Microsoft Word Кitab-yunis hazir. Doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə19/77
tarix30.12.2017
ölçüsü2,8 Kb.
#18836
1   ...   15   16   17   18   19   20   21   22   ...   77

 
58 
tərəfindən işğal olunmuşdur. Buna görə də Azərbaycan xalqı öz 
düşmənlərini yaxşı tanımalı, bu gün başına açılan müsibətlərin, 
faciələrin  kökünü  yaxşı  bilməli,  tarixən  rus-erməni  işğalının, 
siyasətinin əsl mahiyyətini dərindən öyrənməlidir (22, s.140). 
Araşdırmalar göstərir ki, «Qarabağnamələr»in heç birində 
bu  diyar  əhalisinin  etnik  tərkibi  haqqında  ətraflı  məlumat 
verilmir.  Salnamə  müəllifləri  yalnız,  Qarabağ  xanlığının 
sərhədlərini qeyd etməklə kifayətlənirlər. Demək olar ki, onlar 
xanlığın  ərazisini  bir-birindən  fərqli  surətdə  qeyd  etmirlər.  Bu 
isə  təbiidir.  Məlumdur  ki,  1804-1813-cü  və  1826-1828-ci  illər 
Rusiya-
İran müharibələri dövründə Qarabağ əhalisinin müəyyən 
hissəsi  ya  məhv  olmuş  və  ya  da  öz  ata-baba  torpaqlarını  tərk 
edərək  Qacar  və  Osmanlı  səltənətlərinin  ərazilərinə  qaçmağa 
məcbur olmuşdur. 
Qafqaz qoşunlarının baş komandanı general P.D.Sisianov 
22 may 1805-
ci  ildə  19  saylı  məlumatında  yazırdı:  «Qarabağ 
özünün  coğrafi  mövqeyinə  görə  Azərbaycanın,  eləcə  də  İranın 
qapısıdır.  Buna  görə  də  onu  əldə  saxlamağa  və  möhkəmlən-
məsinə daha çox səy göstərilməlidir» (86, c.II, s.703). 
Belə bir məqsəd tezliklə həyata keçirildi. 14 may 1805-ci 
ildə  Gəncə  yaxınlığında  Kürəkçay  sahilində  Qarabağ  xanı 
İbrahimxəlil  xanla  Sisianov  arasında  bağlanan  müqaviləyə 
əsasən  Qarabağ  xanlığı  (tarixi  Qarabağ  -  Y.H.) Rusiya 
imperiyasının tərkibinə daxil edildi. 
Məlum olduğu kimi, Qarabağ xanlığı 1822-ci ildə Rusiya 
imperiyası tərəfindən ləğv olundu. Bu isə Kürəkçay müqaviləsi-
nin  şərtlərinin  ruhuna  tam  zidd  idi.  Xanlığın  yerində  Qarabağ 
əyaləti yaradıldı. 1840-cı ildə isə Şuşa qəzası yaradılaraq Kaspi 
(Xəzər) vilayətinin tərkibinə daxil edildi (96, c.IV, s.122). 
1868-
ci ildə Yelizavetpol quberniyası yaradıldıqdan sonra 
Şuşa  qəzası  bu  quberniyanın  tərkibinə  salınmışdır.  Onun 
torpaqlarının  bir  hissəsindən  yeni  Zəngəzur  qəzası  yaradıldı 
(139, c.IV, s.2). 1883-
cü  ildə  Şuşa  qəzasının  ərazisi  hesabına 


 
59 
yeni  Cavanşir  və  Cəbrayıl  qəzaları  təşkil  olundu.  Bir  müddət 
sonra  burada  Qaryagin  (Koryagin)  qəzası  yaradılmışdır. 
Qarabağın bu inzibati bölgüsü demək olar ki, heç bir dəyişiklik 
olmadan 1921-
ci ilə kimi qalmışdı (42, s. 163). 
Qarabağ Rusiya imperiyasının tərkibinə daxil edildikdən 
sonra  Sisianov  Qarabağda  Rusiya  imperiyasının  mövqeyini 
möhkəmləndirmək məqsədilə Şuşa qalasına qoşun yerləşdirdi. 
Ar
amsız  müharibələr,  rusların  müstəmləkə  zülmü, 
ermənilərin əzəli Azərbaycan torpaqlarında yerləşdirilməsi və s. 
yerli  aborigen  türk  əhalisini  doğma  yurddan  didərgin  salırdı. 
1805-
ci  ildə  Qarabağda  10000  ailənin  yaşadığını  göstərən  bir 
mənbə 1808-ci ildə əhalinin sayını azalıb 7474 ailəyə çatdığını 
qeyd edirdi (88, c.IV, s.579). 
1823-
cü ildə isə Qarabağda əhalinin sayı və milli tərkibi 
aşağıdakı kimi göstərilir. 
Azərbaycanlılar  15729  ailə;  onlardan  1111  ailə 
şəhərlərdə, 14618 isə kənddə yaşayırdılar. Bu dövrdə Qarabağda 
Rusiya  imperiyasının  köməyi  ilə  gətirilib  yerləşdirilən 
ermənilərin  sayı  isə  belə  idi:  -  4366  ailə  onlardan  421  ailə 
şəhərlərdə, 3945 ailə isə kəndlərdə yaşayırdılar (122). 
Rəqəmlər  sübut  edir  ki,  1823-cü  ilə  kimi  Qarabağa 
köçürülənlərin  hesabına  əyalətdəki  ermənilərin  sayı  artıb  4366 
ailəyə 
çatmışdır. 
1826-1828-cı 
illərdə 
Rusiya-İran 
müharibəsinin gedişində və az sonra daha 18 min erməni ailəsi 
Qarabağın  dağlıq  hissəsində  salınmış  Marağalı,  Canyataq, 
Yuxarı  Çaylı,  Aşağı  Çaylı  və  digər  kəndlərdə  yerləşdirilmişdi 
(139, c.IV, s.10). Digər bir mənbədə göstərilir ki, Zəngəzurda, 
Əxlation, Parnaküt və Şinatağ kəndlərindən başqa bütün erməni 
kəndləri  1826-1829-cu  illərdə  Qarabağa  Xoy,  Salmas  və  digər 
yerlərdən gətirilmiş ermənilər tərəfindən salınmışdır (139, c.IV, 
s.10). 
1828-
ci il 10 fevralda Rusiya ilə İran arasında imzalanan 
işğalçı Türkmənçay sülh müqaviləsinin imzalanmasından sonra 
həmin müqavilə əsasında bir neçə ay müddətində İrandan Şimali 


 
60 
Azərbaycana  40  min  erməni  ailəsi  köçürüldü  (107,  s.92-94). 
1829-
cu ildə Rusiya ilə Osmanlı imperiyası arasında imzalanan 
Ədirnə  sülhünə  əsasən  sonuncunun  torpaqlarından  Cənubi 
Qafqaza  84000  erməni  ailəsi  köçürülüb  yerli  müsəlman-türk 
əhalisinin ən yaxşı torpaqlarında yerləşdirildilər. 
1828-1830-
cu  illərdə  Qarabağın  dağlıq  zonasına 200000 
nəfər erməni göçürülmüşdür (133 s.59). 
1877-1878-
ci  illər  Rusiya-Osmanlı  müharibəsi  illərində 
Cənubi  Qafqaza  daha  85000  nəfər  erməni  gətirilmişdir  (133, 
s.59). 
1894-
cü  ildə  Osmanlı  Türkiyəsindən  Cənubi  Qafqaza 
90000  nəfər,  1897-ci  ildə  isə  10000  nəfər  erməni  köçmüşdür. 
1896-
cı  ildə  Cənubi  Qafqaza  gəlmə  ermənilərin  sayı  hesabına 
ermənilərin  sayı  900000  nəfərə  çatmışdır.  1908-ci  ildə  isə 
Cənubi Qafqazda bu rəqəm artıq 1300000 nəfəri ötmüşdür. Rus 
məmurlarından  birinin  etirafına  görə,  bunların  1000000  nəfəri 
Rusiya  imperiyası  tərəfindən  Cənubi  Qafqaza  gətirilmiş 
ermənilər idi (133, s.6). 
Rusların  əli  ilə  İran  və  Türkiyədən  gətirilən  ermənilərin 
böyük  əksəriyyəti  Qarabağ,  İrəvan  və  Naxçıvan  ərazilərində 
yerləşdirilirdi.  1897-ci  ildə  əhalinin  siyahıya  alınması  zamanı 
Qarabağda  yaşayan  54841  ailənin  18616  erməni  ailəsi  olduğu 
göstərilir (132). 
1813-
cü  və  1828-ci  illərdə  Rusiya  imperiyası  ilə  İran 
arasında imzalanan Gülüstan və Türkmənçay müqavilələri Azər-
baycan  xalqının  parçalanmasının,  tarixi  torpaqlarımızın  bölün-
məsinin  əsasını  qoydu.  Qısa  bir  müddətdə  ermənilərin  kütləvi 
surətdə Azərbaycan torpaqlarına köçürülməsi həyata keçirildi. 
İrəvan,  Qarabağ,  Naxçıvan  və  başqa  Azərbaycan 
xanlıqlarının  ərazilərində  məskunlaşdırılan  ermənilər  orada 
yaşayan  azərbaycanlılarla  müqayisədə  azlıq  təşkil  etmələrinə 
baxmayaraq, 
öz  havadarlarının  himayəsi  altında  «Erməni 
vilayəti»  adlandırılan  inzibati  bölgünün  yaradılmasına  nail 
oldular. Belə süni ərazi bölgüsü ilə əslində, azərbaycanlıların öz 
torpaqlar
ından  qovulması  və  məhv  edilməsi  siyasətinin 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə