Microsoft Word Кitab-yunis hazir. Doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə4/77
tarix30.12.2017
ölçüsü2,8 Kb.
#18836
1   2   3   4   5   6   7   8   9   ...   77

 
12 
G.N.İsmayılova XIX-XX əsrin əvvəllərində Şuşa şəhəri-
nin  tarixinə  həsr  etdiyi  dissertasiya  işində  (98)  «Qarabağna-
mələr»dən istifadə etsə də, bütövlükdə həmin tədqiqatda başlıca 
yeri məhz xanlığın paytaxtı olmuş bu şəhər-qalanın tarixi tutur. 
S.Kərimova və V.Umudovun 90-cı illərdə müdafiə etdik-
ləri namizədlik dissertasiyalarında bizi maraqlandıran məsələlə-
rə də qismən toxunulmuşdur (40;73). Y.Ağamalının 2002-ci ildə 
müdafiə etdiyi dissertasiya işinin (5) tədqiqat obyekti yerli mən-
bələr  əsasında  Qarabağ  xanlığının  tarixini  araşdırmaq  olmadı-
ğından müəllif daha çox xanlığın xarici siyasətini, qonşu xanlıq-
lar və dövlətlərlə münasibətlərini diqqət mərkəzinə çəkmişdir. 
Z.Ə.Hacıyeva  bu  yaxınlarda  müdafiə  etdiyi  namizədlik 
dissertasiyasında  (25)  Qarabağ  xanlığının  tarixini  bütövlükdə 
araşdırmamış, xanlığın sosial iqtisadi münasibətlərini və dövlət 
quruluşu təhlil etməklə kifayətlənmişdir. 
Görkəmli şərqşünas və tarixçi alim İ.P.Petruşevski Qara-
bağ  xanlığının  tarixinə  aid  ayrıca  bir  tədqiqat  həsr  etməsə  də, 
onun bir sıra araşdırmalarında (123; 124) Azərbaycanın XVIII-
XIX  əsrlər  tarixinin çox mühüm sosial-iqtisadi,  və  siyasi  pro-
blemlərinə ətraflı şəkildə toxunulmuşdur. 
H.Ə.Dəlili  tariximiz  üçün  çox  qiymətli  olan  əsərində 
(15)  Azərbaycanın  cənub  xanlıqlarının  tədqiqi  ilə  kifayətləndi-
yin
dən  burada  Qarabağ  xanlığının  tarixinə  diqqət 
yet
irilməmişdir. 
Azərbaycanın  sovet  tarixçilərindən  E.A.Paxomovun  və 
Ə.S.Ubaydulinin əsərlərində xanlıqların sosial-iqtisadi strukturu
sosial-
silki  quruluşu  və  xüsusilə  torpaq  sahibliyi  formaları 
haqqında çox qiymətli məlumatlar vardır (125). 
V.N.Leviatovun 
Azərbaycanın  XVIII  əsr  tarixinə  həsr 
etdiyi monoqrafiyasında (109) Qarabağ xanlığı haqqında müəy-
yən  məlumatlarla  qarşılaşırıq.  H.B.Abdullayevin  əsərlərində 
(82;  83)  Azərbaycanın  xanlıqlar  dövrünün  sosial-iqtisadi  və 
hərbi-siyasi  xarakterli  problemlərinə  toxunulsa  da,  Qarabağ 
xanlığı  ayrıca  tədqiq  olunmamışdır.  Müəllif  daha  çox  Şimal  – 
şərqi Azərbaycan torpaqlarına, Quba xanlığına daha çox diqqət 


 
13 
yetirmiş  və  Azərbaycanın  Rusiya  ilə  qarşılıqlı  münasibətlərini 
dərindən öyrənməyə çalışmışdır. 
Tarix  elmləri  doktoru  K.K.Şükürovun  son  vaxtlar 
apardığı  elmi  araşdırmaların  yekunu  kimi  2004-cü  ildə  çap 
etdirdiyi  monoqrafiyada  bütövlükdə  Azərbaycanın  əhali  prob-
lemləri  mövcud  mənbələr  və  ədəbiyyat  əsasında  hərtərəfli 
şəkildə təhlil olunmuşdur (72). Müəllif Qarabağ xanlığını xüsusi 
tədqiqat  obyekti  kimi  seçməsə  də,  xanlığın  demoqrafiya 
problemlərinə,  o  cümlədən  çar  Rusiyası  tərəfindən  bölgəyə 
ermənilərin  köçürülməsi  məsələsinə  ümumi  şəkildə  toxun-
muşdur. 
M.İ.Abdullayevin  araşdırmalarında  (2;  3)  Şimali  Azər-
baycan 
xanlıqlarının,  o  cümlədən  Qarabağ  xanlığının  aqrar 
quruluşu  torpaq  və  vergi  münasibətləri,  bölgəyə  ermənilərin 
köçürülməsi  və  onun  nəticələri,  rus  müstəmləkəçiliyi  ətraflı 
şəkildə təhlil olunmuşdur. 
R.S.Hüseynlinin  Azərbaycan  ruhaniliyinin  tarixinə  həsr 
et
diyi  monoqrafiyasında  (30)  xanlıqlar  çağında  ruhani 
zümrəsinin  cəmiyyətin  həyatında  və  idarəetmə  sistemində  yeri 
və  rolunun    müəyyənləşdirilməsinə  cəhd    göstərilmişdir. 
Monoqrafiyada  irəli  sürülən  elmi  müddəalardan  Qarabağ 
xanlığında  ruhani  zümrəsinin statusunun  öyrənilməsi  üçün  və 
analoji təhlillər aparılarkən istifadə olunmuşdur. 
S.Ə.İbişovun  2004-cü  ildə  çap  etdirdiyi  əsasən 
demoqrafik  tədqiqat  xarakterli  monoqrafiya  (35)  Quba 
xanlığının əhalisinin öyrənilməsinə həsr olunmuşdur. Müəllifin 
bütün  tədqiqat  boyu  gəldiyi  elmi  nəticələr,  bəhrələndiyi 
yanaşma  üsulları  Qarabağ  xanlığının  əhali  problemlərinin 
tədqiqi zamanı bizim üçün də çox faydalı  olmuşdur. 
R.Göyüşovun  1993-cü  ildə  nəşr  etdirdiyi  əsərində  (24) 
əsas  diqqət  Qarabağın  qədim  tarixinin  öyrənilməsinə  verilmiş-
dir.  Digər müəllif  Q.Ə.Qeybullayev  isə  öz  əsərində  (44) Qara-
bağın etnik tarixini öyrənilməsinə daha geniş yer vermişdir. Hər 
iki müəllif «Qarabağnamə»lər əsasında Qarabağın bütün tarixi-
nin  kompleks  şəkildə  öyrənilməsi  məsələsini  qarşıya  məqsəd 


 
14 
kimi  qoymamışdılar.  Mərhum  Ə.Hüseynzadənin  tarixşünaslıq 
səpgisində yazdığı çox qiymətli əsərində (33) «Qarabağnamə»-
lərin  tariximiz  üçün  bir  mənbə  kimi  əhəmiyyətinin  və  yerinin 
müəyyənləşdirilməsinə cəhd göstərilmişdir. XX əsrin 90-cı illə-
rində  Z.M.Bünyadov,  Y.B.Yusifovun  elmi  redaktorluğu  ilə  və 
S.S.Əliyarlının elmi redaktəsi altında çapdan çıxmış Azərbaycan 
tarixi  dərsliklərində  (8;9)  Qarabağ  xanlığının  tarixinə  kifayət 
qədər  geniş  yer  verilmişdir.  Həmin  kitablardakı  materiallar 
mövzuya aid olan 
bir çox problemlərin aydınlaşdırılması zamanı 
çox gərəkli olmuşdur. 
İstər XX əsrin 50-ci illərinin sonu – 70-ci illərinin əvvəl-
lərində  nəşr  olunmuş  üçcildlik  «Azərbaycan  tarixi»nin  birinci 
(B.,  1968),  istərsə  də  son  illərdə  nəsri  başa  çatdırılmış  yeddi-
c
ildlik  «Azərbaycan  tarixi»nin  üçüncü  cildində  (B.,  1998), 
habelə Azərbaycan MEA-nın müxbir üzvü, mərhum M.Ə.İsma-
yılovun tərtib etdiyi «Azərbaycan tarixi»ndə Qarabağ xanlığının 
sosial-iqtisadi, ictimai-
siyasi və mədəni  həyatı tarixinə ümumi 
şəkildə  nəzər  salınmış,  bu  dövlətin  həyatından  bir  sıra  mühüm 
olaylar qabarıq şəkildə işıqlandırılmışdır. 
İranda da son vaxtlar bir sıra müəlliflər fars dilində Qara-
bağ  xanlığının  tarixinə  aid  əsərlər  yazmışlar.  Həmin  əsərlərdə 
«Qarabağnamə»lərdən  də  istifadə  edilmişdir.  Əlirza  Rahvər 
Diqvan,  Pərviz  Hare  Şahmers  birlikdə  yazdıqları  «Tarix-i 
Qarabağ» adlı əsərdə (140) bu bölgənin tarixi keçmişi, Qarabağ 
xanlığının  yaranması,  bu  xanlığın  hərbi-siyasi  prblemlərini 
ümumi səpkidə şərh etmişlər. 
Məhəmməd Hafizzadə də fars dilində 2001-ci ildə Təb-
rizdə nəşr etdirdiyi «Qarabağ» adlı əsərində Qarabağ xanlığına 
ayrıca  bölmə  həsr  etmişdir.  Müəllif  qeyd  edir  ki,  «Qarabağ 
mahalı  tayfaları  mənşə  etibarilə  albanlar  olmuşlar…  Alba-
niya
nın şərq sahili əhalisi heç vaxt erməni ola bilməzdi və bu 
ərazi  Ermənistan  da  sayıla  bilməzdi…»  Tarixi  sənədlər 
göstərir ki, Gülüstan və Türkmənçay müqavilələrindən öncə 
Dağlıq Qarabağ əhalisinin çox az hissəsini xristianlaşdırılmış 
albanların azsaylı nəsilləri təşkil edirdi. Müəllif qeyd edir ki, 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə