Microsoft Word dissertasiya-b?zi qida m?hsul ekoloji t?hluk t?dqiqi doc



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə5/21
tarix26.03.2018
ölçüsü0,58 Mb.
#34175
1   2   3   4   5   6   7   8   9   ...   21

14 

XASSP  (HACCP)  sisteminin  tətbiq  edilməsi  istehsalın  idarə  edilməsinin 

effektliyini artırmaqla ərzaq xammalı və qida məhsullarının təhlükəsizliyini təmin 

edib, dövlət standartlarına uyğun ekoloji təmiz məhsulların alınmasını təmin edir. 

Şə

kil  1.1-dən  göründüyü  kimi,  XASSP  (HACCP)  nəzarət  sistemi  özündə  7 



ə

sas mərhələni daxil edir. Onlar aşağıdakılardır: 

a)

 məhsulda təhlükəli mikroorqanizmlərin mövcudluğunun operativ ekspress 



təhlili; 

b)

 məhsulun ən çox çirklənməsi ehtimalı olan böhranlı istehsal mərhələsinin 



təyini; 

c)

 istehsalat  prosesləri  və  avadanlıqlar  üçün  hədd  normativlərinin  təyini  və 



ciddi əməl olunması; 

d)

 istehsalın bütün texnoloji xətlərinin müntəzəm monitorinqi; 



e)

 istehsalat proseslərinin düzəlişi üzrə ölçülərin işlənilməsi; 

f)

 texnoloji parametrlərin daimi qeydiyyatı; 



g)

 alınmış  məlumatın  təhlili,  məhsulun  xəstəlik  törədici  bakteriyalarla 

yoluxmasının  qarşısını  almaq  məqsədi  ilə  patogen  çirkləndiricilərin  səviyyəsini 

azaltmaq üçün ölçülər sisteminin həyata keçirilməsi. 

XASSP  (HACCP)  sistemi  bir  çox  ölkələrdə  yeyinti  müəssisələrində 

avtomatlaşdırılmış axın istehsalında tətbiq edilir. 

Qida  məhsullarının  ekoloji  təhlükəsizliyi  aspekti  nəzərdən  keçirilərkən 

gigiyenik monitorinqin aparılması da mühüm əhəmiyyət kəsb edir. 

Gigiyenik  monitorinq  ətraf  mühitin  çirklənməsi  dinamikasının  dərəcəsini, 

eləcə  də  ərzaq  xammalının  və  qida  məhsullarının  toksiki,  o  cümlədən  radioaktiv 

maddələrlə çirklənməsini təyin etməklə, digər tərəfdən müxtəlif əhali qrupu üçün 

qida  məhsullarının  keyfiyyəti  və  təhlükəsizliyi  probleminin  faktiki  vəziyyətinin 

öyrənilməsini də nəzərdə tutur (şəkil 1.2). 

Aparılmış  sosial  və  gigiyenik  monitorinqin  nəticələrinin  təhlili  göstərir  ki, 

hal-hazırda  bir  çox  ölkələrdə  və  o  cümlədən  Azərbaycanda  da  insanların 



15 

sağlamlığına  təsir  göstərən  əsas  amillər  qeyri-adekvat  qidalanma  və  ətraf  təbiət 

mühitinin yüksək dərəcədə çirklənməsidir. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

Şə

kil 1.2. Gigiyenik monitorinqin strukturu 

 

Son bir neçə onilliklərdə ölkəmizdə qida məhsullarının tərkibində antropogen 



və  təbii  təbiətli  əsas  kimyəvi  inqrediyentlərin  miqdarının  gigiyenik  reqlamentləri 

tərtib  olunmuşdur.  Bu  göstərilmiş  reqlamentlərin  əsasında  nüfuzlu  beynəlxalq 

təşkilatlarının yerinə yetirdiyi kompleks toksikoloji tədqiqatların ümumiləşdirilmiş 

nəticələri yerləşməklə həyata keçirilir.  

Hal-hazırda  Azərbaycanda  ərzaq  xammalı  və  qidalanma  məhsullarının 

təhlükəsizliyi və keyfiyyətinin, strukturunun təmini dövlətin strateji vəzifəsi olub, 

aşağıdakı beş istiqamət üzrə reallaşdırılır: 

-

 qida məhsullarının müxtəlifliyinin təmini; 



-

 qida məhsullarının təhlükəsizliyinin və saxlanılmasının təyini; 

Gigiyenik monitorinq 

Ə

mək şəraitinin 



monitorinqi 

Ə

traf mühitin 



çirklənməsinin 

monitorinqi 

 

Qida məhsullarının 



çirklənməsinin 

monitorinqi 

Radiasiyanın 

monitorinqi 

Havanın 

çirklənməsinin 

monitorinqi 

 

Su hövzələrinin 



çirklənməsinin 

monitorinqi 

 

Torpağın  



çirklənməsinin 

monitorinqi 

 

Ə

halinin qida 



məhsullarının 

keyfiyyətinin və 

təhlükəsizliyinin 

monitorinqi 

Ə

halinin 


sağlamlığının 

vəziyyətinin 

monitorinqi 

 



16 

-

 qida  məhsullarının  funksional  (bioloji  aktiv  qatqıları)  qatqılarla  zənginləş-



dirilməsi; 

-

 qida məhsullarının əlverişliliyi; 



-

 sağlam qidalanma sahəsində maarifləndirici proqramların yaradılması. 

Yeyinti  məhsullarından  bu  və  ya  digərlərinin  istifadə  edilməsi  ilə  əlaqədar 

müxtəlif  hipotetik  təhlükələrlə  bağlı  təhlükəsizlik  dərəcələrini  qiymətləndirmək 

üçün  bir  neçə  qruplar  üzrə  birləşdirirlər.  Bu  zaman  hər  bir  qrup  üçün  təhlükənin 

qiymətləndirilməsi 3 əsas qrupa görə həyata keçirilir: 

-

 mənfi effektin ağırlığına görə; 



-

 rast gələn mənfi effektin vaxt dövrünə görə; 

-

 mənfi effektin başlanma vaxtı. 



Aydın  olur  ki,  ərzaq  xammalı  və  qida  məhsullarının  müxtəlif  potensial 

təhlükə  növləri  xətərlilik  dərəcəsinə  qeyri-bərabər  qiymətlidir.  Qəbul  olunur  ki, 

onlar aşağıdakı qaydada yerləşir: 

-

 mikrobioloji və virus təbiətli; 



-

 qida maddələrinin az və ya artıq olması; 

-

 xarici mühitdən yad cinsli maddələr; 



-

 qida məhsullarının təbii toksiki komponentləri; 

-

 genetik modifikasiya olunmuş orqanizmlər; 



-

 qida qatqıları; 

-

 texnoloji qatqılar; 



-

 bioloji aktiv qatqılar; 

-

 sosial toksikantlar. 



 

 

 



 

 



17 

1.3. Qida məhsullarının ekoloji sertifikatlaşdırılması 

 

Ekoloji  sferada  cəmiyyət  və  dövlətin  əsas  iş  istiqaməti  təbiət  obyektlərinin 



çirklənməsinin  qarşısının  alınmasına  və  ekoloji  təhlükəsizliyin  təmin  edilməsinə 

yönəldilmişdir.  Bu  zaman  əsas  vəzifələrdən  biri  də  çirklənmiş  təbiət  obyektləri 

tərəfindən çirklənmə təhlükəsini neytrallaşdırmaq olmuşdur. 

Təhlükələrin  yaranmasının  növləri  və  dinamikası,  sənaye-təsərrüfat  obyekt-

lərinin və təbiət obyektlərinin ekoloji sferada obyektlərin təhlükəsizliklə qarşılıqlı 

ə

laqəsi şəkil 1.3-də göstərilmişdir. 



 

 

 



 

 

 



 

 

 



 

 

 



  

 

 



  

 

 



 

 

Şə



kil 1.3. Ekoloji sferada obyektlərin təhlükəsizliyi 

Yüksək təhlükə  I  

həyata keçirən 

obyektlər  

Ekoloji nəticələrlə  II  

baş verən təbiət və 

kortəbii hadisələr 

 

Ekosfera xarici təsir    III 



Trans-

sərhəd 


keçidi  

Təbii 


ehtiyatların 

daşınması 

Çirklənmiş texnologiya 

tullantılarının idxalı 

Obyektin 

təhlükəsizliyi  



Təbiət  obyektləri       IV 

Təbiət obyektlərinin 

təhlükəsizliyi  

 

Şə



xsiyyət  

Cəmiyyət  

Dövlət  

Ekoloji 


təhlükəsizlik 

Ekoloji 


təhlükəsizlik 

Ekoloji 


təhlükəsizlik 

Ekoloji 


təhlükəsizlik 

Obyektlərin həyatı vacib maraqlarıntəhlükəsizliyinin qorunması və təhlükələrin 

neytrallaşdırılması üçün kompleks təxirəsalınmaz ölçülər 



Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə