Elmira Fikrətqızı
15
nalist İsmayıl Umudlu və Kıbrıs mövzusu ” (“Araştırmacı-Gazeteci
İsmail Umutlu ve Kıbrıs Konusu”) məqalələrini qeyd edə bilərik. La-
kin başlıqlardan göründüyü kimi, bu araşdırmalarda tədqiqatımızın
obyekti olan ədəbiyyatın yalnız bir nümayəndəsi və ya konkret bir
ədəbi nümunəsindən bəhs edilmiş, Osman Türkay yaradıcılığı isə
ümumiyyətlə, araşdırılmamışdır.
Yalnız sonuncu müəllif Əli Şamil “Quzey Kıbrıs (Mən belə gör-
düm)” kitabında bir şair kimi ondan dünya miqyasında tanınmış bir
şair kimi bəhs edir.
Öncə də qeyd etdiyimiz kimi, Kıbrıs ədəbiyyatşünaslığında da bu
mürəkkəb və sinkretik xarakterli yaradıcılığa malik şairin ədəbi irsi
sistemli və kompleks şəkildə araşdırılmamışdır. Bədii yaradıcılığa
1946-cı ildən başlasa da, şair haqqında ilk məqalələr toplusu 1993-cü
ildə nəşr edilmişdir. Mustafa Gəncsoyun redaktor olduğu “Toplumun
səsi” adlı jurnalın həmin ildə çıxan xüsusi buraxılışı (173-174-cü
nömrələri) Osman Türkaya həsr olunmuşdur. Burada şairlə bağlı
müxtəlif məqalələr, resenziyalar, müsahibələr toplanmışdır. Şair haq-
qında növbəti belə məcmuə 2003-cü ildə işıq üzü görmüşdür. Şair-
araşdırıcı Şövkət Öznur və Tuncay Özdoğanoğlunun birgə hazır-
ladıqları “Kosmos əsri şairi – Osman Türkay” adlı kitab KKTC-də
fəaliyyət göstərən “Göyada və Osman Türkay Vəqfi Yayınları” tərə-
findən buraxılmışdır. Müxtəlif məqalə və rəylərdən ibarət bu topluda
“Toplumun səsi” jurnalından da bəzi materiallar verilmişdir. Bu
anlamda toplu Osman Türkay haqqında daha dolğun və zəngin infor-
masiya qaynağı kimi xüsusi dəyərə malikdir. Burada prof. dr. Tələt
Səid Halmanın “Kosmos əsrində bir Spartak” (“Uzay Çağında Bir
Spartakus”), Əhməd Tolqayın “Osman Türkay barədə şərhlər” (“Os-
man Türkay Üstüne Açıklamalar”), Nevzat Yalçının “Osman Türkay
üçün”, Mehmet Qansunun “Düşüncə, simvol və sözlərin dərinlik-
lərindən bir Homo-Ludens – Osman Türkay” (“Düşün, İmge ve Söz-
cüklerin Derinliklerinden Sessiz Bir Homo-Ludens: Osman Tür-
kay”), Fikrət Dəmirağın “Kosmik, mifik, mistik və texnoloji olan-
ların şairi idi”, Nəriman Cahidin “Osman Türkayı da itirdik”, Əli
Osman Türkayın poetik irsi
16
Nəsimin “Dost bir şair üçün, Osman Türkaya hörmət” (“Dost Bir
Ozan İçin, Osman Türkay’a Saygı), Hikmət Afif Mapoların “Şairlər
sultanı Türkay”, Yaşar İsmayılın “Bir kosmos əsri adamı – bir şair:
Osman Türkay” (“Bir Uzay Çağı Adamı, Bir Ozan: Osman Türkay”),
Doğan Hızlanın “Uyurgəzər”, Müzəffər Uyğunərin “Dünyəvi sə-
yahət” (“Evrenin Düşünde Gezgin”), Mətin Çatanın “Bir şeir oxu-
dum” və digər türk tədqiqatçılarıın məqalə və resenziyalarında Os-
man Türkay yaradıcılığına münasibətləri ifadə olunmuşdur. Bununla
yanaşı, prof. dr. Anna Masalanın “Osman Türkaya açıq məktub”, dr.
Zəkai Əli Malallahın “İlk kosmos əsri şairi Osman Türkayın şeir-
lərini oxuyarkən” (“İlk Uzay Çağı Şairi Osman Türkay’ın Şiirlerini
Okurken”), dr. A. Padmanabanın “Kainat və yaradıcısı şerə sığar-
mı?”, dr. A. Padmanaban və dr. Krişna Srinivasın “Kosmik bir səy-
yah, dünya miqyasında bir şair” (“Kozmik Bir Yolcu, Dünya Çapın-
da Bir Şair”), Bent Liljenberqin “Su, şəfəq, mif” (“Su, Şafak,
Mitos”), Robert Litlin “Ağıl, nağıl və yenilik” (“Akıl, Masal ve Yeni-
lik ”), Əli Əlşəhavinin “Nobelini gözləyən böyük türk şairi” (“Nobe-
lini Bekleyen Büyük Türk Şairi”) və s. kimi amerikalı, avropalı və
şərqli tənqidçilərin məqalələrində şairin poeziyası müxtəlif bucaq-
lardan dəyərləndirilmişdir. Müxtəlif tənqidi görüşləri əhatə edən 60-a
yaxın məqalə və tezisin toplandığı bu kitabda “kosmos əsri şairi”nin
poeziya yolu müəyyən dərəcədə işıqlandırılsa da, bu məqalələrdə
Osman Türkayın poeziyası hərtərəfli və əhatəli şəkildə tədqiq olun-
mur. Topludakı yazıların bəziləri isə şairlə bağlı xatirələr və kitabları
haqqında resenziyalardır.
Şairin yaradıcılığı ilə bağlı aparılmış digər tədqiqatlar da möv-
cuddur: prof. dr. Necati Birinci “Osman Türkayın şerində Kıbrıs”,
prof. dr. Mətin Qaradağ “Müasir Kıbrıs türk ədəbiyyatında Osman
Türkay şerinin dünyəviliyi” (“Çağdaş Kıbrıs Türk Edebiyatı İçinde
Osman Türkay Şiirinin Evrensel Boyutları”), “Ağdəniz kültürü
kontekstində Osman Türkay şeri” (“Akdeniz Kültürü Bağlamında
Osman Türkay Şiiri”), dr. Ejdan Sədrəzəm “Osman Türkayın ilk
dövr əsərlərində sosial elementlər” (Osman Türkay’ın İlk Dönem
Elmira Fikrətqızı
17
Eserlerinde Toplumsal Öğeler), Kıbrıslı tədqiqatçı Gülgün Sərdar
“Kosmos şairi-Osman Türkay” (“Uzay Şairi Osman Türkay”), şair-
tədqiqatçı Əli Nəsim “Osman Türkayın dramaturgiyasında fəlsəfi
elementlər” (“Osman Türkay’ın Tiyatro Oyunlarındaki Felsefi Öğe-
ler”) və s.
Osman Türkay yaradıcılığı dissertasiya mövzusu kimi Azərbay-
canda və Türkiyədə öyrənilmişdir. Mustafa Yeniasır “Osman Tür-
kayın həyatı və haqqında yazılanlar” (İzmir, 2003) adlı magistr,
Mustafa Balcı “Osman Türkayın şeirlərində dil və üslub” (Ankara,
2004), Elmira Məmmədova “Müasir Kipr türk poeziyasının forma-
laşmasında Osman Türkayın rolu” (Bakı, 2007) adlı namizədlik dis-
sertasiyalarını müdafiə etmişlər.
Bu mövzuda yazılmış dissertasiyalardan birinin müəllifi olaraq
bildirməliyik ki, ümumiyyətlə, Kıbrıs türk ədəbiyyatı ilə tanışlığı-
mız və araşdırmalarımız universitet illərindən, magistraturada oxu-
yarkən başlamışdır. Bu ədəbiyyatla tanışlıq və sevginin nəticəsi ola-
raq, 2001-ci ildə “Kipr türk ədəbiyyatı” adlı magistr dissertasiyası
tərəfimizdən müdafiə edilmiş, elə həmin ildə də Azərbaycan Milli
Elmlər Akademiyasının akademik Z.M.Bünyadov adına Şərqşünas-
lıq İnstitutunun “Asiya və Afrika xarici ölkə xalqları ədəbiyyatı” ix-
tisası üzrə əyani aspiranturasına qəbul olunduqda yuxarıda adı çəki-
lən namizədlik mövzusu təklif edilmişdir. Mövzunun yazılması və
gərəkli ədəbiyyatların toplanılması işində bir çox insanlar qarşı-
sında özümü borclu hesab edərək, hal-hazırda çalışdığım Şərqşü-
naslıq İnstitutunun bütün elmi kollektivinə, xüsusilə “Türk filolo-
giyası” şöbəsinə, o cümlədən elmi rəhbərim f.e.n. Barat Osmanova-
ya, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun “Türk xalqları
ədəbiyyatı şöbəsi”nə, bu mövzuya məni yönləndirən hörmətli müəl-
limlərim prof., f.e.d. Cəlil Nağıyev və Əli Şamilə, hər zaman elmi
dəstək və yardımlarını gördüyüm İsmail Bozqurd, prof. f.e.d. Vaqif
Sultanlı, prof. dr. Ülker Vancı Osam, Mətin Turan, Harid Fedai,
Bülent Fevzioğlu, Suna Atun, Altay Burağan, Əli Nəsim, Hasibə
Şahoğlu, Mustafa Balcı, Mustafa Yeniasır, dos. dr. Turhan Kayaya,
Dostları ilə paylaş: |