Microsoft Word dusguncelerim II hiss?doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə44/50
tarix30.12.2017
ölçüsü2,8 Kb.
#18685
1   ...   40   41   42   43   44   45   46   47   ...   50

135 
 
oksigen  həm  də  genişləndirmə  elementi  (tək  məhdudlaşdırma 
funksiyasını  yerinə  yetirə  bilməz)  funksiyasını  yerinə  yetirir. 
Oksigen  ağırlığı  paylayandır.  Ağırlıq  elementləri  arasında 
tarazlıq  yaratmaq  üçündür.  Nəfəs  alanda ağciyər böyüyür. Bu, 
o deməkdir ki, ağ ciyərə genişləndirmə  elementi, yəni oksigen 
daxil  olur.  Oksigen  çox  olan  yerdə,  yəni  boşluq  olan  yerdə 
yüngül  hissəciklər  havaya  daha  tez  qalxır.  Amosferdə 
hissəciklər  genişlənir  və  həmin  cisim  yuxarı  qalxır.  Oksigen 
çox  olan  yerdə  həm  də  Günəşlə  təmas  zamanı  nəmlik  artır. 
Atmosferin  oksigenlə  bol  olan  yerlərində  paraşütlə  yerə  gələn 
elementlər  də  məsamələr  böyük  olduğundan  gec  gələ  bilər. 
Yastıq  tükü  bəzən  yerə  düşür,  bəzən  də  havada  gəzir.  Bu, 
atmosfer  təzyiqindən  –havanın  müəyyən  məkanda  sıxlığından 
və seyrəkliyindən asılıdır.  
Hava  axını  boşluğa  doğru  müəyyən  kütlənin  hərəkətidir. 
Hava  axını  genişlənmə  funksiyasını  yerinə  yetirir. Məsamələri 
böyüdür.  Çatışmazlıqları  aradan  qaldırır.  Bu  baxımdan  da 
hesab  etmək  olar  ki,  sıxıcı  elementlərin  sürətlə  aralanması  elə 
hava axını deməkdir. Boşalmanın özü elə hava axınıdır. (Qeyd: 
elm yazır ki, hava təbii qazların qarışığndan ibarətdir. Əsasən, 
99  faizini  azot  və  oksigen  təşkil  edir.  Havada  su  və  hidrogen, 
karbon dioksid, neon, metan, heliy, kripton, ksenon kimi qazlar 
da vardır. 1754-cü ildə Cozef Blek təcrübi olaraq sübut edib ki, 
hava  çoxlu  sayda  qaz  qarışığından  ibarətdir.  Oksigen  Yer 
üzünün canlı orqanizmləri üçün lazımdır, oksigenləşmə prosesi 
həyata  keçirilir,  orqanizm  üçün  lazım  olan  enerji  meydana 
gəlir. Məsələn, metabolizm prosesləri formalaşır).  
Hündür  dağlarda  oksigen zəif  olur.  Oksigen düzən  yerlərə 
çökür. Bu, o deməkdir ki, genişlənmə azdır və genişlənmə daha 
çox  aşağılarda,  yəni  düzənliklərdə  mövcuddur.  Düzənliklərə 
axan  hava  da  hidrogenə  tez  çevrilir.  Genişlik  üçün  oksigen 
ehtiyatı  azdır.  Oksigen  ehtiyatı  aşağı  düşür.  Buradan  da 
oksigenin,  məsələn,  hidrogendən  ağır  olması  qənaəti  meydana 
gəlir.  Genişlənmənin  və  yüngülləşmənin  zəif  olduğu  yerlərə 


136 
 
qar tez-tez yağır. Bu, o deməkdir ki, qar genişlənmə prosesinin 
məhdudluğundan  tez  həmin  məkana  düşür.  Oksigenin  az 
olduğu  məkana  qar  tez  düşür.  Sıxlıq  çox  olan  yerdə  qar  çətin 
düşür.  Lap  hündür  dağlarda  yox,  dağ  ətəklərində  yaşamaq, 
alçaq  dağlar  qoynunda  yaşamaq  daha  sağlamlıqdır.  Oksgen 
ağır olduğundan dağ başlarından ətəklərinə doğru axır. Burada 
da  istiliklə-aranla  qarşılaşır  və  oksigen  hidrogenə  çevrilir. 
İ
stiləşmə daha çox aşağılarda gedir. Hündürlükdə isə bu proses 
zəif olduğundan oksigen az olsa da soyuqluq hiss olunur. Ona 
görə də dağlara qalxdıqca hava da soyuyur.  
Dağ  aralarında  və  dağ  ətəklərində  hava  axınları  çox 
olduğundan hava təmiz olur. Küləklər meydana gəlir.  
 
Oksigen  hidrogenə  nisbətən  “enerjisizlikdir”,  yəni  zəif 
hərəkət  edəndir.  Lakin  ehtiyatdır-məsələn,  Yer  kürəsi 
üzərində.  Deyək  ki,  su  buxarlanır.  Buxarlandıqdan  sonra 
soyuyur,  yəni  bərkləşmə  və  soyuma  əmələ  gəlir.  Dünya 
okeanı Yer kürəsinin canlıları üçün ən əsas oksigen və onun 
birləşdiyi  bir  çox  qazlar  ehtiyatıdır.  Bu  birləşmə  isə 
okeandan  yuxarı  qalxdıqca  atmosferdə  baş  verir.  Deməli, 
maddələrin  çevrilməsi  əsasən,  məsələn,  atmosferdə,  cazibə 
qüvvəsindən  uzaqlşadıqca,  yuxarı  qalxdıqca  baş  verir. 
Eləcə də Yer kürəsi üzərində maddələrin çevrilməsi halları 
mövcud  olur.  Bu  baxımdan  da  müxtəlif  elementlər 
meydana gəlib.  
Buzla  suyun  hərəkəti,  eləcə  də  buxarın  hərəkəti  eyni 
deyil.  Hərəkətin  sürət  artımı  tərkib  hidrogendən  asılıdır. 
Su yandıqca buxara çevrilir, deməli, tərkibini –paraçalayır 
və  itirir.  Daha  çox  hidrogenə-yüngül  qaza  (oksigenə 
nisbətən) çevirir.  
Oksigendə  çoxlu  müsbət  enerjini  axtarmaq  olmaz.  Lakin 
oksigendə  yığılmış  enerji  var.  Məsələn,  buzlaqlarda  yığılmış 
enerji  var.  Kosmik  fəzada  oksigen  boldur,  bərk  planetlərdə 
oksigen  boldur.  Oksigen  ehtiyatda  olan  hidrogendir,  həm  də 


137 
 
hərəkətini zəiflətmiş hidrogendir, enerji mənbəyindən nisbətən 
uzaqlaşmış  hidrogendir.  (Qeyd:  bu  məsələdə,  biz  planetlərin 
Günəşdən  meydana  gəlməsi  fərziyyəsini  məntiqi  baxımdan 
bir qədər inandırıcı şəkldə sübuta yetirə bilirik).  
Buzlaqları  buxara  çevrimək  olur  və  nəticədə  enerjisini 
itirir.  Buzlaq  formasını  itirir.  Oksigen  söndürmək  (məsələn, 
alovu)  və  enerjini  tez  “udmaq”  üçündür.  Məsələn,  alovlanmış 
bir  məkanda  alov  ona  görə  genişlənə  bilir  ki,  burada  oksigen 
məsamələri genişləndirir. Bu baxımdan hava enerji mənbəyidir. 
Oksigen  alışqanlıqla  əslində  enerjinin  sərfiyyatında  (məsələn, 
alov yanan zaman) iştirak edir. Ona “enerji verməklə” mövcud 
materiyanın  yanmasını  tezləşdirir.  Oksigen  qaz  olaraq  enerjini 
udur  və  enerjinin  tez  məhv  olmasına  gətirib  çıxarır.  Oksigen 
digər  elementlərin  dağılmasına  səbəb  olur.  Oksidləşmə 
proseləri, karbon oksidi meydana gəlir. Bu baxımdan da nəzərə 
almaq lazımdır ki, oksigen “olmayan yerdə”-burada az olan yer 
nəzərdə  tutulur-  sıxlıq  var  və  belə  olan  yerdə  alovlanma  da 
yoxdur. Alovlanma əslində ətrafdakı enerji mənbəyinə görə baş 
verir.  
Təyyarə  küləkli  havada  çətin  uçur.  Çünki  külək  sayəsində 
genəlmələr  artır  və  cərəyanlar  meydana  gəlir.  Sıxlıq  da  arta 
bilir.  Təyyarə  o  zaman  aşağı  yerlərdə  ağır  uçur  ki,  oksigen 
azalır  və  sıxlıq  olur.  Aktivlik  olanda  təyyarəyə  çoxlu  sürət 
lazım  olur.  Bu  ona  bənzəyir  ki,  dayaz  suda  ağır  tonnajlı  gəmi 
üzür. Təbii ki, gəminin burada az sıxlığa görə üzməsi mümkün 
olmur, çünki su kütləsi və lazımi sıxlıq çatışmır.  
Yerdə atmosfer (məsələn, oksigen elementi) olmasa Günəş 
istiliyi  nəticəsində  böyük  partlayışlar  meydana  gələ  bilər. 
Ümumiyyətlə  isə  oksigenin  olmaması  hidrogenin  olmaması 
deməkdir.  
Çoxlu buz yemək daxildə narahatlıq doğurar və ehtimal ki, 
mədə  və  bağırsaqda  köpmələr  yarada  bilər.  Eləcə  də  isti  suyu 
çox  içmək  sayəsində  ağırlaşmalar  yarana  bilər.  İsti  yeməklər 
daxildə genişlənməni artıra bilər.  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə