Microsoft Word Кitab-yunis hazir. Doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə5/77
tarix30.12.2017
ölçüsü2,8 Kb.
#18836
1   2   3   4   5   6   7   8   9   ...   77

 
15 
1803-cü ilin sonu 1804-
cü  ilin  lap  əvvəlində  Gəncənin  rus 
ordusu  tərəfindən  işğal  edilməsində  Gəncədə  yaşayan 
ermənilərin,  xüsusilə  xəyanətkar  erməni  keşişi  Aramın 
böyük rolu olmuşdur (142, s.74)
Məhəmməd  Hafizzadə  daha  sonra  qeyd  edir  ki, 
ruslar  məhz  xəyanətkar  ermənilərlə  işbirliyi  qurmaqla 
uğurlar qazandılar. Müstəmləkəçilər müsəlman azərbaycan-
lıları  soyqırıma  məruz  qoyub,  onların  doğma  torpaqlarını 
işğal  edib,  erməniləri  həmin  ərazilərdə  yerləşdirdilər.  Xain 
erməniləri  onların  vətəni  sayılmayan  ərazidə  sakin  etdilər. 
Müəllif  Şuşa  qalasının  rus  ordusu  tərəfindən  işğal 
edilməsində  Abbas  Mirzənin  etibar  etdiyi  erməni  Georqun 
və  erməni  keşişinin  xəyanəti  barədə  ətraflı  məlumat  verir 
(142, s.79)
Məhəmməd  Hafizzadə  «Qarabağnamə»lərdən  demək 
olar ki, istif
adə  etməmiş,  siyasi  məsələləri  ön  plana  çəkərək 
Qarabağ  xanlığının  sosial-iqtisadi  tarixinə  əsərində  az  da  olsa 
yer verməmişdir. 
Yuxarıda gətirilmiş tarixşünaslıq xülasəsi göstərir ki, Qa-
ra
bağın tarixinin öyrənilməsi sahəsində indiyə qədər tarixşünas-
l
ığımızda bütöv bir sıra işlər görülmüş və bir çox elmi uğurlar 
qazanılmışdır.  Lakin  tarixşünaslığımıza  salınmış  nəzər  həm  də 
əyani surətdə göstərir ki, indiyə kimi «Qarabağnamə»lərin əsa-
sında  Qarabağın  tarixi  müstəqil  elmi  problemi  kimi  araşdırıl-
mamışdır. 
Mövcud 
əsərin metodoloji əsasını hər bir tarixi qaynağa, 
hər bir araşdırmaya obyektiv tarixi mövqedən yanaşmaq, tarixi 
proseslərin  əzəli  qanunauyğunluqlarını  nəzərə  almaq  təşkil 
etmişdir. Əsərdə müqayisəli təhlil və ümumiləşdirmələrdən isti-
fadə olunmaqla əsasən «Qarabağnamə»lər, eləcə də  digər mö-
təbər məxəzlər əsasında Qarabağ xanlığının obyektiv və dolğun 
tarixini yaratmağa çalışmışıq. 
Əsərin  mənbə  bazasını  «Qarabağnamə»lər  adı  altında 
tanınan və yerli müəlliflər tərəfindən yazılan salnamə tipli əsər-
lər təşkil edir. Bu salnamələr içərisində Mirzə Adıgözəl bəyin 


 
16 
1845-
ci  ildə  yazdığı  «Qarabağnamə»  əsəri  (54) xüsusi yer 
tutur. 
Əsər  Qarabağ  xanlığının  yaranması,  xanlığın  daxili, 
siyasi  həyatı  və  xarici  siyasəti  ilə  bağlı  olan  bir  sıra  mühüm 
məsələlərin öyrənilməsi baxımından çox əhəmiyyətlidir. 
Mirzə  Camal  Cavanşir  Qarabağinin  1847-ci  ildə 
qələmə  aldığı  «Qarabağ  tarixi»  (55)  əsəri  Pənah  xanın 
Qarabağ  xanlığını  yaratmaq  uğrunda  apardığı  mübarizənin, 
İbrahimxəlil  xanın  xanlığın  möhkəmləndirilməsi  sahəsində 
gördüyü  tədbirlərin,  xanlığın  digər  xanlıqlar  və  qonşu 
dövlətlərlə münasibətlərinin, xan xəzinəsinin gəlir mənbələrinin 
və  s.  məsələlərin  öyrənilməsi  üçün  çox  qiymətli  mənbələrdən 
biridir. 
Əhməd  bəy  Cavanşirin  «Qarabağ  xanlığının  1747-
1805-
ci  illərdə  siyasi  vəziyyətinə  dair»  adlı  əsərində  (17) 
Pənahəli  xan  və  İbrahimxəlil  xanın  dövründə  xanlıqda  baş 
vermiş  hərbi  –  siyasi  hadisələr,  Ağa  Məhəmməd  Qacarın 
Qarabağa yürüşləri və onların nəticələri, Rusiya ilə münasibət-
lər,  1805-ci  il  Kürəkçay  müqaviləsi  ilə  xanlığın  Rusiyanın 
tərkibinə  qatılması  kimi  məsələlərə  daha  çox  diqqət 
yetirilmişdir. 
Mirzə Yusif Qarabağinin 1854-cü ildə yazdığı «Tarixi 
Safi» əsəri (58) Gəncə və Qarabağ xanlarının şəcərəsi, İbrahim-
xəlil  xanın  qonşu  xanlıqlarla  qarşılıqlı  münasibətləri,  xanlıqlar 
uğrunda  Rusiya  ilə  Qacarlar  arasında  baş  vermiş  müharibələr, 
Xəmsə məlikləri, Türkmənçay sülh müqaviləsi kimi bir sıra mü-
hüm məsələlərin öyrənilməsi üçün qiymətli mənbələrdən biridir. 
Mirmehdi  Xəzani  «Kitabi-tarixi  Qarabağ»  əsərində 
(5
3)  bu  xanlığın  sərhədləri,  təsərrüfat  həyatı,  şəhərləri, 
mahalları,  müdafiə  tikililəri,  xarici  siyasəti  və  sair  məsələlər 
haqqında  digər  salnaməçilərlə  müqayisədə  daha  dolğun 
məlumatlar vermişdir. 
Rzaqulu  bəy  Mirzə  Camal  oğlunun  «Pənah  xan  və 
İbrahim xanın hakimiyyətləri və o zamanın hadisələri» adlı 
əsəri  (67)  Qarabağın  təbii  –  coğrafi  şəraiti,  şəhərləri,  qraf 


 
17 
V.Zubovun  başçılığı  ilə  rusların  1796-cı  ildə  Şimali 
Azərbaycana işğalçı yürüşü və sair məsələlər əsərin əhatə etdiyi 
problemlərin  işıqlandırılmasında mühüm rol oynamışdır. 
Mirzə  Rəhim  Fənanın  «Tarixi-cədidi  Qarabağ» 
əsərində  (57)  yığcam  şəkildə  Qarabağ  ərazisinin  hüdudları, 
xanlığın  daxili  həyatı,  Rusiya  ilə  Qarabağ  xanlığı  arasında 
bağlanmış  Kürəkçay  müqaviləsi,  Pənah  xanın  və  onun  oğlu 
İbrahimxəlil  xanın  xarici  siyasəti  və  sair  məsələlərə  daha  çox 
diqqət yetirilmişdir. 
M.Baharlının  1888-ci  ildə  yazdığı  «Əhvalati-
Qarabağ» əsərində (10) Qarabağın siyasi tarixindən daha çox 
onun  tarixi  məişətinə,  o  cümlədən  adət-ənənələrinə,  etnoqra-
fiyasına,  habelə  tarixi  şəxsiyyətlərinə  və  memarlıq  abidələrinə 
diqqət  yetirilmişdir.  Həsən  İxfa  Əlizadə  «Şuşa  şəhərinin 
tarixi»  adlı  əsərində  (27)  bu  şəhərin  bina  olunmasından, 
qalaların  tikilməsindən,  Pənahəli  xanın  və  İbrahimxəlil  xanın 
hakimiyyətləri  dövründə  baş  vermiş  mühüm  hərbi  –  siyasi 
hadisələrdən,  habelə  Şuşa  şəhərinin  tarixi  abidələrindən  və 
mədəni həyatından bəhs olunmuşdur. 
XIX  əsrin  görkəmli  tarixçisi  Abbasqulu  Ağa 
Bakıxanovun 1841-ci ildə yazıb başa çatdırdığı «Gülüstani-
İrəm»  əsəri  (11)  də  Qarabağ  xanlığının  tarixinin  öyrənilməsi 
üçün  mühüm  mənbələrdən  biridir.  1823-cü  ildə  Qafqazın  baş 
komandanı    A.P.Yermolov  tərəfindən  Qarabağ  əyalətini  tədqiq 
edən komissiyanın üzvü təyin olunan A.A.Bakıxanov Qarabağın 
tarixi,  coğrafiyası  haqqında  topladığı  materialları  çox  qiymətli 
əsərində diqqətlə təhlil etmişdir. «Gülüstani-İrəmin» sonuncu – 
V  fəslində  Qarabağ  xanlığının  1747-ci  ildən  1813-cü  ilədək 
siyasi  tarixinin  bir  sıra  mühüm  məsələləri,  digər  xanlıqlarla 
müqayisəli şəkildə tədqiq olunmuşdur. 
Qarabağ xanlığının tarixi haqqında «Qarabağnamələr»də 
və digər salnamələrdə əks olunmuş zəngin faktoloji materialları 
müqayisəli  şəkildə  təhlil  etmək  üçün  dövrün  digər  mühüm 
mənbələrinin də tədqiqata cəlb olunması olduqca vacibdir. Belə 
mənbələrdən biri olan Qafqaz Arxeoqrafiya Komissiyasının top-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə