-
beynəlxalq maliyyə institutları və təşkilatları ilə investisiya
ə
məkdaşlığının inkişafı ;
-
ölkədən daşınan kapitalın təhlükəsizlik və maneəsiz qaytarılmasını
təmin edən əlverişli şəraitin yaradılması ;
-
ixracı artırmaq məqsədi ilə ölkədə azad iqtisadi zonaların yaradılması
üzrə dövlət proqramının işlənməsi ;
-
gələcəkdə xarici investorların valyuta əməliyyatlarının yerinə
yetirilməsinin norma və qaydalarının liberallaşdırılması ;
-
regionlara xarici investisiyaların axınını gücləndirmək məqsədilə
regional investisiya proqramlarının, investisiya layihələrinin işlənib hazırlanması ;
-
xarici banklarla əməkdaşlığı genişləndirmək, respublikanın bank
sistemi, investisiya layihələri haqqında məlumatı beynəlxalq bank ictimaiyyətinə
çatdırmaq, kredit xətlərinin açılmasına çalışmaq.
nvestisiya portfelinin idarə edilməsi, bankların investisiya siyasətinin mühüm
tərkib elementidir. Bunula yanaşı həmin siyasət adı altında, birbaşa və portfel
investisiyalarının optimal nisbətinin təmin edilməsi, mənfəətliliyin artırılması, risk və
likvidlik səviyyələrinin saxlanılması ilə bağlı əməliyyatlarının reallaşdırılması
istiqamətləri əhatə olunur.
Bankların investisiya siyasəti, iqtisadiyyatın idarə edilməsində onların rolunun
artmasının müşahidə olunduğu indiki dövrdə həm makro, həm də mikro iqtisadi baxımdan
ə
həmiyyətlidir.
Milli iqtisadiyyatda xarici investisiyaların axının gücləndirilməsi və onların
beynəlxalq standartlara müvafiqn şəkildə qorunması üçün əlverişli şəraitin yaradılması
ölkənin iqtisadi siyasətinin əsas istiqamətlərindəndir və strateji əhəmiyyətli bir istiqamət
kimi diqqqət mərkəzində olmalıdır.
nvestisiya siyasətinin əsas elementlərindən biri elm tutumlt sahələrin inkişafının
intensivləşdirilməsi, başqa sözlə, innovasiyaların dəstəklənməsidir.
nvestisiya siyasətinin səmərəliliyi qarşı tərəfin, yəni investisiya yönəldən dövlət
xarici maliyyə institutlarının məqsədlərindən bilavasitə asılıdır. nvestisiya siyasəti təbii
ki, yığım normasına etnasız qala bilməz.
Azərbaycan sənayesinin çoxsahəli olmasını nəzərə alaraq, burada struktur –
investisiya siyasətinin aparıcı meyli, xammal – material resurslarının ən yeni texnika və
texnologiya əsasında emal olunaraq, dünya standartlarına cavab verən yüksək keyfiyyətli,
dünya bazarında rəqabətə tab gətirə bilən son hazır məhsul şəkilində ixrac potensialını
artırmağa istiqamətləndirilməlidir.
Əlbəttə, belə yanaşma təbii ehtiyatlardan istifadənin səmərəliliyi problemini
xüsusilə aktuallaşdırır. nvestisiya siyasəti həmin problemi həll etmək üçün ekoloji təmiz
texnologiyaların tətbiqinə təkan verir.
Xarici investisiyaların milli iqtisadiyyatın inkişafında müsbət rolu xeyli dərəcədə
investisiya siyasətinin sosial yönümündə təzahür edir. Xarici investisiyaların ölkəmizin
təbii ehtiyatlarının istifadəsində iştirakının əsas istiqamətlərindən biri kimi əldə edilən
mənfəətin əhalinin həyat səviyyəsinin yüksəldilməsinə, xalqın ümumi sərvətlərinin ədalətli
bölgüsünə yönəldilməsinin təmin edilməsi olduğu fikri ilə razılaşmamaq mümkün deyildir.
4. nvestisiyaların dövlət tərəfindən tənzimlənməsi
Bazar iqtisadiyyatında dövlət investisiya fəaliyyətinin aktivləşdirilməsi üzrə
aşağıdakıları tədbirlər həyata keçirir:
Maliyyə sənaye qruplarının yaradılması, mülkiyyətçinin hüquqlarının qorunması,
vergi qanunvericiliyinin təkmilləşdirilməsi, lisenziyalaşdırmanın və müqavilə hüquqlarının
inkişaf etdirilməsi.
Dövlət maliyyə sənaye qrupları və holdinqlər yaratmaqla o, ölkədə investisiya
fəaliyyətinin sistematik həyata keçirilməsinə nail ola bilər. Holdinqlərin yaradılması onun
iştirakçılarına aşağıdakı amillər hesabına öz fəaliyyətlərini genişləndirməyə imkan verir.
Başqa sözlə, səhmlərin alınması hesabına onlar firmalar üzərində nəzarəti həyata
keçirmək, iri şirkətlər vasitəsilə kommersiya fəaliyyətini reallaşdırmaq, dövlətlə özəl
qrumlar arasında iqtisadi əlaqələri möhkəmləndirmək, vergi ödəmələrini artırmağı və
risklərin səviyyəsini azaltmaq mümkün olur. Ümumiyyətlə, maliyyə sənaye qrupları
ölkədə vahid texnoloji sistemə aid olan müəssisələrin birləşdirilməsi məqsədilə yaradılır.
Bu da həmin sferalarda istehsalın elmi-texniki səviyyəsini yüksəltməyə münbit şərait
yaradır. Bu zaman digər məqsəd xarici investorların cəlb edilməsi hesab oluna bilər.
Mülkiyyət hüquqlarının müdafiəsini təmin etmək üçün üzrə dövlət tərəfindən
müəyyən qanunların, normativ hüquqi aktların qəbul edilməsi zəruridir. Bunu nəzərə
alaraq ölkəmizdə investisiya fəaliyyəti və xarici investisiyaların qorunması haqqında
qanunlar qəbul olunmuşdur. Bu qanunlara əsasən investorların vəsaitləri milliləşdirilə
bilməz. Yəni dövlət hər bir investora vəsaitlərini hara və hansı həcmdə qoymağa müdaxilə
etmir. Məhdud hallarda bəzi sahələrə investisiya qoymaq üçün dövlət hakimiyyət
orqanlarından (Nazirlər Kabineti və Milli Məclisdən) razılıq almaq tələb olunur. Lakin elə
sahələr də var ki, dövlətin milli təhlükəsizlik nöqteyi-nəzərindən bu sahələrə investisiya
qoyulması qanunla qadağan olunmuşdur.
nvestisiya fəaliyyətini tənzimləmək üçün dövlət vergi və kredit dərəcələrinin,
texniki-sanitar-gigiyenik normaların, arxitektur normaların dəyişdirilməsini həyata keçirir.
Eyni zamanda investisiya ilə yığım arasında birbaşa əlaqələr mövcuddur. Belə ki,
ə
halisinin gəliri az olan ölkələrdə məcmu gəlir əsasən əhalinin istehlak tələbini ödəmək
üçün istifadə edildiyindən, onun çox az hissəsini investisiya kimi müəssisənin inkişafına
yönəlymək mümkün olur. Məcmu gəlir tədricən artdıqca tələbin sturukturu da dəyişir
(Engel qanunu). Lakin yenidən həmin vəsaitlər iqtisadiyyatın müxtəlif sahələrinin
inkişafına
investisiya kimi ötürülür. Müəyyən müddətdən sonra əhalinin gəlirinin artmasına
baxmayaraq onun tələbi əvvəlki səviyyədə qalmır, azalır və nəticədə vəsaitlər müəssisəyə
investisiya kimi deyil, əhalinin əlində yığım kimi formalaşır. Məhz bu vəsaitləri
investisiya kimi iqtisadiyyata yönəltmək bankların üzərinə düşür. Ona görə də Keynsin
“Multiplikator nəzəriyyəsi”-nə əsasən ÜDM-lə investisiya arasında əlaqə mövcuddur.
“Xarici investisiyaların qorunması haqqında” qanun Milli Məclis tərəfindən 15
yanvar 1992-ci ildə qəbul edilmişdir. Həmin bu qanuna əsasən xarici investisiyalar
aşağıdakı yollarla həyata keçirilə bilər:
1) Azərbaycan Respublikasının fiziki və hüquqi şəxsləri ilə birgə yaradılan
müəssisələrdə payçılıq iştirakı.
2) Təmamilə xarici investorlara məxsus olan müəssisələrin yaradılması yolu ilə.
3) Qiymətli kağızların əldə edilməsi vasitəsilə.
4) Torpaq və digər təbii ehtiyyatlardan istifadə hüquqlarının əldə edilməsi yolu ilə.
Dostları ilə paylaş: |