Microsoft Word dusguncelerim II hiss?doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə41/50
tarix30.12.2017
ölçüsü2,8 Kb.
#18685
1   ...   37   38   39   40   41   42   43   44   ...   50

123 
 
məsafələrindən  və  kütlələrindən  asılıdır.  Dövr  etmə  radiusu 
Günəşlə olan məsafədən də asılıdır. Dövretmə müxtəlif sürətlə 
həyata  keçir.  Belə  hesab  etmək  olar  ki,  Günəş  enerjisi  ona 
yaxın olan planetə daha böyük həcmdə təsir göstərir və həmin 
planet  də  sürətlə  hərəkət  edir.  Günəş  enerjisinin  ətrafa 
paylanmasının  sabitliyini  nəzərə  alsaq,  hesab  edə  bilərik  ki, 
Günəşdən  uzaqda  olan  planetlər  Günəş  ətrafındakı  yaxın 
planetlərə  nisbətən  Günəş ətrafında gec  dövr edirlər. Günəşin 
daxilində  olan  enerji  seli  yaxındakı  planetlərə  daha  çox  təsir 
göstərir). Enerji axınının sürəti sabit və dəyişməzdir və Günəşə 
bağlıdır.  Daxili  enerji  selini  Günəşin  səthində  yox,  daxilində 
tapmaq  olar.  Buna  görə  də  planetləri  sabit  sürətlə  hərəkət 
vəziyyətində  saxlayır.  Günəşin  tərkibindəki  enerji  axınının 
sürətini  ölçmək  üçün  planetlərin  Günəşlə  olan  məsafələri  ilə 
hərəkət  sürətləri  arasındakı  nisbəti  müəyyən  etmək  olar.  Bu 
istiqamətdə  hesablama  aparmaqla  və  planetlərin  kütləsini  də 
nəzərə  almaqla  həmin  selin  sürətini  zamanla  (bizim  müəyyən 
etdiyimiz zamanla) hesablamaq olar. 
Günəş enerjisinin dairə boyunca sferası, təsir sferası vardır. 
Bu sferanı Günəş sahəsi və ya “Günəş toru” adlandırmaq olar. 
Günəş  toru  bütün  planetlərin  və  onların  peyklərinin  birlikdə 
hərəkət  çevrələrini  əhatə  edir.  Bu  tor  Günəş  və  onun 
planetlərinin sistemini yaradır. Günəş öz sistem sahəsi ilə digər 
ulduzlarla  əlaqəyə  daxil  olur.  Bütün  kainat  cisimləri 
hərəkətdədir  (bunu  elm  sübut  edib).  Günəş  sahəsi  bütün 
planetləri  və  onların  peyklərini  öz  ətrafında  dövr  etdirir. 
Planetlərdən  biri  bu  Günəş  torundan  kənara  çıxarsa,  güman 
etmək  olar  ki,  sistem  də pozular. Ümumi kəmiyyət pozular və 
planetlərdə problemlər əmələ gələr. Günəşin tərkibi də dəyişər 
ki,  bu  da  ümumilikdə  sistemdə  qarışıqlığa  səbəb  olar.  Günəş 
sahəsində  hər  bir  planetin  öz  trayektoriyası olur  və planetlərin 
nüvələri  ilə  Günəş  arasında  olan  bağlılıqdan  və  bu  sferanın 
mövcudluğundan  planetlər  arasında  toqquşma  baş  verə  bilmir. 
Hər bir planet öz sferasında dövr edir. Hər bir planetin nüvəsini 


124 
 
onun  tərkibi  yaradır.  Nüvə  daxilə  doğru  sıxılmış  kütlədən 
meydana gəlir.  
Günəşin mərkəzində Günəş enerjisini özünə çəkən nəsə bir 
qüvvə  var.  Buna  mərkəzi  enerji  mənbəyi  demək  olar.  Bu 
hissədə -burulğanın mərkəzi hissəsində- sovurma çox güclüdür 
ki,  bu  da  Günəşin  cazibə  qüvvəsinin  mərkəzi  hissəsini  təşkil 
edəndir. Günəşdə enerji yandıqca həmin qüvvə bu enerji selini 
özünə  sovurur  (dartır).  Bu,  boşluq  da  ola  bilər.  Günəş  üzük 
formasında da ola bilər. “Üzüyün həlqələrində” enerji yanar və 
daxili  axın  əmələ  gətirər.  Bunun  nəticəsində  də  yanıb 
tükənməyən  enerji  təkrar-təkrar  sel  kimi  fırlanar.  Əsas  mənbə 
isə Günəşətrafı burulğan sferalarından gəlir.  
Günəşin özü fırlandıqca (daxildəki enerji seli bu fırlanmanı 
ə
ks etdirə bilər. Fırlanma dedikdə, elə bu enerjinin özünü başa 
düşmək  olar)  ətraf  burulğan  sahələri  də  fırlanır.  Nəticədə 
planetlər  fırlanır.  Bu  fırlanma  mərkəzdə-  Günəşdə;  ətrafda-
Günəş  sisteminin  nisbi  sərhədlərində  əvəzlənir.  Günəş 
sisteminin kənarı ilə Günəşin mərkəzi arasında burulğan sferası 
meydana  gəlir.  Günəşdən  çıxan  sürətli  elementlər  ondan 
uzaqlaşdıqca  kosmik  fəzanın  nisbətən  az  sürətli  hərəkət  edən 
elementinə çevrilir. Kosmik fəzada olan aktivlik də Günəşətrafı 
boyunca dərəcələnir.  
Atmosferin  yaranmasına  səbəb  kimi  vaxtilə  Yer  kürəsinə 
dəyən,  Yer  ilə  toqquşan  başqa  bir  planetdən  qopma  parça  da 
ola  bilər.  Həmin  parça  çox  güman  ki,  Yerin  cənub  hissəsinə, 
eləcə  də  Atlantik  okeanının  əvvəlki  quru  hissəsinə  dəymiş  və 
Yer qabığını dağıtmış, oradan da Yerin daxilində olan su böyük 
həcmdə  çıxaraq  dünya  okeanını  əmələ  gətirmişdir.  Bu  qopma 
hadisəsini  isə  Günəş  sistemində  baş  verən  qeyri-tarazlıqla  da 
ə
laqələndirmək olar. (Elmdə  də  belə  hesab  edilir  ki,  Ay  Yer 
ə
trafında  təqribən  4  milyard  ildir  fırlanır.  Hər  iki  planet 
qarşılıqlı 
cazibə 
qüvvəsi 
hesabına 
öz 
orbitlərində 
dayanırlar.  Alimlərə  görə,  Ay  Yerin  ilkin  inkişaf 
mərhələsində  yaranmışdır.  Bu  hadisə  Yerin  digər  “azmış” 


125 
 
planetlə  toqquşması  zamanı  baş  vermişdir.  Zərbə  o  qədər 
güclü olmuşdur ki, “azmış” planet kiçik qızmar hissəciklərə 
parçalanaraq  kainata  səpələnmişdir.  Sonradan  həmin 
hissəciklər  cazibə  qüvvəsi  ilə  birləşərək  Ay planetini əmələ 
gətirmişdir).  Elmdə  belə  hesab  olunur  ki,  təxminən  4,5 
milyard  il  əvvəl  planetlər  olmamışdır.  Yenicə  doğulmuş 
Günəşin  ətrafında  qızmar  qazın  və  tozun  qara  buludu 
qaynayırdı.  Bulud  tədricən  soyudu  və  qaz  milyonlarla 
damcılarda  sıxlaşdı  (kondensasiya)  olundu.  Bu  damcılar 
özlərinin  cazibəsi  altında  bir-birinə  yaxınlaşdı,  beləliklə,  Yer 
və  Günəş  sisteminin  başqa  planetləri  formalaşdı.  Lakin  Yer 
kürəsinin  soyumuş  səthində  bərk  qabığın  və  atmosferin  əmələ 
gəlməsi  üçün  yarım  milyard  ildən  çox  vaxt  lazım  oldu).  Bu 
yanaşmaya  mən  bir  qədər  şübhə  ilə  yanaşıram.  Yerin 
atmosferinin  əmələ  gəlməsi  prosesi  necə  oldu  ki,  digər 
planetlərdə  və  Yerə  çox  yaxın  olan  Ay  peykində  baş vermədi. 
Ayda da canlılar və atmosfer yaranmadı.  
Digər planetləri nə isə uzaqlıq fərqlərinə görə (enerjiyə çox 
yaxın  və  ya  da  çox  uzaq)  atmosferdən  kənarda  qalanlar  hesab 
etmək  olar.  Planetlərin  yaranmasında  vahid  prinsipləri  qəbul 
etmək  olar.  Məsələn,  planetlərin  kainat  tozlarının  birləşməsi 
kimi  qəbul  etmək  olar.  Planetlərin  tərkibində  ümumi,  oxşar 
maddələr  var.  (Elmə  görə,  Yerin  nüvəsi  dəmirdən  və 
nikeldən, qabığı isə əsasən oksigen və silisiumdan ibarətdir. 
Onların arasında ərgin silisium və kükürd birləşmələrindən 
ibarət  olan  mantilər,  həmçinin  onların  oksidləri  yerləşir. 
Mars  planetinin  səthində  külli  miqdarda  dəmir  tozu  var. 
Həmin  toz  Marsın  atmosferində  olan  karbon  qazı  ilə 
oksidləşərək 
qırmızı 
rəng 
alır). 
Bunların 
mövcud 
formalarının  əsası  da  onların  Günəşdən  ayrılması  üçün 
inandırıcıdır.  Lakin  atmosferin  və  canlıların  əmələ  gəlməsi 
prosesi ancaq Yer kürəsində olub. Buna görə də ehtimal etmək 
olar  ki,  dünya  okeanının  suyu  bəlkə  Yerin  içərisində  olub, 
müəyyən proseslərdən (toqquşma və ya da Yerin daxilində olan 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə