40
Parça modeli – bu modelin digər adı parça barlar hesab olunur. Bu model
seçilən zaman periodu üzrə maksimal qiymət (parçanın təpə nöqtəsi), minimal qiymət
(parçanın dib nöqtəsi), açılış qiymət (parçanın sol çıxıntı səviyyəsi) və bağlanış
qıyməti (parçanın sağ çıxıntı səviyyəsi) əks olunduğu parça qrafiklərindən daha çox
uzun zaman periodları üzrə qiymət dəyişkənliklərinin analizindən istifadə olunur.
Qrafik 2.2. Parça modeli
Yapon şamları bu qrafiklər də parça qrafiklərinə oxşar şəkildədir. Sadəcə olaraq
fərqi barların üzərində xüsusi qeydlərin əks olunmasıdır.
Qrafik 2.3 Yapon ş amları qrafiki
Səhm investorlarını maraqlandıran əsas məsələ sahibləri olduqları səhmlərin
qiymətlərinin dəyişkənliklərinin təyin olunmasıdır. Xarici iqtisadi ədəbiyyatlarda bu
proses yəni qiymət dinamikasının müəyyən olunması səhm betası adlanır. Beta verilən
səhmin (həmçinin, birgə fondların və portfellərin) qiymətinin ümumi bazara, adətən
S&P 500 indeksinə nisbətən dəyişkənliyinin kəmiyyət ölçüsüdür. S&P 1 faiz
dəyişdikdə, səhmin dinamikasının necə dəyişdiyi beta ilə ölçülür. Beta 1-dən yüksək
olarsa, deməli bu səhmin qiyməti ümumi bazara nisbətən daha dəyişkəndir. Beta 1-dən
aşağı olduqda isə az dəyişkən hesab edilir.
Beta səhmin qiymətinin nə dərəcədə dəyişkən və ya qeyri-sabit olduğunu
ölçdüyündən, "risklə" eyni istiqamətdə hərəkət edir - yəni, qiymətin daha dəyişkən olması
səhmin daha riskli olduğuna işarə edir. Eynilə, daha az dəyişkənlik daha az risk deməkdir.
41
tkilərin dayandırılması əmrinin müəyyən edilməsi zamanı səhmin betasının
müəyyənləşdirilməsi çox faydalı hesab olunur. Çünki beta səhmin qiymətinin dəyişmə
həddi haqda ümumi anlayış yaradır. Əgər cari qiyməti 50 ABŞ dolları olan səhm
adətən 48-52 ABŞ dolları həddində birjaya çıxarılırsa, о zaman bu səhm üzrə "treylinq
stop'' əmrini 49 ABŞ dolları səviyyəsində yerləşdirmək iqtisadi cəhətdən neqativ hal
kimi qiymətləndirilir. Əgər səhmin qiyməti 10 faiz aşağı-yuxarı dəyişkəndirsə,
itkilərin dayandırılması əmrini həmin günün qiymətindən 15 faiz aşağı səviyyədə
yerləşdirilməsi məqsədəuyğun hesab olunur.
nkişaf etmiş sənaye sahəsində iri kapitallaşma şirkətinin səhminin betası adətən
aşağı olur (1-ə yaxın) - ümumi bazara yaxın. Yeni meydana çıxan sənaye sahələrində
kiçik və orta kapitallaşma şirkətləri gündəlik qiymət dəyişkənliyində daha həssas
görünür; bu səbəbdən, onların betası daha yüksək olur.
Qiymətli kağızlar bazarında qiymətlərin dəyişilmə meyllərini müəyyən etmək
və izləmək üçün müxtəlif birja indekslərindən istifadə olunur. Birja indeksi birja
ticarət meydançalarında ticarət olunan aktivlər qrupunun (bir qayda olaraq əsasən
səhmlərin) orta ölçülmüş bazar qiymətidir. Bu alətlərin qiyməti ticarət iştirakçılarının
tələb və təklifi əsasında formalaşır və bu səbəbdən bazar qiyməti adlanır. Daha dərin
və likvid fond bazarına malik olan ölkələrdə bazarın ümumi tendensiyasını ölkənin
birja indeksini müşahidə etməklə müəyyənləşdirmək mümkündür. Başqa sözlə,
indekslər iqtisadiyyatın barometri kimi çıxış edir. Bu indeksləri adətən “səhm
indeksləri” adlandırırlar. Bu indekslərin belə adlandırılmasının əsas məqsədi onların
müxtəlif şirkət və eləcədə şirkətlər korporasiyasının səhmlərinin orta qiymətini əks
etdirməsidir. Bu indekslərdən istifadə olunmasının əsas müsbət cəhəti onların qiymətli
kağızlar bazarında qiymətlərin dinamikasını əyani şəkildə əks etdirməsidir. Onların
ə
sasında qiymətli kağızlar bazarı və eləcədə bu bazarın ayrı-ayrı komponentlərinin
ümumi vəziyyəti barədə dəqiq və dolğun məlumatlar əldə etmək mümkündür.
Qiymətli kağızlar bazarında aşağıdakı növ indekslərdən istifadə olunur ki,
bunlar arasındakı əsas fərq onların hesablanma formasıdır. Belə ki,
Qiymət üzrə ölçülən indeks: Bu indeks növü bir səhm üzrə fərdi səhm
qiymətinin dəyişməsinə əsaslanan dəyişiklikləri izləyir. Məsələn, fərz edək ki, iki növ
səhm mövcuddur. Hər birinin dəyəri 20 AZN olan A səhmləri və hər birinin dəyəri 40
42
AZN olan В səhmləri. Qiymət üzrə ölçülən indeksdə 20 AZN dəyərində olan səhmlərə
nisbətən 40 AZN dəyərində olan səhmlərə daha böyük faiz nisbəti təyin olunur. ndeks
yalnız göstərilən bu iki növ səhmlərdən ibarət olarsa, 40 AZN-lik səhmlər indeksin 67
faizini təşkil etdiyi halda (səhmlərin ümumi sayının üçdə ikisi), 20 AZN dəyərində
olan səhmlər 33 faiz (səhmlərin ümumi dəyərinin üçdə biri) təşkil edəcəkdir. Dow
Jones qiymət üzrə ölçülən indeksin ən bariz nümunəsidir.
Bazar də yə ri üzrə ölçülə n indeks: Eyni zamanda, kapitallaşma indeksi adı ilə
məlum olan bu indeks bazar kapitallaşmasına (və ya bazar dəyərinə) əsaslanan səhmin
nisbətini izləyir.
Deyək ki, sizin səhm portfelinizdə 20 AZN dəyərində olan 10 milyon səhm (A
Səhmi) və 40 AZN dəyərində olan 1 milyon səhm (B Səhmi) vardır. A Səhminin bazar
kapitallaşması 200 milyon AZN olduğu halda, В Səhmimn bazar kapitallaşması 40
milyon AZN təşkil edir. Buna görə də, bazar dəyəri üzrə ölçülən indeksə əsasən, A
Səhminin daha böyük bazar kapitallaşmasına malik olması səbəbi ilə o, indeksin
dəyərinin 83 faizini təşkil edir. Bazar dəyəri üzrə ölçülən indeksə misal olaraq Nasdaq
Composite Index - NASDAQ toplu indeksini (kapitallaşma əsasında Qiymətli Kağızlar
üzrə Dilerlərin Milli Assosiasiyasının qiymətləndirilmiş indeksi) göstərmək olar.
Geniş təyinatlı indekslər: Yuxarıda qeyd olunan səhm portfeli nümunələri
yalnız iki növ səhmləri göstərir - bu indekslər bazarın mənzərəsini müvafiq şəkildə əks
etdirmir. Bir çox investisiya peşəkarları (xüsusilə investisiya menecerləri və birgə
fondlar) müvəffəqiyyətlərinin müqayisə edilməsində bir etalon olaraq geniş təyinatlı
indekslərdən istifadə edirlər. Geniş təyinatlı indeks ümumi bazar haqqında müəyyən
məlumatı təmin edir. S&P 500 (Nyu-York fond birjasında (NYSE'də) qeydiyyata
alınmış 500 korporasiyanın səhmlərinin bazar dəyərinin indeksi (400 sənaye, 20
nəqliyyat, 40 maliyyə və 40 kommunal müəssisə) və Wilshire 5000 (ABŞ-da emitent
ş
irkətlərin kapitallaşma üzrə qiymətləndirilmiş təqribən 7,5 min səhmini göstərən
milyard dollarla ifadə olunan ən böyük fond indeksi) geniş təyinatlı indekslərə misal
ola bilər (eyni zamanda, onları bazar qiyməti üzrə ölçülən indeks də adlandırmaq olar).
Toplu indekslə r: Nəzərdə tutulan indeks müxtəlif orta qiymətlərin və ya
indekslərin birləşməsidir. Bu indeksə misal olaraq NYSE'dəki bütün səhmləri izləyən
Dostları ilə paylaş: |