Microsoft Word dissertasiya-b?zi qida m?hsul ekoloji t?hluk t?dqiqi doc



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə7/21
tarix26.03.2018
ölçüsü0,58 Mb.
#34175
1   2   3   4   5   6   7   8   9   10   ...   21

21 

təcrübənin  və  mütərəqqi  texnologiyaların  geniş  yayılması  üçün  geniş  imkanlar 

yaradırlar. 

Respublikamızda  standartlaşdırma  ümumi  bir  milli  sistemdən  ibarət  olub, 

Azərbaycan  Respublikası  Dövlət  Standartlaşdırma  sistemi  standartları  kompleksi 

şə

klində  fəaliyyət  dairəsinə  malikdir.  Hazırda  kütləvi  qidalanma  məhsulları 



istehsalında  normativ  texniki  sənədlər  kimi  beynəlxalq  standartlardan,  regional 

standartlardan,  dövlətlərarası  standartlardan,  milli  standartlardan  və  müəssisə 

standartlarından geniş istifadə olunur. 

Qida  məhsullarına  olan  standartlar  təkcə  istehsal  mərhələsində  deyil,  eyni 

zamanda  onların  istehlakı  mərhələsində  də  əsas  tələblərə  əməl  olunmasını  tələb 

edir. Ona görə xidmət (qulluq) standartları da mövjuddur. 

Azərbaycan  Respublikasında  Dövlət  Standartlaşdırma  sistemi  standartları 

kompleksi özündə aşağıdakıları birləşdirir: 

-  AZS  1.0-96  «Azərbaycan  Respublikasının  dövlət  standartlaşdırma  sistemi. 

Ə

sas müddəalar»; 



-  AZS  1.2-96  «Azərbaycan  Respublikasının  dövlət  standartlaşdırma  sistemi. 

Dövlət standartlarının işlənib hazırlanması qaydaları»; 

-  AZS  1.3-96  «Azərbaycan  Respublikasının  dövlət  standartlaşdırma  sistemi. 

Texniki şərtlərin işlənməsi, razılaşdırılması, təsdiqi və qeydiyyatı qaydaları»; 

-  AZS  1.4-96  «Azərbaycan  Respublikasının  dövlət  standartlaşdırma  sistemi. 

Müəssisə standartları. Ümumi müddəalar»; 

-  AZS  1.5-96  «Azərbaycan  Respublikasının  dövlət  standartlaşdırma  sistemi. 

Standartların  tərtibinə,  şərhinə,  rəsmiləşdirilməsinə  və  məzmununa  olan  ümumi 

tələblər»; 

-  AZS  1.6-96  «Azərbaycan  Respublikasının  dövlət  standartlaşdırma  sistemi. 

Sahə  standartlarının  işlənib  hazırlanması,  razılaşdırılması,  təsdiq  edilməsi  və 

qeydiyyatı qaydaları». 




22 

Kütləvi  qidalanma  məhsullarına  standartlar  hazırlan-dıqda  görülən  işlər  16 

aprel 1996-cı ildə qəbul olunmuş və 8 aprel 1996-cı ildə respublika prezidentinin 

fərmanı  ilə  təsdiq  olunmuş  (qüvvəyə  minmiş)  «Standartlaşdırma  haqqında» 

qanunun tələblərinə müvafiq olaraq həyata keçirilir. 

Qida  məhsulları  üçün,  başqa  sözlə,  xörək  və  məmulatlar,  unlu,  qənnadı 

məmulatları, içkilər və s. bu kimi iaşə məhsulları hazırlanması üçün istifadə edilən 

xammal  və  yarımfabrikatlar  üçün  normativ  sənədlər  əsasən  Azərbaycan  Respub-

likasının  dövlət  standartları  (AZS),  Texniki  Şərtlər  (TŞAZ),  Sahə  standartları 

(SSAZ),  Dövlətlərarası  standartlar  (QOST)  və  Müəssisə  standartlarının  (MS) 

kateqoriyalarına  aid  edilən  sənədlərdən,  reseptlər  məcmuələrindən  və  texnoloji 

xəritələrdən ibarətdir. 

QOST-lar  MDB  ölkələrində  qüvvədə  olan  standartlara  aiddir.  Onlar  xalq 

təsərrüfatının bütün sahələrində və müəssisələrində, təşkilatlarında və idarələrində, 

o cümlədən iaşə sistemində tətbiq edilə bilən məcburi sənədlərdir. 

Sahə  standartları  başqa  sahələrdə  olduğu  kimi  iaşə  sistemi  müəssisə  və 

təşkilatlarında  tətbiq  edilmək  üçün  məcburi  sənədlərdir.  TŞAZ  AZS  1.3-96 

standartının  tələblərinə  uyğun  olaraq  konkret  məhsula  aid  olan  tələbləri 

müəyyənləşdirir. MS isə ayrı-ayrı müəssisələrin özündə qüvvədə olan sənəddir. 

Bütün  standartlar  ümumi  bir  sxem  üzrə  hazırlanır  ki,  buraya  da  aşağıdakı 

bölmələr  daxil  edilir:  «Təyinat»,  «Təsnifat»,  «Texniki  şərtlər»,  «Qablaşdırma  və 

markalanma», «Nümunə qəbul etmə və seçilmə qaydaları», «Yoxlama metodları», 

“Saxlanma və daşınma”. 

Standartlar  əsas  qida  məhsullarından  un,  yarmalar,  əsas  çörək  sortları,  ət, 

şə

kər,  bitki  yağları,  heyvanat  yağları,  süd  və  süd  məhsulları  və  s.  bu  kimilərə 



işlənib hazırlanır. 

Hər  bir  QOST  özünün  nömrəsinə  (sayına)  malik  olmaqla  2  hissəli  rəqəm-

lərdən  ibarət  olur:  birincidə  QOST-un  təsdiq  olunduğu  sıra  nömrəsi,  ikincidə  isə 

təsdiq olunduğu il göstərilir. 




23 

aşə  məhsulları,  əsas  etibarilə  xüsusi  təsdiq  olunmuş  «Xörəklərin  və  məmu-

latların reseptlər məcmuəsi»nə əsasən istehsal olunurlar. Burada onlar üçün xam-

mal  şərti  normaları,  yarımfabrikatların  və  hazır  məhsulların  çıxarı  göstərilir.  Bu 

məcmuələr  dövrü  olaraq  dəqiqləşdirilir  və  nəzərdən  keçirilir.  Bununla  belə,  iaşə 

sistemi  müəssisələri  üçün  normativ  sənədlər  toplusuna  sahə  standartları,  texniki 

şə

rtlər və texnoloji təlimatlar da daxil edilir. Bunların hər birində xammalın, yarım-



fabrikatların  və  kulinar  məmulatlarının  keyfiyyətinə  göstərilən  tələblər  müəyyən-

ləşdirilir, saxlanma müddəti və şərtləri, qablaşdırma və daşınma qaydaları, onların 

qəbulu və realizə şərtləri göstərilir. 

Texnoloji  təlimatlarda  ətdən,  quşdan,  balıqdan,  süd  və  süd  məhsullarından, 

xəmirdən  yarımfabrikatlar  hazırlanması  üçün  xammalın  vahid  emal  qaydaları 

(üsulları),  onların  istifadəsi  üçün  məsləhətlər  göstərilir.  Bütün  bunlarla  yanaşı, 

nəzərə alınmalıdır ki, iaşə sistemində standartlaşdırma başqa sahələrdən prinsipial 

xüsusiyyətlərinə  görə  kəskin  fərqlənir.  Bunlar  kulinar  məhsulları  üçün  işlədilən 

xammalın və məhsulların özünün sabit olmayan kimyəvi tərkibə malik olmasından, 

istehsala  nəzarətin  yüksək  olmamasından  və  texnoloji  proseslərin  aparılma 

şə

rtlərinin (temperatur rejimləri, isti emalın müddəti və s.) çoxvariantlı olmasından 



irəli gələn xüsusiyyətlərdir. Bütövlükdə iaşə sistemi məhsulları üçün hələlik vahid 

standartlaşdırma metodologiyası işləyib hazırlamaq mümkün deyildir. Ona görə də 

bu  sistemin  müəssisələri  əsasən  reseptlər  məcmuəsində  göstərilən  tələb  və 

qaydalara  uyğun  olaraq  fəaliyyət  göstərirlər  və  bu  da  obyektiv  səbəblər  üzündən 

haqlı olaraq çox zaman iradlar doğurur. 

Bütün  bunlar  nəzərə  alınaraq,  iaşə  müəssisələrində  hazırlanacaq  xörək  və 

məmulatlar  üçün  texnoloji  xəritələr  işlənib  hazırlanır  və  onlar  geniş  tətbiq 

olunurlar. Texnoloji xəritələr yeni və firma xörəklər üçün də işlənib hazırlanır. 

aşə məhsullarının standartlaşdırılmasında fərqli xüsusiyyətlərdən biri də on-

ların hazırlanmasında müəssisələrin tipindən asılı olaraq müxtəlif səpgili reseptlər 

məcmuələrindən  istifadə  edilməsidir.  Məsələn,  pəhriz  xörəkləri  üçün  «Pəhriz  xö-



Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə