Microsoft Word Кitab-yunis hazir. Doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə16/77
tarix30.12.2017
ölçüsü2,8 Kb.
#18836
1   ...   12   13   14   15   16   17   18   19   ...   77

 
49 
xarakterinə  toxunmur. Halbuki, 1813-cü  il    oktyabrın    12-də 
Gülüstan kəndində və 1828-ci il  fevralın 10-da isə Türkmənçay 
kəndində  tərəflər  arasında    imzalanmış  müqavilələrdə  bu  hal 
istənilən qədər açıq şəkildə özünü büruzə verir. 
«Qarabağnamə»də  XVIII  əsrin  tarixi  hadisələri  hekayə 
xarakteri  daşıyır.  Ona  görə  ki,  müəllifin  özünün  də  göstərdiyi 
kimi,  həmin  məlumatları  qocaların  danışıqları  əsasında 
toplamışdır  (54,  s.28).  Əsərin  XIX  əsrə  aid  olan  hissəsi  daha 
dolğun  və  tarix  üçün  dəyərlidir.  Müəllifin  öz  dövründə  baş 
verm
iş  tarixi  hadisələrin  əsərdə  geniş  təsviri  dolğun  və  çox 
qiymətlidir.  Mirzə  Adıgözəl  bəyin  «Qarabağnamə»si  konkret 
tarixi faktlarla zəngindir. Müəllif böyük səy və gərgin əmək sərf 
edərək  Qarabağın  və  qismən  də  Cənubi  Qafqazın  tarixinə  aid 
sanballı  tarixi  materiallar  toplamışdır.  O,  öz  vətənini  gələcək 
tarixi  taleyini  irəlicədən  müəyyən  edən  hadisələrə,  faktlara 
diqqətlə  yanaşmışdır.  Əsərin  böyük  bir  hissəsi  ya  hadisələrin 
şahidi və ya onların  müasiri tərəfindən qələmə alınmışdır. Belə 
hesab edirik ki, bu 
salnamədəki  qüsurlar  onun  elimli  dəyərinə 
ciddi  xələl  gətirmir.  Həmin  qüsürlar  əsasən  dövrün  ictimai-
siyasi  şəraitinin  və  müəllifin  həmin  cəmiyyətdə  tutduğu 
mövqeyinin  
bilavasitə nəticəsi hesab edilməlidir. 
Qarabağ  xanlığının  tarixinə  aid  ikinci    əsərin  müəllifi 
Mirzə Camal Cavanşir Qarabağidir. O, 1773-cü ildə Qarabağın 
Xocalı  kəndində  anadan  olmuş,  təxminən  80  il  ömür  sürərək 
1853-
cü ildə vəfat etmişdir. Mirzə Camal Cavanşir İbrahimxəlil 
xanın vəziri olmuş,  xanlığın daxili və xarici həyatında yaxından 
i
ştirak  etmişdir.  Qarabağ  xanlığı  Rusiya  himayəsinə  keçdikdən 
sonra (işğalından sonra - Y.H.) Mirzə Camal Mehdiqulu xanın 
yanında  həmin  vəzifədə  qalmışdır  (33,  s.31).  Qarabağ  xanlığı 
ləğv  edildikdən  sonra  Mirzə  Camal  Qarabağ  əyaləti  məh-
kəməsinə üzv təyin edilmiş və burada 18 ilə yaxın çalışdıqdan 
sonra  -  1840-
cı  ildə  qocalığı  ilə  əlaqədar  olaraq  istefaya  çıx-
mışdır (55, s.104). 
Mirzə  Camal  Cavanşir  fars  dilində  yazdığı  «Qarabağ 
tarixi» əsərini 1847-ci ildə bitirmişdir. Həmin əsərin dəyəri bir 


 
50 
tərəfdən  və  ilk  növbədə  müəllifin  hadisələrin  bir  çoxunun 
iştirakçısı,  canlı  şahidi  olmasındadırsa,  digər  tərəfdən  bu 
hadisələri Qarabağda yaşayan hərbi və siyasi xadimlərdən eşidib 
qələmə almasındadır (58, s.31). Elə buna görə də Mirzə Camal 
Qarabağinin  «Qarabağ  tarixi»  əsərində  verilmiş  tarixi 
məlumatlar böyük əhəmiyyətə malikdir. 
1855-
ci  ildə  görkəmli  şərqşünas  və  qafqazşünas  Adolf 
Berje  Mirzə  Camalın  «Qarabağ  tarixi»  əsərini  rus  dilinə  
tərcümə  etmiş  və  həmin  ildə  əsəri  «Kavkaz»  qəzetində  çap 
etdirmişdir. Eyni zamanda Adolf Berje M.F.Axundovun vasitə-
silə tanış olduğu Mirzə Camalın oğlu Rzaqulu bəydən atasının 
tərcümeyi-halı  haqqında  məlumat  almış  və  onu  yazısına  əlavə 
etmişdir (6, s.12; 33, s.31). 
Qafqaz  Arxeoqrafiya  Komissiyasının  topladığı  aktların 
məşhur  redaktoru  Adolf  Berje  Mirzə  Camal  Qarabağinin 
tərcümeyi-halından  bəhs  edərək  yazırdı:  «Mirzə  Camal  fars, 
ərəb, osmanlı dillərindən başqa avar və ləzgi dillərini də bilirdi. 
Tarix, coğrafiya və astronomiya haqqında yaxşı məlumatı vardı. 
Tibb elmini bildiyi üçün iste
faya  çıxdıqdan  sonra  ömrünün 
sonuna qədər xəstələri pulsuz müalicə edirdi. Buna görə də xalq 
arasında  hörməti vardı» (33, s.32). 
Mirzə  Camal  Şuşada  mollaxanada  oxumuş,  ərəb  və  fars 
dillərini də məhz burada öyrənmişdir. Gənc yaşlarında Qarabağ 
xanı  İbrahimxəlil  xanın  dəftərxanasında  mirzə  vəzifəsində 
işləmişdir (6, s.1213). 
Bu insanın həyatının son anını A.Berje belə təsvir edir: 
«1853cü il aprelin 8-
də,  axşam  namazından  sonra  xəstə 
likdən  zəifləmiş  Mirzə  Camal  bütün  yaxın  adamlarını 
çağırmış,  onlara  xoşbəxtlik  arzulamış  və  nəsihət  etmiş, 
yaddaşı özündə, sakitcə  vəfat etmişdir» (33, s.32)
Ağa Məhəmməd xan Qacarın 1795-ci ildə Şuşaya birinci 
yürüşü  və  qalanı  mühasirədə  saxladığı  vaxt  Mirzə  Camal  və 
onun  atası,  Şuşanın  qalabəyisi  Məhəmmədxan  bəy  İran 
sərbazlarına qarşı mübarizədə fəallıq göstərmişlər. 1797-ci ildə 
Ağa  Məhəmməd  şah  Qacar  Şuşada  öldürüldükdən  sonra 


 
51 
İbrahimxəlil  xan  Mirzə  Camalın  xidmətini  nəzərə  alaraq  onu 
Molla  Pənah  Vaqifin  əvəzinə  xanlığın  vəziri  təyin  etmişdir. 
1805-
ci  il  may  ayının  14-də  Gəncə  yaxınlığında  Kürəkçay 
sahilində  İbrahimxəlil  xanla  general  Sisianov  arasında  müqa-
vilənin imzalanması mərasimində Mirzə Camal da iştirak etmiş-
dir.  Onun  bu  müqavilə  ilə  əlaqədar  fəaliyyətinin  nədən  ibarət 
olması  hələlik  bizə  məlum  deyil.  Həmin  müqavilə  birinci  rus-
İran  müharibəsi  zamanı  Azərbaycan  xanlıqlarının  Rusiya 
tərəfindən  işğal  olunması  istiqamətində  qəsbkar  romanovlar 
Rusiyasının qazandığı növbəti böyük uğur idi (6, s.13). 
Mirzə  Camalın  «Qarabağ  tarixi»ndə  əsasən  Pənahəli  xan 
və  İbrahimxəlil  xanın  xarici  istilaya  qarşı  apardıqları 
müharibələr  təsvir  olunur.  İstiqlaliyyət  uğrunda  aparılan  bu 
müharibələr  ədalətli  müharibələr  idi.  Onların  istər  Cənubi 
Qafqazın  yerli  qonşu  xanlıqları,  istərsə  də  bəzi  qədim  alban 
knyazlarının tör-töküntüləri olan və özlərini erməni kimi qələmə 
verən  məliklərlə  mübarizələri  də  xarici    istilaya  qarşı  birliyi 
təmin  etmək  məqsədi  daşıyırdı.  Bundan  əlavə  Mirzə  Camal 
Qarabaği digər salnaməçilərdən fərqli olaraq Qarabağın tarixini 
qələmə alarkən siyasi problemlərlə yanaşı öz əsərində xanlığın 
sosial-
iqtisadi  həyatına,  o  cümlədən  torpaq  mülkiyyət 
formalarına,  feodal  münasibətlərinə  toxunmuş,  vergi  və 
mükəlləfiyyətlərdən də yazmışdır. 
Həm  Mirzə  Adıgözəl  bəyin,  həm  də  Mirzə  Camal 
Qarabağinin «Qarabağnamələri», Şəki xanlarının tarixi də bura 
daxil olmaqla, öz iqtisadi-
siyasi  təməlini  itirmiş  saray 
salnaməçilik  ənənəsinin  davamı  kimi  səciyyələndirilə  bilər. 
Lakin  bunlar  klassik  saray  salnaməçiliyindən  aşağıdakı 
xüsusiyyətləri ilə fərqlənirlər: 
1. 
Klassik  saray  salnamələrində  müəyyən  dövrdə  baş 
verən hadisə və faktlar illər üzrə verilirsə «Qarabağnamələr»də 
tarixi hadisə və faktlar fəsillərə əsasən müəyyənləşdirilir;  
2. 
Mirzə Adıgözəl bəyin və Mirzə Camal bəy Cavanşirin 
salnamələri bəhs olunan dövrlərdə yazılan saray salnamələri ilə 
müqayisədə  olduqca  böyük  üstünlüklərə  malikdir.  Belə  ki, 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə