Microsoft Word Кitab-yunis hazir. Doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə21/77
tarix30.12.2017
ölçüsü2,8 Kb.
#18836
1   ...   17   18   19   20   21   22   23   24   ...   77

 
65 
dərəcə zəifləmişdi. Nəhayət, XVIII əsrin 30-cu illərinin ortala-
rında  görkəmli  Azərbaycan  türk  sərkərdəsi  Nadir  xan  Əfşar 
hakimiyyəti  ələ  almaq  üçün  Muğanda  qurultay  çağırılmasını 
t
əşkil  etdi.  Qurultayda  Nadirin  şah  elan  edilməsi  üçün 
əvvəlcədən lazımi tədbirlər görülmüşdür. 1736-cı ildə Muğanda 
keçirilən  tacqoyma  mərasimi  zamanı  Qarabağın  ziyadoğlular, 
iyirmidördlər,  otuzikilər,  Cavanşir  və  başqa  elləri  Nadirqulu 
xanın namizədliyinin əleyhinə çıxdılar və taxtda yalnız Səfəvilər 
sülaləsinin nümayəndələrinin oturmasını təkid etdilər. Məhz bu 
səbəbdən Nadir şah taxtına oturduqdan sonra qarabağlıları cəza-
landırmağı qərara aldı. O, Qazax, Borçalı və Şəmşəddin ellərini 
öz  vassalı  Kartli  çarı  Teymurazın  idarəsinə  verdi.  Cavanşir, 
otuziki, Kəbirli ellərini Xorasan vilayətinə və Əfqanıstanın sər-
hədlərinə  sürgün  etdi.  Qarabağın  beş  alban  xristian  məliklik-
lərinə bilavasitə şaha tabe olmaları barədə əmr verdi (8, s.531). 
N.Axundovun yazdığı kimi, Nadir şah dövlətində böyük 
inzibati  dəyişikliklər  həyata  keçirdi.  O,  Səfəvilərdən  miras 
qalmış  bəylərbəylik  inzibati  bölgüsünü  də  ləğv  etdi.  Bütün 
Azərbaycan  torpaqlarını  eyniadlı  bir  vilayətdə  birləşdirərək  bu 
vilayətin  idarəsini  qardaşı  İbrahim  xana  tapşırdı.  Bununla  da 
başqa  bəylərbəyliklər  kimi  Qarabağ  bəylərbəyliyinin  varlığına 
son qoyuldu (6, s.31). 
Mirzə  Adıgözəl  bəyə  görə,  Qarabağ  bəylərbəyliyi  ləğv 
edildikdən    sonra    Nadir    şahın  fərmanı  əsasında  Qarabağ 
elatları  Xorasana  köçürülmüş  və  Sərəxsdə  onlara  yerləşmək 
üçün məskən ayrılmışdır. Şahın buyruğu ilə bu ellərin cəsarətli 
adamları  orduda  xidmət  etməli  idilər.  Mirzə  Adıgözəl  bəy 
yazırdı:  «Nadir  şah  Cavanşirdən  qoşun  yığdığı  zaman, 
İbrahimxəlil  ağanın  (İbrahimxəlil  ağa  Pənahəli  xanın  atası, 
İbrahimxəlil  xanın  isə  babası  idi  - Y.H.)    rəşid  və  böyük  oğlu 
Fəzləli  bəyi  özünə naib etdi. Eşikağası mənsəbini ona münasib 
gördü və bu qulluğu o, mərhumə verdi... Çox keçmədi o, qətlə 
yetirildi. 
Nadir  şah  onun  kiçik  qardaşı  Pənahəli  bəyi  hüzuruna 
çağırıb,  əlinə  çomaq  verdi,  əynini  qiymətli  eşikağası  xələti  ilə 
bəzədi  və  böyük  qardaşının  mənsəbini  ona  verdi.  O,  tapşırılan 


 
66 
işləri  bir  neçə  gün  lazımi  dərəcədə  sədaqətlə  yerinə  yetirirdi. 
Lakin  Nadir  şahın  ona  olan  qorxunc  baxışlarından  və 
qərəzkarlıqla  etdiyi  rəftarından  başa  düşdü  ki,  o  (şah),  mütləq 
belə bir zirəkmaddə cavanın kökünü kəsməkdə səhlənkarlıq və 
belə  bir  igid  şəxsin  vücudunu  aradan  qaldırmaqda  kahallıq 
etməyəcəkdir» (54, s.30, 31-32). 
Qarabağ  ellərinin  Xorasana  sürgünü  sözsüz  ki,  Fəzləli 
bəy  və  qardaşı  Pənahəli  bəy  tərəfindən  yaxşı  qarşılanmamışdı. 
Ola bilsin ki, Nadir şah Fəzləli bəyi elə buna görə öldürtmüşdü. 
Pənahəli  bəyin  qardaşı  Fəzləli  bəy  Nadir  şahın  göstərişi  ilə 
öldürüldükdən  sonra,  artıq  o,  Nadir  şahın  sarayında  qala 
bilməzdi, ona görə də «qaçmağı qərara aldı. O, Qarabağa gəlib 
öz uca nəslinə mənsub bir neçə nəfəri özünə yoldaş etdi...» (54, 
s.32). Mirzə Camalın yazdığına görə Pənahəli bəy Xorasandan 
Qarabağa  1738-ci  ildə  qaçmışdır  (55,  s.  110).  Bu  hadisədən 
xəbər tutan Nadir şah Azərbaycan və Şirvan xanlarına qəzavü-
qədər  kimi  nüfuzlu  olan  qələmilə  çoxlu  hökmlər  yazdı.  Bu 
hökmləri sürətli çaparlar vasitəsilə göndərdi ki, Pənahəlini tutub 
onun  hüzuruna  göndərsinlər.  Lakin  Pənahəli  bəyi  tutmaq 
mümkün olmadı (54, s.32). 
Nadir şah tərəfindən izlənən Pənahəli xan Mirzə Camalın 
yazdığına  görə,  Qarabağ  dağları,  Şəki  və  Qəbələdə  yaşayırdı. 
Çox  keçmir  ki,  oğlu  İbrahimxəlil  xan  da  atasının  ardınca 
Qarabağa gəlir (55, s.111). 
Mirzə  Adıgözəl  bəy  və  Mirzə  Camal  Cavanşirin 
salnamələrində  Nadir  şah  tərəfindən  Qarabağ  bəylərbəyliyinin 
ləğv  edilməsini  və  yerli  elatlara  divan  tutulmasını  daha  geniş 
şəkildə təsvir etmişdilər. Hər iki salnamədə 1747-ci ildə Nadir 
şahın öldürülməsindən sonra vaxtilə onun Xorasana köçürtdüyü 
Qarabağ ellərinin geriyə, Qarabağa qayıtmaları çox ətraflı təsvir 
olunmuşdur. Mirzə Camal Cavanşir yazır: «Nadir şah tərəfindən 
Xorasana  köçürülmüş  Cavanşir  və  başqa  ellər  özbaşına 
bütünlüklə  oradan  köçüb,  vətənlərinə  gəldilər.  Pənah  xan 
yanında  olan  adamlarla  birlikdə  Qarabağ  ellərini  qarşılamaq 
üçün İraq və Azərbaycan sərhədinə qədər getdi. (Onlar) Qarabağ 


 
67 
torpağına  daxil  oldular.  Hər  kəs  öz  əvvəlki  yurduna  gedib 
rahatlandı...» (55, s.111). 
Nadir  şahın  öldürülməsindən  sonra  Qarabağdakı 
elatlarının  əsilzadələri  içərisində  ən  nüfuzlu  nümayəndə  olan 
Pənahəli  bəyin  Qarabağda  hakimiyyətini  möhkəmləndirməsi, 
yəni  Azərbaycanın  quzeyində  Qarabağ  adlı  yeni  bir  xanlığın 
yaranması  «Qarabağnamələr»  də  təsvir  edilmiş,  ancaq  bu 
salnamələrdə  xanlığın  meydana  gəlməsinin  iqtisadi  və  siyasi 
amillərlə səciyyəvi olan səbəbləri öz əksini tapmamışdır və ya 
bu  qəbildən  olan  problemlərə  çox  ötəri  toxunulmuşdur.  Mirzə 
Adıgözəl  bəy  Nadir  şahın  öldürülməsindən  sonra  Xorasandan 
Qarabağa  qayıdan  elatlara  Pənahəli  bəyin  torpaqlar  verməsini, 
onları  himayəyə  almasını,  ehtiyaclarını  təmin  etməsini  parlaq 
boyalarla  təsvir  edərək  yazırdı  ki  «Bu  qayda  ilə  cəmiyyət 
quruldu  və  o,  öz  istedadını  göstərdi»  (54,  s.33).  Mirzə  Camal 
Cavanşir  də  Pənah  xanın  Qarabağ  elatları  və  məlikliklərini 
hərbi-siyasi mübarizədə özünə tabe etməsi, qonşu xanlıqlarla ilk 
savaşı  və  nəticədə  istiqlaliyyətini  möhkəmləndirərək  güclü 
xanlığa  çevrilməsini  müfəssəl  təsvir  etmişdir  (55,  s.111,  112, 
113).  Beləliklə,  Nadir  şahın  öldürülməsindən  sonra  Qarabağ 
torpağında  müstəqil  dövlətin  bütün  göstəricilərini  özündə 
birləşdirən Qarabağ xanlığı yaranmışdı (9, s.510). Mirzə Camal 
Cavanşir yazır: «Pənah xan ətraf xanların (onun) üzərinə hücum 
edəcəklərini  bilərək  ailə  və  qohumlarının,  qulluqçu  və  yaxın 
adamlarının  və  (el)  böyüklərinin  qorunması  üçün  ellərin 
arasında  münasib  bir  yerdə  qala  tikilməsini  lazım  bilmişdi. 
Məşvərətdən  sonra,  indiki  Kəbirli  mahalı  içində  olan  Bayat 
qalasının  binası  qoyuldu  (1748).  Qısa  bir  zamanda  möhkəm 
hasar və xəndək qayırıldı, bazar, hamam və məscid tikildi. Xan, 
bütün ailəsini, qohumlarının və el böyüklərinin əhl-əyalını oraya 
topladı» (55, s.111). 
«Qarabağnamə»  müəlliflərinin  demək  olar  ki,  hamısı 
Bayat  qalasının  inşa  olunmasını,  Şirvan  və  Şəki  hakimlərinin 
Pənahəli xana olan münasibətlərini eyni şəkildə qələmə almışlar. 
Şimali Azərbaycan xanlıqları içərisində Quba və Qarabağ 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə