Microsoft Word Кitab-yunis hazir. Doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə11/77
tarix30.12.2017
ölçüsü2,8 Kb.
#18836
1   ...   7   8   9   10   11   12   13   14   ...   77

 
33 
xanı  Toxtamışın  Azərbaycana  yürüşləri  ilə  xarakterizə  olunur. 
1386-
cı  ildə  Əmir  Teymur  Iran  ərazisinə  daxil oldu. Onun 
qoşunları  Sultaniyyəni  tutub  Təbrizə  tərəf  irəlilədi  və  şəhəri 
tutdu. Bu hadisədən sonra Əmir Teymur Ucandan Həştrud yolu 
ilə Təbrizə gələrək Şənbi-Qazanda düşərgə saldı. Sultan Əhməd 
bundan sonra Naxçıvana gedərək, ordan da Bağdada qayıtdı. 
Təbrizi ələ keçirən Əmir Teymur şəhərdə olan görkəmli 
sənətkarları  və  elm  adamlarını  Səmərqəndə  göndərilməsi 
haqqında  göstəriş  verdi.  Təbrizdən  qaçan  cəlairli  Sultan 
Əhmədlə  İlyas  Xoca  arasında  qanlı  döyüş  baş  verdi.  İlyas 
Xocanın  bu  döyüşdə  yaralanması  Sultan  Əhmədi  ölümdən 
qurtardı.  Şərəf  əd-Din  Əli  Yəzdi  yuxarıda  qeyd  olunan  döyüş 
haqqında  yazmışdır:  “Əmir  Şeyx  Əli  Bahadırın  oğlu  İlyas 
Xoca  qoşundan  bir  neçə  nəfərlə  Naxçıvandan  keçib, 
Nəməkzar  ərazisində  Sultan  Əhmədə  çatdı.  Onunla  çoxlu 
döyüşçü  var  idi...  Bu  döyüşdə  İlyas  Xoca  yaralandı  və 
döyüşdən  qaldı.  Bu  səbəbdən  Sultan  Əhməd  xilas  olub 
canını  qurtardı”  (Bax:  -  iqtibas  göstərilən  müəllifin 

ZƏFƏRNAMƏ”  əsərindən  götürülən  Azərbaycan  tarixinə 
dair qeydlər. B., 1996, səh. 31)
Əmir Teymurun Azərbaycana yürüşləri içərisində Əlincə 
qalasının  müdafiəsi  xüsusi  yer  tutur.  Qala  14  il  teymurilərə 
inadlı  müqavimət  göstərməklə  tarixdə  özünə  şərəfli  ad 
qazandırmışdır.  Əlincə  qalası  1387-ci  ildən  1400-cü  ilə  kimi 
mühasirədə  qalmışdır.  Hücumlara  cavab  verə  bilməyən  cəlairli 
Əmirləri  Əlincə  qalasında  sığınacaq  taparaq  burda 
gizlənmişdilər. 
Əmir  Teymur  Azərbaycanın  cənub  torpaqlarının  böyük 
hissəsini  tutduqdan  sonra,  1387-ci  ilin  payızında  Naxçıvanın 
əzəmətli  Əlincə  qalasına  yaxınlaşdı.  İlyas  Xocanın  başçılıq 
etdiy
i  qoşun  naxçıvanlıların  müqavimətini  çətinliklə  qıra  bildi. 
Naxçıvanın  Gərni  və  Sürməli  adlı  istehkamları  dağıdıldı.  Qala 
uzun illər müdafiə şəraitində içərisində olan adamları ərzaq və 
su ilə təmin etmək imkanına malik idi. 
Sultan  Əhməd  xəzinəsini,  ailəsini  və  yaxın  adamlarını 


 
34 
qalada  yerləşdirib,  müdafiə  işlərini  Əmir  Altuna  tapşırmışdı. 
Onun  sərəncamında  300-ə  yaxın  qorçu  (döyüşçü)  var  idi.  Şəki 
hakimi  Seyid  Əli  də  Əlincə  qalasının  müdafiəçilərinə  kömək 
edirdi. Ümumiyyətlə, Əmir Teymur Əlincə qalasına dörd dəfə - 
1387-ci, 1393-cü, 1397-
ci və 1400-cü illərdə yürüş etmiş və heç 
birində  məqsədinə  nail  ola  bilməmişdi.  Qalanın  müdafiəsinə 
başçılıq  edən  Sultan  Tahir  ilə  Əmir  Altun  arasında  ailə 
zəminində  baş  verən  münaqişə  nəticəsində  qalanın  müdafiəsi 
zəifləyirdi.  Bu  dövrdə  Əmir  Teymur  Azərbaycanda  deyildi. 
Sultan  Tahir  xəzinəni  və  yaxın  adamlarını  götürüb,  Bağdada 
atası  Sultan  Əhmədin  yanına  gedir.  Beləliklə  də,  14  il  Əmir 
Teymura  tabe  olmayan  Əlincə  qalası  1400-cü  ildə  müdafiəsiz 
qaldığına görə süqut etdi. 
Ərəb  tarixçisi  İbn  Ərəbşah  yazır  ki,  Əmir  Teymur 
qalanı  ələ  keçirdikdən  sonra  öz  əzəmətilə  onu  heyrətə 
gətirən  bu  qalanı  xüsusi  ziyarət  etmiş  və  ona  heyran 
olduğunu bildirmişdir... 
Azərbaycanın  cənub  ərazilərinin  və  Əlincə  qalasının 
mühasirəsi Şirvanı da böyük təhlükə qarşısında qoydu. 1382-ci 
ildə  Huşəngin  vəfatından  sonra  Şirvan  feodalları  onun  əmisi 
oğlu  İbrahim  İbn  Sultan  Məhəmməd  ibn  Keyqubadı  hökmdar 
seçdilər.  O,  Məzyədilər  sülaləsinin  bir  qolu  olan  Dərbəndi 
Şirvanşahları sülaləsinin ilk nümayəndəsi idi. Şimaldan Şirvanı 
Qızıl  Orda  xanı  Toxtamış  təhlükə  altında  saxlayırdı.  Əmir 
Teymur  da  Şirvanı  təhlükə  altına  salmışdı.Toxtamışla  onun 
düşmənçilik  münasibətindən  Şeyx  I  İbrahim  məharətlə  istifadə 
edərək Əmir Teymura tabe olmağı üstün tutub, ona itaət etdiyini 
bildirdi. 
Tarixi  mənbələr  1386-cı  ildə  Qarabağa,  Şirvanşahın 
ərazisinə  daxil  olan  Dərbənddən  keçərək  Dəşti-Qıpçağa  Əmir 
Teymurun görüşünə gedən I İbrahimin Şirvanşah adını qoruyub-
saxlamağa  müvəffəq  oldu.  Qaynaqlar  xəbər  verir  ki,  I  İbrahim 
Əmir  Teymurun  görüşünə  getməzdən  əvvəl  ən  inandığı  böyük 
vəziri Qazi Əbu Yəzidlə məsləhətləşmiş və o, Şirvanşaha qaçıb, 
dağlarda  gizlənməyi,  ona  məsləhət  görmüşdü.  Lakin  I  İbrahim 


 
35 
həyatını təhlükə qarşısına qoyaraq Əmir Teymurun adına xütbə 
oxunmasını və sikkə kəsilməsini əmr etdi və itaətini bildirmək 
üçün  bahalı  hədiyyələrlə  onun  qərargahına  yollandı.  I  Ibrahim 
monqol  hökmdarlarında  dəbdə  olduğu  kimi,  hər  hədiyyədən 
doqquz ədəd təqdim etmişdi. Qulların sayı isə səkkiz idi. Əmir 
Teymurun  vəziri  qulların  sayının  nə  üçün  səkkiz  olduğunu 
soruşduqda I İbrahim dərhal cavab vermişdi ki, doqquzuncu qul 
mən özüməm. Onun bu hərəkəti Əmir Teymurun xoşuna gəlmiş, 
onu oğlu adlandırmış və ona fəxri hərbi paltar bağışlamışdı. Onu 
Şirvan  və  Şamaxının  hakimi  təyin  edərək  öz  torpaqlarına 
qayıtmağa  icazə  vermişdi.  Beləliklə  də,  I  İbrahimin  çevik  və 
düşünülmüş siyasəti Şirvanı viran olmaqdan və fəlakətdən xilas 
etdi.  Əmir  Teymur  bəzi  torpaq  mülklərini  də  I  İbrahimin 
torpaqlarına  qatdı  və  öz  xələflərinə  Şirvanşahın  övladlarının 
(əhalisinin)  əmin-amanlığının  təmin  olunmasını  vəsiyyət  edən 
fərman  verdi.  Qızıl  Orda  xanı  Toxtamışın  bütövlüklə 
zərərsizləşdirilməsində  Əmir  Teymurun  ən  etibarlı  köməkçisi     
I  İbrahimin  böyük  xidmətləri  tarixi  mənbələrdə  özünün  parlaq 
təcəssümünü  tapmışdır.  Şirvanşah  I  Ibrahim  Azərbaycan 
torpaqlarını  vahid  dövlət  halında  birləşdirmək  üçün  Əmir 
Teymurla olan münasibətlərindən məharətlə istifadə edirdi. Belə 
ki,  o  öz  təsirini  Qarabağ,  Şəki,  Dərbənd  və  Qəbələyə  qədər 
yaymağa müvəffəq oldu. 
Əmir  Teymur  İslam  dininin  ən  böyük  müdafiəçisi  idi. 
Bunu mənbələr tutarlı dəlillərlə sübut edir. “Zəfərnamə” müəllifi 
Şərəf  əd-Din  Əli  Yəzdi  yazırdı:  “Sahibqıran  (Əmir  Teymur  - 
Y.H.)  Kür  çayını  keçib,  sədaqətli  qoşunun  üzəngisini  Bərdəyə 
tərəf  çəkdi.  Əhali  ona  tabe  oldu,  itaət  göstərdi.  Qarabağda 
həbsdə  olan  Boqrat  Tiflisini  hüzuruna  çağırtdırdı  və  onu... 
Məhəmməd  dininə  dəvət  etdi...  Boqrat  tohidi  dilinə  gətirdi... 
Sahibqıran  həzrətləri  mərhəmət  və  hörmət  bəsləyib  Boqrata 
məxsus  olan  ölkənin  (Gürcüstanın)  hakimiyyətini  özünə 
qaytardı...  Sahibqıran  həzrətləri  həmin  qışda  səadət  və  iqballa 
Araz çayının sahilində qışladı. 
Əmir Teymur 1387-ci il yanvarın 1-də Bərdəyə tərəf üz 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə