Microsoft Word Кitab-yunis hazir. Doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə23/77
tarix30.12.2017
ölçüsü2,8 Kb.
#18836
1   ...   19   20   21   22   23   24   25   26   ...   77

 
71 
öldürüldükdən sonra qardaşı oğlu Əliqulu xan Adil şah ləqəbilə 
mərhum  Nadir  şahın  şahlıq  taxtına  çıxdı.  Adil  şah  tərəfindən 
Azərbaycana  sərdar  təyin  edilmiş,  Təbriz  şəhərində  yaşayan 
Əmiraslan xan Pənah xanın Qarabağda olan belə bir şöhrət və 
istiqlaliyyətini  eşitdikdə,  öz  adından  ona  (hədiyyə  olaraq)  at, 
qılınc və xələt göndərərək, onu Adil şaha itaət etməyə dəvət və 
təşviq etdi» (55, s.114). Lakin Adil şahın hökmdarlığı və onun 
valisinin  - 
Əmiraslan  xanın  hakimliyi  çox  sürmədi.  Birincini  - 
Adil şahı Nadir şahın nəvəsi Şahrux Mirzə, ikincini - Əmiraslan 
xanı isə qaradağlı Kazım xan öldürdü» (17, s.160-161). 
Əslində  Adil  şaha  qədər  Bayat  qələbəsi  və  Xəmsə 
məliklərinin  əsasən  itaət  altına  alınması  ətraf  xanlar tərəfindən 
Pənahəli  xanın  dövlət  başçısı  kimi  tanınmasına  siyasi  şərait 
yar
atmışdı və Pənah xan da, V.A.Pottonun qeyd etdiyi kimi, bu 
şəraitdən bacarıqla istifadə edə bilmişdi. «Qarabağnamələr» də 
Pənah  xana  Adil  şah  tərəfindən  xanlıq  fərmanı  göndərildiyi 
barədə müfəssəl məlumatlar verilmişdir. Öz istiqlaliyyətini Adil 
şaha  qədər  təsdiq  və  təsbit  etmiş  Pənahəli  xana  xanlıq,  Mirzə 
Camalın  fikrincə,  ilk  dəfə  Adil  şah  tərəfindən  verilmişdir.  O, 
yazırdı:  «Müsəlman  tarixi  ilə  1161,  xristian  tarixi  ilə  1748-ci 
ildə  Adil  şahın  Pənahəli  xana  xan  adı  verilməsi  və  Qarabağ 
hakimliyi  vəzifəsinə  təyin  olunması  haqqında  imzaladığı 
fərmanı  qiymətli  xələt,  qızıl  yəhərli  at  və  qaş-daşla  bəzənmiş 
qılıncla  birlikdə  Sərdar  Əmiraslanın  yaxın  adamları  vasitəsilə, 
Bayat qalasına gəlib çatdı. Sərdar Əmiraslan özü də Pənah xana 
ayrıca  töhfələr  göndərmiş,  Pənah  xanın  elçi  sifətilə  göndərdiyi 
kəndxudalara  xələt  və  bəxşişlər  verib,  onlara  hörmət  və 
mehribanlıq etmişdi» (55, s.114-115). 
Bu, gecikmiş fərman idi, beləki o 1748-ci ildə verilmişdi, 
Pənahəli xan isə artıq 1747-ci ildən xanlıq edirdi. 
Mirzə  Adıgözəl  bəy  və  Mirzə  Camal  Cavanşirin 
Əmiraslan  xanla  Pənahəli  xan arasındakı  diplomatik  danışıqlar 
haqqındakı məlumatları təhlil edilərkən, aydın olur ki, Pənahəli 
xanın Adil şaha qısamüddətli tabeçiliyi formal xarakter daşımış, 
əslində  Pənah  xan  cənubdakı  qarışıqlıqlardan  öz  hakimiyyətini 


 
72 
möhkəmləndirmək və xanlığın ərazisini daha da genişləndirmək 
imkanı  əldə  edə  bilmişdir.  Salnaməçilər,  xüsusilə  də  Mirzə 
Camal  yazır  ki,  Şirvan, Şəki,  Gəncə,  İrəvan,  Naxçıvan,  Təbriz 
və  Qaradağ  xanları  Pənahəli  xanın  yanına  elçi  və  məktub 
göndərib,  onunla  dost  və  müttəfiq  olmaq  istədiklərini 
bildirirdilər  (55,  s.113).  Sözünə  davam  edən  Mirzə  Camal 
Cavanşir  qeyd  edir:  «O,  (Pənahəli  xan)  xanların  bəzisi  ilə 
qohum oldu. Naxçıvan, Təbriz və Qaradağ hakimlərinin hökmü 
altında  olan  Naxçıvanın  Zəngəzur,  Təbrizin  Qapan  və 
Qaradağın  Çuldur  və  Mehri  mahallarına  əl  uzadaraq  hamısına 
sahib  oldu.  Onları  Qarabağın  başqa  rəiyyətlərinə  qataraq, 
hamısına məliklər və sultanlar təyin etdi. Hamı mərhum Pənah 
xanın əmrinə tabe oldu və indi də olmaqdadır» (55, s.113-114). 
Salnamələrin verdiyi məlumata görə müəyyən bir müddət 
Pənahəli  xanın  Gəncə,  İrəvan,  Naxçıvan  və  xüsusilə  Ərdəbil 
xanlıqları  üzərində  güclü  təsiri  olmuşdur.  O,  «Sarıcalı 
Dərgahqulu  bəyi  Ərdəbilə  hakim  təyin  etdi.  Gəncə  xanzadələ-
rin
dən kefi istədiyi adamı hökumət işinə təyin edir, istəmədiyini 
isə  vəzifəsindən  çıxarırdı.  Pənah  xan  vilayətin  xanlarının 
uşaqlarından  bir  neçəsini  girov  adı  ilə  gətirib,  Şahbulağı 
qalasında saxlayırdı» (55, s.115). 
Salnamələrdə göstərilir ki, belə bir vəziyyət Məhəmməd-
həsən  xan  Qacarın  Mazandaran,  İraq  və  Azərbaycanın  bir  sıra 
bölgələrində  özünü  müstəqil  elan  etdiyi  günə  qədər  davam 
etmişdir.  «Hökumət  işlərini  bir  an  belə  unutmayan  ...  Pənah 
xanın işgüzar və bacarıqlı adamları, xanın əmrinə görə məsləhət 
üçün 
yığışıb dedilər: «... Nadir şah vəfat etdikdən sonra bizimlə 
Əliqulu  xan  və  Sərdar  Əmiraslanın  arasında  sülh,  ittifaq  və 
dostluq  əlaqəsi  davam  etməkdə  idi.  İndi,  çox  mümkündür  ki, 
belə bir münasibət və dostluq əlaqəsi bizimlə Məhəmmədhəsən 
xan 
arasında olmasın. Ətraf xanlardan da bir o qədər xatircəm 
deyilik. Onların Məhəmmədhəsən xanı üzərimizə təhrik edərək, 
onunla birlikdə bizə qarşı çıxacaqları ehtimalı vardır. (Belə bir 
vəziyyətdə)  Qarabağın  elləri,  adlı-sanlı  adamları  qızılbaş 
qoşununun  ayağı  altında  payimal  olar,  biz  isə  Şahbulağı 


 
73 
qalasında elə bir qüvvətli düşmənin və ətraf xanların qarşısında 
müqavimət göstərə bilməyib, bütünlüklə qırılarıq. Ona görə bu 
işin  əlacını  qabaqdan  görmək  lazımdır.  Biz  gərək  dağların 
içində,  möhkəm  və  keçilməz  yerdə  elə  bir  əbədi  və  sarsılmaz 
qala  tikək  ki,  onu  güclü  düşmən  belə  mühasirə  edə  bilməsin. 
Qalanın bir tərəfi dağlarda olan ellərin üzünə daima açıq olmalı 
və  mahallarla  rabitəmiz,  əlaqəmiz  (bir  an  belə)  kəsilməməlidir 
(55, s.115). 
Cənubdan gələn həyəcanlı xəbərlər və Azərbaycanda baş 
verən  hadisələr,  qanlı  feodal  ara  müharibələri  şəraitində, 
Şahbulaq  qalası  da  o  qədər  etibarlı  sığınacaq  deyildir.  Təcili 
tədbirlər görülməli və daha etibarlı, möhkəm qala salınmalı idi. 
Artıq  yuxarıda  deyildiyi  kimi,  Pənahəli  xan  geniş  tərkibli 
məsləhət  şurası  çağırdı  və  yeni  qala  salınması  haqqında  qəti 
fikrə gəlindi. Qarabağ xanlığının yeni paytaxtı - Şuşa qalasının 
tikilməsinə  qərar  verildi.  Beləliklə  tezliklə  Azərbaycan 
ərazisində yeni bir şəhər əmələ gəldi. Şuşa şəhəri - qalası XVIII 
əsrin  ortalarında  meydana  çıxsa  da  özünün  siyasi,  iqtisadi  və 
mədəni inkişafına görə bir çox orta əsr Azərbaycan şəhərlərini 
qabaqlamışdır (6, s.51). 
Salnaməçilərin  verdikləri  məlumata  görə,  Şuşa  qalasının 
tikilməsi tarixçəsi belə olmuşdur: - Pənahəli xanın yeni paytaxt 
yaratmaq fikrində olduğunu bilən saray əyanlarından bir qrupu 
ona dəniz səviyyəsindən 1800-2000 metr yüksəklikdə olan və üç 
tərəfdən  təbii  müdafiəsi  olan,  meşələrlə  örtülmüş,  bir  tərəfdən 
uçurum, digər tərəfdən isə sıldırım qayalarla əhatə olunmuş, bir 
növ  təbii  qalanı  xatırladan  yeri  göstərdilər.  Xanlığın  gələcək 
paytaxtı və başlıca istinadgah-istehkamı olacaq belə bir qalanın 
salınmasına  başlıca  tələbləri  Pənahəli  xan  özü  müəyyən 
etmişdir. 
Mirzə Camal yazır: «Xanın (Pənah xanın) bir neçə nəfər 
bilici  və  məlumatlı  adamı  gedib,  qalanın  yerini  və  ətrafını 
yoxladı. Qalanın içində iki-üç bulaqdan başqa axar su yox idi. 
Bu bulaqların suyu isə qala camaatına kifayət etməzdi. Ona görə 
güman  gələn  yerlərdə  quyu  qazdırıb,  müəyyən  etdilər  ki, 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə