Microsoft Word Кitab-yunis hazir. Doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə14/77
tarix30.12.2017
ölçüsü2,8 Kb.
#18836
1   ...   10   11   12   13   14   15   16   17   ...   77

 
42 
10. Ş.Sədiyev. Qarabağ sözünün mənası. «Elm və həyat» jurnalı. 
1963, №3, s.15. 
11. 
R.Yüzbaşov. Dağlıq Qarabağ Muxtar Vilayətinin toponimi-
kası.  Azərbaycan  SSR  EA  xəbərləri.  Yer  haqqında  elmlər 
seriyası. 1969. №2, s. 86-92. 
12. V.Piriyev. Azərbaycan tarixi – siyasi coğrafiyası. 152 s. B., 
«Araz». 2002 
13.  Azərbaycan  tarixi.  VII  cilddə.  III  cild.  O.Əfəndiyevin 
redaktorluğu ilə. B., Elm, 2007, s. 24. 
14.  
Şərəf Əd-Din Əli Yəzdi. Zəfərnamə. 79 s. B., 1996 
15.  Y.R.Hüseynov.  Əmir  Teymurun  Azərbaycana  hərbi  yürüş-
ləri. «Şuşa» qəzeti, 31 iyul 2012, №14 
16. ASE, II cild, B., 1978. 
17. N.F. Axundov. Qarabağ salnamələri. B., Yazıçı. 232 s., 1989 
18. Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri. B., Şuşa nəşriy-
yatı, 2000, 576 s.  


 
43 
II BÖLMƏ 
 
QARABAĞ  TARİXİ  MƏNBƏLƏRDƏ 
 
 
I   F Ə S İ L 
 
«QARABAĞNAMƏLƏR»İN    MƏNBƏŞÜNASLIQ 
BAXIMINDAN  ÖYRƏNİLMƏSİ   TARİXİNDƏN 
 
Azərbaycan tarixşünaslığında əldə edilən uğurlara baxma-
yaraq,  XIX  əsrdə  Azərbaycanda  tarix  elminin  nailiyyətləri  və 
onun xüsusiyyətləri uzun müddət tədqiqat obyektindən kənarda 
qalmışdır. Demək olar ki, Azərbaycan tarixinin həmin dövrünə 
həsr  edilən  əsərlərin  çox  böyük  əksəriyyəti  əlyazması  halında 
qalmış,  fars  və  rus  dillərində  yazılan  tarixi  əsərlər  və  tərtib 
olunan  sənədlər  isə  doğma  Azərbaycan  türkcəsinə  tərcümə 
edilməmişdir. Bu isə XIX əsrdə Azərbaycan tarixində çoxsaylı 
ağ ləkələrin qalmasına səbəb olmuşdur. 
XIX əsr tarixçilərindən ancaq Abbasqulu Ağa Bakıxanov, 
Mirzə Adıgözəl bəy, Mirzə Camal Cavanşir, Mirmehdi Xəzani 
və  Kərim  ağa  Fatehin  yaradıcılığı  üzərində  dayanan,  onların 
əsərlərini təhlil edən H.İmanov, fikrimizcə, onları düzgün olma-
yaraq  Azərbaycan  zadəgan-mülkədar  tarixşünaslığının  nüma-
yəndələri  kimi  xarakterizə  etmişdir  (33,  s.5).  Biz  müəllifin bu 
fikri  ilə  razılaşa  bilmərik.  Təkcə  elə  ona  görə  ki,  həmin  tarix-
çilərin  bəzilərinin  (məs.,  A.Bakıxanovun),  əsərləri  öz  yazılış 
tərzi, söykəndiyi qaynaqların zənginliyi və mötəbərliliyi müəllif 
araşdırmalarının dərinliyi və s.-yə görə bugünkü çağdaş tarixşü-
naslıq üçün əvəzsiz örnək olaraq qalmaqdadır. 


