Microsoft Word Fuad-magistr-yenii doc



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə11/31
tarix17.09.2018
ölçüsü1,06 Mb.
#68736
1   ...   7   8   9   10   11   12   13   14   ...   31

 

31 


9.7 dəfə, korporativ istiqrazlar ilə əməliyyatların həcmi 23.3 dəfə artdı. Nəticədə, Bakı 

Fond Birjasının ticarət dövriyyəsi ÜDM-in 4.1%-dən 9.6%-dək yüksəldi. 

Son illər də isə qiymətli kağızlar bazarı fəaliyyətini qeyri-neft sektorunun yüksək 

templi  artımı  və  antiinflyasiya  xarakterli  pul  siyasəti  fonunda  davam  etdirmişdir.  Bu 

amillər  qiymətli  kağızların  ilkin  və  təkrar  bazar  əməliyyatlarının  sayına  və  həcminə, 

habelə qiymətli kağızların gəlirliyinə təsir göstərmişdir. Nəticədə, son yeddi il ərzində 

(2004-2011-ci illər) qiymətli kağızlar bazarında ticarətin həcmi əhəmiyyətli dərəcədə 

artmışdır.  Qeyd  edək  ki,  illər  ötdükcə  qiymətli  kağızlar  bazarının  əvvəlki  il  ilə 

müqayisəsi, yəni ötən ilki nəticənin hesabat dövründə əldə olunması üçün daha az vaxt 

lazım  olmağa  başlamışdır.  Təkcə  onu  qeyd  etmək  istərdik  ki,  2011-ci  il  ərzində 

bazarın  bütün  seqmentləri  üzrə  canlanma  müşahidə  olunması  nəticəsində,  repo 

ə

məliyyatları istisna olmaqla 2010-cu ilki ticarət dövriyyəsinə artıq 2011-ci ilin 7 ayı 



ə

rzində  nail  olunmuşdur.  Qiymətli  kağızlar  bazarının  ticarət  dövriyyəsinin  ÜDM-ə 

nisbəti yüksək templə artaraq 2011-ci ildə 15.3 faizə çatmışdır. 

Qrafik 1.3. Bakı Fond Birjasının ticarət dövriyyəsi

3

 



 

Son  illər  qiymətli  kağızlar  bazarının  fəaliyyəti  maliyyə  sektorunun 

ş

axələndirilməsi  və  korporativ  sektorun  maliyyələşmə  imkanlarının  genişləndirilməsi 



hədəflərinin  dəstəklənməsi  istiqamətində  davam  etmişdir.  Bu  əsasda,  Azərbaycan 

Respublikası Prezidentinin Sərəncamı ilə orta müddətli perspektivə inkişaf hədəflərini 

müəyyən  edən  “2011-2020-ci  illərdə  Azərbaycan  Respublikasında  qiymətli  kağızlar 

                                                            

3

 

www.bfb.az ;  www.azstat.org.



 


 

32 


bazarının  inkişafı”  Dövlət  Proqramı  təsdiq  edilmiş  və  aidiyyəti  dövlət  orqanlarında 

icrasına başlanılmışdır.  

Son  illər  qiymətli  kağızların  buraxılışı  və  ticarəti  Azərbaycan  Respublikasının 

orta  müddətli  inkişaf  prioritetlərinə  uyğun  olaraq  davam  etmiş,  yeni  alət  çeşidləri 

bazara  daxil  olmuşdur.  Pul  bazarı  alətləri  və  dövlət  qiymətli  kağızları  bazarında 

aktivlik  müşahidə  edilmiş,  özəl  sektorun  investisiya  layihələrinin  qiymətli  kağızlar 

vasitəsilə  maliyyələşdirilməsi  təşəbbüsləri  artmış,  xüsusilə  korporativ  borc  bazarı 

alətlərinin  istifadəsi  genişlənmişdir.  lk  dəfə  olaraq,  bazara  xarici  valyutada 

nominasiya  olunmuş  konvertasiya  hüququna  malik  istiqrazlar  buraxılmışdır.  Təkcə 

onu qeyd etmək istərdik ki, bütövlükdə, 2011-ci il ərzində qiymətli kağızlar bazarında 

ə

məliyyatların  sayı  ötən  ilin  müvafiq  dövrü  ilə  müqayisədə  23  faiz,  əməliyyatların 



həcmi isə 3,8 dəfə artaraq 8862 milyon manat təşkil etmişdir. 

Bu  artım  özünü  həm  dövlət  qiymətli  kağızlar  bazarında,  həm  də  korporativ 

qiymətli kağızlar bazarında əks etdirmişdir. 2011-ci il ərzində dövlət qiymətli kağızlar 

bazarının  həcmi  əhəmiyyətli  dərəcədə  artmışdır.  Belə  ki,  2011-ci  il  ərzində  dövlət 

qiymətli  kağızlar  bazarında  əməliyyatların  sayı  ötən  ilin  müvafiq  dövrü  ilə 

müqayisədə  1,6  dəfə,  əməliyyatların  həcmi  isə  4,4  dəfə  artaraq  6717  milyon  manat 

təşkil etmişdir.  

Cədvəl 1.2. Dövlət qiymətli kağizlar bazari

4

 

Q YMƏTL  KAĞIZLARIN NÖVLƏR  

2014-ci il 

Yanvar-Dekabr 

2010-cu il 

Yanvar-Dekabr 

Fərq (%) 

Məbləğ 


üzrə 

Ə

qdlərin 



sayı 

Məbləğ (manat) 

Ə

qdlərin 


sayı 

Məbləğ (manat) 



DÖVLƏT Q YMƏTL  KAĞIZLARI 

1768 

6 717 691 785 

1084 

1 522 978 239 

4,4 dəfə 

Dövlət istiqrazları 

174 

280 646 946 



214 

456 154 897 

-38,5% 

Dövlət istiqrazları (ilkin bazarda 



yerləşdirilmiş) 

133 


239 076 694 

160 


359 507 799 

-33,5% 


Dövlət istiqrazları (təkrar bazar) 

41 


41 570 252 

54 


96 647 098 

-57% 


Mərkəzi Bankın notları 

285 


655 073 082 

165 


229 154 213 

2,9 dəfə 

Mərkəzi Bankın notları (ilkin bazarda 

yerləşdirilmiş) 

279 

642 520 868 



163 

223 589 276 

2,9 dəfə 

Mərkəzi Bankın notları (təkrar bazar) 

12 552 214 



5 564 937 

2,3 dəfə 

Repo/əks-repo 

1309 

5 781 971 757 

705 

837 669 129 

6,9 dəfə 

Dövlət istiqrazları (repo/əks-repo) 

33 

29 296 914 



16 

17 493 379 

67,5% 

Mərkəzi Bankın notları (repo/əks-repo) 



1276 

5 752 674 843 

689 

820 175 750 



7 dəfə 

 

                                                            



4

 

www.csc.gov.az

 

Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  2014-ci  ildə  Fəaliyyəti 

haqqında hesabatı  Bakı 2014

 



Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə