Microsoft Word Investisiya f?aliyy?tini huquqi t?nziml?nm?si docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə13/57
tarix14.04.2018
ölçüsü5,01 Kb.
#38174
1   ...   9   10   11   12   13   14   15   16   ...   57


beynəlxalq  maliyyə  institutları  və  təşkilatları  ilə  investisiya 
ə
məkdaşlığının inkişafı ; 

ölkədən  daşınan  kapitalın  təhlükəsizlik  və  maneəsiz  qaytarılmasını 
təmin edən əlverişli şəraitin yaradılması ;  

ixracı  artırmaq  məqsədi  ilə  ölkədə  azad  iqtisadi  zonaların  yaradılması 
üzrə dövlət proqramının işlənməsi ; 

gələcəkdə  xarici  investorların  valyuta  əməliyyatlarının  yerinə 
yetirilməsinin norma və qaydalarının liberallaşdırılması ; 

regionlara  xarici  investisiyaların  axınını  gücləndirmək  məqsədilə 
regional investisiya proqramlarının, investisiya layihələrinin işlənib hazırlanması ; 

xarici  banklarla  əməkdaşlığı  genişləndirmək,  respublikanın  bank 
sistemi,  investisiya  layihələri  haqqında  məlumatı  beynəlxalq  bank  ictimaiyyətinə 
çatdırmaq, kredit xətlərinin açılmasına çalışmaq. 
       nvestisiya  portfelinin  idarə  edilməsi,  bankların  investisiya  siyasətinin  mühüm 
tərkib  elementidir.  Bunula  yanaşı  həmin  siyasət  adı  altında,  birbaşa  və  portfel 
investisiyalarının  optimal  nisbətinin  təmin  edilməsi,  mənfəətliliyin  artırılması,  risk  və 
likvidlik  səviyyələrinin  saxlanılması  ilə  bağlı  əməliyyatlarının  reallaşdırılması 
istiqamətləri əhatə olunur.  
      Bankların  investisiya  siyasəti,  iqtisadiyyatın  idarə  edilməsində  onların  rolunun 
artmasının müşahidə olunduğu indiki dövrdə həm makro, həm də mikro iqtisadi baxımdan 
ə
həmiyyətlidir. 
      Milli  iqtisadiyyatda  xarici  investisiyaların  axının  gücləndirilməsi  və  onların 
beynəlxalq  standartlara  müvafiqn  şəkildə  qorunması  üçün  əlverişli  şəraitin  yaradılması 
ölkənin  iqtisadi  siyasətinin  əsas  istiqamətlərindəndir  və  strateji  əhəmiyyətli  bir  istiqamət 
kimi diqqqət mərkəzində olmalıdır.  
       nvestisiya siyasətinin əsas elementlərindən biri elm tutumlt sahələrin inkişafının 
intensivləşdirilməsi, başqa sözlə, innovasiyaların dəstəklənməsidir.  
       nvestisiya siyasətinin səmərəliliyi qarşı tərəfin, yəni investisiya yönəldən dövlət 
xarici  maliyyə  institutlarının  məqsədlərindən  bilavasitə  asılıdır.  nvestisiya  siyasəti  təbii 
ki, yığım normasına etnasız qala bilməz. 
      Azərbaycan  sənayesinin  çoxsahəli  olmasını  nəzərə  alaraq,  burada  struktur  – 
investisiya  siyasətinin  aparıcı  meyli,  xammal  –  material  resurslarının  ən  yeni  texnika  və 
texnologiya əsasında emal olunaraq, dünya standartlarına cavab verən yüksək keyfiyyətli, 
dünya  bazarında  rəqabətə  tab  gətirə  bilən  son  hazır  məhsul  şəkilində  ixrac  potensialını 
artırmağa istiqamətləndirilməlidir.  
      Əlbəttə,  belə  yanaşma  təbii  ehtiyatlardan  istifadənin  səmərəliliyi  problemini 
xüsusilə aktuallaşdırır.  nvestisiya siyasəti həmin problemi həll etmək üçün ekoloji təmiz 
texnologiyaların tətbiqinə təkan verir. 
      Xarici investisiyaların milli iqtisadiyyatın inkişafında müsbət rolu xeyli dərəcədə 
investisiya  siyasətinin  sosial  yönümündə  təzahür  edir.  Xarici  investisiyaların  ölkəmizin 
təbii  ehtiyatlarının  istifadəsində  iştirakının  əsas  istiqamətlərindən  biri  kimi  əldə  edilən 
mənfəətin əhalinin həyat səviyyəsinin yüksəldilməsinə, xalqın ümumi sərvətlərinin ədalətli 
bölgüsünə yönəldilməsinin təmin edilməsi olduğu fikri ilə razılaşmamaq mümkün deyildir. 
4. nvestisiyaların dövlət tərəfindən tənzimlənməsi 


Bazar  iqtisadiyyatında  dövlət  investisiya  fəaliyyətinin  aktivləşdirilməsi  üzrə 
aşağıdakıları tədbirlər həyata keçirir: 
Maliyyə  sənaye  qruplarının  yaradılması,  mülkiyyətçinin  hüquqlarının  qorunması, 
vergi qanunvericiliyinin təkmilləşdirilməsi, lisenziyalaşdırmanın və müqavilə hüquqlarının 
inkişaf etdirilməsi. 
Dövlət  maliyyə  sənaye  qrupları  və  holdinqlər  yaratmaqla  o,  ölkədə  investisiya 
fəaliyyətinin sistematik həyata keçirilməsinə nail ola bilər. Holdinqlərin yaradılması onun 
iştirakçılarına  aşağıdakı  amillər  hesabına  öz  fəaliyyətlərini  genişləndirməyə  imkan  verir. 
Başqa  sözlə,  səhmlərin  alınması  hesabına  onlar  firmalar  üzərində  nəzarəti  həyata 
keçirmək,  iri  şirkətlər  vasitəsilə  kommersiya  fəaliyyətini  reallaşdırmaq,  dövlətlə  özəl 
qrumlar  arasında  iqtisadi  əlaqələri  möhkəmləndirmək,  vergi  ödəmələrini  artırmağı  və 
risklərin  səviyyəsini  azaltmaq  mümkün  olur.  Ümumiyyətlə,  maliyyə  sənaye  qrupları 
ölkədə vahid texnoloji sistemə aid olan müəssisələrin birləşdirilməsi məqsədilə yaradılır. 
Bu  da  həmin  sferalarda  istehsalın  elmi-texniki  səviyyəsini  yüksəltməyə  münbit  şərait 
yaradır. Bu zaman digər məqsəd xarici investorların cəlb edilməsi hesab oluna bilər. 
Mülkiyyət  hüquqlarının  müdafiəsini  təmin  etmək  üçün  üzrə  dövlət  tərəfindən 
müəyyən  qanunların,  normativ  hüquqi  aktların  qəbul  edilməsi  zəruridir.  Bunu  nəzərə 
alaraq  ölkəmizdə  investisiya  fəaliyyəti  və  xarici  investisiyaların  qorunması  haqqında 
qanunlar  qəbul  olunmuşdur.  Bu  qanunlara  əsasən  investorların  vəsaitləri  milliləşdirilə 
bilməz. Yəni dövlət hər bir investora vəsaitlərini hara və hansı həcmdə qoymağa müdaxilə 
etmir.  Məhdud  hallarda  bəzi  sahələrə  investisiya  qoymaq  üçün  dövlət  hakimiyyət 
orqanlarından (Nazirlər Kabineti və Milli Məclisdən) razılıq almaq tələb olunur. Lakin elə 
sahələr  də  var  ki,  dövlətin  milli  təhlükəsizlik  nöqteyi-nəzərindən  bu  sahələrə  investisiya 
qoyulması qanunla qadağan olunmuşdur. 
nvestisiya  fəaliyyətini  tənzimləmək  üçün  dövlət  vergi  və  kredit  dərəcələrinin, 
texniki-sanitar-gigiyenik normaların, arxitektur normaların dəyişdirilməsini həyata keçirir. 
Eyni  zamanda  investisiya  ilə  yığım  arasında  birbaşa  əlaqələr  mövcuddur.  Belə  ki, 
ə
halisinin  gəliri  az  olan  ölkələrdə  məcmu  gəlir  əsasən  əhalinin  istehlak  tələbini  ödəmək 
üçün istifadə  edildiyindən, onun  çox az hissəsini  investisiya  kimi  müəssisənin  inkişafına 
yönəlymək  mümkün  olur.  Məcmu  gəlir  tədricən  artdıqca  tələbin  sturukturu  da  dəyişir 
(Engel  qanunu).  Lakin  yenidən  həmin  vəsaitlər  iqtisadiyyatın  müxtəlif  sahələrinin 
inkişafına 
investisiya  kimi  ötürülür.  Müəyyən  müddətdən  sonra  əhalinin  gəlirinin  artmasına 
baxmayaraq onun tələbi əvvəlki səviyyədə qalmır, azalır və nəticədə vəsaitlər müəssisəyə 
investisiya  kimi  deyil,  əhalinin  əlində  yığım  kimi  formalaşır.  Məhz  bu  vəsaitləri 
investisiya  kimi  iqtisadiyyata  yönəltmək  bankların  üzərinə  düşür.  Ona  görə  də  Keynsin 
“Multiplikator nəzəriyyəsi”-nə əsasən ÜDM-lə investisiya arasında əlaqə mövcuddur. 
“Xarici  investisiyaların  qorunması  haqqında”  qanun  Milli  Məclis  tərəfindən  15 
yanvar  1992-ci  ildə  qəbul  edilmişdir.  Həmin  bu  qanuna  əsasən  xarici  investisiyalar 
aşağıdakı yollarla həyata keçirilə bilər: 
1)  Azərbaycan  Respublikasının  fiziki  və  hüquqi  şəxsləri  ilə  birgə  yaradılan 
müəssisələrdə payçılıq iştirakı. 
2) Təmamilə xarici investorlara məxsus olan müəssisələrin yaradılması yolu ilə. 
3) Qiymətli kağızların əldə edilməsi vasitəsilə. 
4) Torpaq və digər təbii ehtiyyatlardan istifadə hüquqlarının əldə edilməsi yolu ilə. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə