Microsoft Word Кitab-yunis hazir. Doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə24/77
tarix30.12.2017
ölçüsü2,8 Kb.
#18836
1   ...   20   21   22   23   24   25   26   27   ...   77

 
74 
buran
ın bir çox yerlərində su quyuları qazmaq mümkündür. Bu 
xəbəri mərhum Pənah xana çatdırdılar. (Xan) sevinərək, bir neçə 
nəfər  öz  yaxın  adamı  ilə  buraya  gəldi,  yerlə  tanış  olub,  əzmlə 
qalanın  əsasını  qoydu  (55,  s.116).  Bir  çox  qaynaqların 
məlumatlarına görə hicri təqvimi ilə Şuşa qalasının əsası 1170-
ci  ildə  qoyulmuşdu.  Lakin  son  zamanların  araşdırmaları  sübut 
edir  ki,  salnamə  müəllifləri  bu  sahədə  müəyyən  qüsurlara  yol 
veriblər.  Hesab  edilir  ki,  Pənahabadın  bünövrəsi  artıq  1750-ci 
ilin  ikinci  yarısında  qoyulmuşdur.  Bu  fikri  A.A.Bakıxanov  da 
təsdiq  edir:  «Şuşa  Azərbaycanın  Təbriz  kimi  qədim 
şəhərlərindən biridir, onun ilk adı heç də Pənahabad, Şuşa yox, 
Novruz olmuşdur». Pənahəli xanın dövründə qala iri bir şəhərə 
çevrilmişdir.  1751-ci  ildə  əfqanlı  Azadxan  İrəvanı  mühasirə 
edərkən Şuşa qalası nəinki var idi, həm də orada Pənahabad adlı 
pul da kəsilirdi (8, s.535). 
Belə olan təqdirdə güman edə bilərik ki, ya Şuşa qalasının 
əsası  hələ  1750-ci  ildən  də  əvvəl  qoyulmuşdur  (çünki  belə 
qalanı  bir  ilə  tikmək  qeyri-mümkün idi),  ya  da  artıq  vaxtilə, 
mövcud olmuş qalada sadəcə tamamlama işləri aparılmışdır. 
Mirzə Camal isə yazır: «Qala tikildikdən sonra Şahbulağı 
qalasının sakinləri olan bütün rəiyyətləri, əyanların, məliklərin, 
mülazimlərin,  ellərin  və  bir  para  kəndlərin  kəndxudalannın 
ailələrini köçürüb, bu qalanın içində yerləşdirdilər» (55, s.116). 
Şuşa  qalasına  qonşu  Azərbaycan  xanlıqlarından  da 
gələnlər  oldu.  Özgə  şəhər  və  kəndlərdən  gələnləri  müvafiq 
olaraq  müəyyən  məhəllələrdə  yerləşdirirdilər.  Bunu  Şuşa 
şəhərindəki bir çox küçə və məhəllə adları bir daha sübut edir. 
Şuşanın bəzi məhəllələrini Təbrizli, Əylisli, Qazançalı, Köçərli, 
Culfalılar  və  sair  adlandırılması,  həmin  məhəllələrdə 
yaşayanların müvafiq şəhər və kəndlərdən gəlmələrini göstərən 
dəlillərdir  (6,  s.53).  Təbii  ki,  bu  məhəllələr  birdən  birə 
yaranmamışdır. 
Yeri  gəlmişkən  deyək  ki,  respublikamıza  qarşı  torpaq 
iddiasında  olan  erməni  alimləri  Şuşa  şəhərinin  salınması 


 
75 
haqqında  danışarkən  saxtakarlıqlara  əl  atır,  şəhərin  tarixini 
saxtalaşdırmağa çalışırlar. Məsələn, Şagen Mkrtiçyan adlı birisi 
«Dağlıq  Qarabağ-memarlıq  abidələri»  adlı  elmdən  çox 
fantaziyalarla dolu olan cızma-qarasında yazır ki, Şikinar qalası 
guya  hələ  VI  əsrdə  mövcud  olmuşdur.  Guya  knyaz  Hovanes-
Avan 1740-
cı  ildə  Şuşa  qalasını  yenidən  bərpa  etmişdir.  Guya 
1803-
cü  ildə  erməni  könüllülərinin  köməyi  ilə  ruslar  Şuşa 
şəhərini-qalasını  almış və  xarici  müdaxiləçilərin  hakimiyyətinə 
son  qoymuşlar  (6,  s.53).  Bu  heç  bir  tarixi  qaynağa  söykən-
məyən,  heç  bir  məxəzlə  təsdiqlənməyən  və  heç  bir  məntiqə 
müvafiq 
olmayan sayıqlamalar, siyasi xal yığmaq məqsədlərinə 
xidmət edir və açıq gülüşdən başqa heç nə doğura bilməz. 
Salnamələrin  heç  birində,  o  cümlədən  də  erməni  Mirzə 
Yusif Qarabağinin «Tarixi-safi» əsərinin «Şuşa qalasının binası, 
Qacar  Məhəmmədhəsən  xanın  Şuşa  qalasına  hücumu  və 
məqsədə  çatmadan  geri  qayıtması»  fəslində  Mkrtiçyanın 
yuxarıda gətirilmiş sayıqlamaları barəsində bir kəlmə də yoxdur. 
Mirzə Yusif Qarabaği Mirzə Adıgözəl bəyin, Mirzə Camal bəy 
Qarabağinin  salnamələrində  irəli  sürülən  fakt  və  hadisələri 
təkrar edir. O, qeyd edir ki, «O, (Pənah xan) öz vəzir- vəkilləri 
ilə məsləhət etdi, bu qərara gəldilər ki, gözəl, səfalı və xətasız 
bir  yerdə  qala  tikdirsinlər.  Onlar  salınacaq  qalanın  yerini 
müəyyən etdilər. Bu yeri Pənah xan özü gedib gözü ilə görmüş 
və  hər  cəhətdən  bəyənmişdi.  Lakin  ərazinin  ortasından  su 
axmadığı üçün bir neçə quyu qazdırdı və bu quyulardan çoxlu 
su  çıxdı.  Bundan  sonra  1752-ci  ildə  Pənah  xan  xoş  bir  gündə 
Şuşa şəhərinin təməlini qoydu» (58, s.18). 
Mirzə  Yusif  Qarabaği  daha  sonra  əlavə  edirdi  ki  «şəhər 
cənub-qərbdən, şimal-şərqdən, həmçinin qərb və cənub tərəfdən 
piyadalar  və  qeyrilərinin  gediş-gəlişi  mümkün  olmayan 
möhkəm  hasar  və  təbii  sıldırım  qayalarla  əhatə  olunmuşdur. 
Divar çəkmək üçün şəhərin aşağı tərəfini və bir də şərq tərəfinin 
yerlərini ölçdülər. Bu işdə kənd əhli, mahalların, ellərin başçıları 
ilə bir yerdə çalışaraq, beş arşın hündürlüyündə, iki arşın enində 
bir divar hördülər. Bu divarlardan dörd darvaza açdılar və şərq 


 
76 
tərəfdən  olan  darvazaya  -  Şuşa  kənd  darvazası  deyilir.  İki 
darvaza isə şimal ilə qərb arasındadır. Bunlardan birinə İrəvan 
darvazası,  digərinə  isə  Gəncə  və  Çiləbörd  darvazası  deyilir. 
Dördüncü  darvaza  isə  dağılmış  və  hazırda  onun  yerinə  divar 
tikilmişdir. İndi isə şəhərin üç darvazası var» (58, s. 18). 
P
ənah  xanın  dövründə  təməli  qoyulmuş  Şuşa  şəhərinin 
kanalizasiya  sistemi  də  var  idi.  Bu  öz  dövrünün  möhtəşəm 
şəhərqalası  Qurdlar,  Quyuluq,  Çuxur,  Hacıyusifli,  Merdinli, 
Cuhudlar,  Saatlı,  Mamayı,  Xoca  Mərcanlı,  Hamamarası  və 
başqa  müxtəlif  adlı  on  altı  məhəllədən  ibarət  olmuşdur  (58, 
s.191). M.Baharlı isə «Əhvalati-Qarabağ» əsərində İbrahimxəlil 
xan dövründə qalanın on yeddi məhəllədən ibarət olduğunu və 
onun  doqquzunun  aşağı,  səkkizinin  yuxan  məhəllə  olduğunu 
yazmışdır  (10,  s.276). Şəhərin  hər bir  məhəlləsinin su quyusu
hamamı  və  məscidi  də  olmuşdur.  Təkcə  İbrahimxəlil  xan 
dövründə şəhərdə iki cümə məscidi tikilmişdi (7, s.439). 
Qarabağ  xanlığının  ərazisinin  getdikcə  genişlənməsi, 
qonşu  xanlardan  bir  neçəsinin  Pənah  xana  tabe  olması  və 
nəticədə  yeni  şəhərin  də  hərbi-strateji  baxımdan  sərfəli  bir 
yüksəklikdə  inşası,  sözsüz  ki,  Azərbaycan  güneyi  və  İranda 
hökmranlıq  uğrunda  mübarizə  aparan  qüvvələr  tərəfindən 
qısqanclıqla  izlənilirdi.  Elə  buna  görə  də,  tikildikdən  az  sonra 
Şuşa  hərbi  basqınlara  məruz  qaldı.  Tezliklə,  Məhəmmədhəsən 
xan Qacar İraq və Azərbaycan vilayətlərinin əhalisindən toplan-
mış  çoxlu  qoşunla  Qarabağ  tərəfə,  Şuşa  qalası  üzərinə  hücum 
etdi.  Pənahəli  xanı  özünə  tabe  etmək  üçün  Araz  çayını  keçib 
«Qalanın 4 fərsəxliyinə gəlib çıxdı» (55, s.116). Pənahəli xan da 
özünə tabe olan ellərdə, Taxtaqapının və başqa kəndlərin işgüzar 
və  döyüşə  qabiliyyəti  olan  kişilərini  Şuşa  qalasına  toplayıb, 
düşmənə  qarşı  müqavimət  göstərməyə  və  şəhərin  müdafiəsinə 
hazırlaşdı.  Məhəmmədhəsən  xan  da  özünün  çoxlu  qoşunu  ilə 
gəlib  Şuşa  şəhərinin  ətrafındakı  Xatın  arxı  yanında  dayandı. 
Oradan  yuxarı  tərəfə  hərəkət  etməyə  cəsarəti  olmadı.  O, 
Pənahəli xanı tutmaq üçün müxtəlif hiylələrə əl atdısa da, buna 
nail  ola  bilmədi.  O  biri  tərəfdən  də  Qarabağ  əhalisi,  xanlığın 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə