81
hiss etmiriksə, yaxud da dada bilmiriksə, bu o demək deyil ki,
onların iyiləri və dadları (tamları) yoxdur. İyi və dad təbii ki,
siqnallardan və onların bizim duyğu orqanlarımız ilə qarşılıqlı
təsirlərindən meydana gəlir. İyi və dad siqnalları da enerji
axınıdır, ona görə iyili və dadlı olurlar ki, onların enerji
axınlarında elementlər arasında fərqlər mövcud olur. Siqnallar
duyğu
orqanlarımıza
qəbul
olur,
duyğu
orqanlarının
strukturlarını dəyişməyə çalışır və burada qıcıqlar iyini də dadı
müəyyən edir. İyi və dadın həddən artıq çox olması duyğu
orqanlarında köklü dəyişiklikləri əmələ gətirə bilər. Belə hesab
etmək olar ki, xoş iyi pis iyinin ən sadə və yüngül formasıdır.
Elementlər qarışığının iyisi həmin elementlər birləşmələrinin
formalarından asılıdır.
İ
yilərin fərqli əsasları elementlərin tərkibindən, onların
birləşmə strukturundan, eləcə də ətraf enerji mühiti ilə
təmaslarından asılıdır. Element Günəşdən nə qədər enerji
alarsa, bir o qədər iyisini, tamını dəyişəcəkdir. İyilərin və
dadların əldə olunması, qarışması və s. kimi proseslər qarşılıqlı
enerji ötürmələri və təsirləri sayəsində baş verir. İyi və dadlar
duyğu orqanlarında ona görə ayırd edilir ki, burada orqanlara
siqnallar daxil olur, duyğu orqanlarının strukturları ilə onlar
arasında müəyyən qarşılaşma və formaları dağıtma prosesləri
yaşanır. İyilər və dadların duyğu orqanlarında xoş (yüngül) və
xoş olmayan (ağır) strukturları məkan əldə etməyə çalışır.
Burada məkan uğrunda mübarizə gedir. İyilər də enerji ilə
ə
laqəlidir. Günəş enerjisi və Günəş işığı iyilərin fərqli
ə
saslarını meydana gətirir.
İ
yilər xoş olur. Həm də xoş olmur. Xoş olan iyilər, belə
ehtimal etmək olar ki, iyi verən elementlərin siqnallarının
insanların iyi qəbul edən mərkəzlərlə təmaslarının düz
mütənasibliyindən formalaşır. (Yəni, xoş ətir kimi qəbul
olunur). Yüngül iyilər (siqnallar) xoşagələn olur. Beyin
mərkəzi asan qəbul edir və yüngül olduğundan mərkəzin
strukturu dağılmır. Lakin ardıcıl olaraq qəbul edilən yüngül
82
iyilər də ziyanlı ola bilər. İyiləri beyin öz mərkəzində ayırd
edir. Bu yüngüllük də enerji azlığından meydana gələ bilər.
Xoş olan iyinin də miqdarı çox olanda, tündlük artanda qəbul
edilməyən, tünd iyiyə çevrilir. Deməli, miqdar və enerji nisbəti
iyiləri xoş olan və xoş olmayana çevirir. Çox ağırlıq iyidə,
ehtimal ki, ağır elementlərin tərkibini artırır və zəhərlənmə
yarada bilir.
Xoş olan və xoş olmayan dadlar. Hər bir elementin dadı
var. Dad da iyi kimi siqnallardan ibarətdir. Dadın və iyinin eyni
olması elə onun siqnallarının eyni olması ilə xarakterizə
olunmalıdır. Dadın da əsası dad verən əşyanın tərkibində olan
elementlərin quruluşu ilə əlaqəlidir.
Dadlar, məlumdur ki, əsasən, şirin, acı, turş, duzlu olur.
Dadsız şeylər də dadlı olur. Lakin onlarda az dad olduğundan
bəzən insanlar dadı hiss edıə bilmirlər. Dadsız element
birləşməsi ola bilməz. Onların tərkibində çox güman ki,
strukturlar dəyişəndə, elementlərarası əlaqələr dəyişəndə dadlar
meydana gəlir. Ümumiyyətlə, dadlar arasında keçid mövcud
olur. Belə ki, turş şirinə, şirin də təkrar olaraq turşa çevrilə
bilir. Acı dadların tərkibində belə hesab etmək olar ki, aktivlik
çoxdur. Burada enerjiverici elementlər üstünlük təşkil edir. Bu
elementlər dağıdıcı, parçalayıcı funksiyanı yerinə yetirir. Şirin
yeməklər insanlara daha çox xoş olur. Hesab etmək olar ki,
ş
irin acılıqdan sonrakı mərhələni əhatə edir. Enerji mübadiləsi
sayəsində acı olan şeylər bir müddətdən sonra şirin ola bilər.
Eləcə də daha çox şirinlik qəbul edə bilər. Acı dadların
tərkibində dağıdıcı elementlər üstünlük təşkil edir. Onlarda
aktiv olan elementlərin quruluşları vardır. Bu quruluşlar hər
zaman dağılmağa meyilli ola bilir. Buna görə də acı olan
tamlar bir müddətdən sonra strukturlarını dəyişə bilirlər.
Çürümə sayəsində qaza çevrilmə başlayır. Dadlar dəyişir.
Qaza çevrilmə ilə elementlər arasında əlaqələr öz strukturunu
dəyişir.
83
Alovlar haqqında
Alov bir proses kimi öz-ölüyündə müəyyən materiyanı
sürətli parçalama, tərkibi qaza çevirmə reaksiyasıdır. Bu
parçalama əslində sürətli toqquşmadan, sıxlıqdan meydana
gəlir. Sürətli toqquşmada məkan çatışmazlığı baş verir. Bu
məkan çatışmazlığı da mövcud kütləni parçalayır və dağıdır.
Bu sürətli proses alovu yaradır. Alov sürətlə tərkibi dağıtma
prosesidir. Bərk və maye halında olan maddələr (sıxlaşmış
elementlər toplusu) sürətlə dağılanda qaza çevrilirlər. Enerjinin
ardıcıl tətbiqi mayeni qaza çevirir. Alov dağılmanın ən sürətli
formasıdır, dərəcəsidir. Alov həm də birləşmədən-sintezdən
meydana gələn və sürətlə parçalanma ilə nəticələnən bir
prosesdir. Alov əslində bərk sintezləşmədən meydana gələn
parçalanma prosesidir. Əgər uçurulmaq, sökülmək dağılmaq
formasıdırsa, alov da bu dağılma formasının yüksək
dərəcəsidir. Alov tərkib dəyişmədir. Tərkib də enerji
itkisindən dəyişir. Alov aktivlikdir ki, tərkibi dəyişir, yanan
maddə (material) enerjini itirir. Alov o halda yaranır ki,
struktur sürətlə dağılır, elementlər mövcud tərkibi sürətlə tərk
edirlər. Tərk etmə də enerjinin ardıcıl olaraq tətbiqindən
meydana gəlir. Alov sıxlaşmadan da meydana gələ bilər. Belə
ki, sıxlaşma sayəsində müəyyən məkan çatışmır, strukturu
təşkil edən elementlər arasında sıx toqquşma, bundan da
parçalanma baş verir. Parçalanma özü elə atomaların sürətlə
toqquşmasıdır. Bu toqquşma qığılcımdır. Alov görünüşü isə
elementlərin sürətli parçalanmasından yaranan işıq saçmasıdır.
Deməli, işıq-parıltı görünüşdür. Bu parıltılıq əslində elə
atomların (elementin tərkib hissəciklərinin) toqquşmasından
meydana gələn bir görünüşdür.
Hər bir alov mövcud materiya aləminin-qazın, mayenin,
bərk materiyanın təkrar qaz halına çevrilməsi, formanın
strukturunun dağılması prosesidir. Yanan bir material yox olur,
qaza çevrilir. Kül hissəsi isə qaza çevrilə bilməyən hissədir.
Dostları ilə paylaş: |