Microsoft Word dusguncelerim II hiss?doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə49/50
tarix30.12.2017
ölçüsü2,8 Kb.
#18685
1   ...   42   43   44   45   46   47   48   49   50

151 
 
planetlərin  (nəticə  məhsulları  olaraq)  yaranma  tarixi  və 
mənşəyi  vardır.  Ən  əsas  mənbə  elə  fəzadır.  Yarnış  prosesinin 
sonu  isə  planetlərdir.  Çevrilmə  proseslərinin  (özü  də  bir  dəfə 
baş  vermiş  çevrilmə  prosesi)  nəticələridir.  Deməli,  Günəşin 
yaranma  tarixi  haqqında  da  fikir  söyləmək  olar.  Burada  biz 
elmdə  qəbul  edilən  “Böyük  partlayış”  nəzəriyyəsinə  yaxın 
oluruq; 
-Yerdə  olan  su,  çox  ehtimal  ki,  iki  böyük  səbəbdəndir: 
birincisi, belə düşünmək olar ki, Yer vaxtilə digər bir materiya 
ilə  sürətlə  toqquşub.  Toqquşma  sayəsində  iki  bərk  materiyada 
parçalanma,  ətraflara  dağılma  əvəzinə  (tamamilə  dağılma 
ə
vəzinə) birləşmə meydana gəlib. Bu birləşmədə materiyaların 
müəyyən  hissələri  alov  nəticəsində  yanıb.  Soyuma  isə  suya 
çevrilib;  ikincisi,  toqquşma  baş  verməmişdən  öncə  Yerin 
daxilində  elə  su  olub.  Toqquşma  sayəsində  Yer  dağılıb  və  su 
meydana  gəlib.  Ola  da  bilər  ki,  Yer  kürəsi  bir  başqa  ulduza 
yaxınlaşıb  və  uzaqlaşıb  (lakin  öz  yerinə  qayıtmayıb).  Bunun 
nəticəsində  ərimiş  materiyanın  bir  hissəsi  suya  çevrilib.  Tam 
uzaqlaşmadığından  (yəni  bərkləşmiş  materiya  olduğu  məkana 
qayıtmadığından) 
da 
su 
tam 
bərkləşərək 
materiyaya 
çevrilməyib.  Deməli,  Yer  kürəsinin  Günəşlə (ulduzlarla)  əlaqə 
vəhdətində yaranma tarixi haqqında fikir yürütmək olar. 
Digər səbəblər: Yerin daxilində olan suyun (bu su təbii ki, 
elə fəzanın və Günəşin çevrilmə nəticəsidir) müəyyən vulkanik 
və  tektonik  proseslər  sayəsində  üzə  çıxması;  fəza  partlayışı 
sayəsində qismən soyumaqda olan fəza elementlərinin nəticəsi, 
buludların  soyuyaraq  dünya  okeanlarını  təşkil  etməsi  və  s.  Bu 
soyumada  su  və  tam  soyumuş  materiya  (yəni  quru  parçası) 
yaranıb.  
Belə nəticədən də  çıxış edə bilərik ki, əgər su materiyanın 
üzərindədirsə, onda materiyada olan elementlərin çoxu suda da 
var. 
 


152 
 
Məkan, qüvvə və planetlər haqqında 
 
Hər  bir  element  bir  məkandır.  Məkan  müəyyn  ölçüyə  və 
kəmiyyətə,  həcmə  malik  olan  sahədir.  Deməli,  sahəni 
elementlər yaradır. Məkansız element yoxdur. Varlıq yoxdursa, 
məkan  yoxdur.  Məkan  təbii,  təbiətdə  coğrafi  və  astronomik 
(kosmik)  mövqedir,  istinad  obyektidir,  vasitəsidir,  həmçinin 
elementin  koordinatıdır.  Hər  bir  element  başlanğıc  və  sondur, 
mərkəz və periferiyadır. Elementlərin (zərrəciklərin) böyük bir 
məkanda toplaşması geniş məkan müstəvisini meydana gətirir. 
Geniş  məkan  müstəvisi  də  coğrafi  cəhətləri,  astronomik 
istiqamətləri formalaşdırır. Bu baxımdan da tam boşluq deyilən 
ş
ey yoxdur. Tam boşluq elə heçlikdir. O da mütləq   yoxluqdur. 
Kosmik  fəza  boş  ola  bilməz.  Boş  olsaydı  varlıq  da  ola 
bilməzdir.  Boşluq  nəzərdə  tutulan  elementin  (obyektin)  digər 
elementlər  müstəvisində  yoxluğu  deməkdir.  Deməli,  kosmik 
fəza  müstəvisi  boş  deyil.  O,  özlüyündə  və  daxilində  olan  göy 
cisimlərinin  mövcudluğu  baxımından  doludur.  Ümumiyyətlə, 
az  sıxlıqdan  çox  bərkliyə  doğru,  yaxud  da  əksinə  keçidlərlə 
xarakterizə olunan mövcudluq var. Fəza az sıxlıqdırsa, olduqca 
kiçik  hissələrə  parçalanmış  elementlərdən  ibarətdirsə,  ulduzlar 
və  planetlər,  planetlərdə  olan  elementlər  (burada  əsasən  su 
(Yerdə)  və  torpaq,  alov,  hava-Yerdə;  başqa  planetlərdə  isə 
elementlərin  başqa  çevrilmələri,  yəni  nəticələri  var.  Buradan 
belə nəticə ortaya  çıxır ki, planetlərin  yaranmasına heç də tam 
şə
kildə eyni prosesi nəticələyə bilən qüvvələr tətbiq olunmayıb. 
Ya  planetlər  eyni  vaxta  yaranıb,  qüvvə  kəmiyyətlərinin  fərqi 
burada  mövcuddur.  Qüvvə  kəmiyyətinin  fərqini  həm  də 
planetlərin  eyni  olmamasında  axtarmaq  lazımdır.  Eyni  olsaydı 
hamısı  eyni  olardı,  bu  da  belə  olsayda  sistem  olmazdı.  Çünki 
sistem  fərqliliyi,  rəngarəngliliyi  və  qarşılıqlı  təsirliliyi  tələb 
edir,  bu  bir  qanunauyğunluqdur.  Qüvvənin  vahidliyi  və 
böyüklüyü  elə  sistemin  böyüklüyünü  yaradır  və  sistemin 
böyüklüyündən  fərqli  kəmiyyətli  qüvvələr  meydana  gəlir.  Bu 


153 
 


154 
 
məxluqlardır  və  həmin  planetlərdə  təkmil  texnika  mövcuddur. 
(Qeyd:  bir  çox  hallarda  isə  uçan  naməlum  obyektlərin  böyük 
dövlətlərin  xüsusi  xidmət  orqanlarının  kəşfiyyat  əməllərinin 
məhsulu,  bu  əməllərə  xidmət  edən  nəticə  məhsulu,  məqsədləri 
yerinə yetirmək üçün operativ vasitələr olduğu ehtimal olunur). 
Ə
gər  təkmil  texnika  varsa,  belə  güman  etmək  olar  ki,  bu 
texnikaya nail olmaq qabiliyyəti daha böyük planetin düşüncəli 
insanlarına xas olan xüsusiyyət olmalıdır.  
Digər  tərəfdən,  çox  güman  əsasında  hesab  etmək  olar  ki, 
yaşayışı  olan  planet  varsa,  bu  planet  Yer  planeti  qrupundadır, 
bəlkə də Yerin çox kiçik bir peykidir və çox kiçik olduğundan 
görmək olmur. Öz oxu ətrafında (yaxud da Yer ətrafında) Yerə 
nisbətən  daha  sürətlə  fırlanır-  hesab  edək  ki,  bir  neçə  saata. 
Ə
gər  kiçikdirsə,  onda  insanları  da  tez-tez  düşünəndirlər,  tez 
yetişəndirlər və bu baxımdan da tez bir zamanda da ölürlər. Tez 
yetişdiklərinə  görə  də  beyinləri  daha  da  inkişaf  etmiş 
vəziyyətdədir.  Lakin  onların  Yer  kürəsinə  gəlib  çıxmaları  və 
yaşamaları  da,  Yerdəki  şəraitə  uyğunlaşmaları  da  bir  qədər 
inanılmazdır.  Əks  halda,  belə  planetlər  varsa  və  planetlər 
kiçikdirlərsə,  onları  teleskoplar  görə  bilmirlər.  Görünməmənin 
səbəbləri:  birincisi  kiçik  olmasıdır,  Günəş  həmin  planeti 
işıqlandırır,  lakin  planetin  həcmi  (bəlkə  də  Yerin  bir  qitəsi 
qədər və  ya bir qədər ondan böyük və kiçik ola bilər, Yerdəki 
kimi  atmosferi  və  suyu  ola  bilər,  Yer  tərkibi  kimi  elementləri 
ola  bilər  və  s.)  kiçik  olduğundan  Günəş  həmin  planeti 
işıqlandırarkən,  planetin  əks  olunması  həddən  artıq  az 
olduğundan  onu  kəşf  etmək,  işıq  şüaları  ilə  siqnalları  qəbul 
etmək  mümkün  deyildir.  Ola  da  bilər  ki,  planet  Günəşdən 
“gizləndiyindən”  nisbətən  qaranlıqdan  ibarətdir.  Lakin  çox 
zaman  qaranlıq  olsa,  onda  öz  oxu  ətrafında  fırlanmasının 
sürətli  təmin  olunması  mümkün  ola  bilməz.  Ola  bilər  ki,  tez 
fırlanma  onu  tez  qaranlıqlaşdırır  və  işıqlandırır.  Planetlərin 
fırlanma  və  kəsişmə  bucaqları  fərqlidir.  Bu  bucaqlar  həmin 
planetlərin kəşflərinin qabağını alır.  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə