15
1803-cü ilin sonu 1804-
cü ilin lap əvvəlində Gəncənin rus
ordusu tərəfindən işğal edilməsində Gəncədə yaşayan
ermənilərin, xüsusilə xəyanətkar erməni keşişi Aramın
böyük rolu olmuşdur (142, s.74).
Məhəmməd Hafizzadə daha sonra qeyd edir ki,
ruslar məhz xəyanətkar ermənilərlə işbirliyi qurmaqla
uğurlar qazandılar. Müstəmləkəçilər müsəlman azərbaycan-
lıları soyqırıma məruz qoyub, onların doğma torpaqlarını
işğal edib, erməniləri həmin ərazilərdə yerləşdirdilər. Xain
erməniləri onların vətəni sayılmayan ərazidə sakin etdilər.
Müəllif Şuşa qalasının rus ordusu tərəfindən işğal
edilməsində Abbas Mirzənin etibar etdiyi erməni Georqun
və erməni keşişinin xəyanəti barədə ətraflı məlumat verir
(142, s.79).
Məhəmməd Hafizzadə «Qarabağnamə»lərdən demək
olar ki, istif
adə etməmiş, siyasi məsələləri ön plana çəkərək
Qarabağ xanlığının sosial-iqtisadi tarixinə əsərində az da olsa
yer verməmişdir.
Yuxarıda gətirilmiş tarixşünaslıq xülasəsi göstərir ki, Qa-
ra
bağın tarixinin öyrənilməsi sahəsində indiyə qədər tarixşünas-
l
ığımızda bütöv bir sıra işlər görülmüş və bir çox elmi uğurlar
qazanılmışdır. Lakin tarixşünaslığımıza salınmış nəzər həm də
əyani surətdə göstərir ki, indiyə kimi «Qarabağnamə»lərin əsa-
sında Qarabağın tarixi müstəqil elmi problemi kimi araşdırıl-
mamışdır.
Mövcud
əsərin metodoloji əsasını hər bir tarixi qaynağa,
hər bir araşdırmaya obyektiv tarixi mövqedən yanaşmaq, tarixi
proseslərin əzəli qanunauyğunluqlarını nəzərə almaq təşkil
etmişdir. Əsərdə müqayisəli təhlil və ümumiləşdirmələrdən isti-
fadə olunmaqla əsasən «Qarabağnamə»lər, eləcə də digər mö-
təbər məxəzlər əsasında Qarabağ xanlığının obyektiv və dolğun
tarixini yaratmağa çalışmışıq.
Əsərin mənbə bazasını «Qarabağnamə»lər adı altında
tanınan və yerli müəlliflər tərəfindən yazılan salnamə tipli əsər-
lər təşkil edir. Bu salnamələr içərisində Mirzə Adıgözəl bəyin
16
1845-
ci ildə yazdığı «Qarabağnamə» əsəri (54) xüsusi yer
tutur.
Əsər Qarabağ xanlığının yaranması, xanlığın daxili,
siyasi həyatı və xarici siyasəti ilə bağlı olan bir sıra mühüm
məsələlərin öyrənilməsi baxımından çox əhəmiyyətlidir.
Mirzə Camal Cavanşir Qarabağinin 1847-ci ildə
qələmə aldığı «Qarabağ tarixi» (55) əsəri Pənah xanın
Qarabağ xanlığını yaratmaq uğrunda apardığı mübarizənin,
İbrahimxəlil xanın xanlığın möhkəmləndirilməsi sahəsində
gördüyü tədbirlərin, xanlığın digər xanlıqlar və qonşu
dövlətlərlə münasibətlərinin, xan xəzinəsinin gəlir mənbələrinin
və s. məsələlərin öyrənilməsi üçün çox qiymətli mənbələrdən
biridir.
Əhməd bəy Cavanşirin «Qarabağ xanlığının 1747-
1805-
ci illərdə siyasi vəziyyətinə dair» adlı əsərində (17)
Pənahəli xan və İbrahimxəlil xanın dövründə xanlıqda baş
vermiş hərbi – siyasi hadisələr, Ağa Məhəmməd Qacarın
Qarabağa yürüşləri və onların nəticələri, Rusiya ilə münasibət-
lər, 1805-ci il Kürəkçay müqaviləsi ilə xanlığın Rusiyanın
tərkibinə qatılması kimi məsələlərə daha çox diqqət
yetirilmişdir.
Mirzə Yusif Qarabağinin 1854-cü ildə yazdığı «Tarixi
Safi» əsəri (58) Gəncə və Qarabağ xanlarının şəcərəsi, İbrahim-
xəlil xanın qonşu xanlıqlarla qarşılıqlı münasibətləri, xanlıqlar
uğrunda Rusiya ilə Qacarlar arasında baş vermiş müharibələr,
Xəmsə məlikləri, Türkmənçay sülh müqaviləsi kimi bir sıra mü-
hüm məsələlərin öyrənilməsi üçün qiymətli mənbələrdən biridir.
Mirmehdi Xəzani «Kitabi-tarixi Qarabağ» əsərində
(5
3) bu xanlığın sərhədləri, təsərrüfat həyatı, şəhərləri,
mahalları, müdafiə tikililəri, xarici siyasəti və sair məsələlər
haqqında digər salnaməçilərlə müqayisədə daha dolğun
məlumatlar vermişdir.
Rzaqulu bəy Mirzə Camal oğlunun «Pənah xan və
İbrahim xanın hakimiyyətləri və o zamanın hadisələri» adlı
əsəri (67) Qarabağın təbii – coğrafi şəraiti, şəhərləri, qraf
17
V.Zubovun başçılığı ilə rusların 1796-cı ildə Şimali
Azərbaycana işğalçı yürüşü və sair məsələlər əsərin əhatə etdiyi
problemlərin işıqlandırılmasında mühüm rol oynamışdır.
Mirzə Rəhim Fənanın «Tarixi-cədidi Qarabağ»
əsərində (57) yığcam şəkildə Qarabağ ərazisinin hüdudları,
xanlığın daxili həyatı, Rusiya ilə Qarabağ xanlığı arasında
bağlanmış Kürəkçay müqaviləsi, Pənah xanın və onun oğlu
İbrahimxəlil xanın xarici siyasəti və sair məsələlərə daha çox
diqqət yetirilmişdir.
M.Baharlının 1888-ci ildə yazdığı «Əhvalati-
Qarabağ» əsərində (10) Qarabağın siyasi tarixindən daha çox
onun tarixi məişətinə, o cümlədən adət-ənənələrinə, etnoqra-
fiyasına, habelə tarixi şəxsiyyətlərinə və memarlıq abidələrinə
diqqət yetirilmişdir. Həsən İxfa Əlizadə «Şuşa şəhərinin
tarixi» adlı əsərində (27) bu şəhərin bina olunmasından,
qalaların tikilməsindən, Pənahəli xanın və İbrahimxəlil xanın
hakimiyyətləri dövründə baş vermiş mühüm hərbi – siyasi
hadisələrdən, habelə Şuşa şəhərinin tarixi abidələrindən və
mədəni həyatından bəhs olunmuşdur.
XIX əsrin görkəmli tarixçisi Abbasqulu Ağa
Bakıxanovun 1841-ci ildə yazıb başa çatdırdığı «Gülüstani-
İrəm» əsəri (11) də Qarabağ xanlığının tarixinin öyrənilməsi
üçün mühüm mənbələrdən biridir. 1823-cü ildə Qafqazın baş
komandanı A.P.Yermolov tərəfindən Qarabağ əyalətini tədqiq
edən komissiyanın üzvü təyin olunan A.A.Bakıxanov Qarabağın
tarixi, coğrafiyası haqqında topladığı materialları çox qiymətli
əsərində diqqətlə təhlil etmişdir. «Gülüstani-İrəmin» sonuncu –
V fəslində Qarabağ xanlığının 1747-ci ildən 1813-cü ilədək
siyasi tarixinin bir sıra mühüm məsələləri, digər xanlıqlarla
müqayisəli şəkildə tədqiq olunmuşdur.
Qarabağ xanlığının tarixi haqqında «Qarabağnamələr»də
və digər salnamələrdə əks olunmuş zəngin faktoloji materialları
müqayisəli şəkildə təhlil etmək üçün dövrün digər mühüm
mənbələrinin də tədqiqata cəlb olunması olduqca vacibdir. Belə
mənbələrdən biri olan Qafqaz Arxeoqrafiya Komissiyasının top-
Dostları ilə paylaş: |