Microsoft Word Кitab-yunis hazir. Doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə9/77
tarix30.12.2017
ölçüsü2,8 Kb.
#18836
1   ...   5   6   7   8   9   10   11   12   ...   77

 
27 
olduğu  kimi  Azərbaycanda  da  bu  coğrafi  məkanlar  var. 
Qarabağın  bütün  ərazisi  Azərbaycan  xalqına  məxsusdur. 
Qarabağ təkcə Azərbaycan Respublikasının deyil, Yaxın və Orta 
Şərqin  mədəniyyət  beşiyidir.  Artıq  bu  məsələlər  özünün 
ümumbəşəri hüququnu əldə etmişdir.  
Ulu Tanrı Qarabağa bütün təbii nemətləri bəxş etmişdir. 
Diyarın  təbii  zənginliyi,  flora  və  faunası  xarici  düşmənləri 
həmişə  özünə  cəlb  etmişdir.  Tarix  sübut  edir  ki,  Qarabağ 
Dünyanın  cənnət  məkanıdır.    Bu  məkan  yalnız  və  yalnız 
Azərbaycan xalqına məxsusdur.  
Qarabağın çox hissəsi yüksək yayladır. Qarabağın iqlimi 
mülayim,  təmiz  bol  sulu,  torpağı  məhsuldardır.  Bu  şərait  türk 
hökmdarlarının da diqətindən kənarda qalmamışdır.  
1064-
cü  ildə  Gürcüstan  səfərindən  qayıdarkən  Böyük 
Səlcuq  hökmdarı  Məlikşah  Qarabağda  qışlamışdır.  Elxanilərin 
qış  iqamətgahı  Qarabağda  yerləşirdi.  Əmir  Teymur  və  daha 
sonra  Ağqoyunlu  hökmdarları  da  Qarabağda  qışlamağı 
xoşlayırdılar (4, s.26, 27). 
XIII-
XIV  əsrlərdə  Qarabağ  Azərbaycanda  baş  verən 
ictimai  -  siyasi h
adisələrin  əsas  mərkəzlərindən  biri  idi. 
Hülakülər  və  Cəlalilər  dövlətlərinin  hökmdarları  həmişə 
Qarabağda  istirahət  edirdilər.  Qazan  xan  və  Arqun  xan 
Qarabağda taxta çıxmışdılar. (4, s.27) 
Qarabağ  551-ci  ildən  alban  katalikosunun  daimi 
yaşayış yerinə, 630-cu ildən isə Mehranilər sülaləsindən olan 
böyük  alban  knyazları  Varaz  Qriqorun,  Cavanşirin  və 
başqalarının iqamətgahına çevrilir. (12, s. 40) 
Tarixin  müəyyən  mərhələlərində  mövcud  dövlətlərin 
zəifləməsi və onlar güclü dövlətlərin hərbi müdaxiləsinə cavab 
verə bilməmələri nəticəsində ya onların işğal zonasına çevrilir, 
ya da ərazilərinin müəyyən hissəsini itirirlər. Qafqaz Albaniyası 
da bu vəziyyədən kənarda qalmamışdır.  
Qafqaz Albaniyasının ərazisi VIII əsrdən başlayaraq 
ciddi  təbəddülatlara  uğradı.  Buna  səbəb  ərəb  yürüşləri, 
ölkənin  Xilafətin  tərkibinə  qatılması,  Alban  dövlətinin 


 
28 
süqutu,  İslam  dininin  tədricən  yayılması  və  xristianlığın 
qismən olsa da aradan çıxması idi» (12, s. 42) 
Göründüyü  kimi,  qədim  Alban  dövlətinin  VIII  əsrdən 
başlayaraq  tarix  səhnəsindən  çıxmasının  obyektiv  səbəbləri 
vardır.  Bütün  bunlar  Albaniya  adının  tarix  səhnəsindən 
çıxmasına  gətirib  çıxardı.  Onun  ərazisi  üç  vilayətə  –  Arran, 
Muğan  və  Şirvan  vilayələrinə  bölündü.  (12,  s.  42). Bu 
böl
günün  yekunu  olaraq  «Arran»  adı  ilə  yalnız  Kür  çayından 
Araz  çayı  arasındakı  torpaqlar  nəzərdə  tutulurdu.  Muğan  daha 
geniş  ərazini  əhatə  edirdi.  Belə  ki,  Muğan  Kürün  Araza 
qovuşduğu  yerdən  cənub-şərqdəki  əraziləri  əhatə  edirdi. 
«Kürün  sol  sahili  əraziləri  (Dərbəndin  şimalına  kimi)  isə 
Şirvan adlandırılmağa başladı» (12, s.42)
Qarabağın orta əsrlər tarixinə nəzər saldıqda məlum olur 
ki,  bu  dövrdə  Qarabağda  bir  sıra  dövlət  qurumları  təşəkkül 
tapmışdır.  Bunlar  xırda  dövlət  qurumaları  olmalarına 
baxmayaraq tarixdə çox böyük rola malik olmuşlar. «Girdiman 
hökmdarlığı,  Xaçın  knyazlığı  və  Qarabağ  xanlığı  bu 
baxımdan diqqəti cəlb edir» (12, s. 101). 
XIII əsrdə Qarabağın ərazisində yaranan Xaçın məlikliyi 
yerli  alban  nəslinə  məxsus  idi.  Xaçın  xristian  alban  məlikliyi 
Qarabağın  dağlıq  ərazisində  yerləşirdi.  Xristianlığı  qəbul  edən 
Xaçın  alban  məlikliyi  öz  varlığını  XIX  əsrin  əvvəllərinə  kimi 
qoruyub  saxlaya  bilmişdir.  XIII  əsrdə  də  Arranın  əhalisi 
türklərdən ibarət olduğu mənbələrdə öz əksini tapmışdır.  
XIII  əsrin  anonim  məxəzi  olan  «Əcaib  əd-dünya»da 
məlumat  verilir  ki,  «türklər  Arranda  əsas    etnik  qrup  idi. 
Arranda 100.000 türk süvarisi var idi» (13, s. 24). 
İndi  də  bir  qədər  Arsax-Xaçın  knyazlığı  haqqında.  Bu 
knyazlığın  siyasi,  iqtisadi  və  sosial  yüksəlişi  XII-XIII  əsrlərə 
təsadüf  edir.  «Qədim  Albaniyanın  bir  hissəsi  olan  bu 
knyazlığın mərkəzi Xaçınçayın və qismən də Tərtər çayının 
bölgələrində  yerləşirdi.  Alban  Mehranilər  sülaləsinin 
nümayəndələrindən,  xəlifələrindən  biri  olan  Həsən  Cəlal 
(1215-
1261) bu knyazlığın hökmdarı idi… O, mənşəcə alban 


 
29 
idi (13, s. 41). 
Sənədlər  sübut  edir  ki,  Həsən  Cəlal  yüksək 
siyasi  titullar  daşımış…  Arsax  ölkəsinin  mütləq  hökmdarı 
olmuşdur.  
Arsaxda  bir  çox  tarixi  abidələr  Həsən  Cəlalın 
göstərişi  ilə  inşa  olunmuşdur.  Bu  tarixi  memarlıq 
abidələrinin  bir  çoxu  bu  günə  kimi  Qarabağda  qalır. 
«Qansazar  monastr  kompleksi  Həsən  Cəlalın  göstərişi  ilə 
inşa olunmuşdur… Həsən Cəlalın nəsli və 1261-ci ildə isə özü 
də  burada  dəfn  olunmuşdur…  Həsən  Cəlal  bu  kilsəni 
Albaniyanın «taxt-tac kilsəsi» adlandırırdı. Kilsədə olan daş 
kitabələrində  yazılmışdır  ki,  bu  kilsə  albanlar  üçün  inşa 
edilmişdir» (13, s. 43) 
Hal-
hazırda Qansazar kilsə kompleksində 84 daşüstü 
yazı  mövcuddur.  Qarabağın  dağlıq  ərazisində  yerləşən 
Ağdərə  rayonunun  Vəngi  kəndində  yerləşir.  Bu  memarlıq 
abidəsi orta əsr alban memarlıq məktəbinin nadir incisidir. 
Onu  da  qeyd  edək  ki,  erməni  memarlığında  QANZASAR 
alban memarlığının bənzəri yoxdur. (13, s. 43) 
Yuxarıda  deyildiyi  kimi  vətəni,  topağı  olmayan,  dağ 
yəhudiləri ilə qaraçıların törəmələri olan ermənilər tarixdə yadda 
qalan heç bir mədəni irs yarada bilməmişlər.  
«XV  əsrdə  alban  Həsən  Cəlal  (Cəlairlər) 
Qaraqoyunlu Cahanşahdan «məlik» titulunu aldı. Sonralar 
cəlalilər  nəsli  beş  alban  feodal  knyazlığına  –məlikliyinə  – 
Gülüstan,  Çilaberd,  Xaçın,  Vərəndə  və  Dizaq  məliklərinə 
parçalandılar.  Erməni  tarixşünaslığında  məliklik  titulu 
erməni gerçəkliyi kimi qələmə verilməyə cəhd göstərilmişdir. 
Lakin  məlik  titulu  Xaçın  vilayətində  yaşamış  alban  feodal 
nəsilləri üçün xasdır. Bu nəsillər Həsən Cəlalın nəsli ilə, daha 
qədimlərdə isə Mehranilər və alban Arşagirlər sülalələri ilə 
bağılıdır» (13, s. 45) 
Məlik  ərəb  mənşəlidir.  Onun  ermənilərə  aidiyyatı 
yoxdur.  Bu  istilah  «Qaraqoyunlu  hərbi-köçəri  əyanlarının 
ictimai-
hüquqi  normalarının  doğurduğu  nəticələrdən 
biridir.  Erməni  gerçəkliyi  üçün  işxan,  tanuter,  paron 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə