87
xassəsinə malikdir, genişlənəndir. Genişlənmə zamanı
ə
sasən ilkin başlanğıcdan (ilk elementlərdən) meydana
gələn elementlər yeni obyektləri yaradır.
Elm deyir ki, kainatın əsasını hidrogen elementi təşkil
edir. Bu belə olsa da, bu element öz başlanğıcını çox güman
ki, oksigendən götürür. Nəticədə ulduzlar meydana gəlir.
Hidrogen (sürətli hərəkət elementi) öz başlanğıcını nisbətən
zəif hərəkət edən elementdən götürür. Məsələn, ulduzlar
kosmik fəzaya nisbətən daha çox sürətə malikdirlər. Bu
sürətin əsası hidrogendədir. Hidrogenin mənşəyi isə ondan
nisbətən az sürətə malik olan elementdədir. Deməli, kainat
hidrogendən nisbətən çox çəkiyə malik olan elementdən
daha
çox
ibarətdir.
Həmin
elementlərin
hərəkətə
keçməsindən hidrogen yaranır və təkrar olaraq qayıdaraq
yaranışını (baza elementini) zənginləşdirir. Hidrogenin ilk
elementə qayıdışı, çevrilişi baş verir.
Təsəvvür edək ki, ulduzlar və Günəş yoxdur. Əvəzində
kosmik məkan necədir? - Kosmik məkan ulduzlar sönəndə
(bütün qalaktika ulduzlarından söhbət gedir) ilk növbədə
ani bir anda sıxlaşmış qaza, onun dalınca suya, onun
dalınca isə həddən artıq bərk qayaya çevrilə bilər. Onun da
dalınca dərhal qaz əmələ gələ bilər. Yenə də dalınca kainat
müstəvisi yaranar. Təsəvvür edək ki, kainat müstəvisi
yaranmayana qədər bərk materiya meydana gələr, hər yan
daşlaşar. Sonra da dağılar. Ümumiyyətlə, bərk materiyanı
saxlayan ulduzlardır. Burada “Qara ləkə” nin tərkibinin
bərk materiya olması qənaətinə gəlmək olur. Ola bilər elə
vaxtilə bərk planet partlayıb.
Qalaktikalarda olan qazlar (qaz topaları) formalaşmamış
planetlərdir, asteroidlərdir. Belə güman etmək olar ki, ona görə
onlar qaz halındadırlar ki, ya ulduzlara yaxındırlar, enerji onları
qaz halına salır. Ya da ulduzlardan uzaqdadırlar və onların bərk
materiya (məsələn, planetlər, peyklər) halına gətirmək üçün
enerji çatışmır. Bu fikrimizə bir qədər aydınlıq gətirək.
88
Ə
vvəlcə qeyd olundu ki, kosmik fəzadan bərk materiyaya
qədər bir keçid və yaranış var. Eyni tərkibli formalar qüvvələr
sayəsində məzmunlarını dəyişir, başqa tərkib alır. Bu baxımdan
enerji mənbəyinə yaxın olan obyekt qaz halında (qaz halları
da sıxlıqdan yüngül formaya qədər dəyişə bilər), məsələn,
kosmik müstəvinin özü az sıxılmış qaz halıdır), ondan bir az
uzaqda olan obyekt atmosfer halında (bu da qaz halının sıxlıq
dərəcəsi baxımından bir formasıdır), ondan da bir az uzaqda
olan obyekt qazın nisbətən çox sıxılmış forması olan maye
halında (maye müəyyən məkanda çəkisi çox olan qazdır, yəni
atmosferə nisbətən daha çox sıxılmış qaz halıdır), ondan da bir
qədər uzaqda olan obyekt bərk materiya halında mövcud olur.
Bərk materiya həddən çox sıxılmış qazdır, kosmik müstəvinin
ə
ksidir, çox bərkləşmiş formasıdır. Bu baxımdan planetlərin
mənşələri kosmik fəza və Günəşlə (ulduzlarla əlaqəlidir).
Ehtimal əsasında yaranışın ardıcıl prosesliyi barədə belə
qənaətə gəlmək olar: 1-ci kosmik fəza, 2-ci Günəş, 3-cü
planetlər. Bu üçünün qarşılqlı təsirləri və vəhdəti kainatın
ə
saslarını meydana gətirir.
Kosmik məkandan Günəşə-Günəşdən bərk materiyaya-
oradan da yenə qaza doğru bir trayektoriya uzanır.
Məsələn, məcazi mənada qeyd edək ki, Yer kürəsinin öz
orbitindən çıxarıb Günəşdən uzaqlaşdırsaq, materiya
ə
vvəlcə çox bərkləşəcək, sonra isə qüvvə çatışmazlığı (qüvvə
azlığı) sayəsində qazlaşacaq, yəni cazibə qüvvəsinin zəifliyi
sayəsində qaz halına (qazın müxtəlif dərəcələrinə)
çevriləcək. Sonra isə daha uzaqda dağılıb toz halına
çevriləcək, daha uzaqda isə kosmik fəzaya –öz başlanğıcına
dönəcək. Günəşə yaxınlaşdırdıqca da əvvəlcə bərk materiya
maye halına, sonra isə qaz halına çevriləcək, sonrada isə
Günəşə qarışıb məhv olacaq. Məsələn, elm qeyd edir ki,
Günəş sistemində daxili planetlər var (Merkuri, Venera,
Yer və Mars), nəhəng planetlər var (Yupiter və Saturn),
xarici planetlər (Uran, Neptun, Pluton) mövcuddur. Xarici
89
planetlər (Uran və Neptun) qazlardan ibarətdir. Pluton və
onun peyki olan Xaron bərk kütlələrdən ibarətdir.
Günəş sistemindən uzaqlaşdıqca qaz halında olan
kütləni bərk kütlə, yenə uzaqlaşdıqca bərk kütləni qaz
kütləsi, sonra isə yenə də bərk kütlə əvəz edəcəkdir.
Ümumiyyətlə, qaz kütlələri çox enerji olan və az enerji olan
hissələrdədir. (Qeyd: burada biz Günəşdən planetlərin
qopmaları ehtimalına da yaxın gəlmiş oluruq). Çünki burada
bərk materiya həm çox enerjidən (enerjiyə yaxınlaşdıqca)
öz quruluşunu itirir- qaza çevrilir, həm də az enerjidən öz
quruluşunu itirir-qaza çevrilir. Günəşə yaxınn planetlər –
maye-qaz halında (qaz çoxluq təşkil edir), Günəşin
ortasında olan planetlər –bərk kütlə halında, Günəşdən
uzaq olan planetlər –qaz halında olurlar. Belə bir fikirdən
çıxış edək-əgər Yer kürəsini öz orbitindən “çıxarıb” uzaq
planetlərin orbitinə “salsaq”, onda Yer kürəsi qaz halına
çevriləcəkdir. Uzaqdakı isə Yer kürəsinin məkanında
bərkləşəcəkdir. Burada belə bir sual ortaya çıxa bilər. -Nə
üçün Günəşdən uzaqda olan Pluton və Xaron bərk
kütlədən ibarətdir. Lakin ondan qabaqda olanlar –Uran və
Neptun
qaz
halındadır.
Burada
ola
bilər
ki,
qanunauyğunluğa müvafiq qaydada, Uran və Neptun
Günəşdən az enerji alırlar. Ona görə quruluşlarını bərkidə
bilmirlər. Pluton və Xaron isə bərk kütlədirlər, lakin,
Günəşdən çox uzaqdadırlar. Bu necə ola bilər? Bu ola bilər
ki, Günəş sisteminin sərhəd planetidir və öz enerjisinin
çoxunu Günəşdən yox, digər ulduzdan götürür. Ona görə
də Uran və Neptuna nisbətən bərk kütlə halındadırlar.
Günəşdən uzaq planetlərin bərk halı qanunauyğunluqdur,
o halda ki, həmin planetlər başqa ulduzlardan da enerji
alırlar.
Günəş haqqında fikir bildirməklə yanaşı, qalaktikalar
haqqında qısaca fikir yürütmək məqsədəuyğun olar. Çünki
Günəş sistemi-Günəş və onun planetləri, eləcə də Günəş
Dostları ilə paylaş: |