Microsoft Word dissertasiya-b?zi qida m?hsul ekoloji t?hluk t?dqiqi doc



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə3/21
tarix26.03.2018
ölçüsü0,58 Mb.
#34175
1   2   3   4   5   6   7   8   9   ...   21



Elmi yenilik. Aparılmış tədqiqatlar nəticəsində biz ilk dəfə süd məhsullarında 

ekoloji  monitorinq  aparılmışdır.  Keyfiyyətdən  asılı  olaraq  süd  məhsullarının 

istehsalı  zamanı  onların  sanitar-mikrobioloji  göstəriciləri  nəzərdən  keçirilmişdir. 

lk  dəfə  onların  tərkibində  ağır  metalların  miqdarı  üzrə  kompleks  tədqiqatlar 

aparılmışdır. 

ş

in  praktiki  əhəmiyyəti  heyvanat  təbiətli  ekoloji  təhlükəsiz  qida  məhsulları 



istehsalı üzrə kompleks tədbirlərin işlənilməsi üçün müəssisə standartlar sisteminin 

hazırlanması üçün tövsiyə olunur.  

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 




I. ƏDƏB YYAT  CMALI 

I FƏS L. EKOLOJ  TƏM Z Q DA MƏHSULLARI VƏ ONLARIN Q DA 

ZƏHƏRLƏNMƏLƏR  VƏ QARŞILIQLI ƏLAQƏ 

 

1.1. Ekoloji təmiz qida məhsulları 

 

Qidanın  ekoloji  effekti  bioloji,  mədəniyyət  və  davranış  mexanizmləri  ilə 



təzahür  olunur.  Qida  orqanizmdə  mühüm  fizioloji  prosesləri  tənzimləyir.  Ekoloji 

təmiz  ərzaq  məhsulları  o  məhsullar  hesab  edilir  ki,  onların  tərkibində  zərərli 

maddələrin miqdarı adi “standart” məhsullarda keyfiyyət göstəricilərinə uyğundur. 

Ekoloji  təmiz  məhsullar  əlavə  mineral  maddələr,  pestisidlər  və  digər  texnogen 

təsirlər  olmadan  təmiz  sahələrdə  becərilmiş  qida  xammalından  və  ya  təbii 

xammaldan müasir texnologiya əsasında hazırlana bilər. 

Rkoloji təmiz məhsullar aşağıdakı tələbatlara cavab verməlidir: 

-

 birincisi,  xammalın  istehsalı  olan  yerlər  ekoloji  təhlükəsizlik  tələbatlarına 



cavab verməlidir; 

-

 ikincisi, heyvandarlıq, balıqçılıq istehsalında xammalın emalı və hazır məh-



sullar ekoloji təmiz məhsullara uyğun olub, sanitar standartlara cavab verməlidir. 

Sənayedə  istehsalın  industriallaşdırılması  ilə  bağlı  yeni  təbiət  resurslarını 

qoruyan  texnologiyaların  tətbiqi  son  illərdə  artdığı  üçün  ətraf  mühitin  çirklən-

məsinə və insan orqanizminin texnogen təbiətli ağır metallarla zənginləşməsinə gə-

tirib  çıxarır  (VV.Snakin,  1998;  M. .Rabinoviç,  A.R.Tahirova,  1999;  E.N.Qonça-

rova, 1999; S.F.Tyutikov, 2000). 

Kənd  təsərrüfatının  intensivləşdirilməsi,  kənd  təsərrüfatı  məhsullarının 

onların  emal  üsullarının  və  saxlanılması  şəraitinin  qeyri-mükəmməl  olması 

heyvanat  mənşəli  qida  məhsullarında  mikroorqanizmlərin,  o  cümlədən  patogen 

mikroorqanizmlərin,  metabolitlərin  və  toksinlərin  toplanmasına  gətirib  çıxarır 

( .P.Danilenko,  1998;  A.M.Əhmədov,  1972;  V. vanov,  V.Voropagev,  1995; 

B.S.Sençenko, 1998; N.Q.Komarov, 1998; L.S.Kavruk, V.M.Yurkov, 1999). 




Birinci  növbədə  xüsusi  təhlükəli  maddələrdən  ekotoksikantlar  kimi  civə, 

arsen, kadmium, qurğuşun, mis və sinki göstərmək olar. 

Son  illər  qida  məhsullarının  istehsal  texnologiyasının  intensiv  inkişafı  ilə 

ə

laqədar  böyük  miqdarda  yeni  qida  qatqıları  əmələ  gəlmişdir  ki,  bu  zaman  ətraf 



mühitin  kəskin  surətdə  çirklənməsi  də  davam  edir.  Bu  səbəb  isə,  öz  növbəsində 

xüsusi beynəlxalq qanunverici qaydaların yaradılması zərurətini yaratmışdır. Artıq 

bu  qanunlar  Avropa  Şurası  tərəfindən  qəbul  edilməklə  ərzaq  məhsullarının 

təhlükəsizliyinin qorunmasını təmin edir. 

Qida  məhsullarını  onların  bioloji  və  qida  qiymətliliyi  xarakterizə  edir.  Qida 

qiymətliliyi  ümumi  anlayış  olmaqla  onun  təşkilindəki  qidalı  maddələrin  insan 

orqanizmi  tərəfindən  mənimsənilməsini  və  orqanoleptiki  keyfiyyətlərini  özündə 

göstərir.  Daha  yüksək  qida  qiymətliliyi  məhsulun  balanslaşdırılmış  qidalanma 

prinsipinə uyğun olmaqla tərkibində əvəzolunmaz qida maddələrinin olmasının bir 

mənbəyi  kimi  hesab  edilir.  Enerji  qiymətliliyi  məhsulda  qida  maddələrinin  – 

zülalların,  yağların,  mənimsənilən  karbohidratların,  üzvi  turşuların  miqdarı  ilə 

müəyyən  olunur.  Bioloji  qiymətlilik  isə  məhsulda  ən  əsas  zülalların  keyfiyyəti, 

aminturşularının  tərkibi  və  onların  orqanizm  tərəfindən  həzm  edilərək  mənim-

sənilməsi əks olunur. 

Təbii halda istifadə edilən məhsulların miqdarı məhduddur və bunlara əsasən 

təzə tərəvəzlər, meyvələr, giləmeyvələr, qoz və bal kimi məhsulları göstərmək olar. 

Ə

ksər  məhsullar  isə  emal  olunduqdan  sonra  istifadə  olunur  ki,  bunlara  misal 



olaraq, kolbasa, çörək-bulka və qənnadı məmulatlarını, turş süd məhsullarını və s. 

göstərmək  olar.  Məhsulun  keyfiyyəti  –  dövlət  standartlarına  uyğun  müəyyən 

məhsulun yararlılığının yekun xüsusiyyətidir. 

Ekoloji təmiz qida məhsullarının xüsusi qaydada təsnifatı verilir və bu zaman 

onların  ümumi  xarakterik  əlamətləri  və  istifadə  olunma  xüsusiyyətlərinə  görə 

qruplara bölürlər: 

1) süd və süd məhsulları; 



10 

2) ət və ət məhsulları; 

3) balıq, balıq məhsulları və dəniz məhsulları; 

4) yumurta və yumurta məhsulları; 

5) yeyinti yğları; 

6) yarma və makaron məmulatları; 

7) un, çörək və çörək-bulka məmulatları, kəpəkli məmulatlar; 

8) meyvə və tərəvəzlər (gilələr, qoz) təzə və emal olunmuş göbələk; 

9) şəkər və onun əvəzediciləri, bal, qənnadı məmulatları; 

10) konservlər və konsentratlar; 

11) tamlı məhsullar (çay, qəhvə, ədviyyatlar, qida turşuları); 

12) mineral sular. 

Təhlükəsiz  ekoloji  məhsulunun  istehsalı  kənd  təsərrüfatı  fəaliyyətində  ən 

mühüm  bir  vəzifə  sayılır.  Ekoloji  təmiz  məhsulu  3  əsas  parametrə  görə  təyin 

edirlər: 

1) ekoloji təmiz xammal; 

2) ekoloji təmiz inqrediyentlər; 

3) texnoloji proses. 



Ekoloji  təmiz  xammal.

  Üzvi  təsərrüfatlar  mineral  gübrələr,  herbisidlər, 

insektisidlər,  funqisidlər  istifadə  etmirlər.  Bu  zaman  zərərvericilərlə  mübarizədə 

bioloji  və  fiziki  üsullardan  istifadə  edilməklə  yanaşı,  ultrasəs,  tələ  və  s. 

vasitələrdən  istifadə  olunur.  Bir  çox  aqrotexniki  üsulları  və  əməliyyatları  əl 

vasitəsilə aparmaqla bitki və torpağa zərər gətirməmək şərti ilə həyata keçirilir. 



Ekoloji təmiz inqrediyentlər

. Xammaldan başqa məhsulun tərkibinə müxtəlif 

inqrediyentlər  daxil  olur  ki,  onlarsız  mürəkkəb  tərkibli  məhsulun  hazırlanması 

qeyri-mümkündür.  Bunlara  içliklər,  aşqarlar,  rəngləyicilər,  konservantlar  aiddir. 

Ekoloji  təmiz  inqrediyentlər  kimi  təbii  xammal  alınmışlar  hesab  olunmaqla  bu 

zaman  sintetik  elementlərdən  istifadə  olunmur.  Məsələn,  konservləşdirilmədə 

üzüm və ya alma sirkəsi istifadə olunur. 



Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə