Microsoft Word disser2015. doc



Yüklə 1,74 Mb.
Pdf görüntüsü
səhifə16/30
tarix14.09.2018
ölçüsü1,74 Mb.
#68498
1   ...   12   13   14   15   16   17   18   19   ...   30

 
49 
hallar üzrə likvidliyin planlaşdırılması prosesinə daxil edilməlidir. Bankın fəaliyyət 
göstərdiyi bazarlardakı likvidlik riskləri müntəzəm olaraq qiymətləndirlməlidir. 
Müvafiq hallarda, bazar likvidliyi riski, bazar mövqeyinin bağlanması üçün təxmin 
olunan vaxtı əks etdirməklə Riskə məruz Dəyər modelinə daxil edilməlidir. 
Likvidlik Boşluğu riski (müxtəlif zaman “dilimləri” və valyuta növləri üzrə 
proqnozlaşdırılan nağd vəsaitlərin mədaxili ilə məxarici arasındakı fərq), gələcəkdə 
likvidlik boşluğunun yarandığı vaxtlardakı nağd vəsait axınının diskont edilmiş 
dəyərinə nəzarət etməklə və müvafiq faiz dərəcələrindəki dəyişiklikləri nəzərə 
almaqla ayrıca nəzərə alınmalıdır. 
Faiz riski – bankın maliyyə vəziyyətinin faiz dərəcələrinin əlverişsiz şəkildə 
dəyişilməsinin təsirinə məruz qalması ilə əlaqədar yaranan risk hesab edilir. Bankın 
cəlb olunmuş vəsaitləri üzrə faiz dərəcələrinin, təqdim olunmuş borc vəsaitləri üzrə 
faiz dərəcələrindən artıq olması nəticəsində banklar itkilərə məruz qala bilər. Bu 
yolla risk bankın gəlirlərinə, eləcə də aktivlərin, öhdəliklərin və balanslaşdırılmış 
alətlərin dəyərinə təsir göstərir. Faiz riskinin əsas formaları aşağıdakılardır: 
1) Təyin olunmuş yeni qiymətlə bağlı olan və müddətlər arasındakı fərqlə (sabit 
faiz dərəcələri üçün) və bank aktivlərinin, passivlərinin və balansdankənar 
əməliyyatların yeni qiymətinin təyin olunması (dəyişkən faiz dərəcələri üçün) ilə 
əlaqədar yaranan risk; 
2) Gəlirlilik əyrisi formasının və mailinin dəyişilməsi ilə əlaqədar yaranan gəlirlilik 
əyrisi riski; 
3) Ayrı-ayrı alətlər üzrə qazanılan və ödənilən faizlərin düzgün hesablanmaması və 
ödənilməməsi ilə əlaqədar yaranan əsas risk. 
Faiz risklərinin idarə olunmasına bankın həm aktivlərinin, həm də 
öhdəliklərinin idarə olunması aiddir. Bu cür idarəetmənin xüsusiyyəti ondan 
ibarətdir ki, o, ilk növbədə, bankın portfelinin kredit riski və likvidlik tələbləri ilə, 
daha sonra isə digər bankların qiymət rəqabəti ilə məhdudlaşır. Bankın istənilən 
vaxt öz müştəriləri və digər kreditorlar arasında uğurla yerləşdirə biləcəyi borc 
alətlərinin ölçüsü və seçimi məhdud olduğundan, öhdəliklərin idarə edilməsi 


 
50 
çətinləşir. Risk müddətinə görə retrospektiv, cari və perspektivli risklərə ayrılır, 
buna görə də risklərin səviyyəsi təkcə statik deyil, həm də dinamik cəhətdən təhlil 
olunmalıdır. 
Faiz riskinin ölçülməsinin ən sadə üsulu aktivlərlə öhdəliklər arasındakı 
müddət fərqinin (gap) müəyyən olunmasıdır. Bu üsulun mahiyyəti ondan ibarətdir 
ki, faiz dərəcələrinin dəyişilməsinə həssas olan bank aktivləri və passivləri (XFA 
və XFP) vaxt müddətləri üzrə, eləcə də ödəniş və ya təkrar qiymətləndirmə 
müddətləri üzrə qruplaşdırılır. Hər bir vaxt müddəti üçün gap bu cür aktivlərlə 
passivlər arasındakı fərq qismində müəyyən olunur: 
                                    gap = Xfa – XfP 
burada, Xfa – xalis faiz aktivləri; 
XfP – xalis faiz passivləridir. 
Nəzərdən keçirilən vaxt müddəti üzrə xalis faiz gəlirinin (XFG) 
dəyişikliyinin qiymətləndirilməsi zamanı aşağıdakı düsturdan istifadə olunur: 
                               XfG = gap*∆1, 
burada, XfG – xalis faiz gəlirinin gözlənilən dəyişikliyi; 
∆1 – faiz dərəcələrinin gözlənilən dəyişikliyidir. 
Nəzərdən keçirilən vaxt müddəti ərzində dərəcələr gözlənilən səviyyəyə 
çatdıqda, gəlirin gözlənilən dəyişikliyi həyata keçirilir; dərəcələr növbəti il ərzində 
çatdığı səviyyədə saxlanmalıdır; bank bütün il ərzində bütün mövqelərini həmin 
dərəcələr üzrə təkrar maliyyələşdirərək yenidən qiymətləndirir. Qeyd etmək 
lazımdır ki, yaranma sahəsinə görə risklər xarici risklərə, yəni maliyyə sektoru 
subyektinin hüdudlarından kənarda yaranan risklərə, eləcə də daxili risklərə 
bölünür. Daxili risklərin ölçüsü alət vahidinin fəaliyyət strategiyasından, 
siyasətindən və taktikasından asılı olur. Maliyyə idarəsinin fəaliyyəti ilə, yaxud 
onun əlaqə auditoriyası ilə bilavasitə əlaqədar olmayan risklər xarici risklərə aid 
edilir. 
Maliyyə sektoru subyektinin özünün, onun müştərilərinin (borclularının) və 
ya konkret kontragentlərinin fəaliyyəti ilə şərtlənən risklər daxili risklərə aid edilir. 


 
51 
Valyuta riski. Valyuta riski valyuta kursunun dəyişilməsi nəticəsində bankın 
itkiyə məruz qalma təhlükəsi ilə bağlıdır. Valyuta riskinin idarə edilməsinin və 
tənzimlənməsinin əsas anlayışı valyuta mövqeyidir. Valyuta mövqeyi – bankın 
xarici valyutada öhdəlik və tələblərinin nisbətidir. Qapalı (bərabərlik təqdirində) və  
açıq (satılmış və alınmış xarici valyuta məbləğlərinin üst-üstə düşmədiyi təqdirdə) 
valyuta mövqeləri fərqləndirilir. Valyuta riski bankda mövcud olan  açıq valyuta 
mövqeyi ilə bağlıdır. Qeyd edək ki, əgər öhdəliklər tələblərdən artıq olarsa, valyuta 
mövqeyi qısa olur. Əgər alınmış valyuta üzrə tələblər onun satışı üzrə 
öhdəliklərdən artıqdırsa, bu zaman uzun valyuta mövqeyi baş verir. Valyuta 
mövqeyi gün ərzində fasiləsiz olaraq dəyişildiyindən, bank həmin valyuta 
mövqeyindəki valyuta riskini, eləcə də günün kursu üzrə onun bağlandığı təqdirdə, 
mümkün nəticələri qiymətləndirir. Valyuta mövqeyinin hesablanması aktivlərin və 
passivlərin müxtəlif növləri və sövdələşmələrin növləri üzrə icra olunur ki, bu da 
valyuta mövqeyinin hesablanmasını cətinləşdirir. 
Valyuta riskinin idarə olunmasının əsas amilləri potensial riskləri 
məhdudlaşdıran üsullardır. Həmin üsulların valyuta kurslarının qeyri-sabitliyinin 
potensial dəyişikliklərə, bankın ümumi siyasətinə və risk profilinə müvafiqliyi 
mütəmadi qaydada yoxlanmalıdır. Limitlər ümumi risk profili nəzərə alınmaqla 
təyin olunmalı və kapitalın kafiliyi, likvidlik, kreditin etibarlılığı, bazar riski və faiz 
riski kimi aspektləri əks etdirməlidir. 
Banklara nəzarət və menecment orqanları üçün nəzərdə tutulmuş Bazel 
Komitəsinin tövsiyələri banklar tərəfindən zəruri limitlərin təyin olunmasına və 
valyuta əməliyyatları üzərində daxili nəzarət üzrə tədbirlərin gorülməsinə 
yonəldilmişdir. Bizim fikrimizcə, valyuta riskinin idarə olunması, likvidlik riskinin 
idarə olunmasının analoji prinsiplərinə və faiz riskinə müvafiq surətdə ehtiyatların 
(uyğunsuzluqların) təhlilinə əsaslana bilər. Təhlilin vəzifəsi xarici aktivlərlə 
öhdəliklər arasında yol verilən müddət uyğunsuzluğunun müəyyən olunmasından 
ibarətdir. Bu uyğunsuzluq cari və gözlənilən valyuta kursları, faiz dərəcələri, eləcə 


Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə