Microsoft Word dusguncelerim II hiss?doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə38/50
tarix30.12.2017
ölçüsü2,8 Kb.
#18685
1   ...   34   35   36   37   38   39   40   41   ...   50

114 
 
Günəş şüaları üfüqi yerdəyişmə edir. Yəni səthi müstəvi üzrə 
dəyişirlər.  Günəş  işığı  paylanılır.  Bu  paylanma  dəyişmələrə 
məruz  qalır.  Günəşin  Yerə  təsirindən  yaranan  əks-təsir 
sferası,  təsirdən  meydana  gələn  maqnit-enerji  sahəsi  Yerin 
qızmasını,  atmosferin  qızmasını  təmin  edir.  Atmosferin 
qızması  onun  soyuması  ilə  əvəz  olunur.  Burada  fırlanma 
hərəkətləri  də  təsir  göstərir.  –gecə  ilə  gündüz  yaranır). 
Kosmik  məkanın  özü  soyuq  olmalıdır.  Kosmik  məkanda 
materiya  ətrafından  uzaqlara  doğru  temperatur  dəyişkən 
olmalıdır.  Yerin  atmosfer  sərhəddində  olan  fəza  temperaturu 
ondan uzaqda olan məkandan fərqli olmalıdır. Günəş şüalarının 
Yerdən  gələn  əks-təsir  enerjisi,  fırlanmadan  paylanan  enerji 
atmosfer  sərhəddinin  fəzasını  kənarlara  nisbətən  isti  etməldir. 
Kosmik  məkana  çıxan  cismin  özü  istilik  çəkməlidir.  Kosmik 
cihazların  Günəş  enerjisi  ilə  işləməsinin  mümkünlüyü  də 
buradan meydana gəlir.  
Günəş ilə materiya (burada planetlər və peyklər) arasındakı 
məsafədə  (kosmik  məsafədə)  temperatur  aşağı  ola  bilər. 
Materiya  Günəşdən  uzaqlaşdıqca  əlaqə  də  itir,  zəifləyir.  Yəni, 
qızma  yox,  soyuma  baş  verir.  Zaman  uzanır,  sürət  azalır. 
Günəşə  yaxınlaşdıqca  materiya  tərkibində  olan  elementlər 
(məsələn,  hidrogen)  hərəkətə  gəlir,  canlanma  baş  verir.  Lap 
yaxınlaşdıqca isə əriyir. Bu, o deməkdir ki, hidrogen birləşməsi 
(zəncirliyi)  partlayışa,  əriməyə  gətirib  çıxarır.  Günəşə  tam 
yaxınlaşmaq üçün böyük həcmdə oksigen lazımdır ki, ərimənin 
qabağını nisbətən almaq imkanı olsun.  
Ehtimal  etmək  olar  ki,  Günəş  parçalanmış  və  planetlər 
ondan ayrılmışdır. Fəzanın oksigeni ayrılmış hissəni Günəşdən 
aralamışdır.  Günəş  əbədidir.  Ona  görə  ki,  bu  yanan  maye 
oksigen  ilə  əhatə  olunubdur.  Günəşin  özü  də  oksigenlə  (fəza 
oksigen  müstəvisi  ilə  əhatə  olunmazsa  tez  yanıb  külə  dönər) 
qidalanır.  Oksiegn  hidrogen  ətrafında  “sədd  çəkib”  və  buna 
görə də Günəş daxildə yana-yana qalır.  


115 
 
Yer  Kürəsinin  fırlanmasında  həm  Günəş  şüalarının  axını 
təsir  göstərir,  həm  də  nüvə  rol  oynayır.  Günəş  şüaları 
(hidrogen)  Yer  kürəsinin  bir  tərəfinə  ağırlıq  salır,  digər  tərəfi 
də  fırlandırır.  Günəşin  özü  də  fırlanır.  Bu  fırlanma  sayəsində 
(daxili  sel)  planetlər  fırlanır.  Kosmik  fəzada  olan  element 
(oksigen  qazı)  Yerin  sabit  sürətlə  fırlanmasını  təmin  də  edir. 
Bu  oksigen  kütləsi  Yer  Kürəsinin  bir  tərəfi  basılanda,  o  biri 
tərəfini qaldırır, üzə çıxarır, tədricən fırlanma baş verir. 
Qeyd olunduğu kimi, planetlər arasındakı fəza boş deyil və 
elementdən,  element  birləşməsindən,  elementin  yayılma 
sahəsindən  və  kütləsindən  (cəm  halda  toplu  kütləsindən) 
ibarətdir.  Bu  elementlər  enerji  keçiriciliyinə  malikdir.  Enerji 
keçiriciliyinin  elementə  toxunması  işığı  əmələ  gətirir.  Burada 
ola  bilər  ki,  sürtünmədən  qığılcım  effketi  yaranır  və  işıq 
enerjisi  formalaşır.  Enerji  elementlər  arasında  ötürmədən 
meydana  gəlir.  Hissəcik  hərəkət  etməsə  enerji  ötürülməz, 
sürtünmə  yaranmaz  və  işıq  da  olmaz.  Günəş  enerjisi  və 
enerjinin  yaratdığı  işıq  materiya  aləminə  dəyir.  Materiya 
aləminə  dəyəndə  enerji  işığa  çevrilir.  Enerji  axını  güclü 
olduqda  və  məkan  kiçik  olanda  enerjinin  artması  meydana 
gəlir.  Dar  məkana  çoxlu  enerji  buraxmaq  nəticədə,  son  həddə 
həmin  məkanı  alovlandıra  bilər.  Bu  məntiqdən  irəli  gələrək 
hesab  etmək  olar  ki,  kosmik  məkanın  böyüklüyündən  Günəş 
materiya  aləmini  yandırıb  külə  döndərə  bilmir.  Enerjinin  işığa 
çevrilməsi  üçün  mütləq  enerjini  əks  etdirən  materiya  və 
element  (elə  elementlərin  toplusu  materiya  və  onun  halını 
meydana  gətirir)  mövcuddur.  Element  enerji  keçiriciliyinə 
malikdir.  Enerji  keçiriciliyi  olan  materiya  Günəş  tərəfindən 
qızır.  (Ümumiyyətlə  isə  hesab  etmək  olar  ki,  enerji 
keçiriciliyi  olmayan  element  yoxdur.  Belə  qənaətə  gəlmək 
olar ki, enerjini zəif və güclü şəkildə keçirici elementlər var. 
Tamamilə  enerji  keçirməyən  element  olarsa,  həmin 
elementdən düzəldilən qurğu ilə Günəşə yaxın getmək olar. 
Yəqin ki, bu element də Yer üzərində yoxdur. Ola bilər ki, 


116 
 
hansısa elementləri kimyəvi üsulla reaksiyaya cəb etməklə, 
tərkiblərini 
dəyişməklə, 
çevirməklə 
Günəşin 
lap 
yaxınlığında  enerjiyə  davamlı  materiya  əldə  etmək  olar). 
Bu  baxımdan  da  Günəşlə  planetlər  arasındakı  məsafələrdə, 
məkanlarda  mütləq  element  vardır.  Bu  element  olmasaydı 
Günəş  enerjisi  işıq  enerjisinə  çevrilməzdi  və  enerjinin 
işıqlanması  mümkün  olmazdı.  Fəzada  enerjini  ötürən  həmin 
enerji  elementi  və  eləcə  də  ötürməni  tarazlayan  digər  element 
olmalıdır.  Kosmik  fəza  müstəvisi  enerji  və  “enerjisizlik” 
(passiv,  yəni  nisbətən  az  aktiv olan)  elementlərindən ibarətdir. 
Güman  etmək  olar  ki,  Fəza  Günəşiz  oksigen  mənbəyidir  və 
Günəş  enerjisi  ilə  birlikdə  oksigen  və  hidrogendir.  Digər 
elementlər  də  vardır.  Fəza  hidrogendir,  ona  görə  ki,  şüadır, 
enerji  sahəsidir,  hərəkətin  əsasıdır;  oksigendir,  ona  görə  ki, 
hidrogenin  qabağını  alandır.  Həmçinin  bu  elementlərin 
reaksiyasından  meydana  gələn  elementdir.  Kosmik  fəzada  və 
onun  Günəşlə  münasibətlərində,  təmasda  nisbi  və  mütləq 
böyük sürətin nisbi və mütləq kiçik sürətlə qarşılıqlı qovuşması 
prosesləri baş verir.  
Fərz  edək  ki,  kosmik  fəza  elementsizdir.  Onda  Günəş  də 
ola  bilməzdi  və  Günəşin  enerjizi  planetlərə  gedib  çata 
bilməzdi.  Yaxud  da,  çox  güclü  enerji  keçirən element  olsaydı, 
onda,  bütün  materiya  aləmi  məhv  olardı,  yanıb  külə  dönərdi. 
Element  (Günəş  enerjisinin  əksi  olan  enerjisiz  element)  ona 
görə  var  ki,  enerji  selinin  qabağını  kəsə-kəsə  bərk  materiya 
aləminə  -planetlərə-  enerjini  sabit  vəziyyətdə  ötürür  və 
enerjinin materiyaya dəyməsindən və əks olunmasından da işıq 
meydana  gəlir.  Günəş  hidrogenin  cəmidir.  Günəş  tərkibində 
oksigen  də  vardır  ki,  hidrogeni  hərəkətə  gətirir.  (Qeyd: 
enerjinin  yükəsk  forması  alovdur.  Məsələn,  Günəş  işığı  ilə 
nə isə yandırmaq olar. Alov işıqdır. Deməli enerjinin artımı 
işıqdır.  Bu  nöqteyi-  nəzərdən  də  hesab  etmək  olar  ki, 
Günəşin  içərisində  yanan  nə  isə  vardır  və  bu  yanan  da 
təkrar olaraq enerjidən enerji alır. Daimi enerji alova, alov 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə