Microsoft Word Кitab-yunis hazir. Doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə20/77
tarix30.12.2017
ölçüsü2,8 Kb.
#18836
1   ...   16   17   18   19   20   21   22   23   ...   77

 
61 
bünövrəsi  qoyuldu.  Bədnam  «Böyük  Ermənistan»  ideyaları 
təbliğ olunmağa başlandı. 
Cənubi  Qafqazda  sovet  işğalından  sonra  ermənilər  daha 
da azğınlaşdılar. Sovet imperiyasında rəhbər vəzifələrə soxulan 
ermənilər  Moskvanın  köməyi  ilə  Azərbaycan  torpaqları 
hesabına  «ərazilərini»  genişləndirməyə  başladılar.  Qərbi 
Azərbaycan  torpaqlarında  özlərinə  sığınacaq  tapan  ermənilərə 
əsrlər  boyu  Qarabağ  bəylərbəyliyi  və  xanlığın  ərazisi  olan 
Zəngəzur  mahalı,  o  cümlədən  Mehri,  Qapan (indiki Qafan), 
Gorus  və  başqa  ərazilər  rusların  əli  ilə  Ermənistan  SSR-ə 
verildi. 
1923-
cü  il  7  iyulda  Moskvanın  təzyiqi  ilə  Qarabağın 
dağlıq hissəsində Dağlıq Qarabağ Muxtar Vilayəti təşkil olundu. 
Halbuki  Ermənistan  SSR  ərazisində  öz  tarixi  torpaqlarında 
yaşayan, sayca gəlmə Qarabağ ermənilərindən qat-qat çox olan 
Azərbaycan  türklərinə  heç  bir  muxtar  hüquq  verilməməsi,  4,4 
min kvadrat kilometr ərazidə belə bir bədnam vilayətin təşkilinə 
heç  bir  ehtiyac  yox  idi.  Şuşa  şəhərinin  köməkçi  hərbi  və 
təsərrüfat  qəsəbəsi  olan  Xankəndi  (Stenapakert)  vilayətin 
mərkəzi  elan  olundu.  10-dan  artıq  dağıdıcı  müharibəyə  sinə 
gərmiş,  dörd  yüzə  qədər  memarlıq  abidəsi  olan  Şuşa  şəhəri 
1923-
cü  ildən  sonra  ikinci  plana  keçdi.  Qarabağ  xanlığının 
mərkəzi  olmuş  Şuşa  ermənilərin  təzyiqinə  məruz  qaldı. 
Ermənilər  saxta  yolla  vilayətdə  öz  saylarını  artırırdılar. 
M.Qorbaçovun  «yenidənqurma»sından  istifadə  edən  ermənilər 
13 fevral 1988-
ci  ildə  Xankəndində  antiazərbaycan  qiyamı 
qaldırdılar.  Azərbaycanın  o  zamankı  səriştəsiz  rəhbərləri  bu 
problemi həll edə bilmədilər. Bundan istifadə edən M.Qorbaçov 
Azərbaycana, onun ayrılmaz tərkib hissəsi olan Qarabağa yaxşı 
silahlanmış qoşun hissələri yeritdi. Bununla da Qarabağ, demək 
olar  ki,  Azərbaycanın  nəzarətindən  çıxarıldı.  Ermənipərəst 
siyasət yeridən Qorbaçov 1989-cu ilin yanvar ayında SSRİ Ali 
Sovetinin Rəyasət Heyəti adından «Azərbaycan SSR-in DQMV-
də  Xüsusi  İdarəçilik  formasının  tətbiqi  haqqında»  qərar  verdi. 
Vaxt  itirmədən  ermənipərəst  A.Volskinin  rəhbərliyi  altında 


 
62 
Moskvaya tabe olan Xüsus
i İdarəçilik Komitəsi (XİK) yaradıldı. 
Beləliklə  də  DQMV  əməli  olaraq  Azərbaycana 
tabeçilikdən  çıxarıldı.  XİK  əsas  vəzifəsini,  yəni  Azərbaycanın 
qədim torpağı olan Qarabağın Dağlıq hissəsi deyil, bütövlükdə 
Qarabağı erməni-rus işğalçılarının ixtiyarına keçirmək vəzifəsini 
yerinə yetirdi. 
Azərbaycanın  demokratik  qüvvələrinin  güclü  təzyiqi 
altında  SSRİ  Ali  Sovetinin  Rəyasət  heyəti  28  noyabr  1989-cu 
ildə XİK ləğv etdi. Lakin artıq gec idi. 
Qarabağ birdir. Onun aranı da var, dağı da var. Təbiət bu 
diyarı belə yaratmışdır. Qarabağ heç vaxt, istər qədimdə, istərsə 
də  Rusiya  və  sovet  imperiyaları  dövrlərində  Ermənistanın 
olmamışdır  və  olmayacaqdır.  Ermənilər  Cənubi  Qafqaza 
gəlmədilər, onların bu diyarda heç bir yeri və rolu olmamışdır. 
Onlar  Qərbi  Azərbaycan  torpaqlarını  qəsb  etmiş  yabançılar  və 
gəlmələrdirlər.


 
63 
II  
F Ə S İ L 
QARABAĞ XANLIĞININ YARANMASI VƏ 
XANLIĞIN DAXİLİ HƏYATI 
«QARABAĞNAMƏLƏR»DƏ 
2.1. QARABAĞ XANLIĞININ YARANMASI 
VƏ İCTİMAİ-SİYASİ QURULUŞU 
Nadir  şahın  1747-ci  ildə  öldürülməsindən  sonra 
Azərbaycan  ərazisində  yaranan  feodal  dövlətlərindən  biri  də 
Qarabağ  xanlığı  idi.  Qarabağ  xanlığının  meydana  çıxması  və 
formalaşmasının  müəyyən  özünəməxsus  cəhətləri  vardır. 
N.Axundovun  yazdığı  kimi,  əgər  Bakı,  Təbriz,  Şəki,  Quba, 
Ərdəbil,  Gəncə  və  digər  xanlıqlar  tarixən  siyasi,  iqtisadi  və 
mədəni  mərkəz  kimi  inkişaf  etmiş  şəhərlərin  ətrafında 
yaranmışdısa,  Qarabağ  xanlığının  banisi  Sarıcalı  Pənahəli  xan 
Cavanşir  yaratdığı  xanlıq  üçün  məxsusi  mərkəz,  paytaxt  da 
yaratmalı olmuşdur (6, s.25). 
Qarabağ  salnaməçilərinin  hamısı  Qarabağ  xanlığının 
yaranmasını Sarıcalılı Pənahəli xanın adı ilə bağlayırlar. Mirzə 
Adıgözəl bəy Pənahəli bəyin (İbrahimxəlil ağanın babası - Y.H.) 
əslən  Sarıcalı  tayfasından  olduğunu  qeyd  etmişdir  (54,  s.31). 
Mirzə Camal Cavanşir isə onun bu fikrini Cavanşirlərin Sarıcalı 
oymağından  olmasını  yazmaqla  qəbul  edir  (55,  s.110).  Mirzə 
Camal  bəy  Qarabaği  «Qarabağnamə»sində  yazır:  «Mərhum 


 
64 
Pənah  xanın  əsl-nəsəbi  Dizaxın  Cavanşir  elindəndir.  Bu  el 
qədim  zamanlarda  Türküstandan  gəlmiş  Bəhmənli  elinin  bir 
qolu ol
an  Sarıcalı  oymağındandır.  Bunların  ata-babaları 
Cavanşir eli arasında məşhur, adlı-sanlı, çörəkli, mal-dövlət və 
ehsan sahibi olmuş adamlar idilər» (55, s.110).  
Mirzə Yusif Qarabaği və Rzaqulu bəy Mirzə Camal oğlu 
əsərlərində  Qarabağ  xanlarının  mənşəyi  ilə  bağlı  məsələdə 
Mirzə Camalın bu barədə yuxarıda gətirdiyimiz mülahizələrinə 
istinad etmişlər (58, s.14; 67, s.208). Ancaq bu salnaməçilərdən 
Əhməd  bəy  Cavanşir  və  Mirmehdi  Xəzani  əsərlərində  əvvəl 
adları  çəkilən  müəlliflərdən  fərqli  olaraq,  Qarabağ  xanlarının 
türk-
türkmən  deyil,  monqol  soyundan  olmaları  ilə  bağlı 
rəvayətlərə  üstünlük  vermişlər.  Ancaq  onların  bu  ehtimallarını 
mötəbər  mənbələr  təsdiq  etmir  (17,  s.158;  53,  s.105).  Belə  ki, 
Fəzlullah  Rəşidəddinin  «Cami  ət-təvarix»  adlı  əsərində 
sadaladığı monqol tayfalarının sırasında Cavanşir tayfasının adı 
çəkilməmişdir. Səfəvilər dövrünün mötəbər qaynaqlarına istinad 
edən  F.Sümərin  əsərində  isə  otuz  iki  türkmən  tayfasının 
içərisində  Cavanşirlərin  də  adı  çəkilmiş  və  onların  XVI-XVII 
əsrin  əvvəllərində  Qarabağda  məskun  olduqları  göstərilmişdir 
(79,  s.198,199).  «Gəncə-Qarabağ  əyalətinin  müfəssəl  dəftəri» 
adlı rəsmi sənəddə isə yazılmışdır: «Cavanşir tayfasının Sarıcalı 
oymağı...  Xaçın  nahiyəsində,  Tərnəküt  torpağında  qışlayır... 
Güştağ  adlı  yerdə  yaylayır.  Bayat  torpağında  Doğalan  və 
Zəliyan  çayları  kənarında  əkinçiliklə  məşğul  olurlar»  (23, 
s.449). 
«Qarabağnamələr»in  demək  olar  ki,  hamısında  XVIII 
əsrin  əvvəllərində  Azərbaycanda  baş  vermiş  siyasi  hadisələrin 
təsvirləri 
üst-üstə 
düşür. 
Mirzə 
Adıgözəl 
bəyin 
«Qar
abağnamə»si  ilə  Mirzə  Camalın  «Qarabağ  tarixi» 
əsərlərinin  müqayisəli  təhlili  göstərir  ki,  XVIII  əsrin  birinci 
yarısında  Azərbaycanda,  o  cümlədən  də  Qarabağda  baş  verən 
siyasi hadisələr bir-birini tamamlamışdır. 
Məlum olduğu kimi, XVIII əsrin əvvəllərində bir vaxtlar 
çox möhtəşəm səltənət sahibi olmuş Səfəvilərin hakimiyyəti son 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə