Microsoft Word Кitab-yunis hazir. Doc


«Fərziyyə  müəlliflərini  çaşdıran  «qara»  sözü



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə8/77
tarix30.12.2017
ölçüsü2,8 Kb.
#18836
1   ...   4   5   6   7   8   9   10   11   ...   77

 
24 
«Fərziyyə  müəlliflərini  çaşdıran  «qara»  sözü 
olmuşdur.  Toponimçi  tədqiqatçıların  əksəriyyəti  «qara»nı 
rəng  kimi  başa  düşdüklərindən,  Qarabağı  «qara  üzümlü», 
«qara  yarpaqlı»  bağ  kimi  izah  etməyə  səy  göstərmişlər. 
Respublikamızın  toponimiyasında  qara  ilə  gələn  coğrafi 
adların  tədqiqi  qaranın  vaxtilə  «rəng»,  «ağır»,  «qərb», 
«böyük»,  «qoçaq»,  «sıx»,  «qalın»,  «çoxluq»  mənalarında 
işlədildiyi müəyyən edilmişdir. (9, s.14) 
Qarabağ  toponimiyası  haqqında  Azərbaycan  toponimçi 
alimlərinin   əldə etdikləri elmi nəticələrə müraciət etmək daha 
faydalı olardı.  
Tədqiqatçı  toponimçi  alim  Ş.Sədiyev  «QARABAĞIN» 
mənasından bəhs edərkən yazır:  
«Qarabağ»  sözünün  dilimizə  daxil  olduğu  əsri  dəqiq 
söyləmək  çətindir.  Lakin  Azərbaycan  tarixinə  aid 
mənbələrdə  onun  VII  əsrdən  bu  və  ya  digər  fonetik 
dəyişmələrdə  işləndiyini  deyə  bilərik.  Bu  söz  qədim  tarixi 
kitablarda  müxtəlif  şəkillərdə  yazılır.  Çox  güman  ki,  belə 
kitabların  müəllifləri  Qarabağ  sözünü  bəzən  dəyişərək  öz 
milli tələffüzlərinə uyğunlaşdırmış, bəzən də başqa xalqların 
Qarabağa verdikləri adlarla əvəz etmişlər.  
… Qarabağ, Azərbaycanın müəyyən coğrafi hissəsinə 
verilmiş tarixi –ənənəvi addır. O, Azərbaycan dilinə məxsus 
qara  və  bağ  sözlərindən  ibarətdir.  Mənaları  asan  anlaşılan 
qara sifəti və bağ ismi birləşərək tərkibcə mürəkkəb bir söz - 
Qarabağ sözünü əmələ gətirmişdir.  
V.Liokqobitov  «Qafqaz  arxasındakı  rüs  mülklərinin 
icmalı» əsərində göstərir ki, meşələrinə görə zəngin olan bu 
ölkə…  Azərbaycan  dilində  qara  bağ  mənasını  verən 
«Qarabağ» adını almışdır. Q.Qan adlı başqa müəllif yazır ki, 
Qarabağ  –  qara  və  bağ  sözlərindəndir.  Qara  yarpaqlı 
(həmyaşıl)  bağlar  deməkdir.  M.Bodnarski  «Coğrafi  adlar 
lüğəti»ndə  qeyd  edir  ki,  Qarabağ  –qara  yarpaqlı  bağlar 
ölkəsi  deməkdir.  Müasir  elmi  ədəbiyyat  həmin  fikirləri 
qəbul etmişdir. (10, s.15) 


 
25 
Onu  da  demək  lazımdır  ki,  Ş.Sədiyev  «Qarabağ» 
sözünün  mənasını  və  bu  coğrafi  adın  yaranma  tarixi  haqqında 
elmi  məlumatı  Şuşa  kənd  təsərrüfatı  texnikumunun  tələbəsinin 
xahişi ilə açıqlamışdır. 
Coğrafiyaşünas  toponimçi  Rəmzi  Yüzbaşov  da 
«QARABAĞ»  toponimi  haqqında  maraqlı  və  dəyərli  fikirlər 
söyləyir.  R.Sədiyev  Dağlıq  Qarabağ  ərazisində  228  yaşayış 
məntəqə  adını,  28  su  obyekti  adını,  33  oronim  (oronim-
düzəltmə  quruluşlu  coğrafi  yer  adı  mənasını  verir),  cəmisi 
239 toponim əsas götürərək onları təhlil etmiş və əməli elmi 
nəticələr əldə etmişdir.  
R.Yüzbaşov Qarabağ adının söz kimi VII əsrdən, əyalət 
kimi X
III əsrdən işlədilməsindən bəhs edərək yazır:  
«Aparılan  elmi  araşdırmlar  göstərir  ki,  bu  adların 
«ANASI»  vaxtilə  Araz  çayının  sahilində    yerləşən  Qarabağ 
şəhəri  mövcud  olmuşdur.  Bu  şəhərin  XVII  əsrin  birinci 
yarısına  qədər  mövcud  olması  haqqında  dəqiq  kartoqrafik 
məlumat  əldə  edilmişdir.  XVII  əsrin  I  yarısında  alman 
səyyahı  Adam  Olearinin  tərtib  etdiyi  «İran  səltənəti»  adlı 
xəritədə Qarabağ yaşayış məntəqəsi 39
0
 
şimal en dairəsi ilə 
89
0
  20
/
 
şərq  uzunluq  dairəsinin  kəsişdiyi  nöqtədə  göstrilir. 
Xəritədə  Cənubi  Azərbaycandan  keçən  və  Qarasu  çayının 
yatağı  yaxınlığı  ilə  uzanaraq,  Kiçik  Qafqaza  daxil  olan 
mühüm  bir  ticarət  yolunun  Qarabağ  şəhərindən  keçdiyi 
göstərilir…  Həmin  şəhər  XVII-XVIII  əsrlərdə  baş  verən 
müharibələr  nəticəsində  dağılıb  məhv  olmuşdur.  Şəhər 
adının  böyük  bir  əraziyə  verilməsi  onun  mühüm  ticarət 
mərkəzi  və  nəqliyyat  qovşağı  olduğunu  göstərir.  Şəhər  nə 
qədər  yaşamışdır?  Əlbəttə  bu  suala  arxeoloqlarımız 
gələcəkdə  daha  dəqiq  cavab  verəcəklər.  Biz  isə  Qarabağ 
sözünün  VII  əsrdən  mövcud  olduğunu  nəzərə  alıb,  onun 
1000 ildən artıq ömür sürdüyünü söyləyə bilərik».  
Qarabağ  sözünün  mənası  haqqında.  Bu  sözün 
mənasını  şərh  edənlər  «qara»nın  mənasını  həmişə  rəng  adı 
kimi  düşündüklərindən,  adın  düzgün  mənasını    izah  edə 


 
26 
bilməmişlər. Bağa nə üçün qara deyilsin? Bu suala məntiqi 
cavab  verən  olmamışdır.  Son  zamanlarda  Azərbaycan 
toponimikası sahəsində aparılmış işlər nəticəsində «qara»nın 
bir  neçə  mənası  müəyyən  edilmişdir;  onlardan  biri  də 
«qalın»,  «sıx»  deməkdir.  Buna  əsasən  demək  olar  ki,  Araz 
çayının  sahilindəki  Qarabağ  şəhəri  son  dərəcədə  bağlı-
bağatlı olduğundan belə adlandırılmışdır.  
Öyrənilən  ərazidə  müəyyən  edilən  şəffaf  adların  67 
faizi  (113  vahidi)  Azərbaycanca,  18  faizi  (31  vahidi) 
ermənicə,  3  faizi  (5  vahidi)  rusca,  12  faizi  (21  vahidi) 
hibritdir» (11, s. 86, 92). 
Göründüyü kimi Qarabağda Alban, Azərbaycan, erməni 
və  rus  toponimik  layları  mövcuddur.  Bunların  ən  güclüsü 
Azərbaycan laylarıdır. Ermənicə olan toponimlərin yaranmasına 
səbəb,  onların  Qarabağa  köçürülüb  gətirilmələri  və  türkdilli 
tayfaların əhatəsində yaşamaları olmuşdur.  
Dağlıq Qarabağın, Muğan, Şirvan, Naxçıvan, Gəncə, 
Qarabağ  əyalətləri  ilə  əhatə  olunduğunu  nəzərə  alsaq 
yuxarıda  qeyd  etdiyimiz  vəziyyətin  yaranmasındakı  coğrafi 
və tarixi şərati dərk etmiş olarıq» (11, s.92) 
Daha bir misa
l.  «Qarabağ»  termini  «xalq  və  bağ», 
«böyük bağ», «şəfalı bağ» və s. mənasını kəsb edir. Bu adın 
Azərbaycanın  Kür  və  Araz  çayları  arasındakı  mənzərəli 
ərazilərə şamil olunması monqol - türk qəbilələrinin ölkəyə 
gəlmələri  ilə  bağlıdır…  Həmin  ərazi  Qafqaz  Albaniyasının 
tarixi  ərazisi  olub,  əsasən  Arsax,  Sünik,  Uti,  Sakasena  və 
Paytakaran  vilayətlərini  əhatə  edirdi  və  bu  adla  da 
tanınırdı» (12, s. 98-99). 
Əlbətə  Qarabağ  sözünün  mənası  haqqında  daha  çox 
misallar  gətirmək  olar.  Qarabağ  Azərbaycan  Respublikasının 
qədim ərazisidir. O, qədim tarixə malikdir və bu söz birmənalı 
olaraq Azərbaycan xalqına məxsusdur.  
XX əsrin əvvəllərinə kimi  Qarabağ coğrafi məkan kimi 
tam  halda,  Qarabağ  adlandırılırdı.  Hər  bir  ölkənin  düzənlik, 
dağlıq,  dərə,  təpə,  çəmənlik,  meşə  və  digər  coğrafi  əraziləri 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə