Microsoft Word Investisiya f?aliyy?tini huquqi t?nziml?nm?si docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə12/57
tarix14.04.2018
ölçüsü5,01 Kb.
#38174
1   ...   8   9   10   11   12   13   14   15   ...   57

investorları  cəlb  edir.  Sirr  deyildir  ki,  yerli  qanunvericilikdəki  boşluqlar  hesabına 
manevrlərdən qazanmaq amili də bu qəbildəndir.  
      Neft  sahəsində  maliyyə  qoyuluşu  və  layihələrin  gerçəkləşdirilməsində  risk 
ehtimalı çoxdur.  nkişaf etmiş ölkələrin investorları hər bir layihəni “risk – gəlir” nisbəti 
baxımından  qiymətləndirilir  və  nisbət  yalnız  sonuncunun  xeyrinə  olduğu  halda  onu 
reallaşdırırlar.  
       nvestisiya layihələrinin qiymətləndirilməsi meyarları nəzərdən keçirilərkən, təbii 
ki,  riskin  mahiyyətinə  və  təsnifatına  xüsusi  diqqət  yetirilir.  nvestisiya  prosesində 
problemin  aktuallığını  və  miqyasını,  riskin  strukturu  və  mahiyyətini  araşdırmaq  zərurəti 
yaranır. Müxtəlif ölkələrdə risk indikatoru və şərtləri müxtəlifdir. Bu problemə differensial 
yanaşma  zəruriliyindən  xəbər  verir.  Nüfuzlu  beynəlxalq  təşkilatlar  riskin  monitorinqi 
zamanı  aşağıdakı təsnifata üstünlük verirlər  :  texniki,  siyasi,  iqtisadi  və  maliyyə  riskləri. 
Bəzi mənbələrdə kommersiya riskləri də ayrıca qruplaşdırılır.  
      Texniki  risk  –  mineral  xammal  bazası  mövcudluğu  halında  konkret  obyektə 
qoyuluşlar üçün səciyyəvi qəbul olunur. Ölkənin biznes mühitinin qiymətləndirilməsində 
siyasi sabitliyi səciyyələndirən siyasi risk anlayışı tətbiq edilir.  
       nvestisiya proseslərində qarşıya çıxan maliyyə risklərinin minimumlaşdırılması, 
investisiya siyasətində elmi əsaslandırılmış və reallığa adekvat müddəaların olmasını tələb 
edir.  
      Keçid  dövrü  elementləri  kimi  bu  halda  maliyyə  intizamının  bütün  maddələrinə 
ciddi riayət edilməsi, “centlmen sazişləri”nin istisna olunması və s. aid edilə bilər.  
       qtisadi  risk,  məlum  olduğu  kimi  qiymətlərin,  inflyasiyanın,  tələb  və  təklif 
nisbətinin  və  s.  proqnozların  əsasında  hesablanır.  nvestisiya  siyasətində  həmin 
proqnozların metodikası və nəticələrində tənqidi yanaşma təmin edilməlidir.  
      Siyasi,  iqtisadi  və    maliyyə  risk  göstəriciləri  sosial-iqtisadi  risk  adını  almışdır. 
Sosial – iqtisadi risk aşağıdakı kimi qruplaşdırılır: 
1. Çox yüksək risk            0-dan 49,5 bala qədər 
2. Orta yüksək risk            50 – 59,5 bal 
3. Mötədil risk                   60 – 60,9 bal 
4. Aşağı risk                      70 – 84,5 bal 
5. Çox aşağı risk                85 – 100 bal 
      Qeyri  –  neft  sektoruna  diqqqəti  artırmaq  istiqamətində  görülən  tədbirlərə 
baxmayaraq Azərbaycanın investisiya siyasətində energetika kompleksinin (xüsusilə neft – 
qaz  bölməsinin)  aparıcı  mövqeyi  qalmaqdadır.  Yanacaq  –  energetika  kompleksi  siyasi 
təsirlərə daha çox məruz qalır. Odur ki, bu kompleksin inkişafı nəinki iqtisadi, həmçinin 
siyasi konsepsiyanın önəmli müddəalarından biri sayılır.  
       nteqrasiya proseslərinin səmərəliliyi və intensivliyi tərəfdaşlara münasibətdə xoş 
məram və qarşılıqlı fayda güdməklə yanaşı, həmçinin əsaslandırılmış siyasət, o cümlədən 
investisiya  siyasəti,  mükəmməl  hüquqi  baza,  əlverişli  mühitin  təşəkkülü  üçün  digər 
hazırlıq  tədbirləri  tələb  edir.  Məhz  bu  halda  investisiya  siyasətinin  reallaşdırılacağını, 
xarici investisiyaların daha əlverişli şərtlərlə cəlb ediləcəyini gözləmək olar.  
      Təsadüfi  deyildir  ki,  qarşılıqlı  faydalı  əməkdaşlığa  əsaslanan  “açıq  qapı” 
siyasətinin  həyata  keçirilməsi  və  xarici  investorların  hüquqlarının  qorunması  ilə  bağlı 
qanunların  və  normativ  aktların  qəbul  edilməsi  iqtisadiyyata  qoyulan  xarici 
investisiyaların  həcmini  artırmışdır.  Lakin  bu  prosesdə  görülən  işlər  kifayət  səviyyədə 


deyildir. Vəsait qoyuluşunun çatışmaması üzündən köhnə yataqlarda hasilatın sabitləşməsi 
ilə bağlı iqtisadi məsələlərin həll edilməsində bir sıra çətinliklər mövcuddur.       
      Keçid dövründə  investisiya siyasəti məşğulluq mexanizmi ilə bilavasitə əlaqədar 
olmalıdır.  şsizliyin, xüsusilə gizli işsizliyin yüksək ixtisaslı neftçi fəhlə və mütəxəssislər 
arasında  arzuolunmaz  səviyyəsi  şəraitində  xarici  investisiyaların  müvafiq  imkanları  tam 
gerçəkləşdirilmir.  
       qtisadi siyasətin tərkib hissəsi kimi xarici investisiyaların cəlb edilməsi siyasəti 
daxili  potensialı  fəallaşdırmalıdır.  Bazar  münasibətlərinin  təşəkkülünün  müxtəlif 
mərhələlərində  bu  potensialın  gerçəkləşməsinə  yanaşma  müxtəlif  olsa  da,  ümumi 
metodoloji  yanaşma  elementləri  də  yox  deyildir.  Xarici  investisiyaların  cəlb  olunması 
sahəsində  iqtisadi  siyasətin  əsas  istiqamətləri  aşağıdakı  təxirəsalınmaz  vəzifələrin  həll 
edilməsinin zəruriliyindən asılı olmalıdır :  

xarici investorlar üçün əsas hissəsi vergi rejiminin sabitliyi olan hüquqi 
və təşkilati şəraitin yaradılması; 

kommersiya  risklərinin  azaldılması  hesabına  ölkənin  nüfuzunun 
yüksəldilməsi; 

potensial  xarici  investorların  axtarılması  və  cəlb  olunması  üzrə 
təşkilatların funksiyalarının vahid dövlət orqanında toplanması və s. 
      Vergi  rejiminin  sabitliyini  hüquqi  və  təşkilati  şəraitin  əsas  tərkib  hissəsi  kimi, 
yalnız  normal  bazar  mühitində,  özü  də  ciddi  qeyd  şərtlərlə  qəbul  etmək  olar.  Ölkənin 
nüfuzlu kommersiya risklərinin səviyyəsindən daha çox, siyasi risklərin səviyyəsindən və 
səciyyəsindən  asılıdır.  Bütün  kommersiya  əməliyyatları  üçün  dövlət  zəmanəti  və  ona 
yaxın  təminatı  nəzərdə  tutmaq  isə  keçid  dövründə  qeyri  –  real  və  azad  iqtisadiyyat 
prinsiplərinə ziddir.  
       nvestisiya siyasətində dövlətin üstünlük verəcəyi istiqamətlər aşağıdakılardır :  

xammalın  daha  dərindən 
emalı,  aztullantılı 
və 
tullantısız 
texnologiyaların geniş tətbiqinə vəsait qoyuluşu; 

yüksək  texnoloji  məhsul  istehsalında  və  müasir  infrasturkturun 
inkişafında ölkənin rolunun artırılmasına investisiyaların cəlb edilməsi; 

xidmət sahələrinin kompleks inkişafının investisiyalaşdırılması və s.  
      Sözü  gedən  istiqamətlər  milli  iqtisadiyyatda  həyata  keçirilən  islahatların 
səmərəliliyindən, o cümlədən dövlətin investisiya siyasətinin əsaslandırma səviyyəsindən 
və təminatından asılı olaraq reallaşdırılacaqdır.  
      Milli iqtisadiyyatda xarici kapitalın cəlb olunması sahəsində dövlətin investisiya 
siyasətində rolu aşağıdakı əsas prinsip və istiqamətlər üzrə reallaşdırılmalıdır :  

konkret  layihə  üçün  xarici  investisiyaların  cəlb  olunmasının  daha 
səmərəli formalarının istifadə edilməsi ; 

ölkədə xarici investisiyanın sığortalanması və müdafiə edilməsi ; 

xarici investisiyalar üzrə girov əməliyyatının təşkili ; 

xarici 
investorlara 
investisiyalaşma 
şə
raiti 
haqqıında 
sorğu 
materiallarının  çatdırılması,  mövcud  investisiya  layihələri  üzrə  məlumat  bankının 
formalaşması ; 

xarici  investisiyaların  cəlb  olunması  üçün  beynəlxalq  konsorsiumlar, 
vauçer fondları və lizinq şirkətlərinin yaradılması ; 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə