Microsoft Word Кitab-yunis hazir. Doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə29/77
tarix30.12.2017
ölçüsü2,8 Kb.
#18836
1   ...   25   26   27   28   29   30   31   32   ...   77

 
89 
savadlı,  həm  də  geniş  dünyagörüşünə  malik  olmalı  idi.  Belə 
şəxsiyyətlərə misal olaraq Qarabağ xanının vəziri Molla Pənah 
Vaqifi,  Təbriz  xanı  Xudadat  xanın  vəziri  Əbdürrəzzaq 
Dünbülünü  göstərmək  olar.  Onlar  xanlığın  daxili  və  xarici 
siyasətinin ən mühüm məsələlərinin çözülməsində, həmin çətin 
problemlərin həllində xanların əvəzolunmaz məsləhətçiləri idilər 
(15, s.30). 
Vəzir  xanlığın  xarici  ölkələrlə  diplomatik  əlaqələrinin 
yaradılmasında  yaxından  iştirak  edirdi.  Mirzə  Adıgözəl  bəy 
«Qarabağnamə»sində  yazır:  «...Mərhum  İbrahim  xan  oğlu 
Əbülfət  xanı  çoxlu  hədiyyə  və  sovqatlarla  böyük  sərdar  qraf 
Valerian  Zubov  cənablarının  möhtərəm  hüzurlarına  göndərdi. 
Uca  Rusiya  dövlətinə  ixlas  və  sədaqətini  bildirdi...  Mərhum 
İbrahim xanın ərizəsini Dərbənd və Qızlar yolu ilə ixtiyar sahibi 
padşahın  fələklər  qədər  yüksək  olan  dərgahına  göndərdi. 
Mərhum  Pənah  xan  üçün  də,  (Görünür  müəllif  burada  sırf 
texniki  səhvə  yol  verir.  Ona  görə  ki,  Valerian  Zubovun 
komandanlığı altında rus qoşunları Cənubi Qafqaza 1796-cı ildə 
gəlmişdir. Bu zaman Qarabağda xan Pənah xan deyil, İbrahim-
xəlil  xan  xanlıq  edirdi.  Pənahəli  xan  çoxdan  vəfat  etmişdir. 
Y.H.) 
bir nəfər knyaz vasitəsilə çoxlu bəxşiş və töhfələr yolladı. 
Padşahın ona qarşı hədsiz lütf və mərhəmətli olduğunu bildirdi. 
Mövlana  Molla  Pənah  Vaqifə  də  qiymətli  daşlarla  bəzədilmiş 
bir əsa göndərdi» (54, s.54-55). 
Mirzə  Yusif  Qarabaği  isə  «Tarixi-safi»  də  yazırdı: 
«İbrahim xan öz oğlu Əbülfət xanı əlahəzrət imperator I Yekate-
rinaya yazd
ığı  məktubla  birlikdə  qiymətli  bəxşiş,  hədiyyə  və 
cins  atlarla  böyük  sərdarın  (V.Zubovun)  yanına  göndərdi. 
Əzəmətli  və  qüvvətli  Rusiya  dövlətinə  özünün  sədaqətini  və 
itaətkarlığını bildirdi. Yüksək ailədən olan sərdar Əbülfət xana 
layiqli  hörmət,  ehtiram  və  mehribançılıq  göstərdi  və  İbrahim 
xanın  ərizəsini  Dərbənd  və  Qızlar  yolu  ilə  əlahəzrət  imperator 
sarayına  göndərdi.  Sərdar  öz  adamlarından  birinin  vasitəsilə 
əlahəzrət  imperatriçənin  İbrahim  xana  hörmət  və  məhəbbətini 
bildirərək  ona  çoxlu  hədiyyə,  eyni  zamanda  həmsöhbəti  və 


 
90 
məsləhətçisi  Molla  Pənaha  da  qaş-daşla  bəzənmiş  bir  əsa 
göndərdi»  (58,  s.33).  Salnamələrdə  deyilir  ki,  İbrahim  xanın 
ardınca  Şəki,  Şirvan,  Gəncə,  Qaradağ,  Xoy,  Lənkəran, 
Şahsevən, Təbriz xanları da V.Zubova ixlas göndərdilər. 
Yuxarıda  gətirilən  iqtibaslar  sübut  edir  ki,  salnaməçilər 
bir-
birini  təkrar  edərək,  Qarabağ  vəziri  Molla  Pənah 
şəxsiyyətinə yüksək qiymət verirlər. 
Xanlıq  divanxanasında  yüksək  vəzifə  daşıyanlardan  biri 
də divanbəyi idi. Başqa Azərbaycan xanlıqlarında olduğu kimi 
Q
arabağ  xanlığında  da  bu  rütbəni  müəyyən  ruhanilər  icra 
edirdilər.  Belə  divanbəyilər  həm  də  qazı  adlandırılırdılar. Qazı 
xanlıqda  hüquqi  məsələlər  üzrə  xanın  məsləhətçisi  hesab 
olunurdu.  Günahkarların  taleyi  divanbəyilərin  verdikləri 
fitvadan  asılı  idi.  Bütün  mübahisəli  məsələlər  İslam  şəriəti 
əsasında  həll  edilirdi.  Cəzaların  verilməsində  son  söz,  qəti 
olaraq  xana  məxsus  idi.  Cəzalar  müxtəlif  formalarda  olurdu. 
Qarabağ  xanlığında  divanbəyilər  ölkənin  suverenliyinin  və 
müstəqilliyinin qorunmasında fəal iştirak edirdilər. 
Xanlıqda  mühüm  vəzifələrdən  biri  də  mirzəlik  idi. 
Mirzələr xanın şəxsi təsərrüfatını idarə edir, toplanan vergilər və 
xərclənən  pul  vəsaitini  xüsusi  kitablarda  qeyd  edirdilər  (15, 
s.32). 
Qarabağ  xanlığında  inzibati-ərazi  cəhətdən  mahallara 
bölünürdü.  Qarabağ  xanlığında  iyirmi bir  mahal var idi. 
Onlardan  Çalbayırı,  Kəbirlini,  Cavanşiri,  Zəngəzuru,  Mehrini, 
Qafanı və başqalarını göstərmək olar (9, s.563). Mahal başçıları 

naiblər, bəylər və başqaları xanın fərmanı ilə təyin olunurdular. 
Yüzba
şılar,  qoşun  başçıları  da  xanın  fərmanlarına  və 
göstərişlərinə əsasən vəzifəyə qoyulurdular (15, s.32-33). 
«Qarabağnamələr»  də  Qarabağ  xanlığının  silki  quruluşu 
haqqında da müfəssəl məlumatlara təsadüf edilmir. Ancaq 1832-
ci  ildə  tərtib  edilmiş  təsvirlər  bu  məsələyə  də  aydınlıq  gətirir. 
Beləki,  1832-ci  ilin  kameral  təsvirində  Qarabağ  əhalisinin 
imtiyazlı  zümrələri  -  əsilzadələr,  ruhanilər,  maaflar,  habelə 
kəndlilər  haqqında  kəndbəkənd  məlumat  verilir  (120,  h. III, 


 
91 
s.268). Həmin məlumatlar xanlıq əhalisinin sosial silki quruluşu 
barəsində  də  təsəvvür  yaratmağa  imkan  verir.  Bəylər  ali silk 
içərisində  əsas  yer  tuturdu.  Onlar  irsi  və  şəxsi  bəylərə 
bölünürdülər.  Bəylər  kəndlilər  üzərində  inzibati  polis  hakimiy-
yətinə  malik  idilər.  Bəylərin  başlıca  vəzifəsi  xanın  qarşısında 
istənilən  xidmətə  hazır  olmaq  idi.  Bəylər  az  da  olsa,  öz 
təsərrüfatlarını yaradırdılar. Bəylər həmçinin böyük siyasi qüvvə 
idilər.  Xanın  hakimiyyətinin  möhkəmliyi  xeyli  dərəcədə 
onlardan asılı idi (9, s.561, 562). 
Qarabağ  xanlığı  əhalisinin  sosial strukturunda ruhanilər 
xüsusi  yer  tuturdular.  Onlar  vergi  və  mükəlləfiyyətlərdən  azad 
olmaqla  vəqflərin  və  dini  rüsumların  (zəkat,  xums  və  s.) 
hesabına dolanırdılar (9, s.561). 
Qarabağ xanlığında vergi və mükəlləfiyyətlərin əksəriyyə-
tindən  azad  olunmuş  təbəqə  -  maaflar  xanlıqda  xüsusi yer 
tuturdular.  Onlar  xanlıqda  polis  -  mühafizə  rolunu  yerinə 
yetirirdilər.  Eyni  zamanda  maaflar  müharibə  zamanı  qoşunun 
əsasını  təşkil  edirdilər.  Mirzə  Camal  Cavanşir  yazırdı:  «Adları 
nökər  və  qoşun  dəftərində  qeyd  olunmayan  ailələrin  nökər  və 
qoşun  əhlindən,  habelə  adları  dəftərdə  qeyd  olunmuş  nökər  və 
qoşun  əhlindən  heç  bir  şey  alınmırdı.  Onlar  maaf  idilər»  (55, 
s.144).  Maafların  üzərinə  qoyulan  vəzifələrin  layiqincə  yerinə 
yetirilməsi  üçün  xan  onlara  iri  torpaq  sahələri  bağışlayırdı. 
Maaflar  vergi  və  ən  ağır  mükəlləfiyyətlərdən  tamamilə  azad 
idilər.  Digər  Azərbaycan  xanlıqlarında  olduğu  kimi  Qarabağ 
xanlığında da maaflıq irsən keçirdi, onun ömürlük olması haqda 
da məlumatlar var (9, s.561). 
Qarabağ  xanlığında  da  cəmiyyətin sosial silki strukturu-
nun  ən  aşağı  pilləsini  kəndlilər,  rəiyyətlər,  rəncbərlər  və 
elatlar 
təşkil  edirdilər.  Kəndlilər  hüquqlarına  və  mülki 
vəziyyətlərinə  görə  öncə  sadalanan  həmin  sosial  təbəqələrə 
bölünürdülər. 
Rəiyyət kənd icmasının xəzinə və ya ali silk torpaqlarında 
yerləşməsindən  asılı  olaraq  dövlət  və  sahibkar  rəiyyətlərinə 
bölünürdülər.  Onların  pay  torpaqları,  burada  təsərrüfat  qurmaq 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə