14
XASSP (HACCP) sisteminin tətbiq edilməsi istehsalın idarə edilməsinin
effektliyini artırmaqla ərzaq xammalı və qida məhsullarının təhlükəsizliyini təmin
edib, dövlət standartlarına uyğun ekoloji təmiz məhsulların alınmasını təmin edir.
Şə
kil 1.1-dən göründüyü kimi, XASSP (HACCP) nəzarət sistemi özündə 7
ə
sas mərhələni daxil edir. Onlar aşağıdakılardır:
a)
məhsulda təhlükəli mikroorqanizmlərin mövcudluğunun operativ ekspress
təhlili;
b)
məhsulun ən çox çirklənməsi ehtimalı olan böhranlı istehsal mərhələsinin
təyini;
c)
istehsalat prosesləri və avadanlıqlar üçün hədd normativlərinin təyini və
ciddi əməl olunması;
d)
istehsalın bütün texnoloji xətlərinin müntəzəm monitorinqi;
e)
istehsalat proseslərinin düzəlişi üzrə ölçülərin işlənilməsi;
f)
texnoloji parametrlərin daimi qeydiyyatı;
g)
alınmış məlumatın təhlili, məhsulun xəstəlik törədici bakteriyalarla
yoluxmasının qarşısını almaq məqsədi ilə patogen çirkləndiricilərin səviyyəsini
azaltmaq üçün ölçülər sisteminin həyata keçirilməsi.
XASSP (HACCP) sistemi bir çox ölkələrdə yeyinti müəssisələrində
avtomatlaşdırılmış axın istehsalında tətbiq edilir.
Qida məhsullarının ekoloji təhlükəsizliyi aspekti nəzərdən keçirilərkən
gigiyenik monitorinqin aparılması da mühüm əhəmiyyət kəsb edir.
Gigiyenik monitorinq ətraf mühitin çirklənməsi dinamikasının dərəcəsini,
eləcə də ərzaq xammalının və qida məhsullarının toksiki, o cümlədən radioaktiv
maddələrlə çirklənməsini təyin etməklə, digər tərəfdən müxtəlif əhali qrupu üçün
qida məhsullarının keyfiyyəti və təhlükəsizliyi probleminin faktiki vəziyyətinin
öyrənilməsini də nəzərdə tutur (şəkil 1.2).
Aparılmış sosial və gigiyenik monitorinqin nəticələrinin təhlili göstərir ki,
hal-hazırda bir çox ölkələrdə və o cümlədən Azərbaycanda da insanların
15
sağlamlığına təsir göstərən əsas amillər qeyri-adekvat qidalanma və ətraf təbiət
mühitinin yüksək dərəcədə çirklənməsidir.
Şə
kil 1.2. Gigiyenik monitorinqin strukturu
Son bir neçə onilliklərdə ölkəmizdə qida məhsullarının tərkibində antropogen
və təbii təbiətli əsas kimyəvi inqrediyentlərin miqdarının gigiyenik reqlamentləri
tərtib olunmuşdur. Bu göstərilmiş reqlamentlərin əsasında nüfuzlu beynəlxalq
təşkilatlarının yerinə yetirdiyi kompleks toksikoloji tədqiqatların ümumiləşdirilmiş
nəticələri yerləşməklə həyata keçirilir.
Hal-hazırda Azərbaycanda ərzaq xammalı və qidalanma məhsullarının
təhlükəsizliyi və keyfiyyətinin, strukturunun təmini dövlətin strateji vəzifəsi olub,
aşağıdakı beş istiqamət üzrə reallaşdırılır:
-
qida məhsullarının müxtəlifliyinin təmini;
-
qida məhsullarının təhlükəsizliyinin və saxlanılmasının təyini;
Gigiyenik monitorinq
Ə
mək şəraitinin
monitorinqi
Ə
traf mühitin
çirklənməsinin
monitorinqi
Qida məhsullarının
çirklənməsinin
monitorinqi
Radiasiyanın
monitorinqi
Havanın
çirklənməsinin
monitorinqi
Su hövzələrinin
çirklənməsinin
monitorinqi
Torpağın
çirklənməsinin
monitorinqi
Ə
halinin qida
məhsullarının
keyfiyyətinin və
təhlükəsizliyinin
monitorinqi
Ə
halinin
sağlamlığının
vəziyyətinin
monitorinqi
16
-
qida məhsullarının funksional (bioloji aktiv qatqıları) qatqılarla zənginləş-
dirilməsi;
-
qida məhsullarının əlverişliliyi;
-
sağlam qidalanma sahəsində maarifləndirici proqramların yaradılması.
Yeyinti məhsullarından bu və ya digərlərinin istifadə edilməsi ilə əlaqədar
müxtəlif hipotetik təhlükələrlə bağlı təhlükəsizlik dərəcələrini qiymətləndirmək
üçün bir neçə qruplar üzrə birləşdirirlər. Bu zaman hər bir qrup üçün təhlükənin
qiymətləndirilməsi 3 əsas qrupa görə həyata keçirilir:
-
mənfi effektin ağırlığına görə;
-
rast gələn mənfi effektin vaxt dövrünə görə;
-
mənfi effektin başlanma vaxtı.
Aydın olur ki, ərzaq xammalı və qida məhsullarının müxtəlif potensial
təhlükə növləri xətərlilik dərəcəsinə qeyri-bərabər qiymətlidir. Qəbul olunur ki,
onlar aşağıdakı qaydada yerləşir:
-
mikrobioloji və virus təbiətli;
-
qida maddələrinin az və ya artıq olması;
-
xarici mühitdən yad cinsli maddələr;
-
qida məhsullarının təbii toksiki komponentləri;
-
genetik modifikasiya olunmuş orqanizmlər;
-
qida qatqıları;
-
texnoloji qatqılar;
-
bioloji aktiv qatqılar;
-
sosial toksikantlar.
17
1.3. Qida mə
hsullarının ekoloji sertifikatlaş
dırılması
Ekoloji sferada cəmiyyət və dövlətin əsas iş istiqaməti təbiət obyektlərinin
çirklənməsinin qarşısının alınmasına və ekoloji təhlükəsizliyin təmin edilməsinə
yönəldilmişdir. Bu zaman əsas vəzifələrdən biri də çirklənmiş təbiət obyektləri
tərəfindən çirklənmə təhlükəsini neytrallaşdırmaq olmuşdur.
Təhlükələrin yaranmasının növləri və dinamikası, sənaye-təsərrüfat obyekt-
lərinin və təbiət obyektlərinin ekoloji sferada obyektlərin təhlükəsizliklə qarşılıqlı
ə
laqəsi şəkil 1.3-də göstərilmişdir.
Şə
kil 1.3. Ekoloji sferada obyektlə
rin tə
hlükə
sizliyi
Yüksək təhlükə I
həyata keçirən
obyektlər
Ekoloji nəticələrlə II
baş verən təbiət və
kortəbii hadisələr
Ekosfera xarici təsir III
Trans-
sərhəd
keçidi
Təbii
ehtiyatların
daşınması
Çirklənmiş texnologiya
tullantılarının idxalı
Obyektin
təhlükəsizliyi
Tə
biə
t obyektlə
ri IV
Təbiət obyektlərinin
təhlükəsizliyi
Şə
xsiyyət
Cəmiyyət
Dövlət
Ekoloji
təhlükəsizlik
Ekoloji
təhlükəsizlik
Ekoloji
təhlükəsizlik
Ekoloji
təhlükəsizlik
Obyektlərin həyatı vacib maraqlarıntəhlükəsizliyinin qorunması və təhlükələrin
neytrallaşdırılması üçün kompleks təxirəsalınmaz ölçülər