Microsoft Word dissertasiya-b?zi qida m?hsul ekoloji t?hluk t?dqiqi doc



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə4/21
tarix26.03.2018
ölçüsü0,58 Mb.
#34175
1   2   3   4   5   6   7   8   9   ...   21

11 

Qiymətliliyindən başqa ekoloji təmiz inqrediyentlər bəzi çatışmamazlıqlara da 

malikdir. Belə ki, təbii rəngləyicilər temperaturun təsirinə davamsız olub, zəif rəng 

xüsusiyyətləri və istehsalı olduqca baha başa gəlir. 



Texnoloji  proses. 

Ekoloji  təmiz  xammal  qoruyucu  fiziki  üsullarla  emal 

olunmaqla tərkibində maksimal dərəcədə qida maddələrinin saxlanılmasına çalışıb, 

bu zaman kimyəvi rafinələşdirmə, dezodorirləşdirmə, hidrogenizləşdirmə, radiasi-

ya şüalanması qəti qadağandır. Süni və sintetik şirinləşdiricilər, konservantlar, aro-

matizatorlar,  eləcə  də  məhsulların  minerallaşdırılması  və  vitaminləşdirilməsi, 

genetik modifikasiya olunmuş inqrediyentlərin istifadəsi də qadağandır. 

Avropa və Amerikada tərkibində kənd təsərrüfatı və yeyinti kimyası olmayan 

məhsullar  olduqca  məşhur  olmaqla,  onları  “orqanik”  yəni  üzvi  ekoloji  təmiz 

məhsullar  hesab  edirlər.  Üzvi  qida  məhsulları  istehsalının  bütün  hissələri  hər  il 

ciddi  sertifikasiya  sistemini  keçirlər.  Bu  zaman  bütün  üzvi  məhsulları  qablaş-

dırılma qutularındakı işarələrlə bilmək olur. 

Beləliklə, yuxarıda göstərilənlərdən aydın olur ki, ekoloji təmiz qida məhsul-

larının istehsalında torpaq iqlim şəraiti, suyun və ətraf mühitin çirklənmə amilləri, 

xammalın,  tədarükü,  istehsal  texnologiyasının  rejimləri  və  digər  amillər  əsas  rol 

oynayır. 

 

1.2. Qida məhsullarının təhlükəsizliyinin ekoloji aspektləri 

 

Hesab  olunur  ki,  hələ  qədim  Vavilonda  (539-cu  il  eramızdan  əvvəl 



Mesopatamiyada,  indiki  müasir  raqın  ərazisində)  Xammurapi  şahın    dövründə 

keyfiyyətsiz  qida  məhsullarının  istehsalı  və  satışı  üzrə  ciddi  məsuliyyət  daşımaq 

haqqında  qanunlar  yaradılmaqla  məhsulların  keyfiyyətinə  xüsusi  fikir  verilirdi. 

Eramızdan 500 il əvvəl hələ Çin imperatoru Tanq tərəfindən keyfiyyətsiz məhsul 

istehsal edən şəxslərə ciddi cəza verilməsi barədə dekret də verilmişdi. Artıq XX 

ə

srin  əvvəllərində  ABŞ-ın  bir  səra  ştatlarında  “təmiz  məhsullar”  barədə  qanunlar 



yaradılmaqla  1906-cı  ildə  “Təmiz  ərzaq  məhsulları  və  dərmanlar  qanunu”  kimi 


12 

federal  qanun  qəbul  olunmuşdu.  Qida  məhsullarının  təhlükəsizliyinin  ekoloji 

aspektləri ABŞ-la yanaşı, Avropa dövlətləri qarşısında duran mühüm bir problem 

olub, qida məhsullarının intensiv şəkildə istehsalının artırılması ilə əlaqədar yeyinti 

sənayesində  çoxlu  sayda  yeni  qida  qatqıları  yaranmışdır.  Bu  da,  öz  növbəsində 

ə

traf mühitin kəskin çirklənməsinin səviyyəsini artırmışdır. 



Azərbaycanın yeyinti sənayesində məhsulların keyfiyyətinin təhlükəsizliyi və 

keyfiyyətin  idarə  edilməsi  olduqca  aktual  məsələ  olub,  bu  zaman  məhsulların 

keyfiyyəti bir çox hallarda beynəlxalq standartlarının tələblərinə cavab vermir. 

Son 2 onilliklərdə dünya bazarında ekoloji təmiz qida məhsulları güclü vüsat 

alaraq  zərərli  və  ekoloji  cəhətdən  təhlükəli  məhsulları  alternativ  olaraq 

məşhurlaşmaqdadır. Bu halın əsas səbəbləri aşağıdakılardan yaranır: 

1) son onilliyin ekoloji qida böhranları (quş qripi, donuz qripi, ebola xəstəliyi 

və s.) və adi məhsullara inamsızlığın artması; 

2)  qida  məhsullarının  tərkibində  zərərli  genli  modifikasiya  olunmuş 

komponentlər barədə ictimaiyyətin mənfi rəyi. 

nkişaf  etmiş  ölkələr  və  o  cümlədən  Azərbaycanda  ekoistehsalı  fəal  surətdə 

dəstəkləyirlər,  belə  ki,  o,  daxili  bazarın  möhkəmlənməsinə  və  ixracın  artmasına 

kömək etməklə iqtisadi və ekoloji problemləri həll edir. Bu gün 80-dən artıq ölkə 

ekoloji  təmiz  məhsullara  təsdiq  edilmiş  standartlara  malik  olub,  digərləri  də  bu 

istiqamətdə  işlər  aparmaqdadır.  Bu  planda  ABŞ  təcrübəsi  təqdirəlayiqdir. 

Azərbaycanın  emal  müəssisələrindən  Azersun  Holdinq,  Milla,  Atena  kimi 

kompaniyalar  məhsulların  keyfiyyətinə  xüsusi  diqqət  yetirirlər.  Hal-hazırda  qida 

məhsullarının  təhlükəsizlik  sertifikatlarının  alınması  vacib  amil  sayılıe  və  bu 

baxımdan  Avropa  ölkələrində,  Yaponiya,  ABŞ,  Kanadada  təhlükəsizlik 

sertifikatlarının mövcudluğu mütləqdir və respublikamızda da bu istiqamətdə əsaslı 

işlər  aparılmaqdadır  və  onun  qanunu  formalaşması  məhsulun  təhlükəsizliyinin 

qorunmasını təmin edəcəkdir.  

Beynəlxalq  tələbatlara  görə  qida  məhsullarının  əsas  göstəriciləri  xüsusi 

Kodeks  Alimentarius  (Codex  Alimentarius)  reqlamentlərinə  uyğun  olmalıdır.  Bu 

məqsədlə  iqtisadi  cəhətdən inkişaf etmiş ölkələrdə böhranlı sınaq nöqtələrinə görə 



13 

təhlükələrin  təhlili  sistemi  tərtib  edilməklə  XASSP  və  ya  NASSR  kimi 

adlandırmaqla  (Hazard  Analysis  and  Critical  Point  –  HACCP).  Bu  sistem  qida 

məmulatları  istehsalında  keyfiyyətə  və  təhlükəsizliyə  nəzarərtin  risk  kriteriyaları 

səviyyəsi üzrə nəzarəti nəzərdə tutur. Bu sistem dünya qida sənayesində aparıcı yer 

tutur.  XASSP  (HACCP)  sistemi  hələ  1972-ci  ildə  kimya  sənayesində  ABŞ-da 

həyata keçirilməklə ilk dəfə Pilsbury şirkəti tərəfindən qida məhsulları istehsalında 

istifadə  olunmuşdur.  Sonradan  bu  sistem  Unilever,  Nestle  və  digərləri  tərəfindən 

tətbiq  edilməyə  başlanmışdır.  Sistemin  baza  elementləri  SO  seriya  9000 

beynəlxalq standartları ilə uyğunlaşdırılmışdır. Böhran nöqtələri üzrə təhlükələrin 

təhlili şəkil 1.1-də göstərilmişdir. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

Şə

kil 1.1. Böhranlı nöqtələr üzrə təhlükələrin təhlili sxemi 

Emal müəssisəsinin baş planı 

stehsalın texnoloji sxemi 

Nəzarətin texnoloji xəritəsi 

Hazır məhsulun keyfiyyət göstəriciləri 

 

Böhranı təyin etmək 



Böhranlı sınaq nöqtələrini təyin etməli 

Təhlükə nəzarət olunurmu? 

Təhlükə səviyyəsi 

Təhlükə səviyyəsini təyin etməli  

Təhlükələri aradan qaldırmaq üçün ölçülər götürmək 

Bəli  



Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə