31
9.7 dəfə, korporativ istiqrazlar ilə əməliyyatların həcmi 23.3 dəfə artdı. Nəticədə, Bakı
Fond Birjasının ticarət dövriyyəsi ÜDM-in 4.1%-dən 9.6%-dək yüksəldi.
Son illər də isə qiymətli kağızlar bazarı fəaliyyətini qeyri-neft sektorunun yüksək
templi artımı və antiinflyasiya xarakterli pul siyasəti fonunda davam etdirmişdir. Bu
amillər qiymətli kağızların ilkin və təkrar bazar əməliyyatlarının sayına və həcminə,
habelə qiymətli kağızların gəlirliyinə təsir göstərmişdir. Nəticədə, son yeddi il ərzində
(2004-2011-ci illər) qiymətli kağızlar bazarında ticarətin həcmi əhəmiyyətli dərəcədə
artmışdır. Qeyd edək ki, illər ötdükcə qiymətli kağızlar bazarının əvvəlki il ilə
müqayisəsi, yəni ötən ilki nəticənin hesabat dövründə əldə olunması üçün daha az vaxt
lazım olmağa başlamışdır. Təkcə onu qeyd etmək istərdik ki, 2011-ci il ərzində
bazarın bütün seqmentləri üzrə canlanma müşahidə olunması nəticəsində, repo
ə
məliyyatları istisna olmaqla 2010-cu ilki ticarət dövriyyəsinə artıq 2011-ci ilin 7 ayı
ə
rzində nail olunmuşdur. Qiymətli kağızlar bazarının ticarət dövriyyəsinin ÜDM-ə
nisbəti yüksək templə artaraq 2011-ci ildə 15.3 faizə çatmışdır.
Qrafik 1.3. Bakı Fond Birjasının ticarət dövriyyəsi
3
Son illər qiymətli kağızlar bazarının fəaliyyəti maliyyə sektorunun
ş
axələndirilməsi və korporativ sektorun maliyyələşmə imkanlarının genişləndirilməsi
hədəflərinin dəstəklənməsi istiqamətində davam etmişdir. Bu əsasda, Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı ilə orta müddətli perspektivə inkişaf hədəflərini
müəyyən edən “2011-2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar
3
www.bfb.az ; www.azstat.org.
32
bazarının inkişafı” Dövlət Proqramı təsdiq edilmiş və aidiyyəti dövlət orqanlarında
icrasına başlanılmışdır.
Son illər qiymətli kağızların buraxılışı və ticarəti Azərbaycan Respublikasının
orta müddətli inkişaf prioritetlərinə uyğun olaraq davam etmiş, yeni alət çeşidləri
bazara daxil olmuşdur. Pul bazarı alətləri və dövlət qiymətli kağızları bazarında
aktivlik müşahidə edilmiş, özəl sektorun investisiya layihələrinin qiymətli kağızlar
vasitəsilə maliyyələşdirilməsi təşəbbüsləri artmış, xüsusilə korporativ borc bazarı
alətlərinin istifadəsi genişlənmişdir. lk dəfə olaraq, bazara xarici valyutada
nominasiya olunmuş konvertasiya hüququna malik istiqrazlar buraxılmışdır. Təkcə
onu qeyd etmək istərdik ki, bütövlükdə, 2011-ci il ərzində qiymətli kağızlar bazarında
ə
məliyyatların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 23 faiz, əməliyyatların
həcmi isə 3,8 dəfə artaraq 8862 milyon manat təşkil etmişdir.
Bu artım özünü həm dövlət qiymətli kağızlar bazarında, həm də korporativ
qiymətli kağızlar bazarında əks etdirmişdir. 2011-ci il ərzində dövlət qiymətli kağızlar
bazarının həcmi əhəmiyyətli dərəcədə artmışdır. Belə ki, 2011-ci il ərzində dövlət
qiymətli kağızlar bazarında əməliyyatların sayı ötən ilin müvafiq dövrü ilə
müqayisədə 1,6 dəfə, əməliyyatların həcmi isə 4,4 dəfə artaraq 6717 milyon manat
təşkil etmişdir.
Cədvəl 1.2. Dövlət qiymətli kağizlar bazari
4
Q YMƏTL KAĞIZLARIN NÖVLƏR
2014-ci il
Yanvar-Dekabr
2010-cu il
Yanvar-Dekabr
Fərq (%)
Məbləğ
üzrə
Ə
qdlərin
sayı
Məbləğ (manat)
Ə
qdlərin
sayı
Məbləğ (manat)
DÖVLƏ
T Q YMƏ
TL KAĞ
IZLARI
1768
6 717 691 785
1084
1 522 978 239
4,4 də
fə
Dövlət istiqrazları
174
280 646 946
214
456 154 897
-38,5%
Dövlət istiqrazları (ilkin bazarda
yerləşdirilmiş)
133
239 076 694
160
359 507 799
-33,5%
Dövlət istiqrazları (təkrar bazar)
41
41 570 252
54
96 647 098
-57%
Mərkəzi Bankın notları
285
655 073 082
165
229 154 213
2,9 dəfə
Mərkəzi Bankın notları (ilkin bazarda
yerləşdirilmiş)
279
642 520 868
163
223 589 276
2,9 dəfə
Mərkəzi Bankın notları (təkrar bazar)
6
12 552 214
2
5 564 937
2,3 dəfə
Repo/əks-repo
1309
5 781 971 757
705
837 669 129
6,9 dəfə
Dövlət istiqrazları (repo/əks-repo)
33
29 296 914
16
17 493 379
67,5%
Mərkəzi Bankın notları (repo/əks-repo)
1276
5 752 674 843
689
820 175 750
7 dəfə
4
www.csc.gov.az
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-ci ildə Fəaliyyəti
haqqında hesabatı Bakı 2014