 
44 
XIX  əsrin  birinci  yarısında  Qarabağ  xanlığının  tarixinə 
həsr olunmuş əsərlərdən Mirzə Adıgözəl bəy və Mirzə Camalın 
«Qarabağnamələri»  xüsusilə  seçilir.  İ.P.Petruşevski,  S.P.Ağa-
yan,  V.N.Leviatov,  Əli  Hüseynzadə,  N.Axundov  və  bir  sıra 
digər müəlliflər öz tədqiqatlarında «Qarabağnamələr» dən geniş 
istifadə etmişlər. 
V.H.Leviatov «Mirzə Adıgözəl bəyin tərcümeyi-halına aid 
materiallar»  və  Mirzə  Adıgözəl  bəyin  «Qarabağnamə»  əsərinə 
yazdığı  müqəddimədə  (54, s.6-27),  Əli  Hüseynzadə  «Mirzə 
Camal  Cavanşir  və  onun  «Qarabağnamə»si  (55,  s.104-105)  və 
«XIX əsrin ikinci yarısında Azərbaycan tarixşünaslığı» əsərində 
(33),  Ə.B.Şükürzadə  isə  özünün  «Əhməd  bəy  Cavanşirin 
tərcümeyi-halı»  (17,  s.150-156)  adlı  yazısında  «Qarabağnamə-
lər»dən  geniş  istifadə  etmiş  və  yeni  düzəliş,  əlavə  və  qeydlər 
etməklə onları daha da zənginləşdirmişlər. 
Əli  Hüseynzadə  Mirzə  Yusif  Qarabağinin  «Tarixi-safi», 
Mirmehdi  Xəzaninin  «Kitabi-tarixi  Qarabağ»  əsərlərini  «XX 
əsrin ikinci yarısında  Azərbaycan tarixşünaslığı» əsərində geniş 
təhlil  etmiş,  bu  salnamə  tipli  əsərlərin  məziyyətləri  və  çatış-
mazlıqlarını ustalıqla dəyərləndirmişdir. (33, s.6). 
Ə.B.Şükürzadə  «Qarabağ  xanlığının  siyasi  quruluşu»  və 
M.Mustafayev  «Qarabağ  xanlığının  iqtisadiyyatı»  (137;  114) 
disser
tasiyalarında  «Qarabağnamələr»dən  geniş  istifadə  etmiş-
lər. 
G.N.İsmayılova  1987-ci  ildə  müdafiə  etdiyi  «XIX-XX 
əsrin  əvvəllərində  Şuşa  şəhərinin  tarixi»  adlı  dissertasiyasında, 
Kərimova Sevilin 1995-ci ildə müdafiə etdiyi «Çarizmin Azər-
baycanın şimalında və müstəmləkəçiliyində Erməni siyasətçilə-
rinin rolu» (40), Vidadi Umudovun 1996-
cı ildə  müdafiə etdiyi 
«Şimali Azərbaycanın çar Rusiyası tərəfindən işğal olunması və 
müstəmləkəçilik  əleyhinə  mübarizə»  (1801-1826-cı  illər)»  (73) 
dis
sertasiyalarında  «Qarabağnamələr»dən  səmərəli  istifadə 
edilmişdir. 
Nazim  Axundov  Mirzə  Yusif  Qarabağinin  «Tarixi-safi», 
Mir
mehdi Xəzaninin «Kitabi-tarixi Qarabağ», Rzaqulu bəy Mir-


 
45 
zə  Camal  oğlunun  «Pənah  xan  və  İbrahim  xanın  Qarabağda 
hakimiyyətləri və o zamanın hadisələri», Mirzə Rəhim Fənanın 
«Tarixi-
cədidi  Qarabağ»,  M.Baharlının  «Əhvalati-Qarabağ», 
Həsən İxva Əlizadənin «Şuşa şəhərinin tarixi», Həsənəli Qara-
dağinin  «Qarabağ  vilayətinin  qədim  və  cədid  keyfiyyət  və  öv-
zaları» əsərlərini «Qarabağnamələr» in ikinci kitabında nəşr et-
dirmiş, onlara ön söz yazmış və düzəlişlər etmişdir. Bundan əla-
və  N.Axundov  1989-cu  ildə  232  səhifəlik  «Qarabağ  salnamə-
ləri» (6) əsərini də yazmışdır. Bu əsərdə müəllif «Qarabağnamə-
lər»ə istinad edərək Qarabağın keçmişi və başlıca olaraq Qara-
bağ xanlığının siyasi tarixini, xanlığın iqtisadi-ictimai və mədəni 
həyatını  ətraflı  işıqlandırır.  Kitabda  salnamələr  və  onların 
müəllifləri haqqında da ətraflı və sistemli məlumat verilir. 
Qarabağ xanlığı tarixinin ilk salnaməçilərindən Mirzə Adı-
gözəl  bəy  və  Mirzə  Camal  Cavanşir  öz  əsərlərində  Cavanşir 
nəslindən  olan  Pənahəli  xan,  İbrahimxəlil  xan  və  Mehdiqulu 
xanın dövründə baş verən hadisələrə dair geniş məlumat verirlər. 
Hər iki əsər Rusiya-İran və Rusiya-Osmanlı müharibələrinə dair 
ən mötəbər mənbələrdəndir. 
Əli Hüseynzadə qeyd edir ki, «istər Mirzə Adıgözəl bəy, 
istərsə  də  Mirzə  Camal  həm  Qarabağ  xanlığında,  həm  də  çar 
hökumətinin  Qafqazdakı  idarə  işlərində  yaxından  iştirak  etdik-
lərindən qələmə aldıqları hadisələrin bəzilərinin şahidi olmuşlar. 
Müəlliflər Qarabağın, o cümlədən Azərbaycanın Rusiya ilə bir-
ləşdirilməsinə (işğalına - Y.H.) müsbət münasibət bəslədiklərin-
dən  hadisələrin  təsvir  və  şərhində  Rusiya  dövlətinə  hüsn-rəğ-
bətlərini ifadə etmişlər» (33, s.30). 
Mirzə Adıgözəl bəy və Mirzə Camal  Cavanşir öz əsərlə-
rində etiraf edirlər ki,  onların qələmə aldıqları hadisələrin əsas 
hissəsi  şəxsi  müşahidələrə  və  habelə  yaşlı  adamların  söylədik-
lərinə  əsaslanır. V.N.Leviatovun yazdığına görə, Qarabağ xanlı-
ğı barədə ilkin salnamənin müəllifi Mirzə Adıgözəl bəy təxmi-
nən  XVIII  əsrin  80-ci  illərinin  əvvəllərində  doğulmuş,  1848-ci 
ildə  sentyabr  ayının  9-da  vəfat  etmiş  və  Goranboy  yaxın-
lığındakı Rəhimli kəndinin qəbiristanında dəfn edilmişdir. Adı-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə