Microsoft Word Кitab-yunis hazir. Doc


məktəbinin direktoru vəzifələrində çalışmışdır



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə2/77
tarix30.12.2017
ölçüsü2,8 Kb.
#18836
1   2   3   4   5   6   7   8   9   ...   77

 

məktəbinin direktoru vəzifələrində çalışmışdır. 
Məlum hadisələrdən sonra Yunis müəllim 1992-ci ilin  
sentyabrından 2011-ci ilin  avqustuna kimi Bakının Yasamal 
rayonunda yerləşən Şuşa şəhər 1 saylı tam orta məktəbində tə-
lim-
tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışmışdır. 
Yunis  müəllim  elmi-tədqiqat  işləri  ilə  məşğul  olmuş, 
2009-cu 
ildə  dissertantı  olduğu  Azərbaycan  Milli  Elmlər  Aka-
demiyasının  Tarix  İnstitutunun  Elmi  Şurasında  “QARABAĞ-
NAMƏLƏR”  Azərbaycan  tarixini  öyrənmək  üçün 
mənbədir”  mövzusunda  dissertasiya  müdafiə  edərək  tarix 
elmləri üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almışdır
Yunis  Hüseynovun  “Şuşa”  qəzetində,  Moskva  və  Tiflis 
şəhərlərində,  habelə,  Bakı  şəhərində  nəşr    olunan  elmi,  siyasi-
kütləvi  jurnallarında  onlarla  elmi  məqaləsi  çap  olunmuşdur. 
Müəllim-alim iki kitab müəllifidir. 
Yunis müəllimin, pedaqoji fəaliyyəti dövlətimiz  tərəfin-
dən  yüksək  qiymətləndirilmişdir.  O,  “Metodist  müəllim”, 
“Azərbaycan Respublikasının Xalq Təhsil Əlaçısı, “Ali kate-
qoriyalı müəllim”, Bakı şəhərində keçirilən pedaqoji müha-
zirələrdə  məzmunlu  çıxışına  görə  ikinci  dərəcəli  diploma, 
Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən keçiri-
lən  pedaqoji  mühazirələrdə  də  yüksək  məzmunlu  çıxışına  

rə də ikinci dərəcəli diploma layiq görülmüşdür. Bundan 
başqa, Yunis müəllim XXI əsrin tanınmış maarifçisi Beynəl-
xalq  diplomu  ilə  də  təltif  olunmuşdur.  “Əmək  Veteranı” 
medalı da almışdır. 
Yunis müəllim 2007-ci ilin oktyabr ayının 3-də Prezi-
den
timiz  İlham  Əliyev  cənablarının  Sərəncamı  ilə 
“TƏRƏQQİ”  medalına layiq görülmüşdür. 
Hal-
hazırda Yunis müəllim yaşa görə təqaüddədir. 
Yunis müəllimin pedaqoji fəaliyyəti çoxsahəli, pedaqoji-
metodiki cəhətdən rəngarəngdir. Təhsilimizin yeniləşdirilməsin-
də Yunis müəllim məqsədyönlü pedaqoji fəaliyyət göstərmişdir. 
Respublikamızda  həyata  keçirilməkdə  olan  təhsil  islahatında 
qarşıya qoyulan vəzifələri dərindən bilən Yunis müəllim fəaliy-


 

yət  göstərmiş  olduğu  Şuşa  şəhər  1  saylı  tam  orta  məktəbdə və 
bütövlükdə  rayonumuzda  olduqca  məqsədyönlü  pedaqoji  iş 
apar
mış,  bu  sahədə  qarşıya  çıxan  problemlərin  uğurla  aradan 
qal
dırılması  üçün  Şuşa  Rayon  Təhsil  Şöbəsinin  metodkabineti 
ilə  birgə  yorulmadan  çalışmışdır.  O,  ilk  olaraq  yeni  təlim  tex-
nologiyalarının  tətbiqi  ilə  özünün  açıq  və  mən  deyərdim  ki, 
öyrədici  xarakterli  dərsini  təşkil  etmiş,  təhsil  islahatlarına  həsr 
olunmuş elmi-praktik konfransların təşkilində rayon təhsil şöbə-
sinə yaxından köməklik göstərmişdir. 
Yunis  müəllimin  təşəbbüsü  ilə  Şuşa  şəhər  1  saylı  tam 
orta  məktəbdə  yeni  fənn  kurikulumlarının  tətbiqi  ilə  əlaqədar 
olaraq  Təhsil  Problemləri  İnstitutunun  direktor  müavini, 
professor  Yəhya  Kərimovun  iştirakı  ilə  elmi-praktik konfrans 
keçiril
mişdir.  Konfransda  rayonumuzun  bir  sıra  məktəb 
rəhbərləri    və  qabaqcıl müəllimləri də  iştirak  etmişdir.  Onu  da 
qeyd  etməliyəm  ki,  həmkarım  Yunis  müəllimin  yeni  təhsil 
proqramlarının  (kurikulumların)  tətbiqinə  həsr  olunmuş  sərgi 
tablosu müəllimlərimiz üçün böyük elmi-metodik vəsait rolunu 
özündə ehtiva etmişdir. 
Yunis  müəllim  yeni  təhsil  proqramlarına  həsr  olunmuş 
bir çox ped
aqoji  məqalələrin  müəllifidir.  Rayonumuzda  bu 
sahədə  ilk  təşəbbüs  göstərənlərdən  biri  də  məhz  o,  olmuşdur. 
Yunis  müəllim  “Azərbaycan  Respublikasının  “Təhsil 
Qanunu
”  artıq  fəaliyyətdədir”,  “Təhsilimizin  bu  günü  və 
sabahı”, “Təhsil islahatı zamanın tələbidir”, “Milli təhsilimiz 
xalqımızın ruhudur”, “Problemli təlim və onun imkanları”, 
“Təhsil sahəsində qarşımızda daha mühüm və təxirsalınmaz 
vəzifələr durur” və sair pedaqoji  məqalələrin müəllifidir. Hər 
bir  məqalədə  o,  təhsilimizin  ən  aktual  sahələrinə  nəzər  salmış, 
öz fikir və düşüncələrini şərh etmişdir. 
Mən təhsilimizdə  baş verən keyfiyyət dəyişiklikləri ətra-
fında Yunis müəllimlə söhbət apararkən o, qeyd etdi ki, keyfiy-
yət dəyişiklikləri zamanın tələbidir. Yeni təhsil sisteminin yara-
dılması və onun artıq vətəndaşlıq hüququ alması, milli müstəqil-
li
ymizin  ən  böyük  nailiyyətidir.  Bu  uğurları  inkişaf  etdirmək, 


 

dün
ya təhsili səviyyəsinə qaldırmaq biz müəllimlərin vətəndaş-
lıq  vəzifəsidir,  bundan  yüksək  və  şərəfli  iş  təsəvvürümə  gətir-
mirəm. 
Bu söhbət əsnasında Yunis müəllim vaxtilə ona  dərs de-
yən  bilik,  əxlaq  və  mənəvi  cəhətdən  respublikamızda  tanınan, 
gör
kəmli  şəxsiyyətlər  yetişdirən  müəllimləri  –  Mirzə  Xosrov 
Axundov,  Ağa  Kazımov,  Əyyub  Kazımov,  Keymah  Bəh-
mənov, Keykavus Bəhmənov, Mərdan Əliyev, Tofiq Əliyev, 
Tovuz  Abbasova,  Diliş  Mehdiyeva,  Zəhra  Məmmədova, 
Rüstəm  Zeynalov,  Yaqub  Quliyev  və  başqa  müəllimləri 
iftixarla  yada  saldı.  Onları  unutmaq  olarmı,  əlbəttə  yox! 
Onların  ruhu  şad  olsun,  unutsaq  biz  də  unudularıq...Yuxarıda 
hörmətlə adları qeyd olunan müəllimlərin elmi, metodiki, siyasi 
bilikləri Yunis müəllimin həyat yoluna yaşıl işıq salmışdır. Elə 
bir  işıq  ki,  bu  işıq,  onun  fəhləlikdən    müəllimliyə  və  alimliyə 
qədər şərəfli yol keçməyinə səbəb olmuşdur. 
Yunis  müəllimin  şəxsiyyəti  təhsillə,  əməklə  və  elmlə 
vəhdət təşkil edir. O, daim düşünür, araşdırmalar aparır. Müəl-
lim-
alim,  milli  tariximizi  şagirdlərinə  öyrədərkən,  həmişə  təli-
min səmərəli üsul və metodlarından istifadə etmiş, tariximizi öz 
yetirmələrinə  həvəslə  öyrətmişdir.  Hər  Şuşa  ailəsində  onun 
mənəvi əməyi var. Müəllim-alim bunu özünün ən böyük və heç 
bir  şeylə  əvəz  olunmaz  mənəvi  sərvəti  hesab  edir.  Bax  budur 
mənim həmkarımın həyatda qazandığı ən qiymətli sərvət! 
Yunis müəllim həmişə qeyd edir ki, yaxşı əməlləri təlqin 
etmək istəyirsənsə, onda özün yaxşı olmalısan. Elədiyin yaxşılı-
ğı dilə gətirmək, ən böyük qəbahətdir. Paxıllıq, qiybət etmək, ki-
məsə rişxənd etmək Yunis müəllimin şəxsiyyətinə olduqca yad-
dır. O,  yalan danışanlara, böhtan xarakterli  əməllərə nifrət edir. 
O,  bütün  bunları  ziyalı  adı  daşıyanlara  yad  olan  əməl  kimi 
qiymətləndirir. 
İnsan  çoxşaxəli  bir  ağacdır,  böyük  bağın  dərilən 
nemətidir,  insanın  dəyəri  onun  əməlləri  ilə  ölçülür,  insanın 
gözəlliyi onun sadəliyində, haqq sözündə, mənəvi zənginliyində, 
vətənini, dövlətini və xalqını dərindən sevməyindədir. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə