Microsoft Word dusguncelerim II hiss?doc


da  enerjiyə  çevrilir.  Günəşin  daimi  alovlanmasında  səbəb



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə39/50
tarix30.12.2017
ölçüsü2,8 Kb.
#18685
1   ...   35   36   37   38   39   40   41   42   ...   50

117 
 
da  enerjiyə  çevrilir.  Günəşin  daimi  alovlanmasında  səbəb 
olaraq  həm  də  onun  ətrafındakı  sərhəd  məkana  baxmaq 
məqsədəuyğun  olar.  Bu  sfera  enerji  mənbəyini  məkanda 
saxlayır  və  alovdan  enerji,  enerjidən  alov  meydana  gəlir. 
Kainatda  işıq  alova,  alov  da  işığa  çevrilir.  Deməli,  enerji 
itmir və forma dəyişir. İşıq enerjiyə, enerji də işığa (işıq da 
srətli  axan  enerji  toplusudur)  çevrilir.  Bu  məntiqlə  Kainat 
ə
bədidir,  ömürü  uzun  və  sonsuzdur.  Kainatın  yaranma 
tarixi  haqqında  fərziyyələr  də  şübhəlidir,  daha  çox 
subyektivdir. 
Burada 
başlanğıcı 
görmək 
qeyri-
mümkündür. (Qeyd: əslində məntiqi mühakimələr yürütmək 
və əqli nəticələrə gəlmək üçün istiqamətlər var. Beyin hər bir 
istiqamət  üzrə  öz  məntiqini  çıxara  bilir.  Bu  baxımdan  hansı 
istiqamətlərin  düzgün,  hansının  yalan  olması  haqqında  da 
fikirlər  yürütmək  mümkündür,  lakin  bu  mülahizələr, 
mühakimələr mütləq və  nisbidir). Məlumdur ki, təbiətdə gecə 
ilə  gündüz,  enerji  ilə  enerjisizlik  var.  Bu  da  mənfi  və 
müsbətdir.  Təbiətin  tarazlığı  da  bu  müsbət  və  mənfinin 
nisbətindədir.  Həyat  da  kainat  da,  o  cümlədən  Günəş  sistemi, 
ulduzlar də mənfi və müsbətə, enerji ilə enerjisizliyə bağlıdır. 
 
Su nədir 
 
Elm yazır ki, su tərkib etibarilə iki hidrogen və bi oksigen 
atomundan ibarət olan birləşmədir.  
Belə  qəbul  etmək  olar  ki,  su-fəza,  torpaq,  günəş  tərkibi 
olan elementlərindən başqa bir şey deyildir. Su sıxılmış kosmik 
fəzadır.  Su  sıxılmış  atmosferdir.  Su  Günəşdən  uzaqda 
olduğundan  qaz  (buxar  halında)  deyil.  Deməli,  suda  ehtiyat 
enerji  toplanıb.  Suyun  yanan  qaz  halına  çevrilməsi 
mümkündür. Suyun çoxlu hərəkəti (ona tətbiq olunan qüvvənin 
kəmiyyət  çoxluğu)  suyun  hərəkətini  və  enerjisini  artıra  bilər. 
Yer kürəsində olan suyun maye halı haradan əmələ gələ bilər? -
Belə  qəbul  etmək  olar  ki,  su-əslində  əvvəlcə  Yer  kürəsinin 


118 
 
daxilində  (içində)  olub.  Fəzadakı  elementlərin  torpaq,  qaya, 
süxur  və  s.  arasındakı  keçici  elementidir.  Buradan  belə  bir 
qənatə gəlmək olar ki, su fəza və torpaq və Günəş arasında olan 
keçici  bir  mayedir.  Suyun  ilk  forması  elə  torpaq  tərəfindən 
bərkləşmiş,  daxilində  bərkləşmiş  fəza  hissəsi  olub.  Su  fəza-
ulduz  və  bərk  materiya  arasında  aralıq  hərəkətverici  bir 
maddədir.  Ola  bilər  ki,  Yer  kürəsinin  ya  daxili,  ya  da  kənar 
təsirlərə  məruz  qalması  (burada  Yer  kürəsinin  hər  hansısa  bir 
planetlə,  quru  parçası  ilə  vaxtilə  toqquşması)  Yer  kürəsinin 
parçalanmasına,  daxilində  olan  bu  fəza  elementinin  üzə 
çıxmasına  səbəb  olub  və  dərhal  Günəş  şüası  ilə  reaksiyaya 
girməsindən  maye  halına  gəlib.  Nəticə  etibarilə  Yer  kürəsinin 
atmosferi 
formalaşıb. 
Qaya-torpaq-qum-su-fəza-Günəş 
vəhdəti  və  çevrilmələri  vardır.  Qaya-enerjisizlik-Günəş  isə 
enerjidir. Qayanı Günəşə lap yaxınlaşdırsaq, torpağa, quma, 
suya,  atmosfer  hissəsinə  (atmosfer  tərkibi  olan  elementlər) 
və sonda fəzaya çevriləcəkdir.  
Atmosfer  sudan,  torpaqdan  və  Günəşdən  əmələ  gələn 
aralıq bir təbəqədir. Atmosferin altı su, torpaq və qayadır. 
Üstü  isə  fəza  və  Günəşdir. Fəza  olmasa, nə qaya  (daş) var, 
nə Günəş.  
Qeyd:  belə  qəbul  etmək  olar  ki,  vaxtilə  qayalıqlarda, 
mağaralarda  yaşayan  insanlar  qeyri-qayalıq  məskənlərə 
köçdükdən  sonra  əhliləşməyə,  indiki  formalarını  almağa 
başlayıblar.  Qayalıqlarda  yaşayan  insanların  çox  bərk 
xarakterli  olmaları  da  mümkün  olub.  (Çünki  qayalıqlarda 
toplanmış  enerji  var  və  bərk  olduğundan  Günəşin  təsirindən 
özündən oksigen buraxmağa və hidrogen buraxmağa başlayır. 
Axşam  isə  soyuq  ola  bilər.  Qayalıqlar  içərisində  olan 
atmosferlə,  kənardakı  atmosfer  fərqlidir.  Qaya  ətrafında  bərk 
havanın  olması  məntiqidir;  çünki  qayada  oksigen-hidrogen  və 
onların digər birləşmiş maddələri toplanıb. Günəş və atmosfer 
qayalığı  fərqli  edir).  Ona  görə  də  onların  torpaq  yerlərə 
gəlməsi  özlərinin  zənginləşməsinə,  yetişməsinə  (hidrogenlə 


119 
 
daha  çox  zənginləşmələrinə)  səbəb  olub.  Qaya  içərisində 
yaşayan insanın  danışa  bilməsi  və  digər zəngin hərəkətləri ola 
bilməz.  Qayadan  bir  qədər  rəngarəng  (burada  zəngin  təbiətli) 
yerə köçdükdən sonra insanların yertişməsi mümkün olub, nitq 
və  geniş  təfəkkür  ortaya  çıxıb.  Qaya  özündə,  torpağa  nisbətən 
elementlər  saxlayıb.  Ona  yağış  yağanda  və  Günəş  şüası  təsir 
göstərəndə elementlərin bir neçəsini buraxa bilər.  
Səhralıqlarda  oksigen  çox  ola  bilər.  Çünki  Günəş  torpağa 
çox  təsir  göstərir,  onun  tərkibində  olan  oksigeni  götürür  və 
ə
trafa  yayır.  Səhralıqlar  gecəni  soyuq  olurlar;  çünki  oksigen 
çox  olur,  soyuma  gedir  və  təzyiq  fərqindən  güclü  küləklər 
yaranır.  Gündüz  vaxtı  Günəş  torpağın  daha  çox  oksigenini 
ə
lindən  alır.  Günəş  batdıqdan  sonra  isə  səhralıqlarda  olan  isti 
hidrogen  təkrar  oksigenə  çevrilməyə  (soyumaya)  başlayır. 
Buradan  da  belə  bir  məntiqi  nəticəyə  gəlmək  olur  ki,  Günəş 
enerjisi canlandırıcıdır. Onun əksi olanlar isə canlandırıcı deyil. 
Su, məhz canlandırıcı, yəni hidrogen molekulu ilə, canlandırıcı 
olmayan  oksigen  molekullarının  vəhdətindən  ibarətdir. 
Buradan  da  belə  bir  məntiqi  nəticəyə  gəlmək  olar  ki,  Yer 
Kürəsində Günəş olmazsa (tamamilə), su yoxdur, həddən artıq 
bərk  materiya  (qayadan  da  bərk  təsəvvür  etmək  olar)  var. 
Səhranın  bir  çox  hissəsində  həddən  artıq  oksigenin 
mövcudluğu  (Günəş  onu  hərəkət  sayəsində  hidrogenə  çevirir), 
nəfəs  çatışmazlığına  gətirib  çıxara  bilər.  Səhradakı  torpaqlar 
Günəş  şüasından  o  formaya  (qumlu  torpaqlara)  düşür.  Günü 
udur  və  enerji  onu  yüngülləşdirir,  arasındakı  məsafələri 
genişləndirir.  Yəni,  Günəş  enerjisi  kristalları  çox  aralayır. 
Sanki  elementlər  dartılmış  formada  olur.  Enerji  artdıqca 
dağılma  prosesləri  gedə  bilər.  Kristalları  arasındakı  quruluş 
geniş  olur.  Günəş  düşdükcə  oksigeni  götürür  (alır),  oksigen 
azaldıqca,  torpaq  o  vəziyyətə  düşür.  Buradan  belə  nəticəyə 
gəlmək olur ki, qaya həddən artıq bərkləşmiş (başqa elementlər 
də  daxil  olmaqla)  oksigen  kütləsindən  ibarətdir.  Qaya  üzərinə 
çox  gün  şüası  düşərsə,  udulacaq  və  oksigeni  özündən 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə