Microsoft Word Кitab-yunis hazir. Doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə18/77
tarix30.12.2017
ölçüsü2,8 Kb.
#18836
1   ...   14   15   16   17   18   19   20   21   ...   77

 
55 
Mirmehdi  Xəzaninin  salnaməsinin  yazılma  tarixi  dəqiq 
məlum  deyildir.  Lakin  onun  1905-ci  ildə  üzü  köçürülmüş  B-
1917  nömrəli  nüsxəsində  göstərilir  ki,  «əsər  1866-cı  ildən 
mövcuddur». 
Yuxarıda adları qeyd edilən «Qarabağnamələr»dən başqa 
M.Baharlının  «Əhvalati-Qarabağ»,  Mirzə  Xosrov Axundovun 
«Qarabağ  tarixi»  və  Həsən  İxfa  Əlizadənin  «Şuşa  şəhərinin 
tarixi»,  Mirzə  Rəhim  Fənanın  və  Həsənəli  Qaradağinin  də 
Qarabağ tarixinə aid fraqmentləri də vardır. M.Baharlı və Mirzə 
Xosrov  Axundov  öz  əsərlərində  tələsikliyə  yol  vermiş  və 
hadisələri,  demək  olar  ki,  şərh  etməmişlər.  Baharlı  «Əhvalati-
Qarabağ» əsərində Qarabağ tarixindən daha çox onun memarlıq 
abidələri,  tarixi  şəxsiyyətləri,  adət-ənənələri,  etnoqrafik 
xüsusiyyətlərindən danışır. Bu əsər 1888-ci ildə yazılmışdır (10, 
s.270). 
Göründüyü 
kimi  «Qarabağnamə»lər  istər  quruluşca  və 
istərsə də məzmun etibarilə bir-birinə çox oxşardır. Ona görə ki, 
bu  salnamələr  eyni  dövrü,  oxşar  fakt  və  hadisələri  əhatə  edir. 
«Qarabağnamə»lər  uzun  müddət  işıq  üzü  görməmiş, 
ictimaiyyətə  çatdırılmamışdır.  Bu  salnamələr  elmi  ədəbiyyatda 
istənilən  səviyyədə  bir  mənbə  kimi  istifadə  edilməmişdir.  XX 
əsrin 60-70-ci illərinə kimi ali, orta ixtisas və orta ümumtəhsil 
məktəblərinin  tələbə  və  şagirdləri  salnamələrdən  xəbərsiz 
qalmışdır. «Qarabağnamələr»in üçü çar məmurlarının sifarişi ilə 
yazılmışdırsa  da  tariximizin  müəyyən  dövrləri  üçün  onlarda 
qiymətli tarixi faktlar var. Mirzə Adıgözəl bəy və Mirzə Camal 
bəy  «Qarabağnamələri»ni  yazarkən,  yuxarıda  göstərdiyimiz 
kimi,  nə  Qafqaz  Arxeoqrafiya  Komissiyasının  Aktları,  nə  də 
N
.Dubrovin  və  V.Pottonun  əsərləri  mövcud  deyildir.  Qarabağ 
tarixinə  həsr  olunmuş  salnamələrin  heç  birinin  müəllifi 
Qarabağın  və  bütövlükdə  Şimali  Azərbaycanın  çar  Rusiyası 
tərəfindən  işğalına  mənfi  münasibəti  hiss  olunmur. 
Salnamələrdə ruspərəstlik özünü aydın surətdə əks etdirir. Bu isə 
təbiidir.  Ona  görə  ki,  salnamə  müəllifləri  çarizmin  idarəçilik 
sistemində vəzifə və ixtiyar sahibi olmuşlar. 


 
56 
Deməliyik  ki,  1813-cü  il  Gülüstan  və  1828-ci il 
Türkmənçay  işğalçı  sülh  müqavilələrinin  şərtləri  Mirzə 
Adıgözəl  bəyə  və  Mirzə  Camal  bəy  Cavanşirə  müəyyən  qədər 
təsir  göstərməli  idi.  Belə  hesab  edirik  ki,  onların  hər  ikisinin 
Türkmənçay  sülhündən  sonra  siyasi  həyata  qiymət  vermək 
barəsində  susmaları,  bu  şəxsiyyətlərin  tarixi  haqsızlıqlara  qarşı 
lal etirazlarının əlaməti də sayıla bilər. 
İbrahimxəlil  xanın  1806-cı  ildə  ailə  üzvləri  ilə  birlikdə, 
qəddar  müstəmləkəçi  olan  mayor  Lisaneviçin  başçılığı  altında 
vəhşicəsinə  qətlə  yetirilməsinin  səbəbləri,  Mirzə  Adıgözəl  bəy 
və Mirzə Camal bəy Cavanşirin salnamələrində özünün ədalətli 
təhlilini  tapmamışdır.  Eyni  zamanda  biz  onları  tarixi 
həqiqətlərdən  tam  qaçmaqda  günahlandıra  bilmərik.  Belə 
mövqeli  və  dünyagörüşlü  tarixçilər  dolayı  yollarla  hadisənin 
tam  təfsilatını  verməli  idilər.  Mehdiqulu  xanın  başına  açılan 
oyunlar,  xanlığın  simvolik  daxili  muxtariyyətinin  də  ləğvi,  bu 
işdə ermənilərin oynadıqları mənfur rol, salnamələrdə öz əksini 
tapmamışdır.  Ermənilərin  Qarabağ,  İrəvan  və  Naxçıvan 
xanlıqları ərazilərində nə vaxt və necə yerləşdirilmələri «Qara-
ba
ğnamələr»in heç birində işıqlandırılmamışdır. Mirzə Adıgözəl 
bəy  və  Mirzə  Camal  bəy  Cavanşirin  ermənilərin  həmin 
xanlıqların  ərazisində  məskunlaşdırılmaları  haqqında  məlumat-
ları bugünkü həyatımız üçün qiymətli mənbə ola bilərdi. 
«Qarabağnamə»lərdə  verilmiş  fakt  və  məlumatlara 
tənqidi 
yanaşmaq 
lazımdır. 
Xüsusilə 
Rusiya-İran 
müharibələrində  rus  qoşunlarının  və  onların  işğalçılıq 
yürüşlərinə başçılıq edən rus və erməni generallarının fəaliyyəti 
burada  hədsiz  dərəcədə  şişirdilib,  əksinə  Abbas  Mirzənin 
«qızılbaş qoşunlarının» döyüş qabiliyyəti son dərəcə kiçildilib. 
İlk  dəfə  olaraq  Mirzə  Adıgözəl  bəy  öz  «Qarabağ-
namə»sində  Qarabağın  etnik  tərkibinə  toxunmuş,  Qarabağın 
siyasi və iqtisadi həyatında heç bir əhəmiyyətli rol oynamayan 
məlikliklər  haqqında  ətraflı  məlumat  vermiş  və  bu,  sonrakı 
«Qarabağnamə»lərin əksəriyyətinə «köç etmişdir». 


 
57 
Qarabağ xanlığının iqtisadi həyatının bəzi sahələri-ticarət, 
sənətkarlıq, pul dövriyyəsi ötəri də olsa salnamələrin bəzilərində 
öz əksini tapmışdır. 
Salnamə  müəllifləri  Qarabağın  ərazisini,  coğrafi 
mövqeyini
, mədəni həyatını da təsvir etməyə səy göstərmişdilər. 
Qarabağ  xanlığının  tarixi  barədə  salnamələr  yazılsa  da, 
onun həm siyasi və həm də ictimai-iqtisadi tarixi hələ də məhz 
«Qarabağnamə»lərə  söykənilməklə  müstəqil  bir  tədqiqat 
obyekti kimi işlənilməmişdir. Söz yox ki, Qarabağ salnamələri 
və onlardan sonra yazılan əsərlər bu sahədə tədqiqatçılara böyük 
kömək edə bilər. 
Qarabağ  salnaməçiləri  Mirzə  Adıgözəl  bəy  və  Mirzə 
Camal  Cavanşir  şəxsən  gördükləri  və  məkrli  siyasətlərinin 
şahidi  olduqları  lisanlviçlərin,  madatovların,  behbudovların, 
reutların  və  başqa  generalların,  hərbçilərin  Qarabağda  və 
Azərbaycanın  digər  bölgələrində  törətdikləri  qanlı  cinayətləri 
qələmə almamışlar. 
Haqqında  danışdığımız  bu  məqamlar  Firudin  Əsədov  və 
Sevil  Kərimova  tərəfindən  yazılmış  «Çarizmi  Azərbaycana 
gətirənlər»  adlı  kitabda  (22)  ustalıqla  qabardılmışdır.  Kitabda 
Azərbaycanda  müstəmləkəçilik  siyasətinin  həyata  keçirilmə-
sində  xüsusi  rol  oynamış  ayrı-ayrı  rus  və  tarixi düşmənlərimiz 
olan  erməni  zabitlərinin  həyat  və  fəaliyyəti,  xalqımıza  qarşı 
onların  düşmənçilik  siyasətləri,  Qafqazın,  o  cümlədən 
Azərbaycanın  ruslar  tərəfindən  işğal  olunması  zəngin  tarixi 
faktlarla işıqlandırılmışdır. 
Bu  gün  xalqımızın  müstəqilliyimizi  möhkəmləndirmək, 
ərazi bütövlüyümüzü bərpa etmək uğurunda apardığı mübarizə, 
torpaqlarımızda  erməni  qəsbkarlarına  qarşı  tökülən  şəhid 
qanları,  öz  tarixi  keçmişimizin  ağ  ləkələrini  aşkara  çıxarıb 
tədqiq  etmək,  xalqa  çatdırmaq  əsas  vəzifə  kimi  qarşıda  durur. 
Vətənimizin  böyük  bir  hissəsi  vaxtilə  Rusiya  imperiyası 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə