Microsoft Word Кitab-yunis hazir. Doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə7/77
tarix30.12.2017
ölçüsü2,8 Kb.
#18836
1   2   3   4   5   6   7   8   9   10   ...   77

 
21 
Etnoqrafçı  alimlər  Qarabağın  etnik  tərkibi  haqqında 
dəyərli  tədqiqat  əsərləri  yazmışlar.  Azərbaycan  etnoqrafçı 
alimlərinin  heç  biri  qədim  dövrlərdə  Qarabağ  torpağında  bir 
nəfər  də  olsun  erməni  ünsürünün  olmasını  aşkara  çıxara 
bilməmişdi.  
Qarabağın  etnik  tərkibi  haqqında  tədqiqatçı-alim 
Q.Ə.Qeybullayevin  dəyərli  fikirləri  üzərində  dayanmaq  daha 
faydalı olardı.  
«Etnoqrafçı və toponimçi alimlərin böyük əksəriyyəti 
Qarabağın  etnik  tərkibi  haqqında  məlumat  verərkən 
eramızın  təxminən  I  minilliyində  mövcud  olmuş  etnik 
vəziyyəti  əsas  tuturlar.  Ona  görə  ki,  Azərbaycan  xalqının 
yaranması  və  formalaşması  prosesi  məhz  bu  minilliyin 
daxilində  başa  çatmışdır.  Başqa  sözlə  desək,  bu  minillikdə 
yaşamış  tayfalar  Azərbaycan  xalqının  soykökünü  təşkil 
edirlər…  Eramızın  I  minilliyində  yaşamış  və  xalqımızın 
et
nogenezində  iştirak  etmiş  tayfaların  bəzilərinin  kökləri 
eradan əvvəlki minilliklərdəki etnik birləşmələrlə bağlıdır». 
(6, s. 58) 
Qarabağın  qədim  əhalisinin  etnik  tərkibindən  söhbət 
açarkən, bu sahədə mövcud tarixi şəraiti də mütləq nəzərə almaq 
lazımdır.  Bu  sahədə  tarixi  məlumat  demək  olar  ki,  yox 
dərəcəsindədir.  Kür  çayından  cənubda  yaşayan  qədim  əhali 
haqqında ilkin tarixi məlumatlar qədim müəlliflərin əsərlərində 
əks olunmuşdur.  
«Eramızın  I  minilliyinə  aid  mənbələrdə  Kürdən 
cənubdakı  ərazidə  yalnız  alban,  sak,  qarqar,  sode  və  uti 
adları  ilə  məlum  olan  tayfalar  haqqında  məlumat  verilir. 
Qarabağda  erkən  və  orta  əsrlərdə  türkdilli  Aran,  Tərtər, 
Donqar,  Peçenek,  Hun,  Qoros  (Xoros),  Vərəndə,  Tuğ  və 
digər tayfalar yaşamışlar» (6, s.58) 
Məlum  olduğu  kimi  Qarabağda  alban  tayfalarının 
müəyyən hissəsi məskunlaşmışlar. Bu şübhəsizdir. Ona görə ki, 
Qarabağ  Albaniya  dövlətinin  tərkib  hissəsi  idi.  «Dağlıq 
Qarabağda  «Alban»  etnosunu  əks  etdirən  toponimlərin  indiyə 


 
22 
kimi qalması bunu aydın surətdə göstərir». (6, s. 59) 
Q
arabağın köklü əhalisi türkdilli – qarqarlar, hunlar, 
qoroslar, peçeneklər, qıpçaklar və xəzərlər idilər. (6, s. 126) 
Bütün  bunlar  göstərir  ki,  «Arsaxın-Qarabağın  yerli 
əhalisi  Qafqazdilli  tayfalar  və  ya  da  ermənilər  olmamışlar. 
Burada həmişə azərbaycanlıların ulu babaları yaşamışlar (6, 
s. 126)». 
Arsax  sözünün  mənası  haqqında  yuxarıda  fikir 
söyləmişik.  Bir  daha  qeyd  etmək  yerinə  düşər  ki,  Arsaq-türk 
dilli  xalqların  sözüdür.  Arsaq  erməni  sözü  deyil,  bu  sahədə 
elmdə  də  heç  bir  məlumat  da  yoxdur.  Qarabağda  ermənidilli 
toponimlər,  daha  dəqiq  desək,  ermənilərin  yaşayış 
məntəqələrinin adları da yoxdur. «Tarixdə iki böyük hadisə – 
alban  xristian  kilsəsinin  erməni  kilsəsinə  tabe  edilməsi  və 
albanların  böyük  əksəriyyətinin  İslam  dinini  qəbul  etməsi 
vahid  alban xalq
ının taleyini başqa cür həll etdi: - albanlar 
dini mənsubiyyətə görə iki düşmən hissəyə parçalandı (6, s. 
134).  
Beləliklə  də  Dağlıq  Qarabağın  indi  «erməni»  adlanan 
əhalisinin  ulu  əcdadları  haqqında  tarixi  həqiqəti  deyə  bilərik: 
«Onların  ulu  əcdadları  məhz  xristian  albanlarıdır».  (6,  s. 
139) 
Qarabağda yaşayan ermənilərin damarlarından axan qan 
xristian  albanlarının  qanıdır.  Faktlar  bir  daha  sübut  edir  ki, 
vətəni,  paytaxtı,  mədəni  irsi,  siyasi  sistemi  olmayan  erməni 
ünsürləri tarixdə yadda qalan şəxsiyyət yetirə bilməmişdir.   
İndi  erməni  ünsürləri  utanmadan  Dağlıq  Qarabağın 
avtoxton,  yəni  yerli  əhali  olduqlarını  bütün  dünyaya  bildirmək 
üçün hər cür alçaqlığa, yalan və iftiralara əl atırlar. Onların bu 
əməllərini  təkzib  edən  dəlilləri  yuxarıda  göstərdik.  Daha  bir 
tarixi  faktı  qeyd  etmək  yerinə  düşərdi:  -  «1727-ci  ildə  Dağlıq 
Qarabağın  5  mahalına  mənsub  kəndlərin  tərtib  olunmuş 
siyahısı  erməni  yalanlarını  sübuta  yetirən  olduqca  tutarlı 
dəlildir. Talış və ya Gülüstan, Xaçın, Çiləbörd, Vərəndə və 
Dizaq  mahallarında  yerləşən  196  kənddən  yalnız  ermənicə 


 
23 
izah  oluna  bilən  iki  kənd  adı  var:  -  Arçazor  və  Noraşen- 
«Təzəkənd». Bütün bunlar bir daha sübut edir ki, erəmnilər 
Qarabağa  çox-çox  sonralar  gəlmiş  və  xristian  albanlarla 
qaynayıb qarışmışlar (6, s. 149-151). 
Erməni ünsürlərinin Azərbaycan ərazilərinə, o cümlədən 
də  Dağlıq  Qarabağa  kütləvi  surətdə  köçürülməsi  1826-1828-ci 
illər  Rus-İran  müharibəsi  ilə  əlaqədardır.  Bu  müharibəni 
yekunlaşdıran  Türkmənçay  sülh  müqaviləsi  Rusiya 
imperiyasına  geniş  siyasi  səlahiyətlər  verdi.  Bundan  istifadə 
edən Rusiya imperiyası özünə siyasi dayaq yaratmaq üçün İran 
və  Osmanlı    Türkiyəsindən  erəmniləri  kütləvi  sürətdə  Qərbi 
Azərbaycan  ərazisinə,  yəni  İrəvan  xanlığı  torpaqlarına  və 
Qarabağa  gətirib  məskunlaşdırmağa  başladı.  Bu  faktı  Rusiya 
imperiyasının məmurları da təsdiq edirlər. «Türkməkçay» sülh 
müqaviləsi  əsasında  8249  erməni  ailəsi  Zaqafqaziyaya 
köçürülüb  İrəvan  xanlığı  ərazisində  və  QARABAĞ  xanlığı 
ərazilərində  yerləşdirildi.  Ümumiyyətlə  1828-ci il 10 fevral 
Türkmənçay sülh müqaviləsindən sonra, dəqiq desək, 1830-
cu  ilə  kimi  Rusiya  imperiyası  Zaqafqaziyaya  İrandan  40 
min,    Osmanlı  Türkiyəsindən  isə  84  min  erməni  ailəsini 
köçürüb  yerləşdirdi.  Onların  böyük  əksəriyəti  yuxarıda 
göstərildiyi  kimi  Azərbaycan  torpaqlarında  –  İrəvan  və  
Qara
bağ xanlıqları ərazilərində yerləşdirildilər. (7, s. 59) 
«1908-
ci ildə Zaqafqaziyaya gətirilən ermənilərin sayı 
1 300 
000 çatmışdı» (7, s.60) 
Qarabağ  əhalisinin  maddi  təsərrüfat,  mədəniyyəti,  inam 
və  etiqadlarına  aid  zəngin  etnoqrafik  məlumatları  təhlil  edib, 
tarixi mənbələrə istinad edən İ.P.Petruşevski yazırdı:  
«Qarabağ  heç  vaxt  erməni  mədəniyyətinin  mərkəzi 
olmamışdır.  Qarabağ  mədəniyyəti  vahid  mərkəz  olub, 
Azərbaycan xalqına məxsusdur». (8, s.12) 
Qarabağın  etimologiyası  haqqında  nə  demək  olar?  Bu 
barədə müxtəlif mülahizələr mövcuddur. Mülahizə söyləyənlərin 
hamısı Qarabağı ölkə və ya düzənlik kimi təsəvvür etmiş «bağı» 
bəzən «meşə» kimi qəbul etmişlər.  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə