135
oksigen həm də genişləndirmə elementi (tək məhdudlaşdırma
funksiyasını yerinə yetirə bilməz) funksiyasını yerinə yetirir.
Oksigen ağırlığı paylayandır. Ağırlıq elementləri arasında
tarazlıq yaratmaq üçündür. Nəfəs alanda ağciyər böyüyür. Bu,
o deməkdir ki, ağ ciyərə genişləndirmə elementi, yəni oksigen
daxil olur. Oksigen çox olan yerdə, yəni boşluq olan yerdə
yüngül hissəciklər havaya daha tez qalxır. Amosferdə
hissəciklər genişlənir və həmin cisim yuxarı qalxır. Oksigen
çox olan yerdə həm də Günəşlə təmas zamanı nəmlik artır.
Atmosferin oksigenlə bol olan yerlərində paraşütlə yerə gələn
elementlər də məsamələr böyük olduğundan gec gələ bilər.
Yastıq tükü bəzən yerə düşür, bəzən də havada gəzir. Bu,
atmosfer təzyiqindən –havanın müəyyən məkanda sıxlığından
və seyrəkliyindən asılıdır.
Hava axını boşluğa doğru müəyyən kütlənin hərəkətidir.
Hava axını genişlənmə funksiyasını yerinə yetirir. Məsamələri
böyüdür. Çatışmazlıqları aradan qaldırır. Bu baxımdan da
hesab etmək olar ki, sıxıcı elementlərin sürətlə aralanması elə
hava axını deməkdir. Boşalmanın özü elə hava axınıdır. (Qeyd:
elm yazır ki, hava təbii qazların qarışığndan ibarətdir. Əsasən,
99 faizini azot və oksigen təşkil edir. Havada su və hidrogen,
karbon dioksid, neon, metan, heliy, kripton, ksenon kimi qazlar
da vardır. 1754-cü ildə Cozef Blek təcrübi olaraq sübut edib ki,
hava çoxlu sayda qaz qarışığından ibarətdir. Oksigen Yer
üzünün canlı orqanizmləri üçün lazımdır, oksigenləşmə prosesi
həyata keçirilir, orqanizm üçün lazım olan enerji meydana
gəlir. Məsələn, metabolizm prosesləri formalaşır).
Hündür dağlarda oksigen zəif olur. Oksigen düzən yerlərə
çökür. Bu, o deməkdir ki, genişlənmə azdır və genişlənmə daha
çox aşağılarda, yəni düzənliklərdə mövcuddur. Düzənliklərə
axan hava da hidrogenə tez çevrilir. Genişlik üçün oksigen
ehtiyatı azdır. Oksigen ehtiyatı aşağı düşür. Buradan da
oksigenin, məsələn, hidrogendən ağır olması qənaəti meydana
gəlir. Genişlənmənin və yüngülləşmənin zəif olduğu yerlərə
136
qar tez-tez yağır. Bu, o deməkdir ki, qar genişlənmə prosesinin
məhdudluğundan tez həmin məkana düşür. Oksigenin az
olduğu məkana qar tez düşür. Sıxlıq çox olan yerdə qar çətin
düşür. Lap hündür dağlarda yox, dağ ətəklərində yaşamaq,
alçaq dağlar qoynunda yaşamaq daha sağlamlıqdır. Oksgen
ağır olduğundan dağ başlarından ətəklərinə doğru axır. Burada
da istiliklə-aranla qarşılaşır və oksigen hidrogenə çevrilir.
İ
stiləşmə daha çox aşağılarda gedir. Hündürlükdə isə bu proses
zəif olduğundan oksigen az olsa da soyuqluq hiss olunur. Ona
görə də dağlara qalxdıqca hava da soyuyur.
Dağ aralarında və dağ ətəklərində hava axınları çox
olduğundan hava təmiz olur. Küləklər meydana gəlir.
Oksigen hidrogenə nisbətən “enerjisizlikdir”, yəni zəif
hərəkət edəndir. Lakin ehtiyatdır-məsələn, Yer kürəsi
üzərində. Deyək ki, su buxarlanır. Buxarlandıqdan sonra
soyuyur, yəni bərkləşmə və soyuma əmələ gəlir. Dünya
okeanı Yer kürəsinin canlıları üçün ən əsas oksigen və onun
birləşdiyi bir çox qazlar ehtiyatıdır. Bu birləşmə isə
okeandan yuxarı qalxdıqca atmosferdə baş verir. Deməli,
maddələrin çevrilməsi əsasən, məsələn, atmosferdə, cazibə
qüvvəsindən uzaqlşadıqca, yuxarı qalxdıqca baş verir.
Eləcə də Yer kürəsi üzərində maddələrin çevrilməsi halları
mövcud olur. Bu baxımdan da müxtəlif elementlər
meydana gəlib.
Buzla suyun hərəkəti, eləcə də buxarın hərəkəti eyni
deyil. Hərəkətin sürət artımı tərkib hidrogendən asılıdır.
Su yandıqca buxara çevrilir, deməli, tərkibini –paraçalayır
və itirir. Daha çox hidrogenə-yüngül qaza (oksigenə
nisbətən) çevirir.
Oksigendə çoxlu müsbət enerjini axtarmaq olmaz. Lakin
oksigendə yığılmış enerji var. Məsələn, buzlaqlarda yığılmış
enerji var. Kosmik fəzada oksigen boldur, bərk planetlərdə
oksigen boldur. Oksigen ehtiyatda olan hidrogendir, həm də
137
hərəkətini zəiflətmiş hidrogendir, enerji mənbəyindən nisbətən
uzaqlaşmış hidrogendir. (Qeyd: bu məsələdə, biz planetlərin
Günəşdən meydana gəlməsi fərziyyəsini məntiqi baxımdan
bir qədər inandırıcı şəkldə sübuta yetirə bilirik).
Buzlaqları buxara çevrimək olur və nəticədə enerjisini
itirir. Buzlaq formasını itirir. Oksigen söndürmək (məsələn,
alovu) və enerjini tez “udmaq” üçündür. Məsələn, alovlanmış
bir məkanda alov ona görə genişlənə bilir ki, burada oksigen
məsamələri genişləndirir. Bu baxımdan hava enerji mənbəyidir.
Oksigen alışqanlıqla əslində enerjinin sərfiyyatında (məsələn,
alov yanan zaman) iştirak edir. Ona “enerji verməklə” mövcud
materiyanın yanmasını tezləşdirir. Oksigen qaz olaraq enerjini
udur və enerjinin tez məhv olmasına gətirib çıxarır. Oksigen
digər elementlərin dağılmasına səbəb olur. Oksidləşmə
proseləri, karbon oksidi meydana gəlir. Bu baxımdan da nəzərə
almaq lazımdır ki, oksigen “olmayan yerdə”-burada az olan yer
nəzərdə tutulur- sıxlıq var və belə olan yerdə alovlanma da
yoxdur. Alovlanma əslində ətrafdakı enerji mənbəyinə görə baş
verir.
Təyyarə küləkli havada çətin uçur. Çünki külək sayəsində
genəlmələr artır və cərəyanlar meydana gəlir. Sıxlıq da arta
bilir. Təyyarə o zaman aşağı yerlərdə ağır uçur ki, oksigen
azalır və sıxlıq olur. Aktivlik olanda təyyarəyə çoxlu sürət
lazım olur. Bu ona bənzəyir ki, dayaz suda ağır tonnajlı gəmi
üzür. Təbii ki, gəminin burada az sıxlığa görə üzməsi mümkün
olmur, çünki su kütləsi və lazımi sıxlıq çatışmır.
Yerdə atmosfer (məsələn, oksigen elementi) olmasa Günəş
istiliyi nəticəsində böyük partlayışlar meydana gələ bilər.
Ümumiyyətlə isə oksigenin olmaması hidrogenin olmaması
deməkdir.
Çoxlu buz yemək daxildə narahatlıq doğurar və ehtimal ki,
mədə və bağırsaqda köpmələr yarada bilər. Eləcə də isti suyu
çox içmək sayəsində ağırlaşmalar yarana bilər. İsti yeməklər
daxildə genişlənməni artıra bilər.
Dostları ilə paylaş: |