirilməsi bütün risk ölçüləri üçün 
əsasdır. Kredit risklərinin kəmiyyətinin təyin olunması sadəcə olaraq ayrı-ayrı 
müştəri üçün kreditin ödənilməməsi ehtimalmm hesablanması deyildir. O, 
həmçinin risklərin spesifık müştəriyə və ya sənayeyə doğru konsentrasiyasmı və 
girovun dəyərindəki dəyişiklikləri əks etdirməlidir. Bu cür məlumatlar bütün kredit 


 
43 
portfeli və yaxud ayrı-ayrı kreditlər üzrə risklərin hesablanması məqsədi ilə təhlil 
edilməlidır. 
Gözlənilməyən halların planlaşdırılması  darə Heyəti, fəaliyyətin 
davamlılığı üzrə ətraflı planların yaradılmasını və normal biznes əməliyyatlarına 
təsir göstərəcək hər hansı bir pozuntu halının aşkar edilməsi məqsədi ilə bu 
planların yoxlanılmasını təmin etməlidir. 
Risklərə nəzarət Banklar tərəfmdən təsdiq edilmiş bütün əməliyyatlar, 
əməliyyatı təşəbbüsü ilə birləşən audit izi saxlanılmaqla, vaxtlı-vaxtında işlənilir. 
Ödəmələrin hamısma yuxarı vəzifəli işçi tərəfmdən müvafıq surətdə icazə 
verildikdən sonra ödəmələrə təşəbbüs edən biznes bölməsindən asılı olmayan işçi 
tərəfmdən bu proses icra edilir.Eyni zamanda bankın sahib və məsul olduğu 
aktivlərin qorunması və müştəri aktivlərinin müəyyən edilib bank aktivlərindən 
ayrılmasım təmin etmək üçün nəzarət sistemi fəaliyyət göstərir. Bu zaman 
idarəetmə orqanları nəzarət organlarına vaxtlı-vaxtında tələb olunan məlumatm 
verilməsini təmin etmək üçün lazımi tədbirlər görməlidir. Idarə Heyəti, müvafiq 
kapital tələblərinə davamlı və əyani şəkildə riayət edir. 
    
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
44 
II FƏS L. Müasir şəraitdə bank riskləri və onların idarə 
olunmasının  kompleks təhlili 
 
2.1  Bazar iqtisadiyyatı şəraitində bank risklərinin və onların idarə 
olunmasının təhlili 
Hal-hazırda bank riskləri problemi xüsusən kəskindir, çünki onların idarə 
olunmasına zərurət yaranır. Beynəlxalq təcrübə göstərir ki, banklarda korporativ 
idarəetmənin düzgün qurulmaması, risklərin idarə olunması və daxili nəzarət 
problemləri əksər hallarda ayrı-ayrı banklarda böhranın yaranmasına səbəb olur və 
bank sektorunun maliyyə sabitliyini təhlükəyə məruz qoyur. Bank biznesinin 
sürətlə inkişaf etdiyi müasir şəraitdə risklərin idarə olunması problemi, həmçinin 
Azərbaycanın bank sisteminin vəziyyətinə də mənfi təsir göstərə bilən ciddi 
amillərdən birinə çevrilir. 
Qeyd etmək lazımdır ki, müasir bank bazarını risklər olmadan təsəvvür 
etmək mümkün deyil. Risk hər bir əməliyyatda mövcuddur. Bank risklərinin heç 
bir növünü tam olaraq aradan qaldırmaq mümkün deyil. Kommersiya bankının öz 
üzərinə götürdüyü riskin dərəcəsi nə qədər yüksək olarsa, onun potensial mənfəəti 
də bir o qədər yüksək olmalıdır. 
Təcrübi bank işində əsas məsələ riskin ümumiyyətlə istisna olunması deyil, 
onun qabaqcadan ehtimal edilməsi, qiymətləndirilməsi və səviyyəsinin 
azaldılmasıdır. Bütün hallarda risk müəyyən edilərək ölçülməlidir. Risklər düzgün 
qiymətləndirilmədikdə, yaxud onlara qarşı təsirli tədbirlərin görülməsi mümkün 
olmadıqda bank üçün mənfi nəticələr yarana bilər . 
Bank fəaliyyətində risklərin idarə olunması risk menecmenti adlanır. 
Bankların üzləşdiyi müxtəlif növ risklər arasında faiz riski, fond riski, valyuta riski, 
kredit, risk bazarı , likvidlik riski və cari xərclərin dəyişilməsi riski daha böyük 
əhəmiyyət kəsb edir . Buna görə də bankların əsas vəzifələri aşağıdakılardır: 
1) Riskin yaranmasının mümkün hallarını müəyyən etmək; 


 
45 
2) Ehtimal olunan ziyanın miqyasını qiymətləndirmək; 
3)  tkilərin qarşısının alınması, yaxud əvəzinin ödənilməsi üçün yollar tapmaq. 
Risklərin təhlili onun mənbələrinin və səbəblərinin aşkar edilməsindən 
başlanır. Bu zaman hansı mənbələrin üstünlük təşkil etdiyini müəyyənləşdirmək 
vacibdir. 
Üzərində hesablama aparılmayan risk hər zaman ziyanlarla və itkilərlə 
nəticələnir, halbuki analitik yanaşma nəticəsində həmin ziyanların və itkilərin 
qarşısını almaq mümkündür. Eyni zamanda, riski qiymətləndirərkən intuisiyaya da 
bel bağlamaq lazımdır. Riskin hesablanması üçün məlumat çatışmazlığı təqdirində 
o, xüsusən vacibdir. Bu zaman intuisiya və hesablamalar bir-birini tamamlayır. Öz 
fəaliyyəti prosesində banklar müxtəlif növ risklərin məcmusu ilə üzləşir və həmin 
risklər yarandığı yerdən və vaxtdan, onların səviyyəsinə təsir göstərən xarici və 
daxili amillərin məcmusundan və beləliklə də, təhlil üsulundan və təsvir edilməsi 
yollarından asılı olaraq bir-birindən fərqlənir. Bundan əlavə, risklərin bütün növləri 
bir-biri ilə qarşılıqlı əlaqədə olur və bankların fəaliyyətinə təsir göstərir. Qeyd 
etmək lazımdır ki, bütün növ maliyyə və bank risklərinin təhlil olunması və idarə 
edilməsi problemlərinə aid olan bir neçə müddəa mövcuddur. 
Risklərin səviyyəsinin idarə olunması heç də həmişə risklərin əvəzinin 
ödənilməsi anlamına gəlmir. Risklər nəzəriyyəsinin əsas müddəalarından birinə 
əsasən, maliyyə təşkilatının rəhbərliyi minimal riskə deyil, onun optimal 
səviyyəsinə səy göstərməlidir. 
1) Riskin əvəzinin ödənilməsi hər zaman müəyyən xərclərlə bağlıdır. 
2) Maliyyə təşkilatının planlı mənfəətininvə ya onun mövcudluğu üçün zəruri olan 
mənfəətin həcmi bilavasitə risk strategiyasının və siyasətinin həyata keçirilməsi ilə 
bağlı olmamalıdır. Maliyyə sektorunun subyektlərinin fəaliyyəti prosesində 
yaranan risklərin təsnifatı sayəsində analitiklər təhlilin məqsədlərindən asılı olaraq 
onları müəyyən əlamətlər üzrə bölüşdürmək və həmcins klasterlər (qruplar) 
yaratmaq imkanı əldə edir, bu isə konkret təhlil və optimallaşdırma üsullarının 
effektiv surətdə tətbiq olunmasına imkan yaradır. 


Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə