Microsoft Word dissertasiya-b?zi qida m?hsul ekoloji t?hluk t?dqiqi doc



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə2/21
tarix26.03.2018
ölçüsü0,58 Mb.
#34175
1   2   3   4   5   6   7   8   9   ...   21

təsir göstərir.  nsan qidalanmasında məhsulların təhlükəsizliyi ekoloji amillərlə çox 

bağlıdır. 

Hal-hazırda  müasir  dövrdə  ekoloji  problemin  həllində  qida  məhsullarının 

keyfiyyəti  çox  mühüm  rol  oynayır.  Məhsullarda  toksiki  qida  qatqıları  insan 

orqanizmində sağlamlığa təhlükə törədirdi. Təbii ki, bu problem dünya miqyasında 

ə

nənəvi  qida  məhsulları  ilə  yanaşı,  yeni  qida  məhsulları  üçün  elmi-tədqiqat 



işlərinin aparılmasını tələb edirdi. 

Ekoloji  problemlərin  həllində  “antropoekologiya”  normativini  müəyyənləş-

dirmək  vacib  olub,  mənaca  (yunanca  logos  –  söz,  öyrənmə;  insan  ekologiyası) 

ə

sasını  təşkil  edəni  ətraf  mühitin  keyfiyyəti  sayılır  ki,  insanın  ekoloji,  sosial  və 



iqtisadi amillərə uyğunluğunu müəyyənləşdirir. 

Ə

traf mühitin keyfiyyəti barədə obyektiv mülahizə sürmək üçün onun təyini 



texniki ölçmələr, ekspert qiymətləndirilmə və nəzəri hesabatlar aparılmaqla alınmış 

nəticələr etalon və normativlərlə müqayisə olunur. 

Məlumdur  ki,  ətraf  mühitin  keyfiyyətinin  normalaşdırılması  təkcə  müvafiq 

normativlərin  tərtibini  nəzərdə  tutmur  və  eyni  zamanda  onların  həyata  keçiril-

məsini də nəzərdə tutur. Ətraf mühitin monitorinqi mövcud normativlərə müvafiq 

olaraq mühitin fiziki, kimyəvi və bioloji parametrlərinə nəzarət etməklə insanların 

və  digər  canlı  orqanizmlərin  sağlamlığına  təhlükə  yarada  və  zərər  yarada  biləcək 

şə

rait  barədə  xəbərdarlıq  etməklə  onun  qarşısını  almaqdır.  Monitorinq  ayrı-ayrı 



obyektlər,  proseslər  və  ətraf  mühitin  təzahürləri  üzrə  aparılır.  Ətraf  mühitin 

monitorinqinin aparılmasına ehtiyac artmaqda davam edir, belə ki, hər il dünyada 

30 minə qədər yeni kimyəvi maddələr istehsal olunur. Aydındır ki, hər bir mövcud 

kimyəvi  maddə  və  yenidən  hazırlanmış  kimyəvi  maddələrə  monitorinq  aparmaq 

praktiki  olaraq  qeyri-mümkündür,  bu  baxımdan  da  nəzarət  ancaq  zərərli  maddə-

lərin  miqdarının  azalması  üzrə  həyata  keçirilir  (Avropa  Komissiyasının  məlu-

matına  görə  AŞ  –  10%-ə  qədər),  bu  göstərici  kifayət  qədər  ətraf  mühitin  vəziy-

yətini  əks  etdirməklə  real  şəkildə  sənayenin  inteqral  neqativ  təsirini  aşağı  salmış 

olur. 



nsanın həyat fəaliyyətinin mühüm tərəfi qidalanma olub, həyat və sağlamlıq 

prosesini  təmin  edir.  Qidalanma  insan  orqanizminin  əsas  fizioloji  tələbatlarını 

ödənilməsi,  onun  formalaşmasını,  funksiya  etməsini  və  ətraf  mühitin  əlverişsiz 

təsirinə  davamlılığını  təmin  etməkdir.  Kifayət  qədər  kəmiyyət  nisbətində, 

keyfiyyət  nisbətində  tam  qiymətli  və  ekoloji  –  gigiyenik  təhlükəsiz  nisbətdə 

qidalanma səmərəli və ya balanslaşdırılmış kimi xarakterizə olunur. 

Mövcud  və  praktiki  cəhətdən  həyat  fəaliyyəti  zamanı  ekoloji  əlverişsiz  şə-

raitdə  qida  xammalı  və  məhsulları  insan  orqanizmi  üçün  yad  cins  müxtəlif  mad-

dələrlə çirklənməsi insan orqanizmi üçün böyük təhlükə yaradır. Insan orqanizmini 

qida ilə birlikdə daha ola biləcək toksiki maddələrdən qorumaq üçün qida maddə-

lərinin tərkibində bioloji təbiətli çirkləndiricilər və digər kimyəvi maddələrin miq-

darını  göstərən  kompleks  normativlər  hazırlanmaqla  təkmilləşdirilməkdədir.  Bu 

normativlər  həm  də  çirkləndirici  maddələrin  miqdarını  reqlament  halında  göstər-

məklə insanların sağlamlığını qorumağa və gələcək nəslin sağlamlığının keşiyində 

dura biləcək elmi-əsaslandırılmış normativləri yaratmağa imkan yaradacaqdır. 

Hal-hazırda bir sıra ölkələrdə qida məhsullarının tərkibində pestisidlərin, qida 

qatqıların, yüksək toksiki inqrediyentli polimer və qablaşdırıcı materiallar, eləcə də 

ağır  metalların  yol verilə  biləcək  miqdarını təyini üzrə  elmi-metodiki  yanaşmalar 

tərtib edilməklə istifadə edilməkdədir. 

Birləşmiş  Millətlər  Təşkilatı  nəzdindəki  Ərzaq  və  Kənd  təsərrüfatı  təşkilatı 

(FAO) və Dünya Səhiyyə Təşkilatı (DST) BMT-nin ətraf mühit proqramı əsasında 

qida  məhsullarının  təhlükəsizliyini  təmin  etmək  məqsədi  ilə  aşağıdakı  toksiki 

çirkləndirici  maddələrin  mövcudluğu  üzrə  mütləq  nəzarətin  aparılması  tövsiyə 

olunmuşdur: 

-

 bioloji təbiətli çirkləndiricilər – bakteriyalar və bakterial toksinlər, viruslar, 



mikotoksinlər: aflatoksinlər, sitrininlər, fuzariotoksin, patulin; 

-

 kimyəvi çirkləndiricilər – metallar: antimon, arsen, kadmium, xrom, kobalt, 



qurğusun,  civə,  nikel,  mis  və  onların  duzları;  pestisidlər;  ditikarbamatlar, 

metilbromidlər, üzvi xlor və üzvi fosfor birləşmələri: asbestlər, ftoridlər, nitratlar, 




nitritlər, dioksinlər və dioksinə bənzər birləşmələr, poliaromatik karbohidrogenlər, 

vinilxlorid, antibiotiklər, hormonal preparatlar;  

-

 radioizotoplar – sezium – 137, stronsium – 90, yod – 131. 



Göründüyü  kimi,  ərzaq  xammalının  və  qida  məhsullarının  keyfiyyətinə  və 

təhlükəsizliyinə  nəzarət  çox  vacib  bir  problem  olmaqla  insanın  səmərəli 

qidalanması  üçün  ətraf  mühitin  əlverişsiz  amillərinin  insan  orqanizminin  immun 

sisteminə təsirinin öyrənilməsi olduqca vacibdir. 

Bu baxımdan, işimizin məqsədi respublikamızda ərzaq məhsullarının ekoloji 

təhlükəsizliyini  təmin  etmək  məqsədi  ilə  və  xüsusən  süd  və  süd  məhsullarının 

ekoloji  qiymətləndirilməsi  məqsədi  ilə  onların  tərkibi  öyrənilməklə  ekoloji 

sertifikatlaşdırılma sisteminə müvafiq yeni XASSP sistemi elementlərinə müvafiq 

normativlərə uyunlaşdırmaq olmuşdur. 

Azərbaycanın  qida  sənayesinin  müəssisələrində  istehsal  olunan  məhsulların 

keyfiyyətinin  idarə  edilməsi  və  təhlükəsizliyinin  qorunması  və  ekoloji  təmiz 

məhsulların  istehsalı  olduqca  aktual  əhəmiyyət  kəsb  etməklə  bu  məhsulların 

XASSP (NASSR) normalarının tələblərinə cavab verməsi olduqca vacibdir. 

Bu  cəhəti  nəzərə  alaraq  işimizin  əsas  məqsədi  “Sevimli  Dad”  məhdud 

məsuliyyətli  cəmiyyətin  istehsal  etdiyi  süd  məhsullarının  kimyəvi  tərkibinin 

öyrənilməsi  və  XASSP  sistemi  elementlərinin  tərtibi  aspektləri  olub,  malların 

ekoloji təhlükəsizliyinin bir sıra göstəricilərinin öyrənilməsi olmuşdur. 

Yuxarıda  göstərilənləri  nəzərə  alaraq  dissertasiya  işində  aşağıdakı  əsas 

müddəaların öyrənilməsi qarşıda məqsəd qoyulmuşdur: 

-

 ekoloji  təmiz  qida  məhsulları  və  onların  qida  zəhərlənmələri  ilə  qarşılıqlı 



ə

laqəsi; 


-

 yeyinti  qatqıları  və  onların  qida  məhsulları  istehsalında  istifadəsinin  elmi-

nəzəri əsasları; 

-

 qida məhsullarının ekoloji sertifikatlaşdırılması; 



-

 “Sevimli Dad” MMC XASSP sisteminin elementlərinin tərtibatı; 

-

 Süd  məhsullarında  mikroorqanizmlərin  və  ağır  metalların  ekoloji  qiymət-



ləndirilməsi. 


Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə